Baş səhifə Qurani Kerim tehrif olunubmu? - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
İslamiyyət forumu » İslam » Məzhəblər, Firqələr » Qurani Kerim tehrif olunubmu?
Qurani Kerim tehrif olunubmu?
PünhanTarix: Bazar ertəsi, 11.08.2008, 17:00 | İsmarıc # 1
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bismillahir Rəhmanir Rəhim
Şükürlər olsun aləmlərin Rəbbinə, Allahın salavat və salamı olsun peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə və onun pak Əhli-beytinə!

Bizim ediqemize gore muqeddes kitabimiz Qurani-kerim eziz Peyqemberimize (s)- nazil olduqu kimi bu gunedek qalmish, hech bir shey ona elave edilmemish ve ya ondan bir shey (hetta birce kelme bele) eskilməmishdir.

Cunki sonuncu semavi kitab olan Qurani-Kerim Alemlerin Rebbi terefinden qiyamete qeder qorunacaq!

"Xeberiniz olsun ki, ALLAHİN vedi haqqdir." (Yunus,55)


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Bazar ertəsi, 11.08.2008, 17:09 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Kitabxanaya Məhəmməd Cavad Lənkəraninin eyni adlı kitabı yerləşdirilib, buyurub yükləyə bilərsiniz.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Bazar ertəsi, 12.01.2009, 01:32 | İsmarıc # 3
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Allah-taala bu səmavi kitabı qoruyub hifz etmək haqqında zəmanət verib:-“Həqiqətən biz Zikri (Quranın digər bir adıdır) tədricən nazil etdik və yəqinən biz də onu hifz edəcəyik” (Hicr. ayə 9)
Müsəlmanlar bu ayəni əllərində əsas tutub Qurani-kərimin təhrif olunmasını iddia edənləri inadla rədd edirlər. Çünki müsəlmanların həyat konsepsiyasını təyin edən kitabın təhrif olunması mümkün deyil.

Islam peyğəmbəri (s) buyurub:-“Mən sizin aranızda iki ağır və qiymətli şey qoyuram. Biri Allahın kitabı (Quran) digəri Əhli-beytimdir. Nə qədər ki, bu iki şeydən yapışsanız heç vaxt yolunuzdan azmazsınız”
Bu hədis mutəvatir hədislərdəndir. Hər iki məzhəb alimləri kitablarında bunu nəql ediblər. Bu bəyanatdan da məlum olur ki, müsəlmanlarin nəzərində Allahın kitabı Quran heç vaxt təhrifə uğramaz. Çünki əgər Quranın təhrifi mümkün olsaydı ondan yapışmaq hidayətə səbəb olmazdı. Bu da nəticədə Rəsulullahın (s) hədisinə xilaf olardı.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
MIRAQATarix: Çərşənbə axşamı, 13.01.2009, 22:53 | İsmarıc # 4
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 40
Reytinq: 0
Xəbərdarlıq: 100%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Şiə mühəddisi Cəzairi bu kitabında deyir: "Xəbərlərdə deyilir ki, onlar (yəni imamlar) öz şiələrinə əmr etmişlər ki, mövlamız Sahibəzzaman zühur edənədək bu mövcud olan Quranı namaz qılarkən və başqa hallarda oxusunlar və onun ehkamlarına əməl etsinlər. Bir zaman bu Quran adamların əllərindən çıxıb səmaya qalxacaq və Əmirəlmömininin tərtib etdiyi Quran üzə çıxacaq. Onda onlar onu oxuyar və onun ehkamlarına əməl edərlər".(- Cəzairi. "əl-Ənvar".)

Добавлено (13.01.2009, 22:51)
---------------------------------------------
Şiə təfsirçisi Mühsin Kaşi də buna bənzər bir fikir söyləyib deyir: "Əhl əl-Beyt əleyhiməssəlamdan bəhs edən bütün bu xəbərlərin və digər rəvayətlərin faydası odur ki, onlar bizim əlimizdə olan Quranın Məhəmməd səlləllahü əleyhi və alihiyə nazil olmuş Quranın hamısı olmadığını, habelə onda Allahın nazil etdiyinin əksinə olan, dəyişdirilmiş, təhrif olunmuş şeylərin olduğunu, ondan çox şeyin çıxarıldığını... həmçinin onun Allahın və Onun Rəsulunun razı olduğu tərtibdə olmadığını bildirirlər".(- "Təfsir əs-Safi", 6-cı nəşrə müqəddimə.)

Добавлено (13.01.2009, 22:53)
---------------------------------------------
Qümminin təfsirini şərh etmiş bir şiə alimi Quranın təhrif olunduğuna dair alimlərin sözlərini qeyd edərək demişdir: "Lakin digər keçmiş və sonrakı alimlərin və mühəddislərin sözlərindən görünür ki, onlar Quranda naqislik olduğunu söyləyirlər. Belələrinə Küleyni, Bərqi, Əyyaşi, Nümani, Fürat ibn İbrahim, Əhməd ibn Əbu Talib Təbərsi, Məclisi, Seyyid Cəzairi, Hürr Amili, Fütuni, Seyyid Bəhrani kimilərini misal göstərmək olar. Onlar öz məzhəblərini elə ayələr və rəvayətlərlə sübut etməyə çalışmışlar ki, onlara göz yummaq mümkün deyil".
Bütün bunlar şiələrin məsum hesab etdikləri imamları haqqında söylənmiş, onların dediyinə görə mənsubiyyəti düzgün müəyyən edilmiş və məzmunu doğru olan, onların etibarlı hədis toplularına daxil olan, inanılan rəvayətlərin və hədislərin bəziləridir. Onların böyüklərinin bu məsələdə bəzi rəyləridir. Bu məzmunda o qədər rəvayət var ki, sayı-hesabı bilinmir, hətta Mirzə Nuri Təbərsinin dediyinə görə bu hədis və rəvayətlərin sayı iki mindən çoxdur. Bundan sonra şübhə üçün yer qalmır ki, şiələr Allahın möminlərə onlara düzgün yolu öyrətmək və onlara öz rəhmini göstərmək, bütün adamlara fikirləşmək və düşünmək üçün xəbərdarlıq kimi nazil etdiyi Hikmətli Quranda təhriflərin olduğuna inanırlar.
"Nə keçmişdə batil edilmiş, nə də gələcəkdə batil ediləcəkdir; Hikmətli və Bəyənilmiş Allahın nazil etdiyidir".(əs-Səcdə surəsi, 42-ci ayə.)

Bunlar inkar olunmaz sübutlardır. Kifayət etməsə ardı var...


Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Həşr 7)
 
AdministratorTarix: Çərşənbə, 14.01.2009, 21:32 | İsmarıc # 5
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Şiə alimləri heç bir halda Quranın təhrifinə inanmırlar. 1-2 istisna ümumi rəy ola bilməz. Mən digər mövzuda qeyd etdim ki, bu cür hədislər sünni mənbələrində də var. İndi sünnilərə buna şamil edək?

Şiə məzhəbi nəinki təhrif nəzəriyyəsini qəbul etmir, prinsipcə qəbul edə də bilməz. Çünki bu müddəa qəbul edildiyi təqdirdə, Şiə əqidəsinin əsasları aradan gedəcəkdir. Müsəlmanlar Quranın bu şəkildə təhrif olunmasında həmfikirdirlər. Çünki, Quranı olduğu kimi təfsir etməyənlər, həqiqi mənasından yayındıranlar, onu öz nəfsani meyllərinə və şəxsi fikirlərinə uyğun olaraq təhrif etmiş olurlar. Əhli-beytdən (ə) nəql olunan çoxsaylı rəvayətlərdə bu növ təhrif məzəmmət olunmuşdur. İmam Baqir (ə) Sədul-Xeyrə ünvanladığı bir məktubda buyurur:

وَ کانَ مِنْ نَبْذِهم الکِتاب أَنْ أقامُوا حُرُوفَه وَ حَرَّفُوا حُدُودَهُ ، فَهُمْ يَروونَهُ وَ لا يَرْعَوْنَهُ

İkinci məna: Burada təhrif, Quranın bir küll şəklində qorunması ilə yanaşı hər hansı bir hərfinin və ya əlamətinin azaldılıb, yaxud çoxaldılmasına deyilir. Quranda bu növ təhrifin də olması öz təsdiqini tapmışdır. Çünki, Qiraət elmi ilə əlaqədar yazılmış kitablarda sübut və qəbul edilmişdir ki, mövcud qiraətlərin heç biri “mütəvatir” deyil. Mütəvatir olmadığına görə də bu qiraətlərin yalnız biri həqiqi Quranla uyğundur. Digər qiraətlər isə Quranda ya artıma, ya da əskilməyə səbəb olur.

Böyük şiə alimləri Quranın təhrif olunmadığı qənaətindədirlər. Belə ki, onlar hazırkı Quranın heç bir artım və ya azalma baş vermədən Peyğəmbərə (s) nazil olunan Quran olduğunu qəbul edirlər.

Burada şiə məzhəbinin dayaqları və qələmə aldıqları əsərlər bu məzhəbin əqidəsi hesab olunan bir neçə alimin görüşlərini qısa şəkildə diqqətinizə çatdıracağıq. Lakin oncə iki məsələyə diqqət yetirməyi zəruri hesab edirik.

1.Bir çox Quran elmləri ilə bağlı kitablarda Quranın təhrif olunması nəzəriyyəsini Əhli-sünnənin “Həşviyyə” qoluna aid etdikləri kimi, Şiə məzhəbinin də “Əxbari” qoluna aid etdikləri nəzərə çarpır. Nəzərə almaq lazımdır ki, “Vəsailüş-Şiə” kitabının müəllifi, Şeyx Hürr Amili kimi bir çox əxbari alimlər Quranın təhrif olunmadığı fikrində olmuş, hətta bu haqda elmi əsər belə yazmışlar. Deməli, əxbari olmaq heç də Quranın təhrif olunması qənaətində olmaq deyil.

2.Şübhəsiz ki, şiə alimləri Qurana nəyinsə artırılması yolu ilə təhrif olunmaması haqqında yekdil rəyə malikdirlər. Lakin azaldılma yolu ilə təhrif olunmaması barəsində isə Müqəddəs Bağdadi[16] (Vafiyə kitabının izahinda), görkəmli şiə mərcəi-təqlidi Şeyx Cəfər Kaşiful-ğita (Kaşiful-ğita əsərində) kimi dahilər eyni yekdil rəyin olduğunu iddia etmişlər. Elə buna görə də böyük şiə alimlərinin əsərlərində Quranın mütləq şəkildə, istər artırma, istərsə də azaltma yolu ilə təhrif olunmaması barəsində yekdil rəyin mövcudluğunun iddia olunduğunu iddia etmək olar.

İndi isə görkəmli şiə alimlərinin görüşlərinə nəzər salaq:

1.Hicrətin üçüncü əsrində böyük şiə tədqiqatçılarından olmuş Fəzl ibn Şazan “İzah” əsərində Quran ayələrinin azaldılma yolu ilə təhrif olunduğunu inkar edərək, təhrif barəsində mövcud olan rəvayətlərin nəql olunmasının digər firqələrə aid olduğunu bildirmişdir.

2.Hicrətin dördüncü əsrində şiə aləminin elmi simalarından olan, Şeyx Səduq kimi tanınan İbn Cəfər Məhəmməd ibn Əli ibn Babəveyh Qumi “Etiqadlar” adlı elmi əsərində yazır:

“Bizim Quran haqqında əqidəmiz belədir:

Hazırkı Quran eynilə Peyğəmbərə (s) nazil olan Qurandır. Ona heç bir şey artırılmamışdır. Kimsə bizi hazırkı Quranın azaldılmasına əqidə bəsləməkdə ittiham etsə, yalançıdır”.

3.Dahi şiə fəqihi Seyid Mürtəza Ələmül-huda kimi tanınan Əli ibn Hüseyn Musəvi “Tərablosiyyat” məsələlərinin cavabında yazır:

“Quranın təhrif olunmadığını bilmək, şəhərləri tanımaq, məşhur tarixi olayların həqiqətəuyğunluğunu bilmək kimi bir şeydir. Onların həqiqətəuyğunluğunu tam əminliklə bildiyimiz kimi, Quranın təhrif olunmadığına da qəti şəkildə əminik. Çünki müsəlmanlar Quranın qorunmasına daim hədsiz səy göstərmişlər. Quran Peyğəmbər (s) dönəmində tam şəkildə tənzimlənmişdir. Belə ki, o həzrət Quranın qorunması üçün Übəy ibn K`əb və digər bir neçə nəfərdən ibarət heyət yaratdı və Quranı dəfələrlə tam şəkildə onlar üçün oxudu”.

Seyid Mürtəza sözünə davam edərək yazir:

“Şiələrdən və ya Əhli-sünnənin “Hışviyyə” qolundan bu fikirlə razılaşmayıb ona qarşı çıxanlarla razılaşmaq olmaz. Çünki onların dəlil kimi göstərdikləri, bir neçə səhih (düzgün) hesab etdikləri zəif rəvayətdir.[17]

4.Şeyxut-taifə Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi bu haqda yazır:

“Quran kimi dəyərli bir kitabın azaldılıb-çoxaldılmasından söhbət etmək bu kitaba hörmətsizlikdir. Çünki ona bir şeyin artırılmadığı haqda yekdil rəy mövcuddur. Bir şeyin azaldılmasını da müsəlman məzhəbləri qəbul etmirlər. Bu, ilk növbədə şiə alimlərinin fikirləri və səhih (düzgün) rəvayətlərin məzmunu ilə üst-üstə düşür. Qurandan bir neçə ayənin çıxarıldığını göstərən şiə və əhli-sünnə rəvayətləri “xəbəri-vahid” olduğu üçün onlara əsaslanıb əmin ola bilmərik. Buna görə də onlara əsaslanmaq düzgün deyil”.[18]

5.Böyük təfsirçı alim “Məcməul-bəyan” əsərinin müəllifi Əbu Əli Fəzl ibn Həsən Təbərsi öz təfsirinin müqəddiməsində yazır:

“Qurana bu və ya digər ayənin artırılması şiələrin yekdil rəyinə görə düzgün deyil. Hər hansı bir ayənin azaldılmasını isə şiələrin bir neçəsi və Əhli-sünnənin “Həşviyyə” qolu nəql etmişdir. Lakin şiələr bunun əksini qəbul edirlər.

6.Seyid ibn Tavus yazır:

“Şiə məzhəbi Quranın təhrif olunmadığı qənaətindədir”.[19]

Digər bir yerdə yazır:

“Hazırkı Quranın Peyğəmbərə (s) nazil olunan Quran olduğuna, o həzrətin Quranı bir yerə toplamasına inandıqları bir halda, mədinəlilərlə məkkəlilərin, kufəlilərlə bəsrəlilərin fikir ayrılıqlarından danışanlara, “ ﴿ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ ﴾(Bismillahir-Rəhmanir-Rəhim) ayəsi Quranın bir hissəsidir, amma surədən deyil” - deyə fikirləşənlərə təəccüb edirəm. Təəccüblüdür ki, əqlin və şəriətin təsdiq etdiyi kimi Quran mütləq şəkildə təhrif olunmayıbsa, belə bir fikri necə irəli sürürlər”.[20]

7.Molla Möhsün Feyz Kaşani yazır:

“Təhrifi təsdiqləyən hədislər Allahın kitabı ilə ziddiyyət təşkil edir. Bu kimi hədislər ya rədd edilərək kənara qoyulmalı, ya da yozulmalıdır”.[21]

8.Şeyx Tusi kimi tanınan Məhəmməd Bəhauddin Amuli Quran haqqında yazır:

“Düzgün fikir Quranın mütləq şəkildə təhrif olunmamasıdır. Xalq arasında dillərə düşmüş, Əlinin (ə) adının bəzi ayələrdən çıxarılması, misal üçün, guya, ﴿يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ ﴾ayəsinin əslində ﴿في علي يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ﴾olması fikrini şiə alimləri qəbul etmirlər”.[22]

9.“Vəsailüş-şiə” kimi mühüm bir hədis kitabının müəllifi Şeyx Məhəmməd ibn Həsən Hürr Amuli Quranın təhrif olunmadığını sübuta yetirmək məqsədi ilə qələmə aldığı elmi əsərdə yazır:

“Tarixi və məsum imamlardan (ə) nəql olunan rəvayətləri dəqiq araşdıran hər bir şəxs Quranın minlərlə səhabə tərəfindən təsdiqləndiyinə və Peyğəmbər (s) dönəmində tam şəkildə toplanaraq tərtib edildiyinə əmin olar”.[23]

10. Nadir şiə fəqihlərindən olan Şeyx Cəfər Kaşifül-ğita dəyərli “Kaşifül-ğita” əsərində yazır:

“Müsəlmanların yekdil rəyinə, din və məzhəb prinsiplərinə görə, Qurana bir şey əlavə edilməmiş, Quranın öz buyuruğuna və bütün alimlərin yekdil rəyinə görə, ondan heç bir şey çıxarılmamışdır. Bu məsələdə qarşı tərəfin nadir versiyasına əsaslanmaq olmaz”.[24]

Bütün bunlar böyük şiə alimlərinin görüşlərindən nümunələrdir. Onlardan yadigar qalmış yazılı əsərlərdən aydın görünür ki, Quranın təhrif olunması versiyası yanlış versiyadır. Belə ki, bu versiyanın yanlışlığı özlüyündə aydın olan, təkzibedilməz müddəadır. Bir neçə nəfərin öz kitabında zəif rəvayətlərə yer verməsi bütöv bir məzhəbin əqidəsini təmsil edə bilməz. Belə olan halda, təhrif nəzəriyyəsini şiə alimlərinə necə aid etmək olar? Bu ittiham haramlığı aydın olan iftira deyilmi? Öz etiqadını, həmişəyaşar fikirlərini Qurandan alan bir topluma bu kimi iftiranı necə yaxmaq olar?
[16] Alaur-Rəhman, Bəlaği, səh. 26.
[17] Məcməul-bəyan, c. 1, səh. 15.
[18] Tibyan kitabının giriş sözü.
[19] Sədus-süud, səh. 144.
[20] Həmin qaynaq, səh. 193.
[21] Təfsire-Safi, c. 1, səh.15.
[22] Alaur-rəhman, səh. 26.
[23] İzharul-həqq, c. 2, səh. 129.
[24]Kaşifül-ğita, səh. 299.

Şiə alimlərinin fikri budur, məncə kifayətdir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
MIRAQATarix: Çərşənbə, 14.01.2009, 23:12 | İsmarıc # 6
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 40
Reytinq: 0
Xəbərdarlıq: 100%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Adminstrator, GORESEN YUXARIDAKILAR KIMIN ALIMLERIDR ? SHIA YOXSA BIDA ?

HORMETLI ADMIN BUNLARADA BIR NEZER SAL MOHTEREM SAYDIQINIZ KITABLARDAN MOHTEREM ALIMLER ....

. İndiki mövcud olan Qur’anın tam və nöqsansız olduğunu deyən adam yalançıdır. Çünki tam və nöqsansız Qur’an Ali ibn Abu Talibin Qur’ani idi. (Nuri Tibri, Fasl-ul-Xitab fi təhrifi kitab Rabb-ul-Ərbab, səh. 4)

Münafiqlər (yə’ni Səhabələr) Qur’andan bir çox ayəni çıxarıblar. (İhticaci-Tibri, səh. 382)

İmam Mehdi zühur edəcəyi vaxt özü ilə əsl və nöqsansiz Qur’anı gətirəcəkdir. (Hüseyn Nacafi, Ahsan-ul-Maqal, səh. 336).


Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Həşr 7)
 
PünhanTarix: Cümə axşamı, 15.01.2009, 15:43 | İsmarıc # 7
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Salamun aleykum va rahmetullah.
Hormetli Miraqa, oradan -burdan copy edərək, bilib-bilmədən dərc etmək hünər deyil.Hünəriniz var hədisləri nömrəsi ilə ərəbcə olduğu kimi dərc edin.Əgər bacarsanız...


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Cümə axşamı, 15.01.2009, 17:17 | İsmarıc # 8
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Ay qardaş mən sizə o boyda mötəbər alimlərin fikirlərini göstərirəm, siz elə dediyinizi deyirsiniz... İravani bacının dediyi kimi kopyalamaq iş deyil, 1-2 şəxsin sözü ilə iş yekunlaşmır. Bəlkə onda biz də əhli-sünnə alimlərinin ana-bacı ilə yaxınlıq barəsindəki biyabırçı fətvalarına qoyaq?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Cümə axşamı, 15.01.2009, 17:34 | İsmarıc # 9
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Bəlkə onda biz də əhli-sünnə alimlərinin ana-bacı ilə yaxınlıq barəsindəki biyabırçı fətvalarına qoyaq?


Qardaş, məqsədimizi unutmayaq. O fətvalarla maraqlananlar elektron ünvanı qeyd etsin göndərin, amma forum yeri deyil.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Cümə axşamı, 15.01.2009, 17:42 | İsmarıc # 10
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Mən əlbəttə ki, belə fətvaları forumda yerləşdirmərəm. Bu ən birinci qaydalara ziddir. Həm də biz sünni qardaşların bu əqidədə olmadığını bilirik. Sadəcə mən dırnaqarası fətvaların hər məzhəbdə olduğunu bildirdim.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Cümə axşamı, 15.01.2009, 17:49 | İsmarıc # 11
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Mən əlbəttə ki, belə fətvaları forumda yerləşdirmərəm. Bu ən birinci qaydalara ziddir. Həm də biz sünni qardaşların bu əqidədə olmadığını bilirik. Sadəcə mən dırnaqarası fətvaların hər məzhəbdə olduğunu bildirdim.

Allah razı olsun.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Cümə axşamı, 15.01.2009, 17:57 | İsmarıc # 12
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Cümləmizdən inşallah...


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
MIRAQATarix: Cümə axşamı, 15.01.2009, 23:15 | İsmarıc # 13
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 40
Reytinq: 0
Xəbərdarlıq: 100%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (İravani)
Salamun aleykum va rahmetullah.
Hormetli Miraqa, oradan -burdan copy edərək, bilib-bilmədən dərc etmək hünər deyil.Hünəriniz var hədisləri nömrəsi ilə ərəbcə olduğu kimi dərc edin.Əgər bacarsanız...


xanim her bir hedisin altinda nimresi var diqqetle baxin ve oxuyun

Quote (Adminstrator)
Ay qardaş mən sizə o boyda mötəbər alimlərin fikirlərini göstərirəm, siz elə dediyinizi deyirsiniz... İravani bacının dediyi kimi kopyalamaq iş deyil, 1-2 şəxsin sözü ilə iş yekunlaşmır. Bəlkə onda biz də əhli-sünnə alimlərinin ana-bacı ilə yaxınlıq barəsindəki biyabırçı fətvalarına qoyaq?

senin dediyin hedisleri men coxdan oxumusham orda ele shey yoxdur 1 cisi sen qoysanda men onu sehihini qoyacam inshALLAH ondada sen yalanci cixacaqsan ve iftraci,, bu senin dediyin sheyler kohne bohtanlarinizdir , men size nomreyle yaziram,


Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Həşr 7)
 
PünhanTarix: Cümə axşamı, 15.01.2009, 23:38 | İsmarıc # 14
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (MIRAQA)
xanim her bir hedisin altinda nimresi var diqqetle baxin ve oxuyun


Hünəriniz var hədisləri nömrəsi ilə ərəbcə olduğu kimi dərc edin.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
MIRAQATarix: Cümə axşamı, 15.01.2009, 23:45 | İsmarıc # 15
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 40
Reytinq: 0
Xəbərdarlıq: 100%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (İravani)
Hünəriniz var hədisləri nömrəsi ilə ərəbcə olduğu kimi dərc edin.

hünərim var qoymushdum obri bölmədə nədən pozdun biggrin

Kəmaləddin Meysəm Bəhrani "Nəhc əl-bəlağə"nin şərhində şiələrin iki nur sahibi Osman ibn Əffa-na (Allah ondan razı olsun!) vurduqları ləkələri qeyd etmişdir. Guya "o, adamların hamısını, xüsusilə Zeyd ibn Sabitin qiraətinə cəlb edib müşəfləri yandırıb və şübhəsiz ki, nazil olmuş həqiqi Quranı yox edib".(- Meysəm Bəhrani. "Şərh "Nəhc əl-bəlağə", səh.1, 11-ci cild, Tehran çapı.)

Küleyninin rəvayət etdiyi şiə hədisi cavab verir: "Səlim ibn Səlmə demişdir: "Bir dəfə bir nəfərin Əbu Abdulla əleyhissəlama Qurandan başqalarının oxuduğuna bənzəməyən bəzi şeylər oxuduğunu eşitdim. Əbu Abdulla əleyhissəlam dedi: "Müdafiəçimiz zühur edənədək bu qiraətdən imtina edib sən də camaat oxuyan kimi oxu. Qiyamətdən sonra isə Qüdrət və Cəlal sahibi Allahın Kitabı Onun Özünün istədiyi kimi oxunacaq". Sonra o, Əli əleyhissəlamın yazdığı müşəfi çıxardı və dedi: "Əli əleyhissəlam onu yazıb qurtarandan sonra adamlara göstərib demişdir: "Bu, Qüdrət və Cəlal sahibi Allahın Məhəmməd səlləllahü əleyhi və alihiyə nazil etdiyi Kitabıdır. Mən onu iki lövhədən toplamışam". Camaat demişdir: "Budur, bizdə Quranın toplandığı müşəf var, bizim ona ehtiyacımız yoxdur". O demişdir: "Onda siz onu bu gündən sonra heç vaxt görməyəcəksiniz. Mənim borcum onu toplayandan sonra sizə göstərmək idi ki, oxuyasınız".(- "əl-Kafi fi əl-üsul", səh.633, 2-ci cild, Tehran çapı.)


Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Həşr 7)
 
AdministratorTarix: Şənbə, 17.01.2009, 11:55 | İsmarıc # 16
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Aha çox gözəl, indi də əziyyət çəkib o hədislərin şiə alimləri tərəfindən "səhihdir" deyilən mənbələri göstərin. Şiə kitablarında o qədər zəif və uydurma hədis var ki. Əgər bizim alimlər bu hədislərə səhih desəydilər sizin iradınız haqlı olardı. Amma mən sizə sübut etdim ki, şiə alimlərinin böyük əksəriyyəti bu hədislərin batil olduğunu göstərib. İndi buyurun...


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Şənbə, 17.01.2009, 18:23 | İsmarıc # 17
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Aha çox gözəl, indi də əziyyət çəkib o hədislərin şiə alimləri tərəfindən "səhihdir" deyilən mənbələri göstərin. Şiə kitablarında o qədər zəif və uydurma hədis var ki. Əgər bizim alimlər bu hədislərə səhih desəydilər sizin iradınız haqlı olardı. Amma mən sizə sübut etdim ki, şiə alimlərinin böyük əksəriyyəti bu hədislərin batil olduğunu göstərib. İndi buyurun...

hands hands


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
MIRAQATarix: Bazar, 18.01.2009, 22:50 | İsmarıc # 18
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 40
Reytinq: 0
Xəbərdarlıq: 100%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İravani, shiye dindir ? ya firqe ?


Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Həşr 7)
 
AdministratorTarix: Çərşənbə axşamı, 20.01.2009, 12:46 | İsmarıc # 19
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



MIRAQA və Azeritürk, bu hədisə necə cavab verə bilərsiniz:

Həşim bin Ürvə deyir: Mən Həzrəti Aişədən Quranda olan səhvlər haqda soruşdum, misal üçün Allah-təala Quranda deyir əl Muqamin, amma oxunmalıdır ə’al Muqimin, digərləri deyirlər: əl Manan, amma oxunmalıdır əl Munin, üçüncüsü də ki, biz oxuyuruq əl Sabun, amma oxunmalıdır əl Sabin. Həzrəti Aişə dedi: Bu o Quranın üzünü köçürənlərin səhvidir. (Süyuti “əl-İtqan” cild 1 səh 183-184)
Süyuti bu hədisi Buxari və Müslimin şərtlərinə əsasən səhih adlandırıb.



De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Cümə axşamı, 12.02.2009, 11:27 | İsmarıc # 20
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Muhəqqiq Kaşifulqita : “Heç şübhəsiz Qurani-kərimin hər cür təhrifdən məhfuz olması Allah-təalanın hifz etməsi nəticəsində olmuşdur. Necə ki, əsrlər boyu bütün alimlər bunu sübuta yetirmişlər. Amma bu məsələdə az sayda mxaliflər olublar ki, onlara əslən etina etmək lazım deyil.”


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
İslamiyyət forumu » İslam » Məzhəblər, Firqələr » Qurani Kerim tehrif olunubmu?
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz