Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2011 » İyul » 5 » Ramazan ayına necə hazırlaşmalı?
Ramazan ayına necə hazırlaşmalı?
18:23

11 ayın sultanı olan Ramazana lap az qalır. Bütün İslam dünyasında sevinclə dolu bayram abu-havası hökm sürür. Allaha iman gətirən insanlar bu böyük ayı səbirsizliklə gözləyir. Bəs biz necə bu böyük imtaha hazırıqmı?

Ramazana yetərincə hazır olmaq üçün bu ayın fəlsəfəsini, Allah mərtəbəsində dəyərində dərk etmək lazım gəlir. Gəlin Qurana və sünnəyə diqqət yetirək: Oruc nə üçün bu qədər önəmlidir? Hansı əsasla bu ibadətə belə böyük dəvət var? Müqəddəs kitabdan oxuyuruq: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” ("əl-Bəqərə”,183). Deməli artıq ən mötəbər mənbə olan Quran səviyyəsində oruc vacib bilinir. Həmçinin ayədə  orucun əvvəlki ümmətlərə vacib olunması qeyd olunur. "əl-Mizan təfsiri”ndə qeyd olunur ki, bu ifadədə Musa və İsa  peyğəmbərlərin (hər ikisinə salam olsun) ümmətləri kimi ümmətlər nəzərdə tutulmuşdur.

İnsanları düşündürən başqa bir şey isə orucun əmr edilmə fəlsəfəsidir. İnsan oruc tutarkən ilk əvvəl nəfsinə uymaqdan uzaq olur. Aclıqla, şəhvətlə mübarizəsini gücləndirir. Həmçinin kasıbların, yoxsulların gündəlik yaşayışlarını anlayır, artıq onlara qarşı daha həlim davranır. Bu həmçinin insanın zəkatını, xümsünü vaxtlı-vaxtında verməsinə gətirib çıxarır. Nəhayət, bəndə bütün bunları Allah rzası üçün edir. Əsas hədəf də budur-Allah rzası üçün! Allah-təala Quranda bu öz rəsuluna və möminlərə əmr edir: "De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” ("əl-Ənam”,162). Hər gün 5 vaxt namaz qılarkən "qürbətən iləllah” niyyəti edirik, yəni namazımızı Allah yaxınlaşmaq, onun əmrini yerinə yetirmək niyyəti ilə qılırıq. Oruc da eyni ilə belə olmadılır. Bəndə anlamalıdır ki, oruc sağlam olmaq, arıqlamaq və s. niyyətlərlə yox, ancaq Allahın əmrini yerinə yetirmək məqsədi ilə tutulmalıdır. Əks halda bu oruc savab yox, günah mahiyyəti daşıyar.

Ramazan ayı həm də bir bağışlanmaq ayıdır. Hədislərdə buyurulur ki, Allah-təala bu ayda rəhmət qapılarını açar. Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər” ("Biharul-Ənvar, c.96,səh. 348 , hədis 14”).

Ramazana bir islah ayı kimi də baxmaq lazımdır. Şübhəsiz, biz günahkar bəndələrin gündəlik bəlkə də o qədər önəm verməyərək işlədiyimiz günahlar var. "Ağ yalanlar”, qeybət, söyüş kimi dil bəlaları çox müsəlmanda heyf ki, müşahidə olunur. Gəlin heç olmasa ildə bir ay-Ramazan ayında bu günahlara ara verək. Çünki insan əvvəlcədə bu ayda həmin əməllərdən çəkinməyi hədəfləsə və çəkinsə, artıq sonra da bu günahları işləməz. Nəticədə, bəndə bu günahdan çəkinməyin mümkünlüyünü anlayar.

Ramazanın digər bir xüsusiyyəti də ibadət, zikr ayı olmasıdır. Bu ayda Allaha təsbih demək, müstəhəbbi namazlar qılmaq çox faydalıdır. Bir çoxumuz Allahın zikrindən ayrı düşmək üçün müxtəlif bəhanələr axtarır, bunu işimizin çox olması, vaxtın darlığı ilə izah edirik. Gəlin heç olmasa bu ayda Allahı anmaqdan uzaq düşməyək! Metroda gedə-gedə, oturanda, uzananda zikr edək! "Lə iləhə illəllah”, "Subhanəllah”, "Allahu məğfirli” və s. zikrlərlə Allahı təsbih edək! Bu ayda ibadətlərə nə qədər böyük qaşılıq verildiyini xatırlayaq! Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!” ("Əmali-Səduq,səh. 52 , hədis 2”).

Amma əvvəldə qeyd etdiyimiz kimi ibadətin fəziləti onun bəndəni günahlardan təmizləməsi ilə ölçülər. Deməli ibadətlərimizi artırdığımız kimi, günahlarımızı da azaltmalıyıq. Əks halda ibadətimizin Allah dərgahında bir yeri, dəyəri olmaz.

Ey iman gətirən şəxs! Ramazana layiqincə hazırlaş və bağışlan! Bu ayda bağışlanmayan "bədbəxt” adlandırılıb! Sözümüzü isə gözəl bir hədisi-şəriflə bitirmək yerinə düşər. Hədis isə yenə sevimli peyğəmbərimizdəndir (s): "Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz” ("Biharul-Ənvar”, c.96,səh. 34 , hədis 8).

  [Ramazan] | Oxunub: 1727 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz