Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » İyul » 6 » Hədis terminləri
Hədis terminləri
22:58
1. "Hədis";
"Hədis" ərəb lüğəti baxımıdan, yenilik və qədim bir şeyin əks tərəfində yerləşən söz, iş və hadisəyə deyilir.Dini termin, xüsusilə Əhli-beyt (ə) məzhəbinin alimləri nəzərində isə "hədis" həzrət Peyğəmbər (s) və Onun məsum Əhli-beytinin (ə) sözü, rəftarı və habelə təsdiqini yetirən kəlama deyilir.

2. "Sünnə";
"Sünnə" ərəb sözü olub, lüğətdə "yol", "məzhəb" və ya "bəyənilmiş yol" mənalarını daşıyır.Dini termin baxımından isə həzrət Peyğəmbər (səlləllahu ələyhi və Alih) və Onun məsum Əhli-beytinin (ə) sözü, rəftarı, habelə təsdiqi "sünnə" adlanır.

3. "Xəbər";
"Xəbər" lüğətdə nəql olunan istənilən bir söz mənasını daşıyır. Dini termin kimi isə məsum (Peyğəmbər və Əhli-beyt) və qeyri-məsumdan nəql olunan söz və kəlama deyilir. Lakin Peyğəmbər və Əhli-beytdən (ə) nəql olunan hər bir söz, rəftar və təsdiq "hədis" adlanır.Qeyd etmək lazımdır ki, qeyri-məsum dedikdə, ilk növbədə "səhabə" və "tabei"lər nəzərdə tutulur. Bu barədə gələn fəsillərdə izahat veriləcək.

4. "Rəvayət";
"Rəvayət" sözü ərəb lüğətində danışmaq mənasını daşıyır. Dini termin kimi isə nəql olunmaqla həzrət Peyğəmbər (s) və Onun məsum Əhli-beytinə (ə) çatan sözlərə deyilir. Elə buna görə də, "rəvayət", "hədis" sözu ilə eyni mənaya malikdir.

5."Əsər";
"Əsər" sözü lüğətdə nəticə və əlamət mənalarına malikdir. Dini termin baxımından isə bu söz "hədis" və "rəvayət" terminləri ilə eyni mənanı daşıyan bir termin sayılır. Əlbəttə, bəzi alimlər bu sözü qeyri-məsum şəxslərdən (səhabə və tabeindən) nəql olunmuş sözlərə aid etmişlər.

6. "Hədisi-qüdsi";
"Hədisi-qüdsi" ilahi Peyğəmbərlər və ya onların canişinlərinin Allah-taaladan nəql etdikləri sözlərə deyilir.

7. "Sənədul-hədis";
"Sənədul-hədis" (hədisin sənədi) dedikdə, hədisi məsumdan nəql edən rəvayətçilər silsiləsi nəzərdə tutulur.

8. "Mətnul-hədis";
"Mətnul-hədis" (hədisin mətni) dedikdə isə rəvayətçilərin məsumdan nəql etdiyi söz (hədis) nəzərdə tutulur.

9. "Ravi";
"Ravi" ərəb sözü olub, hədis elmi baxımından məsum və ya qeyri-məsumun sözü, rəftarı və ya təsdiqini nəql edən şəxsə deyilir. "Ruvat" isə onun cəm formasıdır.
  [Hədislər] | Oxunub: 1261 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz