Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Oktyabr » 30 » Allah bəndəni tanıyır
Allah bəndəni tanıyır
21:31

Bəşərin bütün problemləri onun təqvasızlığında, səadəti isə təqvalı olmasındadır. Həzrət imam Rza (ələyhis-salam) aqil üçün 10 əlamət buyurmuşdur.
    İnsan özünü adamların ən pisi saymalıdır. İnsan öz çalışqanlıq və təcrübəsilə gördüyü hər bir şəxsin özündən üstün olması qənaətinə gəlir. Əlbəttə, bunun daimi bir hala keçməsi üçün təkrar-təkrar çalışmaq və s. səylər lazımdır.
    Bir insanda şər əməl gördüyümüz zaman onun əməlinin zahiri cəhətdən şər olduğunu, xeyrinin isə hələ üzə çıxmadığını düşünməliyik. Əgər özümüzü ondan yaxşı saysaq, xeyr əməlimizin üzə çıxdığını, şər əməlimizin isə hələ üzə çıxmadığını düşünməliyik. Bunun belə davam edəcəyini, bizdən şər əməl baş verməyəcəyini haradan bilək ?
    Mümkündür səthi duru və zulal, lakin dibi bulanıq bir hovuz kimi olaq. Mümkündür bir təlatümdə bu bulanıqlıq üzə çıxsın! Bəzən insanı onun bir zəif nöqtəsi yıxır! Xüsusilə də lovğalıq və həsəd insan həyatının xırmanına od vurur.
    Aqibətimizin xeyirli olması üçün məsum imamın duası və ya bizim aqibətimizin xeyrli olması barədə verdiyi xəbər istisina olmaqla, başqalarının tərifləməsi bizim problemimizi həll etməyəcək. Aqibəti xeyir olmaq mühüm məsələdir. Aga Behcət deyir: "Şeytanın insanla onun axır nəfəsinədək işi var." Ona görə də o, həyatda olduğu müddət ərzində ona həsr olan bir məclisin keçirlməsinə icazə vermədi. Şeytan hamını azdırmağa and içmişdir. Minbər, mədh oxumaq, ibadət, gecə namazı... hər kəsi bir yolla azdırır. Əlaməti də odur ki, özümüzdən razı oluruq. Aqibəti şər olmaq qürurdan törənir. Allahın yanında özünü kiçildənin aqibəti xeyir olacaq. Bir az çalışmaqla bu qənaətə gəlmək olar ki, hamı bizdən yaxşıdır, biz hamıdan arxadayıq.
    Bu nöqtəyə diqqət etmək lazımdır ki, xeyir və şər insanın özündə gizlənib və onlar bütün işlərin açarıdır. Mümükündür bir şəxsin xeyiri gizli, şəri isə üzə çıxmış olsun. Yaxud da əksinə. Ona görə də istər özümüzdə, istərsə də başqalarının zahirində olanla əminlik hasil olmaz. İnsanın yeddi qatı vardır. Bizim daxilimizdə, dərinliyimizdə kim bilir nə proseslər gedir?! Həqiqətən biz bilmirik. "İnsanı tanıyan Allahdır". Bu cümlənin maraqlı, təəccüb doğuran cümlələrdən olamasına baxmayaraq əgər yerində deyilməsə insanı cəhənnəmlik, yerində deyilərsə cənnətlik edir. Bir nəfər təriflənərkən həsəd üzündən və ya şübhə yaratmaq üçün "insanı tanıyan Allahdır" desəniz cəhənnəmlik olacaqsınız. Özünüz təriflənərkən "insanı tanıyan Allahdır" desəniz cənnətlik olacaqsınız. Daxili paklıq şərtdir. İnsanın zahiri bu işdə şərt deyil. Zahiri ibadətlər mənəviyyatın pak olması üçündür. Əks təqdirdə faydasızdır. Əllamə Təbatəbai və imam cənabları özlərini başqalarından üstün saymayıblar. İmam Xomeynin mərhum Seyid Əhmədağaya yazdığı məktublara baxın. Həqiqətən imamın özü barəsində dedikləri çox təəccüb doğurur. Məsumların (ələyhiməs-salam) buyurduqları insanı heyrətləndirir: "(Əməllərim) Azdan da azdır, azğınların ən azğınıyam...!" Onlar belə deyirsə, biz nə deyək ?! Necə özümüzü başqalarından üstün sayaq?! Allahın hesab dəftəri bizim sandığımız kimi deyil. Afrikanın ən ucqar nöqtəsində bir cavan xristian qız həzrət İsanın (ə) adı ilə camaatı sağlamlığa dəvət edir, onların dinə meylini atrırır. Mən hər gün "Ziyarəti-aşura" oxuyub, gecə namazı qılsam da heç bir şəxsə rəhm etmirəm. O xirstian qızla mən bərabərikmi ?
    Məlumdur ki, insanın daxili pak olmalıdır. Əgər insanın öz daxilini paklamaq məqsədi olsa Allah onun hidayəti üçün vasitələr verəcək. Hər halda Allahın rəhməti, qəzəbini üstələyir. Bizə ümüd verən də odur ki, Allaha müxalif deyilik və O, Rəhimlilərin Rəhimlisidir. Gənc insan gərək günahlarına görə bağışlanmaq istəsin, daha günah etməsin. Qocalar da Allahın tükənməz rəhmətinə ümüd bəsləsin...
    Elə əməllər vardır ki, insanın aqibətinin xeyr olmasına səbəb olur. Onlardan biri də Allah bəndələrinə xidmətdir. Elə əməllər də vardır ki, insanın aqibətinin şər olması ilə nəticələnir. Harada nə etmək lazım olduğunu ayırd etmək xüsusi incəlik tələb edir. Heç kəs özü ilə qürrələnməməlidir. İnsan gərək hamını cənnətlik, özünü isə cəhənnəmlik hesab etsin. Əvvəlcə özünü, sonra camaatı cəhənnəmdən qurtarmağa çalışsın. Pəhriz etmək cəmiyyətdən uzaqlaşmaq mənasında başa düşülməməlidir. Pəhriz məqamı cəmiyyət arasında bir işi yerinə yetirərkən irəli gəlir. Cəmiyyətə qoşulmaq, yalan danışmamaq lazımdır. Gərək yetimin malı yeyilməsin, belə bir oddan çəkinilsin. "İttəqu" cəmiyyətdən ayrılmaq deyil, "çəkinin" deməkdir. İslam ictimai dindir. İnsanın vəzifəsi budur ki, özünü düzəltsin və cəmiyyətə qoşulsun. Ayrı-ayrı fərdlərin vəzifəsi də fərqldir. Mümkündür bir şəxs növbə çəksin, qaranlıqda oturduğu halda aydınlığı görsün, öz vəzifəsinə diqqətli olsun! O, öz növbəsində meydana daxil olur, vəzifəsini yerinə yetirir! Adətən bir boşluğu doludur, bir hərəkətlə vətəni xilas edir! Hər kəs öz həddini bilsə, cəmiyyətə xidmət etmişdir. Bizim cəmiyyətə qoşulmağımız, çətinliklərə, təhqirlərə dözməyimiz özümüzü düzəltməyimizə səbəb olacaq. Pəhriz, yəni səhnədə hazır olmaq, Allahdan qorxmaq...! Öz həddini bilmək də çox mühümdür. Səhnəyə insan gücünün xaricində olduğu bir vaxtda daxil olmaq olmaz. Bəşərin bütün bədbəxtlikləri, problemləri təqvasızlıqda, səadəti isə təqvadadır. /haqqyolu/
  [Məqalələr] | Oxunub: 470 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Oktyabr 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz