Baş səhifə Sünnilərə suallar - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Sünnilərə suallar
AdministratorTarix: Çərşənbə axşamı, 20.01.2009, 13:00 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Salamun aleykum. Burada sünnilərə suallar ünvanlancaq. Bir sual cavablandırılmayınca digəri keçmək olmaz. OFFTOPlara yol verməyək. Elmi müzakirə ixtilaf yaratmır.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Çərşənbə axşamı, 20.01.2009, 13:04 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İlk sualı mən verirəm.

1. “Səhihi-Müslim” kitabında Cabir ibn Sumrənin belə dediyi nəql olunur: “Allahın Rəsulundan (s) eşitdim ki, belə buyurdu:
لا يَزالُ الْاِسْلامُ عَزيزاً اِلى اِثْنى عَشَرَ خَليفَةً – ثُمَّ قالَ كَلِمَةً لَمْ اَفْهَمْها! فَقُلْتُ لِاَبِى ما قالَ؟ فَقالَ كُلُّهُم مِنْ قُرَيْشٍ!:
“On iki xəlifə müsəlmanlara rəhbərlik edən vaxta qədər İslam izzətli olacaq.” Sonra o həzrət bir söz dedi ki, mən başa düşmədim. Atam Peyğəmbərə (s) yaxın olduğundan, ondan “Peyğəmbər (s) nə buyurdu?” deyə soruşduqda, atam (Peyğəmbərin (s) belə buyurduğunu) dedi: “Onların hamısı Qüreyş tayfasındandır!” (cild 3, səh. 1453).

Həmin kitabda başqa bir sənədlə Cabir ibn Abdullah Ənsaridən “La yəzalul-İslamu əzizən” (İslam dini həmişə əziz olacaqdır) ifadəsinin yerində “La yəzalu hazəl-əmr” (Bu iş həmişə davam edəcəkdir) ifadəsini nəql etmişdir.
Başqa bir hədisdə isə “La yəzalu hazəd-din əzizən məniən” (Bu din həmişə izzətli və yenilməz olacaqdır), deyə buyurulmuşdur.
Bir hədisdə Amir ibn Səd ibn Əbi Vəqqasdan belə nəql edilir: “Cabir ibn Sumrəyə məktub yazıb bildirdim ki, Peyğəmbəri-əkrəmdən (s) eşitdiyi hədisləri mənə yazıb göndərsin. O da mənə belə yazmışdı: “Mən Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “İslam dini qiyamətə qədər yaşayacaq və mütləq sizə Qüreyş tayfasından olan on iki xəlifə rəhbərlik edəcək!” Həmçinin belə buyurdu: “Müsəlmanların kiçik bir qismi “Ağ” evi, “Kəsra” evini, yaxud da “Kəsra” övladlarını fəth edəcək!” Sonra xəbərdarlıq etdi: “Qiyamətdən qabaq yalançılar meydana çıxacaq, onlardan uzaqlaşın!”.

Yenə “Səhihi-Müslim”də başqa bir “təriq”lə (ravilərin sırası) Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: “On iki xəlifənin hökuməti durduqca, bu din izzətli, qüdrətli və yenilməz olacaq!” Bu hədisin sonunda da “Kulluhum min Qureyş!” (Onların hamısı Qüreyş tayfasındandır” ifadəsi görünür.

2. Bu hədis “Səhihi-Buxari” kitabında oxşar ifadələrlə Cabir ibn Abdullah Ənsarinin Peyğəmbəri-əkrəmdən (s) belə eşitdiyi nəql olunmuşdur:
يَكُونُ اِثْنى عَشَرَ اَمِيراً فَقالَ كَلِمَةً لَمْ اَسْمَعْها! فَقالَ اَبِى اِنَّهُ قالَ: كُلُّهُم مِنْ قُرَيْشٍ!:
“Məndən sonra on iki əmir olacaq.” Sonra həzrət bir söz buyurdu ki, mən eşitmədim. Atam dedi ki, həzrət deyirmiş: “Onların hamısı Qüreyş tayfasındandır!” (cild 3, səh. 101).

3. Bunun oxşarı “Səhihi-Termizi” kitabında da azacıq fərqlə qeyd olunmuş və Termizi onu nəql etdikdən sonra yazmışdır: “Bu hədis “həsən” və səhihdir (cild 3, səh. 501.

Bu hədislərdəki 12 rəhbər (xəlifə, əmir və s.) kimlərdir?!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Bazar ertəsi, 16.02.2009, 23:49 | İsmarıc # 3
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



1.Onlar çox vaxt "on iki nəfər"dən bəhs edən hədisi dəlil gətirirlər. Bu hədisin iki səhih kitabda və digərlərində müxtəlif rəvayətləri mövcuddur. Həmin rəvayətlərdə deyilir:
1.Qureyşdən olan, on iki nəfər rəhbər olacaq .
2.Qureyşdən olan, on iki nəfər xəlifənin dövründə İslam izzətli olacaqdır .
3.On iki nəfər xəlifənin dövründə bu din izzətli və qüvvətli olacaqdır .
4.On iki nəfərin rəhbərliyi dövründə insanların güzəranı xoş olacaqdır .
5.On iki nəfər xəlifə sizə rəhbərlik etdiyi dövrdə bu din izzətli və qüvvətli olacaqdır. Bütün ümmət onların ətrafında birləşəcək .
On iki imam (isnə aşəriyyə) məzhəbinin uçurum kənarında dayandıqlarını və əsası kibrit çöpləri ilə qurulmuş bir binada qərar tutduqlarını sübut edən dəlillər aşağadakılardır:
a.Hədisdə, onların xəlifə olduqları dövrdə dinin izzətlənəcəyi daha sonra isə bu izzətin əldən gedəcəyi deyilir. Dinin izəttli və zəif dövrləri tarixdə öz təsdiqini tapmışdır.
b.Şiyələr deyirlər ki, ötən xəlifələrin heç birinin vaxtında din izzətli olmamışdır. Onların imamları gizlində, qorxudan təqiyyə davranışı göstərirdilər. Hətta onlara görə Əbu Bəkrin, Ömərin və Osmanın vaxtında haqq din yoxuydu, Əli isə onların yanında ola-ola doğru dini izhar etdirə bilmir, qorxudan təqiyyə edib doğru Quranı aşkara çıxartmamış, təravih namazlarını qadağan etməmiş və hətta siğə nigahını da əmr etməmişdi.
c.Hədisdə məqsəd imamların sayını qeyd etmək yox, onların vaxtında dinin izzətli olacağını bildirməkdir.
d.Mehdinin gəlişi qiyamətə qədər olan vaxta ehtimal edilir. Bəs görəsən bu izzət və ziflik nə zaman olacaq!
e."Onların hamısı Qüreyşdən olacaqlar" sözləri, burada Əli və övladlarının nəzərdə tutulması ehtimalını zəiflədir. (çünki onlar elə əslən Qüreyşdən idilər və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu açıqlamağı artıq sayılır). Hərçənd ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu imamların İsmail oğullarından olacağını desəydi, o zaman rafizilər imamlarının İsmail övladı olduğunu iddia edərdilər.
f.Səhihi Müslimdə belə bir rəvayət var: "Ümmətimdən on iki münafiq olacaqdır". Demək say öz-özlüyündə heç bir sübut əhəmiyyəti daşımır.
g.Onların etiqadına görə imamlar peyğəmbərlərdən daha əfzəl və daha önəmli sayılırlar. Buna baxmayaraq Quranda peyğəmbərlər və onların şəriətləri barəsində danışılır, amma imamlar haqqında heç bir məqama toxunulmur.
h.Belə bir sual yaranır; nə üçün Əli şura yolu ilə xəlifə seçiminə razılaşdı. Nə səbəbə Həsən Müaviyəyə güzəştə gedib xilafəti ona verdi. Nə üçün onların bütün imamları xəlifələrə beyət etdilər... Nəyə görə Hüseyn, Müaviyəyə beyət etdi.
i.Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əlinin xəlifə olmasını dediyi halda, necə ola bilər ki, Əli buna etiraz etsin. Belə ki, Nəhcul Bəlağə adlı kitabda deyilir:
1."Mənim sizin üçün vəzir olmağım, əmir (rəhbər) olmağımdan daha xeyirlidir. O sizə müsəlman olduqdan sonra kafir olmağı heç əmr edərmi?!"
2.Əli xəlifə olduqda öz xəlifəliyinə şəriətdən dəlil-sübut gətirmədi, əksinə bu işə özünün iradəsi olmadan təyin olunduğunu dedi.
3.Şura hüququ Mühacir və Ənsarlara məxsus idi. Onlar bir nəfərin ətrafına toplanıb onu rəhbər adlandırsaydılar, bu işdən Allah da razı qalardı .
4.Bəyadi deyir: Əli xəlifə olanda bu haqda səhabələrə şəriətdən heç bir dəlil-sübut ərz etmədi (əs-Sirat əl-Müstəqim kitabından).
j.
k.Rafizilərin camaat və ya fərdi şəkildə imamlar haqqında rəvayət etdikləri bu hədislərin o zaman mövcudluğu ağılasığılmazdır. Çünki, imamların fəziləti haqqında bu qədər hədis ola, sonra bu hədislər böyük rafizi rəvayətçiləri və hər imamın ölümündən sonra ixtilafa düşən rafizi təriqətləri tərəfindən nəql olunmaya?! Bu çox qəribədir! Bütün bunlar göstərir ki, imamlar haqqında nəql etdikləri hədislər sonradan uydurulmuşdur.
l.Onların etiqadlarına görə imamların rəhbərliyi sirridir. Riza deyir: Allah bu rəhbərliyi Cəbrailə sir olaraq vermiş, o da bu sirri Məhəmmədə açmışdır. Məhəmməd isə bu sirri Əliyə açmışdır. Əli də bunu istədiyinə açıb bildirmiş, siz də bunu hər yana yayırsınız. Aranızda, eşitdiyi sözü gizli saxlayanınız kimdir! (əl-Kafi)
m.On iki xəlifənin və onların zəmanəsinin vəsfi:
6.Deyirlər ki, onlar xilafətə gələcək, onların vaxtında din izzətli olacaq və hamı onların ətrafına toplaşacaqdır.
Şiyələrin imamlarının, yalnız sayları bu vəsfə uyğun gəlir. Hədis bir kənara, onların dedikləri say da düz gəlmir. Belə ki, əl-Həsən əl-Əskəri sonsuz olub və beləcə dünyasını dəyişib.
 
PünhanTarix: Çərşənbə axşamı, 17.02.2009, 13:02 | İsmarıc # 4
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



بسم الله الرحمن الرحيم

Sunəne Əbu davud
Əbu Davud Sicistani (202-275)
“Darul-fikir” 4 cild
31 كتاب المهدي
Kitabul Məhdi

4279 حدثنا عمرو بن عثمان ثنا مروان بن معاوية عن إسماعيل يعني بن أبي خالد عن أبيه عن جابر بن سمرة قال سمعت رسول الله  يقول لا يزال هذا الدين قائما حتى يكون عليكم اثنا عشر خليفة كلهم تجتمع عليه الأمة فسمعت كلاما من النبي  لم أفهمه قلت لأبي ما يقول قال كلهم من قريش
Cabir ibn Səmurə deyir “Rəsulullah (s) buyurdu: 12 iki nəfər sizə xəlifəlik edənə qədər bu din davam edəck. Ümmət onların ətrafında cəm olmalıdır. Sonra Rəsulullah (s) bir söz dedi və mən onu başa düşmədim. Atama dedim Rəsulullah nə dedi? Atam dedi: Dedi hamısı Qureyşdən olacaq”
4280 حدثنا موسى بن إسماعيل ثنا وهيب ثنا داود عن عامر عن جابر بن سمرة قال سمعت رسول الله  يقول لا يزال هذا الدين عزيزا إلى اثني عشر خليفة قال فكبر الناس وضجوا ثم قال كلمة خفية قلت لأبي يا أبت ما قال قال كلهم من قريش
Cabir ibn Səmurə deyir: Rəsulullahdan (s) eşitdim deyirdi: “Bu din 12 xəlifə xilafətini edənə qədər əziz (qüdrətli) olacaq. Sonra camaatın təkbir və fəryad səsləri ucaldı. Rəsulullah (s) astadan bir şey dedi. Mən atama dedim Atacan O nə dedi? Atam, dedi hamısı Qureyşdən olacaq” ”

Sahih Muslim
“İhyaul-turas ərəbiy” Beyrut. 5 cild

1821 حدثنا قتيبة بن سعيد حدثنا جرير عن حصين عن جابر بن سمرة قال سمعت النبي  يقول ح وحدثنا رفاعة بن الهيثم الواسطي واللفظ له حدثنا خالد يعني بن عبد الله الطحان عن حصين عن جابر بن سمرة قال دخلت مع أبي على النبي  فسمعته يقول إن هذا الأمر لا ينقضي حتى يمضي فيهم اثنا عشر خليفة قال ثم تكلم بكلام خفي علي قال فقلت لأبي ما قال قال كلهم من قريش
Cabir ibn Səmurə dedi: Atamla Rəsulullahın yanına getdik: Eşitdim Rəsulullah (s) deyirdi: “Bu iş 12 xəlifə xilafətini edənə qədər davam edər. Sonra Rəsulullah (s) astadan bir şey dedi mən eşitmədim. Mən atama dedim O nə dedi? Atam, dedi hamısı Qureyşdən olacaq
1821 حدثنا هداب بن خالد الأزدي حدثنا حماد بن سلمة عن سماك بن حرب قال سمعت جابر بن سمرة يقول سمعت رسول الله  يقول لا يزال الإسلام عزيزا إلى اثنى عشر خليفة ثم قال كلمة لم أفهمها فقلت لأبي ما قال فقال كلهم من قريش
Cabir ibn Səmurə deyir: Rəsulullahdan (s) eşitdim deyirdi: “12 xəlifə xilafətini edənə qədər İslam əziz (qüdrətli) olacaq. Sonra Rəsulullah (s) bir şey dedi mən başa düşmədim. Mən atama dedim O nə dedi? Atam, dedi hamısı Qureyşdən olacaq” ”
1821 حدثنا أبو بكر بن أبي شيبة حدثنا أبو معاوية عن داود عن الشعبي عن جابر بن سمرة قال قال النبي  لا يزال هذا الأمر عزيزا إلى اثنى عشر خليفة قال ثم تكلم بشيء لم أفهمه فقلت لأبي ما قال فقال كلهم من قريش
Cabir ibn Səmurə deyir: Rəsulullahdan eşitdim (s) deyirdi: “Bu din 12 xəlifə xilafətini edənə qədər əziz (qüdrətli) olacaq. Sonra camaatın Rəsulullah (s) bir şey dedi və mən başa düşmədim. Mən atama dedim O nə dedi? Atam, dedi hamısı Qureyşdən olacaq” ”
1821 حدثنا نصر بن علي الجهضمي حدثنا يزيد بن زريع حدثنا بن عون ح وحدثنا أحمد بن عثمان النوفلي واللفظ له حدثنا أزهر حدثنا بن عون عن الشعبي عن جابر بن سمرة قال انطلقت إلى رسول الله  ومعي أبي فسمعته يقول لا يزال هذا الدين عزيزا منيعا إلى اثنى عشر خليفة فقال كلمة صمنيها الناس فقلت لأبي ما قال قال كلهم من قريش
Cabir ibn Səmurə deyir: Rəsulullahın (s) yanına getdim və atam da mənimlə idi. Eşitdim Rəsulullah (s) deyirdi: “Bu din 12 xəlifə xilafətini edənə qədər əziz (qüdrətli) olacaq. Sonra bir şey dedi camaat məni o kəliməni eşitməyə qoymadı. Mən atama dedim O nə dedi? Atam, dedi hamısı Qureyşdən olacaq” ”
1822 حدثنا قتيبة بن سعيد وأبو بكر بن أبي شيبة قالا حدثنا حاتم وهو بن إسماعيل عن المهاجر بن مسمار عن عامر بن سعد بن أبي وقاص قال كتبت إلى جابر بن سمرة مع غلامي نافع أن أخبرني بشيء سمعته من رسول الله  قال فكتب إلي سمعت رسول الله  يوم جمعة عشية رجم الأسلمي يقول لا يزال الدين قائما حتى تقوم الساعة أو يكون عليكم اثنا عشر خليفة كلهم من قريش وسمعته يقول عصيبة من المسلمين يفتتحون البيت الأبيض بيت كسرى أو آل كسرى وسمعته يقول إن بين يدي الساعة كذابين فاحذروهم وسمعته يقول إذا أعطى الله أحدكم خيرا فليبدأ بنفسه وأهل بيته وسمعته يقول أنا الفرط على الحوض

Buxari
“Daru ibn Kəsir” mətbəəsi Beyrut 1987-ci il. 3-cü çap 6 cilddə

6796 حدثني محمد بن المثنى حدثنا غندر حدثنا شعبة عن عبد الملك سمعت جابر بن سمرة قال سمعت النبي  يقول يكون اثنا عشر أميرا فقال كلمة لم أسمعها فقال أبي إنه قال كلهم من قريش
“Rəsulullahdan eşitdim deyirdi: Məndən sonra 12 əmir olacaq. Sonra Rəsulullah (s) bir şey dedi və mən onu eşitmədim. Atam dedi, O, deyir hamısı Qureyşdən olacaq”

Kənzul-ummal
Muttəqi Hindi (885-975)
“Darul-kutubul-elmiyyə” Beyrut, 16 cild. 1998

30929 - لا يزال هذا الدين قائما حتى يكون عليكم اثنا عشر خليفة كلهم يجتمع عليه الأمة كلهم من قريش ثم يكون الهرج
Sizə on iki xəlifə xilafət edənə qədər bu din davam edəcək. Bütün ümmət onların ətrafına cəm olmalıdır. Sonra camaat hərcu mərcə düçar olar.
33803 - يكون من بعدي اثنا عشر أميرا كلهم من قريش
“Məndən sonra 12 əmir olacaq hamısı Qureyşdəndirlər”
33848 - لا تزال هذه الأمة مستقيما أمرها ظاهرة على عدوها حتى يمضي منهم اثنا عشر خليفة كلهم من قريش ثم يكون المرج ( المرج الخلط انتهى النهاية ( 4 314 ) ب )
“Bu ümmət 12 xəlifə xilafət edənə qədər düz özü yolda olacaq və düşmənlərinə qalib gələcək. Onların hamısı Qureyşdən olavcaq. Sonra hərcu mərc olacaq”

http://islamiyyet.ucoz.ru/news/2009-02-03-110


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Çərşənbə axşamı, 17.02.2009, 13:43 | İsmarıc # 5
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
a.Hədisdə, onların xəlifə olduqları dövrdə dinin izzətlənəcəyi daha sonra isə bu izzətin əldən gedəcəyi deyilir. Dinin izəttli və zəif dövrləri tarixdə öz təsdiqini tapmışdır.

Əvvəla hansı hədisdə sonradan bu izzətin aradan gedəcəyi göstərilmişdir? Həmçinin dinimizin zəif vaxtları nə vaxt olub. Məgər hansısa xəlifənin torpaq işğal etməsi İslamın izzətidir?

Quote
b.Şiyələr deyirlər ki, ötən xəlifələrin heç birinin vaxtında din izzətli olmamışdır. Onların imamları gizlində, qorxudan təqiyyə davranışı göstərirdilər. Hətta onlara görə Əbu Bəkrin, Ömərin və Osmanın vaxtında haqq din yoxuydu, Əli isə onların yanında ola-ola doğru dini izhar etdirə bilmir, qorxudan təqiyyə edib doğru Quranı aşkara çıxartmamış, təravih namazlarını qadağan etməmiş və hətta siğə nigahını da əmr etməmişdi.

Allaha sığınırıq bunlardan...

Quote
c.Hədisdə məqsəd imamların sayını qeyd etmək yox, onların vaxtında dinin izzətli olacağını bildirməkdir.

Kim deyir bunu? Məgər bundan artıq dəlil var? Yalançı imamlar çox ola bilər, amma Allahın imamları qeyd edildiyi kimi 12-dir.

Quote
d.Mehdinin gəlişi qiyamətə qədər olan vaxta ehtimal edilir. Bəs görəsən bu izzət və ziflik nə zaman olacaq!

Əgər kimsə dini "izzətsiz" hesab edirsə...

Quote
e."Onların hamısı Qüreyşdən olacaqlar" sözləri, burada Əli və övladlarının nəzərdə tutulması ehtimalını zəiflədir. (çünki onlar elə əslən Qüreyşdən idilər və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu açıqlamağı artıq sayılır). Hərçənd ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu imamların İsmail oğullarından olacağını desəydi, o zaman rafizilər imamlarının İsmail övladı olduğunu iddia edərdilər.

Necə yəni nə deməli idi? Deməli idi ki, Bəni Üməyyədəndir? Bu nə səviyyəsiz söhbətdir?

Quote
.Səhihi Müslimdə belə bir rəvayət var: "Ümmətimdən on iki münafiq olacaqdır". Demək say öz-özlüyündə heç bir sübut əhəmiyyəti daşımır.

Müslimin harasındadı o hədis? İkincisi də məgər ümmətdə elə 12 münafiq olub?

Quote
g.Onların etiqadına görə imamlar peyğəmbərlərdən daha əfzəl və daha önəmli sayılırlar. Buna baxmayaraq Quranda peyğəmbərlər və onların şəriətləri barəsində danışılır, amma imamlar haqqında heç bir məqama toxunulmur.

İmamət məqamı daha önəmlidir, bunu Quran deyir:
"(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) “Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə: ) “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu" (Bəqərə 124).

Nəzərə daha düzgün gələn baxış budur ki, “kəlmələr”də məqsəd İbrahim peyğəmbərin öhdəsinə qoyulan ağır vəzifələrdən ibarət müxtəlif əmr və qadağalardır. Bu vəzifələr – əmr və qadağalar aşağıdakılardan ibarətdir: onun bütpərəstlərə qarşı şücaətli qiyamı, bütləri sındırması, odda yandırılması, ürəyinin parası olan övladını qurban etmək məqsədi ilə bıçağı onun boğazına qoyması, ailə-uşağından keçib, onları Məkkənin bir nəfər belə yaşamayan quru və yandırıcı torpağında tək-tənha qoyması və nəhayət, müqəddəs vəzifəsini yerinə yetirmək üçün bütpərəstlərin yaşadığı diyardan köçməsi... Bunların hər biri ağır imtahan olsa da, İbrahim (ə) iman və səbir qüvvəsilə onların öhdəsindən gələrək imamət məqamına nail olmuşdur.
Bəzi təfsirçilər həzrət İbrahimin (ə) imtahanlarının otuzdan çox olduğunu qeyd edərək demişlər ki, bu otuz imtahan Qurani-kərimin üç yerində – “Tövbə” surəsinin 13-cü ayəsi (on imtahan), “Əhzab” surəsinin 1-9-cu və 35-ci ayələrində (qalan iyirmi imtahan) açıqlanmışdır. Lakin bu imtahanların bir qisminin təkrar yönünə diqqət yetirdikdə, həmin nəzəri düzgün hesab etmək olmaz.
Ümumiyyətlə, İbrahim (ə) qəhrəmanlıq göstərərək bütləri sındırdı, bütün ağır sınaqların öhdəsindən layiqincə gələrək imamət libası geyindi. Allah-taala onun böyük iftixar və məqama nail olduğunu belə açıqlayır: “Mən səni insanlara imam təyin etdim!”
Həzrət İbrahimin (ə) risalət və peyğəmbərlik məqamından, eləcə də, bütün mübarizələrdən sonra ömrünün sonunda nail olduğu bu məqam hansı məqam idi?
Sözsüz ki, həzrət İbrahimin (ə) ağır imtahanlardan sonra Allah tərəfindən layiq görüldüyü bu məqam onun peyğəmbərlik məqamından üstün olmalıdır. Təfsir alimləri ayədə qeyd olunan “imam” sözü haqda çox söz demişlər və bəziləri bu sözün məna incəliyinə varmadan ciddi tərəddüdlərə düçar olmuşlar. Ən maraqlısı budur ki, bir qrup məşhur təfsirçilər onu nübüvvət və peyğəmbərlik məqamı ilə eyni bilmişlər. Halbuki həzrət İbrahimin (ə) həmin vaxt peyğəmbər olmasına heç bir şəkk-şübhə yox idi. O, imamət məqamına çatanda, peyğəmbərliyindən uzun illər keçmişdi, həm də övlad sahibi olmuşdu. Ayənin davamında da onun Allahdan öz övladları üçün imamət məqamı istədiyi göstərilir.
Bir çox təfsirçilər həzrət İbrahimin (ə) imtahana çəkildiyi “kəlmələr”in Allah tərəfindən aldığı bir sıra təlimlərdən, yaxud bütpərəstlərlə mübarizəsindən, Kəbə evini bina etməsi və oğlunu qurban kəsməsindən ibarət olduğunu bildirsələr də, bəziləri yenə də imaməti peyğəmbərlik məqamına aid etmişlər. Halbuki bütün bu göstəriş və qəhrəmanlıqlar həzrət İbrahimin (ə) peyğəmbərlik məqamından sonra baş vermişdir. Hər halda, onların təfsirlərində “Mən səni insanalara imam təyin etdim” cümləsi aydın şərh olunmur.
Ayədə qeyd olunan “imamət”in itaətin vacibliyi mənasında təfsiri də düzgün deyil. Çünki hər bir peyğəmbərə itaət vacibdir. Əgər məqsəd İbrahimə (ə) itaət etməyin vacibliyidirsə, artıq bu onun üçün üstün məqam sayıla bilməz.
Bəziləri də başqa bir təfsirlə demişlər: “İmamda məqsəd din və dünya işlərinə rəhbərlikdir. Başqa sözlə, hökumətə başçılıq nəzərdə tutulur.”
Bu təfsir qeyd etdiyimiz digər iki təfsirdən fərqli olsa da, imamətin dərin mənasını aydın göstərmir. Bizim nəzərimizcə, bu zəmində digər ayələrə diqqət yetirdikdə imamətin daha yüksək bir məqama aid olduğu aydınlaşır. O da geniş mənada ilahi proqramların həyata keçirməsindən – həm hökumət məsələləri, həm əmr və hökmlərin icrası, həm də insanların zahiri və batini tərbiyəsindən ibarətdir.

Quote
.h.Belə bir sual yaranır; nə üçün Əli şura yolu ilə xəlifə seçiminə razılaşdı. Nə səbəbə Həsən Müaviyəyə güzəştə gedib xilafəti ona verdi. Nə üçün onların bütün imamları xəlifələrə beyət etdilər... Nəyə görə Hüseyn, Müaviyəyə beyət etdi.

Siz Imamla (ə) Müaviyyənin müqaviləsini bilmirsiniz?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
i_esanTarix: Çərşənbə, 18.02.2009, 13:00 | İsmarıc # 6
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 17
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Esselamun Aleykum....
Administrator, qardaş, işe islam dini olaraq baxdığımız zaman; islamda 12 imam var da helemi? ve bunlar:
1- Ali el-Murtaza
2- Hasan el-Müctebâ
3- Hüseyin eş-Şehid
4- Ali Zeynelâbidin es-Seccâd b. Hüseyin
5- Muhammmed el-Bâkir b. Ali
6- Ca'fer es-Sadık b. Muhammed
7- Mûsa el-Kazım b. Ca'fer
8- Ali er-Rıza b. Mûsa
9- Muhammed el-Cevad et-Takıy b. Ali
10- Ali el-Hâdî b. Muhammed
11- Hasan el Askerî Ali b. Muhammed Cevad
12- Muhammed el-Mehdî b. El-Hasan (İmam-ı Muntazar)

Qardaş, men ehl-i sunnetem belke de sehv yazdığım var, senden xahisim bu adları yaxsı-yaxsı oxu ve mene cavab yaz, bir artığım, bir eksiyim veya bir sehvim varmı?


03.02.2009--Türkiyede muhendislik oxuyuram cox da vaxtim olmur amma bu aralar biraz boslugum var bu arada bu formu gordum ve qeydiyyat oldum bir ara yazilarim kesilse bagislanmagi dileyirem..
 
AdministratorTarix: Cümə axşamı, 19.02.2009, 11:40 | İsmarıc # 7
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bəli, belədir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
For_IslamTarix: Cümə axşamı, 19.02.2009, 13:30 | İsmarıc # 8
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



i_esan, beli o hezretlerdir. Bes sizlerde kimdir 12 imam? Adlarını ardıcıl yaz xahiş edirem, meqale yazmayin.. Bax nece yazdın şielerin imamlarının adını, sizlerde de kim hesab olunur onları yazın-12 imam!-zehmet olmasa
 
HuzeyfaTarix: Çərşənbə axşamı, 24.02.2009, 06:35 | İsmarıc # 9
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (For_Islam)
i_esan, beli o hezretlerdir. Bes sizlerde kimdir 12 imam? Adlarını ardıcıl yaz xahiş edirem, meqale yazmayin.. Bax nece yazdın şielerin imamlarının adını, sizlerde de kim hesab olunur onları yazın-12 imam!-zehmet olmasa


Adlarını çəkdiyiniz İmamlardan neçəsi xəlifə olub?

Qeyd olunan oniki xəlifənin kimlər olması baradə heç bir hədis varid olmayıbdır.Bu və buna bənzər (axirət əlamətləri) hədislər çoxdur.Raşidi Xəlifələr (5 nəfər) və onlardan sonra gələn və gələcəkdə olacaq Xəlifələrin adlarını yalnız Allah bilir.

 
MuhammedOmerTarix: Çərşənbə axşamı, 24.02.2009, 15:39 | İsmarıc # 10
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 19
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Neytral yanaşaraq onu deyə bilərəm ki, Huzeyfa`nın cavabları məni daha qane etdi.
 
For_IslamTarix: Çərşənbə axşamı, 24.02.2009, 18:25 | İsmarıc # 11
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (MuhammedOmer)
Neytral yanaşaraq onu deyə bilərəm ki, Huzeyfa`nın cavabları məni daha qane etdi.

Meni ise resulullahin (s) cavabları qane edib cool

Quote (Huzeyfa)
Adlarını çəkdiyiniz İmamlardan neçəsi xəlifə olub?

Xelife olmaq o demekdir ki mütleq taxta çıxsın? Peyğember (s) 23 ilin neçe ilini dövletin rehberi olubdur? cool
Eger o menada deyirsizse vay sizin halınıza! Yezidi özünüze rehber görürsüzse , vay halnıza! Men özüme Hüseyni ve onun neslinden olan 9 imami rehber görürem!
 
AdministratorTarix: Çərşənbə axşamı, 24.02.2009, 18:29 | İsmarıc # 12
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Adlarını çəkdiyiniz İmamlardan neçəsi xəlifə olub?

Qeyd olunan oniki xəlifənin kimlər olması baradə heç bir hədis varid olmayıbdır.Bu və buna bənzər (axirət əlamətləri) hədislər çoxdur.Raşidi Xəlifələr (5 nəfər) və onlardan sonra gələn və gələcəkdə olacaq Xəlifələrin adlarını yalnız Allah bilir.

Onlar Allahın xəlifələridir, ümmətin rəhbərləridir. Niyə "Heç" ifadəsini işlədirsiniz? Axı bu haqda kifayət qədər hədislər var:

«Mənim canişinim və vəsilərim–məndən sonra Allaһın insanlara olan һöccəti–12 nəfərdən ibarətdir ki, birincisi qardaşım, axırıncısı isə oğlumdur.»
Sual olundu:–Ya Rəsuləllaһ, qardaşın kimdir?
Buyurdu:–Əli İbni Əbi Talib.
Soruşdular:–Oğlun kimdir?
Buyurdu:–Məһdi. O, yer üzünü, zülm və һaqsızlıqla dolduğu kimi, һaqq-ədalətlə dolduracaqdır. Məni һaqq olaraq peyğəmbərliyə seçən şəxsə and olsun, əgər dünyanın ömründən һətta bir gün də qalmış olsa belə, Allaһ o günü o qədər uzun edəcəkdir ki, oğlum Məһdi qiyam etsin. (O züһur etdikdən sonra) İsa ibni Məryəm Ruһulllaһ onun arxasında namaz qılacaq, yer üzü Pərvərdigarın nuru ilə işıqlanacaq. Məһdinin rəһbərlik və səltənətinin һəddi-һüdudu məşriqlə-məğribin arasını dolduracaqdır
Müһəddis Bəһrani: “Ğayətul-Məram”, səһ.196 Fəraidus Səmtindən nəqlən

Peyğəmbər (s) buyurdu:”Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır” (“Kifayətül-əsər” və “Təfsiri-burhan”).

Peyğəmbər (s) buyurmuşdur: “Mən, Әli, Həsən, Hüseyn və Hüseynin övladlarından doqquz şəxs bütün pisliklərdən paklanmış və bütün günahlardan məsumdurlar” (“Yənabiul-məvəddə”).

İmam Əli (ə) Peyğəmbərin ona belə dediyini nəql edir:”Sən imam və on bir imamın atasısan” (“Müntəxəbül-əsər”, səhifə 29).


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Çərşənbə axşamı, 24.02.2009, 20:46 | İsmarıc # 13
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
Adlarını çəkdiyiniz İmamlardan neçəsi xəlifə olub? Qeyd olunan oniki xəlifənin kimlər olması baradə heç bir hədis varid olmayıbdır.Bu və buna bənzər (axirət əlamətləri) hədislər çoxdur.Raşidi Xəlifələr (5 nəfər) və onlardan sonra gələn və gələcəkdə olacaq Xəlifələrin adlarını yalnız Allah bilir.


Salamun aleykum va rahmetullahi va barakatuh.

4 ismaricda hedisler qeyd edilib.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
HuzeyfaTarix: Çərşənbə, 25.02.2009, 08:24 | İsmarıc # 14
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Onlar Allahın xəlifələridir, ümmətin rəhbərləridir. Niyə "Heç" ifadəsini işlədirsiniz? Axı bu haqda kifayət qədər hədislər var: «Mənim canişinim və vəsilərim–məndən sonra Allaһın insanlara olan һöccəti–12 nəfərdən ibarətdir ki, birincisi qardaşım, axırıncısı isə oğlumdur.» Sual olundu:–Ya Rəsuləllaһ, qardaşın kimdir? Buyurdu:–Əli İbni Əbi Talib. Soruşdular:–Oğlun kimdir? Buyurdu:–Məһdi. O, yer üzünü, zülm və һaqsızlıqla dolduğu kimi, һaqq-ədalətlə dolduracaqdır. Məni һaqq olaraq peyğəmbərliyə seçən şəxsə and olsun, əgər dünyanın ömründən һətta bir gün də qalmış olsa belə, Allaһ o günü o qədər uzun edəcəkdir ki, oğlum Məһdi qiyam etsin. (O züһur etdikdən sonra) İsa ibni Məryəm Ruһulllaһ onun arxasında namaz qılacaq, yer üzü Pərvərdigarın nuru ilə işıqlanacaq. Məһdinin rəһbərlik və səltənətinin һəddi-һüdudu məşriqlə-məğribin arasını dolduracaqdır Müһəddis Bəһrani: “Ğayətul-Məram”, səһ.196 Fəraidus Səmtindən nəqlən Peyğəmbər (s) buyurdu:”Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır” (“Kifayətül-əsər” və “Təfsiri-burhan”). Peyğəmbər (s) buyurmuşdur: “Mən, Әli, Həsən, Hüseyn və Hüseynin övladlarından doqquz şəxs bütün pisliklərdən paklanmış və bütün günahlardan məsumdurlar” (“Yənabiul-məvəddə”). İmam Əli (ə) Peyğəmbərin ona belə dediyini nəql edir:”Sən imam və on bir imamın atasısan” (“Müntəxəbül-əsər”, səhifə 29).

Sizin bu rəvayətləriniz nə qədər mötəbərdir və sənədləri hanı və qəbul edən alimlər kimlərdir?

 
AdministratorTarix: Çərşənbə, 25.02.2009, 11:24 | İsmarıc # 15
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Şiə alimləri bu rəvayətləri qəbul edir. Axı siz ümumiyyətlə bu haqda hədislərin olmadığını bildirdiniz, mən də göstərdim ki, bu cür hədislər var. Siz sualdan yayınmayın: Kimdir bu xəlifə (imam, rəhbər, əmir və s.)?! Əgər Əhli-beyt imamları deyilsə kimdir?! Yezidmi? Məmunmu? Kimdir sizin 12 hidayət imamınız?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Cümə axşamı, 26.02.2009, 07:59 | İsmarıc # 16
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Şiə alimləri bu rəvayətləri qəbul edir. Axı siz ümumiyyətlə bu haqda hədislərin olmadığını bildirdiniz, mən də göstərdim ki, bu cür hədislər var.

Əvvala bu hədislərin sənədlərini,kim tərəfindən rəvayət olunduğunu gətir.

Quote (Adminstrator)
Kimdir bu xəlifə (imam, rəhbər, əmir və s.)?! Əgər Əhli-beyt imamları deyilsə kimdir?! Yezidmi? Məmunmu? Kimdir sizin 12 hidayət imamınız?

Mən bu suala cavab vermişəm.Bir az diqqətli olun.
1. Onlar çox vaxt "on iki nəfər"dən bəhs edən hədisi dəlil gətirirlər. Bu hədisin iki səhih kitabda və digərlərində müxtəlif rəvayətləri mövcuddur. Həmin rəvayətlərdə deyilir:
1. Qureyşdən olan, on iki nəfər rəhbər olacaq (Müslim: Kitabul imarə, 1821)
2. Qureyşdən olan, on iki nəfər xəlifənin dövründə İslam izzətli olacaqdır
3. On iki nəfər xəlifənin dövründə bu din izzətli və qüvvətli olacaqdır .
4. On iki nəfərin rəhbərliyi dövründə insanların güzəranı xoş olacaqdır .
5. On iki nəfər xəlifə sizə rəhbərlik etdiyi dövrdə bu din izzətli və qüvvətli olacaqdır. Bütün ümmət onların ətrafında birləşəcək .
On iki imam (isnə aşəriyyə) məzhəbinin uçurum kənarında dayandıqlarını və əsası kibrit çöpləri ilə qurulmuş bir binada qərar tutduqlarını sübut edən dəlillər aşağadakılardır:
a. Hədisdə, onların xəlifə olduqları dövrdə dinin izzətlənəcəyi daha sonra isə bu izzətin əldən gedəcəyi deyilir. Dinin izəttli və zəif dövrləri tarixdə öz təsdiqini tapmışdır.
b. Rafizilər deyirlər ki, ötən xəlifələrin heç birinin vaxtında din izzətli olmamışdır. Onların imamları gizlində, qorxudan təqiyyə davranışı göstərirdilər. Hətta onlara görə Əbu Bəkrin, Ömərin və Osmanın vaxtında haqq din yoxuydu, Əli isə onların yanında ola-ola doğru dini izhar etdirə bilmir, qorxudan təqiyyə edib doğru Quranı aşkara çıxartmamış, təravih namazlarını qadağan etməmiş və hətta siğə nigahını da əmr etməmişdi.
c. Hədisdə məqsəd imamların sayını qeyd etmək yox, onların vaxtında dinin izzətli olacağını bildirməkdir.
d. Mehdinin gəlişi qiyamətə qədər olan vaxta ehtimal edilir. Bəs görəsən bu izzət və ziflik nə zaman olacaq!
e. "Onların hamısı Qüreyşdən olacaqlar" sözləri, burada Əli və övladlarının nəzərdə tutulması ehtimalını zəiflədir. (çünki onlar elə əslən Qüreyşdən idilər və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu açıqlamağı artıq sayılır). Hərçənd ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu imamların İsmail oğullarından olacağını desəydi, o zaman rafizilər imamlarının İsmail övladı olduğunu iddia edərdilər.
f. Səhihi Müslimdə belə bir rəvayət var: "Ümmətimdən on iki münafiq olacaqdır". Demək say öz-özlüyündə heç bir sübut əhəmiyyəti daşımır.
g. Onların etiqadına görə imamlar peyğəmbərlərdən daha əfzəl və daha önəmli sayılırlar. Buna baxmayaraq Quranda peyğəmbərlər və onların şəriətləri barəsində danışılır, amma imamlar haqqında heç bir məqama toxunulmur.
h. Belə bir sual yaranır; nə üçün Əli şura yolu ilə xəlifə seçiminə razılaşdı. Nə səbəbə Həsən Müaviyəyə güzəştə gedib xilafəti ona verdi. Nə üçün onların bütün imamları xəlifələrə beyət etdilər... Nəyə görə Hüseyn, Müaviyəyə beyət etdi.
i. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əlinin xəlifə olmasını dediyi halda, necə ola bilər ki, Əli buna etiraz etsin. Belə ki, Nəhcul Bəlağə adlı kitabda deyilir:
1. "Mənim sizin üçün vəzir olmağım, əmir (rəhbər) olmağımdan daha xeyirlidir. O sizə müsəlman olduqdan sonra kafir olmağı heç əmr edərmi?!"
2. Əli xəlifə olduqda öz xəlifəliyinə şəriətdən dəlil-sübut gətirmədi, əksinə bu işə özünün iradəsi olmadan təyin olunduğunu dedi.
3. Şura hüququ Mühacir və Ənsarlara məxsus idi. Onlar bir nəfərin ətrafına toplanıb onu rəhbər adlandırsaydılar, bu işdən Allah da razı qalardı .
4. Bəyadi deyir: Əli xəlifə olanda bu haqda səhabələrə şəriətdən heç bir dəlil-sübut ərz etmədi (əs-Sirat əl-Müstəqim kitabından).
j.
k. Rafizilərin camaat və ya fərdi şəkildə imamlar haqqında rəvayət etdikləri bu hədislərin o zaman mövcudluğu ağılasığılmazdır. Çünki, imamların fəziləti haqqında bu qədər hədis ola, sonra bu hədislər böyük rafizi rəvayətçiləri və hər imamın ölümündən sonra ixtilafa düşən rafizi təriqətləri tərəfindən nəql olunmaya?! Bu çox qəribədir! Bütün bunlar göstərir ki, imamlar haqqında nəql etdikləri hədislər sonradan uydurulmuşdur.
l. Onların etiqadlarına görə imamların rəhbərliyi sirridir. Riza deyir: Allah bu rəhbərliyi Cəbrailə sir olaraq vermiş, o da bu sirri Məhəmmədə açmışdır. Məhəmməd isə bu sirri Əliyə açmışdır. Əli də bunu istədiyinə açıb bildirmiş, siz də bunu hər yana yayırsınız. Aranızda, eşitdiyi sözü gizli saxlayanınız kimdir! (əl-Kafi)
m. On iki xəlifənin və onların zəmanəsinin vəsfi:

Məgər gələcəkdə İslam ümmətini gözləyəcək hadisələrdən xəbərdarsız.Əgər bu gün xilafət yoxdursa,bu o deməkdir ki,Xilafət və Xəlifələr heç zaman olmayacaq?

 
For_IslamTarix: Cümə axşamı, 26.02.2009, 16:45 | İsmarıc # 17
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Kimdir bu xəlifə (imam, rəhbər, əmir və s.)?! Əgər Əhli-beyt imamları deyilsə kimdir?! Yezidmi? Məmunmu? Kimdir sizin 12 hidayət imamınız?

Quote (Huzeyfa)
Mən bu suala cavab vermişəm.Bir az diqqətli olun.

Yaxşı digər xəlifələrin əlamətləri nədir? Məsəlçün Hz Mehdinin (ə) zühurunda bəzi əlamətlər olacaqdır ki, ona əsasən məlum olacaq ki hə bu doğurdanda vəd olunmuş Məhdidir, yoxsa özünü Məhdi kimi təqdim edən hər hansı bir dünyapərəst və ya başqa adamdır. Qeyd edim ki, özünü Mehdi adı ilə təqdim edən insanlar olub.
Konkret sual, Mehdini (as) demirem başqa sizin imamlarınızın əlamətləri nədir? Və hal hazırki imamınız kimdir? Bilirsizdə zəmanənin imamına beyət etmədən ölən şəxs cahiliyyə ölümü ilə ölür. Kimə beyət etmisiz?

Quote (Huzeyfa)
1. Onlar çox vaxt "on iki nəfər"dən bəhs edən hədisi dəlil gətirirlər. Bu hədisin iki səhih kitabda və digərlərində müxtəlif rəvayətləri mövcuddur. Həmin rəvayətlərdə deyilir: 1. Qureyşdən olan, on iki nəfər rəhbər olacaq (Müslim: Kitabul imarə, 1821) 2. Qureyşdən olan, on iki nəfər xəlifənin dövründə İslam izzətli olacaqdır 3. On iki nəfər xəlifənin dövründə bu din izzətli və qüvvətli olacaqdır . 4. On iki nəfərin rəhbərliyi dövründə insanların güzəranı xoş olacaqdır . 5. On iki nəfər xəlifə sizə rəhbərlik etdiyi dövrdə bu din izzətli və qüvvətli olacaqdır. Bütün ümmət onların ətrafında birləşəcək .

Hətta səhv etmirəmsə bəzi sünnü kitablarında onların Bəni Haşimdən olduqları da göstərilib.
Birdə ki, imam kim olmalıdır, bəqərə surəsinə görə (124) zalım olmayan, günahsız-pak insan. Şiələrin əqidəsinə görə isə Əhlibüyt imamları pakdır, ona görə 12 imamiyyə şiələri deyil siz uçurum qabağındasəız.
Bir də ki, bura sünnülərə sual bölməsidir, şiələrə sual bölməsi var, ən yaxşı müdafiə hücumdur deyib , suallara keçməyin, ilk öncə bizim suallara cavab verin.

Quote (Huzeyfa)
a. Hədisdə, onların xəlifə olduqları dövrdə dinin izzətlənəcəyi daha sonra isə bu izzətin əldən gedəcəyi deyilir. Dinin izəttli və zəif dövrləri tarixdə öz təsdiqini tapmışdır.

Dinin izzətlənməsini siz nə ilə ölçürsüz? Hər hansı bir ərazinin fəti ilə, qənimət ilə?
Quote (Huzeyfa)
b. Rafizilər deyirlər ki, ötən xəlifələrin heç birinin vaxtında din izzətli olmamışdır. Onların imamları gizlində, qorxudan təqiyyə davranışı göstərirdilər.

Kim deyir ki, imamlar qorxub Allahdan başqasından? Əmmar (səhabənin adında səhv edə builərəm) təqiyyə etməmişdirmi? Demək ki, o müşriklərdən qorxub yoxsa canını malını qorumaq üçün dildə başqa söz söyləyib ürəyində isə "lə ilahə illəllah" deyib!?

Quote (Huzeyfa)
Hətta onlara görə Əbu Bəkrin, Ömərin və Osmanın vaxtında haqq din yoxuydu, Əli isə onların yanında ola-ola doğru dini izhar etdirə bilmir, qorxudan təqiyyə edib doğru Quranı aşkara çıxartmamış, təravih namazlarını qadağan etməmiş və hətta siğə nigahını da əmr etməmişdi.

Rafizilərin böyüyü birincisi sizsiz!
Təhrif edə edə sözləri veririsiz. Məgər burda Quranın təhrifindən söhbət gedir? Başqa mövzuya gedirik, ona görə keçmirəm içinə, çünki siz haxır məqlələr tapırsız paste edisiz bura.. İndi men 250 kitabı yerleşdirim bura????????

Artıq sizin copy pastelerinize cavab vermekden yoruldum. b)-ye de tam cavab vermeye hövselem çatmadı, çünki siz hazır meqaleni yerleşdirirsiz eziyyet çekmirsiz, bizse burda yarımsaat sizin iftira yalan tehrifle dolu meqalenize cavab yazırıq,, nese salamun aleykum.

 
AdministratorTarix: Cümə, 27.02.2009, 12:40 | İsmarıc # 18
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
h. Belə bir sual yaranır; nə üçün Əli şura yolu ilə xəlifə seçiminə razılaşdı. Nə səbəbə Həsən Müaviyəyə güzəştə gedib xilafəti ona verdi. Nə üçün onların bütün imamları xəlifələrə beyət etdilər... Nəyə görə Hüseyn, Müaviyəyə beyət etdi.

Əvvəla İmam Hüseynin (ə) nə zaman Müaviyyəyə beyət etdiyi barəsində bizə mənbə göstərin.
İkincisi, siz Həzrət Əlinin (ə) nələrə nə üçün səbr etdiyini anlamaq iqtidarında deyilsiniz. Sizin sələfləriniz hakimiyyət uğrunda hər şeyindən keçib, Peyğəmbər (s) torpağa tapşırılmamış xilafət məqamına "tullanıb", siz bunu haradan biləsiniz?!

Quote
i. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əlinin xəlifə olmasını dediyi halda, necə ola bilər ki, Əli buna etiraz etsin. Belə ki, Nəhcul Bəlağə adlı kitabda deyilir:
1. "Mənim sizin üçün vəzir olmağım, əmir (rəhbər) olmağımdan daha xeyirlidir. O sizə müsəlman olduqdan sonra kafir olmağı heç əmr edərmi?!"

Nəchüı-Bəlağənin harasında?! Yerini yazın!

Quote
3. Şura hüququ Mühacir və Ənsarlara məxsus idi. Onlar bir nəfərin ətrafına toplanıb onu rəhbər adlandırsaydılar, bu işdən Allah da razı qalardı .
4. Bəyadi deyir: Əli xəlifə olanda bu haqda səhabələrə şəriətdən heç bir dəlil-sübut ərz etmədi (əs-Sirat əl-Müstəqim kitabından).

Bunları kim çıxartdı? Bunu sizin alimlər deyər.

Quote
k. Rafizilərin camaat və ya fərdi şəkildə imamlar haqqında rəvayət etdikləri bu hədislərin o zaman mövcudluğu ağılasığılmazdır. Çünki, imamların fəziləti haqqında bu qədər hədis ola, sonra bu hədislər böyük rafizi rəvayətçiləri və hər imamın ölümündən sonra ixtilafa düşən rafizi təriqətləri tərəfindən nəql olunmaya?! Bu çox qəribədir! Bütün bunlar göstərir ki, imamlar haqqında nəql etdikləri hədislər sonradan uydurulmuşdur.

Buxarı Xəvariclərdən hədis nəql etməyib? Şiələrə niyə böhtan atırsınız?

Konkret bu imamların vaxtında din necə izzətli olacaq? Nədir bu imamların əlamətləri?! Öz fikrinizi yazmayın, sünndən və Qurandan dəlil gətirin.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Cümə axşamı, 05.03.2009, 08:19 | İsmarıc # 19
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (For_Islam)
Qeyd edim ki, özünü Mehdi adı ilə təqdim edən insanlar olub.

Doğrudur,özünü Mehdi elan insanlar Şiyə firqələri arasından çıxıb.
Quote (For_Islam)
Və hal hazırki imamınız kimdir? Bilirsizdə zəmanənin imamına beyət etmədən ölən şəxs cahiliyyə ölümü ilə ölür. Kimə beyət etmisiz?

Xilafət olmadığına görə Xəlif də yoxdur.İmam sözünün mənası isə rəhbər deməkdir.Dediyiniz hədisin şərhini bilirsiz?
Quote (For_Islam)
Kimə beyət etmisiz?

Siz göünməyən,bilinməyən,məchul bir adama necə beyət edirsiz?
Quote (For_Islam)
Hətta səhv etmirəmsə bəzi sünnü kitablarında onların Bəni Haşimdən olduqları da göstərilib. Birdə ki, imam kim olmalıdır, bəqərə surəsinə görə (124) zalım olmayan, günahsız-pak insan. Şiələrin əqidəsinə görə isə Əhlibüyt imamları pakdır, ona görə 12 imamiyyə şiələri deyil siz uçurum qabağındasəız.

http://www.boxca.com/u6f5u32....oc.html

Quote (For_Islam)
Demək ki, o müşriklərdən qorxub yoxsa canını malını qorumaq üçün dildə başqa söz söyləyib ürəyində isə "lə ilahə illəllah" deyib!?

Təqiyyənin rüsxəti məhz Əmmarın başına gələn hadisədən sonra verildi və bunun hökmü kafirlərə qarşı tətbiq olunur.Ən böyük cihad isə Rasulullah (s.a.s) buyurduğu kimi "Zalım bir hakimə qarşı edilən çıxışdır"

Quote (For_Islam)
Dinin izzətlənməsini siz nə ilə ölçürsüz? Hər hansı bir ərazinin fəti ilə, qənimət ilə?

Sağlam məntiqin insana dediyi bir şeylər vardır.
Quote (Adminstrator)
Əvvəla İmam Hüseynin (ə) nə zaman Müaviyyəyə beyət etdiyi barəsində bizə mənbə göstərin.

Tarix kitablarında qeyd olunur ki,barışıq ili olan hicri 41-ci ildə Həsən (r.a) və tərəfdarları camaat şəklində Müaviyyəyə beyət etdilər.
Quote (Adminstrator)
İkincisi, siz Həzrət Əlinin (ə) nələrə nə üçün səbr etdiyini anlamaq iqtidarında deyilsiniz.

Bilirəm,bunu ancaq sizlər öz təxəllüyünüzlə anlaya bilərsiz.
Quote (Adminstrator)
Sizin sələfləriniz hakimiyyət uğrunda hər şeyindən keçib, Peyğəmbər (s) torpağa tapşırılmamış xilafət məqamına "tullanıb", siz bunu haradan biləsiniz?!

http://www.boxca.com/2bh1ykejjpe0/Bəni_Saqifə.doc.html

Мяним сизя ямир олмаьымданса, вязир, мяслящятчи олмаьым даща йахшы олар» (Нящъцл бялаьа 1 c, s.182, 3 c, s.7).
http://www.al-islam.org/nahjul/91.htm
http://www.boxca.com/d3dzo1cgojhq/Əli_ (r.a)_Xəlifəyə_münasibəti.doc.html

Quote (Adminstrator)
Buxarı Xəvariclərdən hədis nəql etməyib? Şiələrə niyə böhtan atırsınız? Konkret bu imamların vaxtında din necə izzətli olacaq? Nədir bu imamların əlamətləri?! Öz fikrinizi yazmayın, sünndən və Qurandan dəlil gətirin.

Siz yazıları diqqətli oxumursuz.Mən bunlara yazılarda cavab vermişəm.

 
AdministratorTarix: Bazar, 08.03.2009, 22:36 | İsmarıc # 20
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Siz göünməyən,bilinməyən,məchul bir adama necə beyət edirsiz?

O görünüb də, bilinib də, onun haqqında sizdə kifayət qədər hədis var. Bəs siz özünü xəlifə təyin edə bir şəxsə necə beyət edirsiniz?

Quote
Təqiyyənin rüsxəti məhz Əmmarın başına gələn hadisədən sonra verildi və bunun hökmü kafirlərə qarşı tətbiq olunur.Ən böyük cihad isə Rasulullah (s.a.s) buyurduğu kimi "Zalım bir hakimə qarşı edilən çıxışdır"

Deməli Allah təqiyyəyə izn verib!

Quote
Мяним сизя ямир олмаьымданса, вязир, мяслящятчи олмаьым даща йахшы олар» (Нящъцл бялаьа 1 c, s.182, 3 c, s.7).

91-ci xütbə belədir:
Məndən əl çəkib başqasını istəyin.Müxtəlif sifətləri və rəngləri olan bir işə qol qoyuruq.(Belə ki,) ürəklərin ona dözümü yoxdur (camaatın belə hadisələrə dözümü yoxdur) və ağıllar onun yükünü çəkməyəcəklər (inkar edəcəklər). Üfüqləri qara bulud (zülm, sitəm və bid’ət) bürüyüb (haqq-həqiqət günəşi onun altında gizlənib), aydın yol (İslam hökmlərinin həqiqəti) dəyişib. Bilin ki, mən sizin dəvətinizi (bey’ətinizi) qəbul etsəm, özümün bildiyim kimi rəftar edəcəyəm.Və (xəlifəliyi qəbul edib işə başlasam) danışanın (nəfsi istəklərinə uyğun və şəriətə zidd olan) sözünə, (özümdən əvvəlki xəlifələrin yolu ilə getmədiyimə görə məni) məzəmmət edənin qınağına qulaq asmayacağam. Əgər məni buraxsanız (xəlifə seçməsəniz), sizlərdən (insanlardan) biri kimi olaram və bəlkə də sizlərin (haqsız xəlifənin nalayiq rəftarları barədə) sözlərinizə daha çox qulaq asaram (və hüququnuzu qoruyaram), özünüzə vali və hakim etdiyiniz şəxsin (İslamın buyurduqlarına uyğun əmr versə) əmrlərini daha yaxşı yerinə yetirərəm. (Buna görə də) mənim sizlərə vəzir və müşavir olmağım, əmir və hakim olmağımdan daha yaxşıdır.

Burada öz xeyrinizə nə gördünüz?

Quote
Tarix kitablarında qeyd olunur ki,barışıq ili olan hicri 41-ci ildə Həsən (r.a) və tərəfdarları camaat şəklində Müaviyyəyə beyət etdilər.

Mən demirəm siz səhv deyirsiniz, sadəcə hansı tarix kitabında və necə...


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz