Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » İyul » 15 » Peyğəmbərin (s) həyatında sual doğuran məqamlar (3)
Peyğəmbərin (s) həyatında sual doğuran məqamlar (3)
17:10
 

PEYĞƏMBƏRİN (S) ƏN KİÇİK QIZI KİMDİR?

Cürcani: "Mənim nəzərimdə səhih olan budur ki, Rüqəyyə Peyğəmbərin (s) ən kiçik qızı idi. O, hətta Fatimədən (ə) də kiçik idi” ("Tarixi-Xamis”, c.1, s.273; "əl-İsabə”, c.4, s.304).

Bəziləri isə Ümmü Gülsümün hamısından kiçik olduğunu qeyd ediblər: İbn Qəyyim "Zadul-məad”,c.1, s.25; "Təbəqətul-Kübra”, c.1, s.133

Əbu Ömər deyir ki, Fatimə və Ümmü Gülsüm Peyğəmbərin (s) ən kiçik qızlarıdır. Amma onlardan  hansının ən kiçik olması ixtilaflıdır. Amma ibni Sərrac Ubeydullahil Haşimidən Fatimənin Peyğəmbər (s) 41 yaşında olarkən doğulmasını  nəql edib ("Nihayətul-İrb”, c.18, s. 213).

Bəziləri isə Fatimə xanımın (ə) ən kiçik qızı olmasını qeyd etmiş və səhih saymışlar: "Tarixil-Xamis”, c.1, s.272; "əl-Vəfa”, s.656; "Siratul-hələbiyyə”, c.3, s.308 və s.

Hər halda əgər biz Rüqəyyə və Ümmü Gülsümün Zəhradan (ə) kiçik olduğunu götürsək,  Xanım Fatimeyi-Zəhranın (ə) doğum tarixinə baxmalıyıq.

Elə həmin mənbələrdə Fatimənin (ə) ya besətdən bir az əvvəl, ya besət ilində, ya da besətdən 2 il sonra dünyaya gəldiyi bildirilir. Bu nəzərlərdən hansını götürsək də Fatimədən (ə) kiçik olan qızların cahiliyyə dövründə Əbu Ləhəbin oğlanları ilə ailə qurmaları, sonra Osmanla izdivac edib besətin  5-ci ilində Həbəşə hicrət etmələri necə mümkündür?!

PEYĞƏMBƏR (S) XƏDİCƏ İLƏ NƏ VAXT EVLƏNDİ?

Rəvayətlərə baxdıqda bu evliliyin besətdən 15-20 il əvvəl olduğunu deyən nadir nəzərlər də vardır ("Tarixil-Xamis”, c.1, s.264; "Məcməuz-Zəvaid”, c.9, s.219 və s.). Ancaq bunlara qarşılıq bu izdivacın 10, 5, 3 il əvvəl olduğunu deyən rəvayətlər də var ("Müxtəsəru tarixi-Dəməşq”, c.2, s.275; "əl-Əvail”, c.1, s.16; "Siratu-məğlatay”, s.12 və s.).

Xüsusi ilə son nəzəri dəstəkləyən sənədlər daha güclüdür. Məsələn, Beyhəqi Xədicə xanımın izdivac zamanı 50 yaşında olduğunu bildirib. Xədicə xanımın vəfat etmə yaşını bununla müqayisə etsək son nəzər daha doğru görünür.

Əvvəldə qeyd etdiyimiz kimi mənbələr  Xədicənin cahiliyyə zamanında Əbdü Manafdan başqa övladının olmadığı qeyd olunurdu. Bu isə Xədicənin (ə) besətdən xeyli əvvəl Peyğəmbərlə (s) ailə qurması fikri ilə uzlaşmır. Zahirən bir səbəb olmadığı halda o qədər müddət övladlarının olmaması məntiqə uyğun deyil. Bu da besətə yaxın vaxtlarda evləndikləri fikrini gücləndirir.

Bu isə Rüqəyyə və Ümmü Gülsümün cahiliyyə zamanında doğulub böyüməsi,  Əbu Ləhəb oğlanları ilə izdivac edib, sonra boşanaraq Rüqəyyənin Osmanla izdivac etməsi haqqındakı rəvayətlərin etibarını heçə endirir.

  [Təhlil] | Oxunub: 669 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz