Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2011 » İyul » 7 » Ayətullah Məkarimin ayın başlanğıcının təyin olunması ilə bağlı istiftaatı
Ayətullah Məkarimin ayın başlanğıcının təyin olunması ilə bağlı istiftaatı
18:25

Sual. Ayın əvvəli hansı yollarla müəyyən edilir?

Cavab: Ayın əvvəli beş yolla sübut olunur: 1-Ayı gözlə görmək;

2-Sözlərindən yəqin hasil olan bir qrup adamın şəhadət verməsi ilə (əgər adil olmasalar belə), həmçinin, yəqin hasil olan hər şeyin vasitəsi ilə;

3-İki adil kişinin şəhadət verməsi ilə;

4-Şəban ayının əvvəlindən 30 gün keçmiş olsa; Bunun vasitəsi ilə ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud ramazan ayının əvvəlindən 30 gün keçsə, bu halda şəvval ayının əvvəli sübut olunur. (Bu, bir haldadır i, öncəki ayın əvvəli də bu yolla isbat edilsin).

5-Şəriət hakiminin  hökmü ilə;

 

Sual: Ayın teleskop və astronomik cihazlarla görünməsi mötəbər sayılırmı?

Cavab:  Xeyr, lakin insan bu yolla yəqin etsə, ayın əvvəli sübut olunar.

 

Sual: İranda ayın görünməsi Azərbaycan üçün kifayətdirmi?

Cavab: Əgər İran müctehidləri ayın başlanması barədə fətva versələr, azərbaycanlılar da buna əməl edə bilər. Lakin İran müctehidlərinin səhv etdiyi məlum olsa, kifayət olmaz.


Sual: Ay İraqda görünərsə, Tehran əhalisi üçün ayın əvvəli sabit olurmu?

Cavab: Bu iki yer arasında üfüq fərqinin az olmasını nəzərə alsaq, Tehran sakinləri üçün də ayın əvvəli sabit olar.


Sual: Vilayəti-fəqihin ayın sabit olmasında teleskop və s. optik cihazların istifadəsinə icazə verdiyini nəzərə alsaq onun Ramazan ayının başlanması ilə bağlı onun fətvasına əməl etmək caizdirmi?

Cavab: Əgər yəqinlik hasil olsa, vəliyyi-fəqihin fətvasına əməl etmək caizdir.


Sual: Mən Azərbaycanda yaşayan müsəlmanam. Ramazan ayının başlanğıcında vilayəti-fəqihin yoxsa təqlid etdiyim müctehidin fətvasına əməl etməliyəm?

Cavab: Ayın başlanğıcının müəyyən olunması təqlidi məsələ deyil. Bu məsələdə yəqinlik hasil olan istənilən (səhih) fətvaya riayət etmək olar (müctəhidə, vilayəti-fəqihə, hətta ölkənin ruhani idarəsinə).

  [Ramazan] | Oxunub: 1229 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz