Sünnilərə suallar
| |
Huzeyfa | Tarix: Cümə axşamı, 16.04.2009, 23:31 | İsmarıc # 21 |
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
Quote (Adminstrator) 91-ci xütbə belədir: Məndən əl çəkib başqasını istəyin.Müxtəlif sifətləri və rəngləri olan bir işə qol qoyuruq.(Belə ki,) ürəklərin ona dözümü yoxdur (camaatın belə hadisələrə dözümü yoxdur) və ağıllar onun yükünü çəkməyəcəklər (inkar edəcəklər). Üfüqləri qara bulud (zülm, sitəm və bid’ət) bürüyüb (haqq-həqiqət günəşi onun altında gizlənib), aydın yol (İslam hökmlərinin həqiqəti) dəyişib. Bilin ki, mən sizin dəvətinizi (bey’ətinizi) qəbul etsəm, özümün bildiyim kimi rəftar edəcəyəm.Və (xəlifəliyi qəbul edib işə başlasam) danışanın (nəfsi istəklərinə uyğun və şəriətə zidd olan) sözünə, (özümdən əvvəlki xəlifələrin yolu ilə getmədiyimə görə məni) məzəmmət edənin qınağına qulaq asmayacağam. Əgər məni buraxsanız (xəlifə seçməsəniz), sizlərdən (insanlardan) biri kimi olaram və bəlkə də sizlərin (haqsız xəlifənin nalayiq rəftarları barədə) sözlərinizə daha çox qulaq asaram (və hüququnuzu qoruyaram), özünüzə vali və hakim etdiyiniz şəxsin (İslamın buyurduqlarına uyğun əmr versə) əmrlərini daha yaxşı yerinə yetirərəm. (Buna görə də) mənim sizlərə vəzir və müşavir olmağım, əmir və hakim olmağımdan daha yaxşıdır. Burada öz xeyrinizə nə gördünüz? Sizcə sizə görə Allah tərəfindən təyin olunan bir İmam belə bir söz deyərmi? Məgər görmürsüz ki,O Xəlif olmağı istəmir?Ya o Allaha və Rasulullah (s.a.s)-ə asi olub onların əmrini icra etmir və ona can atmır,ya da sizin iddialarınız batildir.Təbii ki,doğru olan da elə budur.
|
|
| |
Administrator | Tarix: Bazar, 19.04.2009, 18:53 | İsmarıc # 22 |
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
Huzeyfa, siz o qədər sadəlövh davranırsınız ki, məgər biz-Nəchül-bəlağəni qəbul edən şiələr bu xütbəni oxumamışıq? Həzrətin bu xütbəsi özündən əvvəl gələn 3 xəlifənin buraxdığı bidətlər zamanına təsadüf edir. İslam ümmət bu zamanlardan həqiqi islamdan kənar düşmüdülər. Və onlarda Peyğəmbərin 23-il təbliğ etdiyi həqiqi sünnətindən fasilə yaranmışdı. Hətda namaz belə Peyğəmbər namazı kimi deyil idi. Buna İmam Shafi belə bir cümlə ilə işarədə edir: كلّ سنن رسول الله قد غيّرت حتى الصلاة "Allah Rəsulunun sünnəsi deyişlmişdı hətda namaz belə" Bax: كتاب الام : 1 / 208 Bu səbəbdən Həzrət xəlifə olacağı təqdirdə insanların istədyi kimi yox özünün haqq bildiyi kimi qəzavət və rəhbərlik edəcəyini bildirir. Və buna işarə edərək deyir: Bilin ki, istədiyinizi qəbul etsəm, daha yaxşı bildiyimə uyub gedərəm, nə söyləyənin sözünə fikir verərəm, nə eyib tutanın sözünə qulaq asaramBu səbəbdəndir ki, İmam xilafətdən imtına edir. Həzrətin əsas məqsədi heç olmasa həqiqi İslamdan az-maz qalanı qoruyub saxlamaq idi. Bu səbəbdən Həzrət əlinə qılınc almadı. Lakin eyni zamanda da susumadı. Hər imkan düşən kimi haqqı çatdirmaqda davam edirdi. Haqqı çatdırmaq üçün xəlifə olmaq vacib deyil. Baxmayaraq ki, xəlifəlik imkanlarından daha səmərəli istifadə etmək olar. Təəssüflər olsun ki, İslam ümməti Həzrəti Əlidən Əbubəkr, Ömər kimi xəlifə olmağını istəyirdilər. Bir halda ki, Həzrəti Əmirəl Möminin buna razı ola bilməzdi. Və təsadüfi deyil ki, yuxarda ki, xütbədə buna işarədə edir. bu məsələyə daha ətraflı Şiqşiqiyə xütbəsində də toxunub: And olsun Allaha ki, filankəs onu bir köynək kimi geyindi, halbuki çox yaxşı bilirdi ki, mən xilafətə nisbətdə dəyirman daşının mili kimiydim. Xilafət mənim ətrafımda fırlanırdı. Sel məndən axardı, uçduğum yerə heç bir quş uça bilməzdi. Xilafətlə arama bir pərdə çəkdim, onu qoltuğumdan sivirib atdım. Düşundum: kəsilmiş qolumla həmlə edim, yoxsa bu zülmət korluğa səbr edim? Özü də elə bir korluq ki, qocaları əldən salar, uşağı qocaldar. İnanan isə Rəbbinə yetişənə qədər bu zülmətdə əzab çəkər Gördüm ki, səbr etmək daha doğrudur – səbr etdim. Səbr etdim, amma gözümdə tikan vardı, boğazımda sümük vardı. Mirasının yəğmalandığını görürdüm. Birincisi onu filankəsə verib getdi Amma Həzrətin deməsi ki: وَ إِنْ تَرَكْتُمُونِي فَأَنَا كَأَحَدِكُم məni rahat buraxsanız sizin kimi birisi olaram. Burada Həzrət məsuliyyətdən boyun qaçırmır. Əksinə qeyri İlahi qanunlarla xəlifəlik etməkdən boyun qaçırmaq üçün belə deyir. Onsuzda İslam ümməti başqasını Həzrətin yerinə seçsəydi İmam Əlinin itaət etməkdən başqa yolu qalmayacaqdı. Çünki, müharibə etmək istəyən 25-il ərzində edərdi. Həzrətdə buna hazır deyil idi. Əslində buna İslam ümməti hazır deyil idi. Necə ki, biz İmam Əlinin xəlifə olandan sonra müharibələrin başlanması ilə bunun şahidi oluruq. Həzrəti qəbul etməyənlər, onun Peyğəmbər sünnəsi ilə getdiyini anlamayanlar ona qarşı qılıc çəkirlər. Həzrət xəlifə olacağı təqdirdə bütün bunların baş verməsini örürdüş İslam ümmətinin daxildən zəifləməsini görürdüş Bir yandan da İslam ümmətinin içində təhlükəli virusun olduğunuda bilirdi və onu məhv etmək əzmində idi. Həzrət Şiqşiqiyə xütbəsində sizlərlə birgə itaət edərəm kəlməsinidə açiqlayıb:Uzun müddət ağır möhnətlərə düşdüm, səbr etdim. O da yoluna düzəldi. Xəlifəliyi bir cəmiyyətə verdi ki, mən də sanki onların biriydim. Allahım, sənə sığınıram: necə də deyingən bir cəmiyyət idi bu. Onların hansı birincisi ilə mənim haqqımda şübhəyə düşdü ki, bu çür adamlara qatıldım? Fəqət enən zaman onlarla endim, qalxan zaman onlarla qalxdım. Enişdə-yoxuşda onlarla birgə oldum. Aralarından biri, həsəddən doğru yolunu azdı. Bir başqası, damadı olduğu üçün ona uydu, məndən üz çevirdi. O biriləri isə elə işlər tutdular ki, dilə gətirmək də olmur Burada zahirdə Həzrətin onlarla azmış İslam ümməti ilə olcağına işarə edir daxildə isə onlarin həqiqi İslamdan kənar düşməsini bildirir.
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
|
|
| |
Huzeyfa | Tarix: Cümə axşamı, 23.04.2009, 23:12 | İsmarıc # 23 |
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
Quote (Adminstrator) Bu səbəbdəndir ki, İmam xilafətdən imtına edir. Həzrətin əsas məqsədi heç olmasa həqiqi İslamdan az-maz qalanı qoruyub saxlamaq idi. Bu səbəbdən Həzrət əlinə qılınc almadı. Lakin eyni zamanda da susumadı. Hər imkan düşən kimi haqqı çatdirmaqda davam edirdi. Haqqı çatdırmaq üçün xəlifə olmaq vacib deyil. Əgər siz iddia etdiyiniz kimi Əli (r.a) şiyəsisinizsə niyə onun getdiyi yolu getmir,tutduğu mövqeyi tutmursuz?O ki,25 il sadiq dostları (Raşidi Xəlifələr) ilə bərabər çiyin-çiyinə çalışdı.Yuxarıdakı sözləriniz özünüzə məxsus şərh verməkdən başqa bir şey deyil.Sizlər bunu yaxşı bacarırsız.Bu sözləri də Əli (r.a) deyib:Əli (r.a.) iki şeyx Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demişdir: «Müsəlmanların ən yaxşısı, Allaha və onun elçisinə (s.a.s.) ən yaxını - xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (Yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın» Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı. Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi». «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh. 298, Tehran çapı, 1995) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (r.a.) rəvayət etmişdir: «Peyğəmbərimizin (s.a.s.) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (s.a.s.) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (s.a.s.) də belə vəsiyyət etmişdir». «Biharu-l-ənvar», 22/305, 306 Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, savab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdilər». «Nəhcu-l-Bəlağə» səh: 143 (tərcümədə səh. 257, Tehran çapı, 1995). Əli və Ömər ibnu-l-Xəttab (r.a.) Rum döyüşünə çıxarkən məsləhətləşəndə Əli (r.a.) Ömərə (r.a.) belə demişdir: «Sən bu düşmənin üzərinə özün gedib onlarla döyüşsənşsən, müsəlmanların öz ölkələrinin qurtaracağından başqa sığınacaqları olmaz («Sığınacaq» deyəndə, arxalanacaqları mərkəz nəzərdə tutulur. ) Onların səndən sonra müraciət edəcəkləri bir başçıları yoxdur. Sən gəl onların yanına sınaqdan çıxmış bir adam, onunla birlikdə döyüşkən ağıllı adamlar göndər. Əgər Allah bu yolla səni qalib çıxarsa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq və müsəlmanların ümid yeri olarsan». «Nəhcu-l-Bəlağə», səh:193 (tərcümədə səh, 167-168). Ömər özü farslarla döyüşə çıxarkən onunla (Əli (r.a.) ilə) məsləhətləşdiyi zaman Əlinin (r.a.) Ömər (r.a.) haqqında dedikləri bundan da aydındır. O demişdir: «Bu elə bir işdir ki, onun köməyinə gəlib-gəlməmək çoxluq və ya azlıqdan asılı deyil. Bu, Allahın qalib çıxardığı və adamları onun uğrunda səfərbər etdiyi, hazırladığı və imdad etdiyi dindir ki, çatdığı səviyyəyə çatıb və çıxdığı yerdə üzə çıxıb. Bizə Allah vəd verib. Allah öz əhdini yerinə yetirən, öz əsgərlərinə kömək edəndir. Boyunbağıda nizamlayıcının (Nizamlayıcı, muncuqların düzüldüyü ip mənasındadır) əhəmiyyəti nə qədərdirsə, əmrin etibar edildiyi adamın (“Əmrin etibar edildiyi adamın” ifadəsi “əmr edən” mənasındadır. Bununla xəlifə nəzərdə tutulur. ) əhəmiyyəti də o qədərdir. Qoy əcəmlər sənə baxıb desinlər: "Ərəblərin kökü budur, onu kəssəniz, rahat olarsınız". Bu onların sənə qarşı hücumlarını çətinləşdirər. Onların mənim qeyd etdiyim sayca çoxluğuna gəlincə, biz keçmişdə də say çoxluğu hesabına deyil, Allahın köməyi və yardımı ilə döyüşmüşük» «Nəhcu-l-Bəlağə» səh: 203-204 (tərcümədə səh:166-167 Tehran çapı-1995)
|
|
| |
Administrator | Tarix: Çərşənbə axşamı, 28.04.2009, 14:57 | İsmarıc # 24 |
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
Quote Əgər siz iddia etdiyiniz kimi Əli (r.a) şiyəsisinizsə niyə onun getdiyi yolu getmir,tutduğu mövqeyi tutmursuz?O ki,25 il sadiq dostları (Raşidi Xəlifələr) ilə bərabər çiyin-çiyinə çalışdı.Yuxarıdakı sözləriniz özünüzə məxsus şərh verməkdən başqa bir şey deyil.Sizlər bunu yaxşı bacarırsız.Bu sözləri də Əli (r.a) deyib:Əli (r.a.) iki şeyx Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demişdir: «Müsəlmanların ən yaxşısı, Allaha və onun elçisinə (s.a.s.) ən yaxını - xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (Yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın» Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı. Bu hədisi məgər sizin qətiyyətlə rədd etdiyiniz sünni İbn Əbil Hədid qələmə almayıbmı? Niyə qəbul edirsiniz? Məgər siz bu hədisin açıq-aşkar uydurma olduğunu görmürsünüzmü? Yoxsa "Nəhcül-bəlağə"nin şərhini özü ilə birmi tutursunuz? Məgər bunlar "Şərhu Nəhcül-bəlağə"də yazılmayıbmı? «Әbu Bəkr məscidin minbərində əyləşib Әli (ə)-ın arxasınca dedi: O, bir tülküdür ki, quyruğu ona şahidlik edər...» O, (Әli) Ummi Təhal kimidir (məşhur zinakar qadın) ki, öz yaxınları ilə zina etməyi xoşlayır....» Biz Əli (ə) yolunu tutmağa çalışırıq, gördüyünüz kimi lazım olan məqamda susuruq, amma eyni zamanda bidətləri də göstəririk ki, müsəlmanlar Əhli-beytdən (ə) uzaq düşüb, münafiqlərin yoluna yuvarlanmasınlar! Quote Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi». «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh. 298, Tehran çapı, 1995) Mən sizdə dəfələrlə demişəm ki, "Nəhcül-bəlağə"dən bir şey yazanda xütbənin nömrəsi ilə yazın. Amma siz bunları kopyaladığınıza görə heç həmin əsərdən xəbəriniz yoxdur. Bu xütbə xatırladığıma görə Həzrət Əlinin (ə) Müaviyyəyə müraciətidir. O, burada Müaviyyənin dili ilə danışır, ona batil yolda olduğunu onun dili ilə başa salır. Bu xütbə ilə bağlı ətraflı söhbət etmək istəsəniz mövzu açın edək. Quote Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (r.a.) rəvayət etmişdir: «Peyğəmbərimizin (s.a.s.) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (s.a.s.) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (s.a.s.) də belə vəsiyyət etmişdir». «Biharu-l-ənvar», 22/305, 306 Bəli, Peyğəmbərin (s) səhabələri, məsələn, Ammar Yasir, Bilal, Salman, Əbuzər dinə bidət gətirməmişlər. Söhbət səhabə sifətini almaq istəyənlərdən gedir. Digər sitatlarınız da "Nəhcül-bəlağə"dəndir ki, mənim o xütbələri axtarmağa vaxtım yoxdur, siz onların dəqiq nömrəsini yazın. Bir də ki, siz açıq-aşkar kənara çıxırsınız, mövzuda şiələrə yox, sünnilərə sual verilir. Bu haqda müvafiq mövzu var.
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
|
|
| |
Huzeyfa | Tarix: Çərşənbə, 29.04.2009, 00:04 | İsmarıc # 25 |
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
Quote (Adminstrator) Bu hədisi məgər sizin qətiyyətlə rədd etdiyiniz sünni İbn Əbil Hədid qələmə almayıbmı? Niyə qəbul edirsiniz? Məgər siz bu hədisin açıq-aşkar uydurma olduğunu görmürsünüzmü? İbn Hədid Mötəzili əqidəsində olan bir adam idi və bu sözdə siz nə səhv görürsüz?Quote (Adminstrator) Məgər bunlar "Şərhu Nəhcül-bəlağə"də yazılmayıbmı? «Әbu Bəkr məscidin minbərində əyləşib Әli (ə)-ın arxasınca dedi: O, bir tülküdür ki, quyruğu ona şahidlik edər...» O, (Әli) Ummi Təhal kimidir (məşhur zinakar qadın) ki, öz yaxınları ilə zina etməyi xoşlayır....» Bu sözlər Nəhcül Bəlağada şərh deyilmi? Bu sözləri sizin təsdiqləməyiniz normaldır.Çünki,sizin əqidənizə uyğun gələn və yalan olması aşkar şeyləri qəbulunuz və əksinə səhih olan lakin,havanıza uyğun olmayan şeyləri inkar sizin yolunuzdur. Bu sözü uyduranın cəzası Allaha aiddir.Yalanı təsdiqləyənlər isə bərabər günah daşıyırlar. Məgər o yalan sözü eşitdiyiniz zaman mö'min kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə ne'məti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. (Nur 12-14) Quote (Adminstrator) Biz Əli (ə) yolunu tutmağa çalışırıq, gördüyünüz kimi lazım olan məqamda susuruq, amma eyni zamanda bidətləri də göstəririk ki, müsəlmanlar Əhli-beytdən (ə) uzaq düşüb, münafiqlərin yoluna yuvarlanmasınlar! Çox qəribədir ki,məhz kafir və münafiqlərin yolu ilə gedənlər Rafizilərdir ki,Abdulla ibn Səbanın iddialarını əsas almış və bütün Ümmətə müxalif olmuşlar və bu iddialarınızla siz gəlmiş-keçmiş bütün İslami firqələrdən seçilirsiz.Bu fikirlər Rafiziləri İslamdan uzaqlaşdıran fikirlərdən biridir Siz yenə sələf adətlərinizə uyub radikallıq edir və qaydaları pozursunuz! Şiə müsəlmanlarına qarşı "Rafizi" kimi ifadələrdən istifadə etmək qadağandır +20% Quote (Adminstrator) Bəli, Peyğəmbərin (s) səhabələri, məsələn, Ammar Yasir, Bilal, Salman, Əbuzər dinə bidət gətirməmişlər. Söhbət səhabə sifətini almaq istəyənlərdən gedir. Onminlərlə Səhabənin sonu bəs necə oldu? Quranı kimlər toplayıb,kitab halına saldı? İslamı digər ölkələrə yayan,məscidlər ucaldan,Rasulullah (s.a.s)-lə cihad edənlər kimlər idi və s..?
|
|
| |
For_Islam | Tarix: Bazar, 03.05.2009, 18:30 | İsmarıc # 26 |
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
bura sünnülərə sual bölməsidir, şiələrə iftira bölməsi deyil
|
|
| |
Pünhan | Tarix: Bazar, 03.05.2009, 23:16 | İsmarıc # 27 |
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
Quote (Huzeyfa) Quranı kimlər toplayıb,kitab halına saldı? Bu mövzu artiq 4 aydir ki, müzakirə üçün istifadəyə verilib.Bu barədə bildiyiniz bir şey varsa buyurun. http://islamiyyet.ucoz.ru/forum/6-130-1
Ədəb sayılsada məclisdə susmaq, Məsləhət zamanı danışmaq gərək. İki şey ağıla nöqsan sayilir: Yersiz susmaq ilə, yersiz söz demək.
|
|
| |
Administrator | Tarix: Çərşənbə, 06.05.2009, 11:07 | İsmarıc # 28 |
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
Huzeyfa, siz yenə də mövzuya zidd olaraq şiələrə sual ünvanlayırsınız. Bax buna görə İslam dünyası siz sələfilərlə heç cürə dialoq yarada bilmir. Radikallıq, kor-koranəlik sizi uçuruma aparır. Sual: Necə ola bilər ki, on minlərlə səhabənin hamısı ədalətli olsun? Bu mümkündürmü? Onlar bundan sığortalanıbmı? Bu haqda (Quranda aydındır ki, yoxdur) hədislərdə bir şey gəlibmi?
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
|
|
| |
Huzeyfa | Tarix: Bazar, 10.05.2009, 01:25 | İsmarıc # 29 |
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
Quote (Adminstrator) Sual: Necə ola bilər ki, on minlərlə səhabənin hamısı ədalətli olsun? Bu mümkündürmü? Onlar bundan sığortalanıbmı? Bu haqda (Quranda aydındır ki, yoxdur) hədislərdə bir şey gəlibmi?
|
|
| |
For_Islam | Tarix: Bazar ertəsi, 11.05.2009, 20:56 | İsmarıc # 30 |
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
Huzeyfa, Bir sualım var, Əbubəkrə, ömərə və Osmana qarşı çıxanların hökmü nədir? Çox xahiş edirəm biraz ətraflı yazasız (amma kitab olmasın dediyim mövzu əhatə olunsun ancaq)
|
|
| |
Huzeyfa | Tarix: Bazar ertəsi, 11.05.2009, 23:26 | İsmarıc # 31 |
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
Quote (For_Islam) Huzeyfa, Bir sualım var, Əbubəkrə, ömərə və Osmana qarşı çıxanların hökmü nədir? Çox xahiş edirəm biraz ətraflı yazasız (amma kitab olmasın dediyim mövzu əhatə olunsun ancaq) Deyin görüm onlara qarşı kim çıxıb?Əgər Osman (r.a)-nın vaxtındakı üsyanı deyirsinizsə onlar Xaricilər (asilər)idi.
|
|
| |
For_Islam | Tarix: Çərşənbə axşamı, 12.05.2009, 19:33 | İsmarıc # 32 |
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
Quote (Huzeyfa) Deyin görüm onlara qarşı kim çıxıb?Əgər Osman (r.a)-nın vaxtındakı üsyanı deyirsinizsə onlar Xaricilər (asilər)idi. umumiyyetle her kim chixib. Onlara qarshi kim chixibsa onlarin hamisinin hokmu eyndir? Eynidirse nedir? Osmana qarshi hakimiyyetinden narazi qalan xalq chixib. Neyse osmani arashdirimiriq.
|
|
| |
Administrator | Tarix: Çərşənbə, 13.05.2009, 12:29 | İsmarıc # 33 |
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
Huzeyfa, mənə yükləmə linki verməyin. Əgər özünüz onu oxumusunuzsa bir neçə sübutlu aydınlıq gətirin.
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
|
|
| |
bakigeceleri | Tarix: Çərşənbə axşamı, 20.03.2012, 09:59 | İsmarıc # 34 |
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 1
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
| إِنَّمَا وَلِيُّكُمُ اللّهُ
وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ
وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ
وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ
الْغَالِبُونَ
salam aleykum bezi suallarim var..cavabalndirsaz cox sad olardim....tarixcilerin yazdiqlarina gore cemel ve siffin muharibelerinde 80 mine yaxin muselman helak olub...sizce onlarin cavabini kim verecek? axi Nisa suresi 93-cu ayede 1 muselmani qesden oldurenin yerinin cehennem oldugu askar yazilib.....?????Добавлено (20.03.2012, 00:06) --------------------------------------------- http://www.youtube.com/watch?v=d4EiHuQxzVo abu zeyd deyir ki yezid ibn muaviyye zamanin imami olub.....bes Huseyn ibn Elinin e. meqami nedi? cahiliyye dovrundeki kimi wehid olub?(NEUZUBILLAH)ya da ki abdullah ibn omerle yezidin olumu cahiliyye dovrundeki kimi olub.....buna muunasibetiniz zehmet olmasa Добавлено (20.03.2012, 00:09) --------------------------------------------- Eli ibn EbuTalibi en azindan 4-cu xelife,imam kimi taniyirsiz...bes ona qarsi cixan muaviyyenin hokmu nedi??? Добавлено (20.03.2012, 00:23) --------------------------------------------- Abdurrezzak Sananinin “el-Musannaf” adlı kitabının 7-ci cildinin 499-cu sehifesinde bele bir sey var: (Abdurrezzak ibni Cüreycden, o Ebu Zubeyrden şöyle rivayet etti) Ebu Zubeyr dedi ki: Cabir b. Abdullahın şunları söylediğini duydum: “Muaviye Taifde ibni Hazremin cariyesi ile muta nikahı yaptı, Cariyenin adı Muanaydı.”
Cabir dedi ki: “Muana Müaviye devrine kadar yaşamıştı ve Muaviye (Muananın) ömrünün sonuna kadar her yıl ona hediyyeler gönderiyordu”........buna munasibetiniz Добавлено (20.03.2012, 00:30) --------------------------------------------- Səhihi Müslimdə (Birr, 96, 2604-cü hədis-"Qarnını doyurmasın hədisi") həmin hədislərin toplandığı babın adı da belədir: "Peygamber (Sallallahü Aleyhi ve Sellem) Bir Kimseye Hak Etmediği Halde Lanet Eder Veya Söver Yahut Beddua Ederse, Bu Onun, O Kimse İçin Zekat, Ecir ve Rahmet Olacağı Babı" dır........ .babin adinda PEYGEMBER BIR KIMSEYE HAQQ EDMEDIYI HALDE-bunu nece basa dusek???? Добавлено (20.03.2012, 01:38) --------------------------------------------- Sünnü qardşların Qurandan sonra II kitab adlandırdıqları Səhih Buxaridə Rəsulullahdan belə bir hedis var:
Rəsuli Əkrəm dedi: "İnsanlar Cehenneme (od) atılacaq ve Cehennem dilə gələcək: Başqa kim var gələsi? Bu zaman Allah nəüzubillah ayağıni odun üzərinə qoyocaq ki digərlərinə də yer eləsin ve cehennem deyecek besdir,besdir! "
Sahih Buxari, Cild. 6, Hədis 371 bu hedis ne demekdi???sehihdi bu hedis..eger sehihdise menim daha sozum yoxdu,eger sehih deyilse onda buxarinin evvelinden sehih sozunu goturmek lazimdi Добавлено (20.03.2012, 01:40) --------------------------------------------- Tehavi eqidesinin asanlasdirilmis serhi kitabinin 72-ci ve ya 82 ci sehifesinde yazilib:Allahin ersi haqdir-ora iki ayaqin qoyulduqu yerdir.................Burdan bele mena cixmir ki Allahin iki ayaqi var?Bu Quranla nece izah olur? Добавлено (20.03.2012, 01:46) --------------------------------------------- Peygember ozunden sonra ebu bekrin xelife olmasi haqqinda sehih hedis var? eger varsa niye sakafede onu uzun mubahiseden sonra secki ile secdiler?h etta buna gore peygemberin s.a.a defni de 1 gun gecikdi......eger bele hedis yoxdusa sizce qeribe deyil ki mescide sag ayaqla girib sol ayaqla cixmaga qeder deyen bir peygember ozunden son ummetini bawsiz buraxib gedib??? Добавлено (20.03.2012, 02:18) --------------------------------------------- 3-cu xelifeni secende axira 2 nefer qalanda evvelce sual Eli e.-a verilir,sonra eyni sual osmana verilir....sizce niye Eli e. ebu bekr ve omerin qaydalarina tabe olmadigi ucun 3-cu xelife secilmir??? Добавлено (20.03.2012, 02:20) --------------------------------------------- niye Peygembere s.a.a olum yataginda olanda ona sayiqlayir deyib onun isdediyini elemirler......amma ebu bekr olum yataginda olanda omeri secir,ona beyet olunur......omer olum yataginda olanda 6 neferlik heyet secir ve sertler qoyur onlari qebul edirler???? Добавлено (20.03.2012, 02:41) --------------------------------------------- men bildiyime gore Buxarinin ustadı Muhammad İbn Yahya Əz-Zuhli olub....Nəyə görə Muslim Buxarinin tələbəsi ola-ola, Əz-Zuhlidən hədis eşıtsə belə ondan hədis rəvayət etməyib? Добавлено (20.03.2012, 09:43) --------------------------------------------- Peygemberimiz s.a.a kagiz ve qelem isdediyi halda omer deyib ki Quran bize yeter......sizce bu seqeleyn hedisine zidd deyil......axi 2 emanet qoydugunu buyurub resulullah s.a.a:quran ve ehli beyt........buna munasibetiniz Добавлено (20.03.2012, 09:59) --------------------------------------------- İnzar Ayəsi Allah-taala bu ayədə peyğəmbərə (s) xitab edərək buyurur:
(Həqiqətən sən qorxudansan və hər bir qövmün və millətin hidayətçisi var.) "Rəd- 7." Əhli- sünnənin böyük alimlərindən sayılan Fəxri-Razi ayənin təfsirində üç nəzər nəql edir: 1- Münzir (qorxudan) və Hadi (hidayətçi) sözləri eyni mənanı çatdırır. Bu təfsirə əsasən ayənin mənası belə olacaq: Sən fəqət hər bir millətin və qövmün qorxudanı və hidayət edənisən. 2- Qorxudan Peyğəmbər (s) və hidayət edən Allahdır. 3- Qorxudan Peyğəmbər (s) və hidayət edən Əlidir (ə). Çünki ibni Abbasdan nəql olunan bir hədisdə buyurulur: Peyğəmbər (s) bu ayənin təfsirində buyurub: Mən qorxudanam. Sonra Həzrət Əli (ə)-ə işarə edərək buyurdu: Ya Əli (ə) sən hidayət edənsən. Məndən sonra hidayət olanlar sənin vastənlə hidayət olunacaq. " Əl-kəbir, təfsiri. c-19. s-14.".............................3-cu tefsir daha mentiqe uygun gorunur,buna munasibetiniz
|
|
| |
|