Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » İyul » 18 » Fəzilət həsrətində yaxud...
Fəzilət həsrətində yaxud...
15:11

   

       Bağışlayan və mehriban Allahın adı ilə.

   İslam tarixində muxtəlif cəhətlərdən sual və iradlara səbəb olmuş məsələlərdən biri də Əmirul-muminin Əli (ə)-n qızı Ummu Gülsümün xəlifə Ömər ilə izdivacı haqda varid olmş ixtilafli xəbərlərdir. Bu xəbərlərə şübhə ilə yanaşmağın əsas səbəbi Rəsulullahın vəfatından sonra Əlini xilafətdən uzaqlaşdırılıb Fatimənin evinə edilən yürüş olmuşdur. Tarrixi sənədlər göstərir ki, bu qəmli və ürək dağlayan hadisələrdə ikinci xəlifə mühüm rol oynamışdır. Bu səbəbdən; Əgər ikinci xəlifə Fatimənin evinə hucüm edib Peyğəmbər qızını vurmaqla qəlbini dağlayıbsa bəs onda necə olur ki, Əli (ə) qızı Ummul Gülsümü Ömərə ərə verib?-sualı musəlmanları düşünməyə vadar edib. Əslən bu izdivac baş veribmi? Əgər bu izdivac baş veribsə hansı məsləhətə görə olub? Bəzi əhli sünnət alimləri iddia edirlər ki, bu izdivac olub və bununla da Fatimənin evinə hucum və o Xanımın döyülməsi məsələsini kölgədə saxlayıb nəticədə Rəsulullahın (s) canının bir parçasının şəhadətini inkar etməyə çalışıblar. Əhli sünnətin mötəbər kitablarında Əlinin evinə hücum olunub Fatimənin qamçı ilə vurulması və Peyğəmbər (s) əhli-beytinə hörmətsizliyin ən dəhşətli dərəcədə baş verməsi haqda xəbərlər təhqiqatçıda şübhə etməyə macal qoymur. Amma yenə də bəziləri iddia edirlər ki, təhdidlər əməli olmayıb. Son zamanlar vəhhabilər bu faciəni ört basdır etmək üçün “Əlinin qızı xəlifə Ömərlə izdivac edib və bu məsələ dəlalət edir ki, Ömərlə fatimə arasında heç bir narazılıq olmayıb” kimi iddialara əl atıblar. Əhli-beytin tərəfdarları daim tarixi təhrif etməyə çalışanların səylərini izləməklə vaxtında təhriflçilərin qabağını alırlar. Buna görə də əvvəlcə bir neçə suala cavab axtaraq: 
1) Ummu Gülsüm kimdir? 
2) Alimlər bu nikah haqqında nə deyirlər? 
3) Şiə və sünnü mənbələrində bu nikahı nəql etmiş ravilərin kimliyini araşdıraq.

 4) Təhdid və zərurət.

                             UMMU GÜLSÜM KIMDIR?

İbn Əbdul Bir kitabında yazıb: “Ummu Gülsüm Rəsulullahın vəfatından öncə dünyaya gəldi”.(“əl-İstiab” 4/1893. Fatimənin tercümeyi halı, Ummu Gülsümün tərcüməyi halı 4204) İbn Əsir “Usdul-Qabə”, 6/387, hədis 7578. Şeyx Mufid “İrşad” kitabında (1/354) Həsən, Hüseyn və Zeynəb ilə yanaşı Ummu Gülsümü də Fatimə və Əlinin övladı olduğunu qeyd etmişlər. Təbəri 5/153 və İbn Şəhr Aşub 3/89 yazır: Fatimənin Muhsinadlı oğlu hələ bətnində olarkən siqt oldu. Ummu Gülsümün adı tarixin müxtəlif səhifələrində gözə çarpır. Hicrətin 40-cı ilində rəməzan ayının 19-cu gecəsi Əmirilmuminin onun evində iftar edib məscidə yola düşür, 61-i ildə İmam Hüseyn ilə Kufəyə tərəf gəlib Aşura günündə Kərbəlada Əhli beyt əsirləri arasında göstərdiyi fədakarlığı. Kufə meydanında və Şamda Zeynəbdən sonra xütbə söyləməklə Kufə və Şam əhlini təlatumə gətirdi. 
Yəzid Ummu Gülsümün rüsva edici xütbəsindən sonra etdiyi cinayəti ört basdır etmək üçün ona dedi: Bu malları xətalarımızın muqabilində bizdən qəbul et. Ummu Gülsüm dedi: “Ey Yəzid! Sən nə qədər həyasızsan! Qardaşım Hüseyni öldürüb Əhli-beyti əsir edirsən sonra da əvəzində mal verib cinayətini ört-basdır etməyə çalışırsan” 
ALIMLƏRIN BU NIKAH HAQQINDA DEDIKLƏRI.
Ummu Gülsümün ikinci xəlifə ilə evlənmə məsələsi tarixçilər arasında mubahisələrə səbəb olub. Bəzi alimlər bu nikahın baş verməsini əslən inkar etmişlər. Ikinci dəstə isə nikahın baş verməsini sübut etməyə çalışmışlar. Təbəri (“Tarix Təbəri” 4/69), və Yəqubi (“Tarix Yəqubi” 2/149) bu nikahın hicrətin 17-ci ilində baş verdiyini güman etmişlər. Bəziləri (Təhzibul-kəlam 9/362, hədis 15) bu nikahdan sonra Ummu Gülsümün Zeyd adlı oğlu da olduğunu iddia ediblər. Bəziləri (Təbəqatul-kubra 3/14, əl-İsabə fi mə‘rifətissəhabə 8/465, əl-İstiab 4/1956) Ruqəyyə adlı qızının olduğunu iddia etmişlər. 
Şiə alimlərindən Seyyid Murtəza (Rəsailu Murtəza 3/149) bu izdivacın xəlifə Ömərin çoxlu təhdid və təzyiqlərindən sonra baş verdiyini söyləmişdir. Əbu Muhəmməd Novbəxti (Qamusu rical, 12/215-6) mötəqiddir ki, Ummu Gülsüm uşaq idi nikah baş tutdu, amma Ömərin evinə getməməzdən öncə dünyadan getdi. Nəticədə məlum olur ki, məsələ ilə bağlı dörd nəzəriyə mövcuddur:
 a) Əli və Fatimənin Ummu Gülsüm adlı qızı olmayıb. 
b) Əli və Fatimənin Ummu Gülsüm adlı qızı olub, amma ikinci xəlifə ilə nikah etməyib.
 c) İkinci xəlifə ilə nikah edib, amma toydan oncə xəlifə dünyadan gedib. 
d) Bu nikah zorla baş verib.
           ŞIƏ VƏ SÜNNÜ MƏNBƏLƏRINDƏ BU NIKAHI NƏQL ETMIŞ                              RAVILƏRIN KIMLIYINI ARAŞDIRAQ.
Bəzi alimlər bu nikahın baş verməsini rəvayət və tarixi sənədlərə istinad etməklə qəbul etmişlər. Bbu sənədləri araşdırdıqda muəmmalı məqamlar meydana çıxır ki, əslən belə bir izdivacın musəlmana layiq olmadığı asanlıqla sübut olur.
a) İbn Əbdul Birr "əl-İstiab" kitabında yazir: "Ömər Əliyə dedi: Ummu Gülsümü mənə təzvic et. Mən istəyirəm bu izdivacla elə bir kəramətə yetişim ki, indiyə qədər heç kəs o mərtəbəyə nail olmayıb. 
Əli dedi: Mən onu sənin yanına göndərəcəyəm, əgər ondan razı qaldın onda onu sənə təzvic edərəm. Əli Ummu Gülsümə bir parça verib Ömərin yanına göndərdi və dedi: Məndən Ömərə salam söylə və ona de ki, bu həmin parçadır ki, sənə demişdim. Ummu Gülsüm Əlinin sifarişini yerinə yetirdi. Ömər dedi atana de ki, mən bəyəndim və razıyam Allah da səndən razı olsun. Sonra Ömər əlini Ummu Gülsümün baldırına çəkdi və onu soyundurmağa başladı. Ummu Gülsüm dedi: Sən nə edirsən? Əgər xəlifə olmasaydın burnunu sındırardım. Ummu Gülsüm atasının yanına qayıdıb dedi: "Sən məni pis bir qocanın yanına göndərdin........ (İbn Əbdul Bir “əl-İstiab” 4/1955, əl-Muntəzəm, 4/237)
يا أبا الحسن فإني أرصد من كرامتها ما لا يرصده أحد فقال له علي أنا أبعثها إليك فإن رضيتها فقد زوجتكها فبعثها اليه ببرد وقال لها قولي له هذه البرد الذي قلت لك فقالت ذلك لعمر فقال قولي له قد رضيت رضي الله عنك ووضع يده على ساقها فقالت أتفعل هذا لولا أنك أمير المؤمنين لكسرت أنفك ثم خرجت حتى جاءت أباها فأخبرته الخبر وقالت بعثتني الى شيخ سوء فقال يا بنية إنه زوجك
b) İbn Həcər Əsqəlani yazır: Ummu Gülsüm dedi: .....Sən nə edirsən? Əgər xəlifə olmasaydın sənin gözünü vurub kor edərdim........(əl-İsabə fi təmyizissəhabə 8/293)
 12233 أم كلثوم بنت علي بن أبي طالب الهاشمية أمها فاطمة بنت النبي  ولدت في عهد النبي  قال أبو عمر ولدت قبل وفاة النبي  وقال بن أبي عمر المقدسي حدثني سفيان عن عمرو عن محمد بن علي أن عمر خطب إلى علي ابنته أم كلثوم فذكر له صغرها فقيل له إنه ردك فعاوده فقال له علي أبعث بها إليك فإن رضيت فهي امرأتك فأرسل بها إليه فكشف عن ساقها فقالت مه لولا إنك أمير المؤمنين للطمت عينيك…..
                       ƏHLI SÜNNƏT MƏNBƏLƏRINDƏ TƏHQIQ
Əhli sünnət alimləri Ömərin Ummu Gülsüm ilə evlənməsi rəvayətlər haqda geniş mubahisə yaradıblar. Bəzi alimlər həmin rəvayətləin sənədlərini təhqiq edəndən sonra hədis elminin meyarlarına əsasən onları zəif biliblər. Maraqlı budur ki, əhli sünnətin alimləri “Səhih Buxari” kitabında nəql olunmuş hədisləri səhih sayırlar. Ömərin Ummu Gülsüm ilə evlənməsi haqda olan hədisin sənədində İbn Şəhab Zuhəri mövcuddur və əhli sünnət alimləri onu mötəbər hesab ediblər, lakin tarixi mənbələrdən məlum olur ki, bu adam bəni Uməyyə və Əhli-beyt düşmənləri ilə yaxndan həmkarlıq edib. Bu cəhətdən onun hədislərində qondarma ehtimali daha güclüdür. Səhih Muslim kitabı Buxaridən sonra yazılmasına baxmayaraq orada bu izdivac haqqında heç bir xəbər yoxdur. Təəccüblüdür Buxari Qədir, Səqəleyn və Mənzilət kimi mutəvatir hədisiləri nəql etməkdən yan keçib, amma əhli sünnətin digər beş səhih bildikləri kitablarda onlara dəqiq işarə olunub. Çünki Buxari çalışıb Rəsulullahdan sonra İslamın ilkin çağlarında fəzanın aram olduğunu sübüt etsin. Əhli-beytə olmuş zülm və cəfanı nəql etməkdən yayınıb.Buxari kitabında İmam Hüseyndən hətta bir hədis belə nəql etməyib. Həmçinin İmam Sadiqdən İmam Əskəriyə qədər heç bir imamdan hədis nəql etməyib. İmran ibn Xəttan, Əmr ibn Asdan, Mərvan ibn Həkəm və Muaviyə ibn Əbu Sufyan kimilərdən hədis nəql edib ki, bu adamlar İslama və musəlmanlara qarşı ən dəhşətli cinayətləri törətməkdən həya etməyiblər. Həmçinin Buxari Quranın təhrifi haqqında hədis nəql edib iddia edir ki, "Leyl" surəsində 3-cü ayə Rəsulullahın zamanında "vəzzəkərə vəl-unsa" oxunardı, amma indiki Quranda "və ma xələgəzzəkərə vəl-unsa" kimi mövcuddur. قال علقمة والذكر والأنثى قال أشهد أني سمعت النبي  يقرأ هكذا وهؤلاء يريدونني على أن أقرأ ) وما خلق الذكر والأنثى ( والله لا أتابعهم (Buxari, 4/1889) Buxari Ənəs ibn Malikdən nəql edir: "Bi`ru məunə" şəhidləri haqqında bu ayə nazil olmuşdu: بلغوا قومنا أن قد لقينا ربنا فرضي عنا ورضينا عنه sonradan bu ayə nəsx olub Qurandan çıxarildı. (Buxari, 3/1036) Koleyni Usulul-Kafi (6/115 hədis 1-2) kitabında Muaviyə ibn Əmmardan hədis nəql edib: "İmam Sadiqdən soruşdum ki, əri ölən qadın həmin evdə vəfat iddəsi saxlamalıdır yaxud istədiyi yerə gedə bilər? İmam buyurdu: İstədiyi yerə gedə bilər. Çünki Ömər öləndən sonra Əli Ummu Uülsümün yanına gəlib onu özü ilə evinə gətirdi" Bu hədisə oxşar digər bir hədisi Suleyman ibn Xalid də İmam Sadiqdən nəql edib. Amma adı çəkilən Ummu Gülsümün Əlinin qızı olması şübhə doğurur. Çünki Əbu Bəkr vəfat edəndən sonra Əli (ə) onun dul qalmış arvadını aldı bu zaman həmin qadının Əbu Bəkrdən Muhəmməd ibn Bəkr və Ummu Gülsüm adlı iki övladı var idi. Həmin uşaqlar Əlinin himayəsində böyüdülər. 
Xətib Bağdadi yuxarıda nəql olunanlardan daha gülməli hədis nəql edib: ".......Ömər dəfələrlə Əlidən Ummu Gülsümü ona təzvic etməyi tələb etdi, axırda Əli qızına zinət vurub Ömərin yanına göndərdi. Ömər Ummu Gülsümü görəndə ayağa durub onun ayaqlarından yapışıb üç dəfə dedi: Atana de ki, mən razıyam, razıyam, razıyam,.....Qız atasının yanına qayıdandan sonra dedi: Ömər məni yaxına çağırdı və məni öpdü. Mən ayağa duranda ayaqlarımdan yapışıb dedi: Mənim dilimdən atana de: Mən razıyam.....(Tarixu Bəğdad, 6/182)
أبيه عن عقبة بن عامر الجهني قال خطب عمر بن الخطاب إلى علي بن أبي طالب ابنته من فاطمة وأكثر تردده إليه فقال يا أبا الحسن ما يحملني على على كثرة ترددى إليك الا حديث سمعته من رسول الله  يقول كل سبب وصهر منقطع يوم القيامة الا سببى ونسبى فأحببت ان يكون لي منكم أهل البيت سبب وصهر فقام على فأمر بابنته من فاطمة فزينت ثم بعث بها إلى أمير المؤمنين عمر فلما رآها قام إليها فأخذ بساقها وقال قولي لأبيك قد رضيت قد رضيت قد رضيت فلما جاءت الجارية إلى أبيها قال لها ما قال لك أمير المؤمنين قالت دعاني وقبلني فلما قمت اخذ بساقي وقال قولي لأبيك قد رضيت فأنكحها إياه......... 
Yuxarıda nümunə üçün gətirdiyimiz hədisləri oxuyanda onların qondarma hədis olduğunu dərk edir. Normal adamlar bu hədislərin hansı məqsədə görə qondarıldığını asanlıqla hədisin dərk edir. Amma azacıq da olsa təfəkkür alətinə malik olmayanlar (məxsusən öz əql və əqidələrini əldən verənlərlər) cür-bəcür süst və gülməli dəlillər gətirməklə məsələni daha da məzhəkəyə döndərirlər. Əhli sünnətin tanınmış alimi Sibt ibn Cuzi bu rəvayətləri görəndə sanki yaralı şir kimi nərə çəkib deyir: And olsun Allaha! Bu çox iyrənc bir işdir.
 أرسل بها إليه فكشف عن ساقها فقالت مه لولا إنك أمير المؤمنين للطمت عينيك) 
Sən nə edirsən? Əgər xəlifə olmasaydın elə sənin gözünə vurardım səni kor edərdim........əl-İsabə fi təmyizissəhabə 8/293). Hətta əgər o qız kəniz olsaydı belə bu əməl caiz deyildi. ....And olsun Allaha naməhrəm qadını ləms etmək (ona əl vurmaq) caiz deyil. Bu əməli xəlifə Ömərə necə nisbət vermək olar?...(Təzkirətul-xəvas, 321) Bu cür süst hədisləri nə şiə və nə də əhli sünnətin insaflı alimləri qəbul etmirlər. Özlərini islam dərk edən alim kimi qələmə verən bəzi alimsifətlər tapılır ki, bu cür süst hədisləri qəbul edirlər. Onlar idda edirlər ki, Ömərin bu əməli onun ədalətinə heç bir zərər yetirmir, çünki səhabələr ədalət məzhəridirlər. Onlar tarixin faciəli səhnələrini hətta Ömərin abrı bahasına olsa belə gölgədə saxlamaq üçün bu hədisləri qondarmağa əl atıblar. Yəqubi və Təbərinin yazdıqları tarixdən belə məlum olur ki, Ömər ibn Xəttab Ummu Gülsüm ilə hicrətin 17-ci ilində evlənib. Və o zaman Ummu Gülsümün sinni doqquz ildən az idi. İbn Sə`d Təftəzani Təbəqatul-kubra (8/463) kitabında yazır: "Ömər Ummu Gülsüm ilə izdivac edəndə o həddi buluğa yetiçməmişdi" أم كلثوم بنت علي بن أبي طالب بن عبد المطلب بن هاشم بن عبد مناف بن قصي وأمها فاطمة بنت رسول الله وأمها خديجة بنت خويلد بن أسد بن عبد العزى بن قصي تزوجها عمر بن الخطاب وهي جارية لم تبلغ فلم تزل عنده إلى أن قتل وولدت له زيد بن عمر ورقية بنت عمر
İbn Cuzi "əl-Muntəzəm" (4/237) kitabında yazır: "Ömər bir halda Ummu Gülsümlə izdivac etdi ki, o həddi buluğa yetişməmişdi" Bütün deyilənləri müqayisə edəndən sonra heç ağla batandır ki, Əli (ə) səkkiz yaşa çatmayan bir qız uşağını ürəkdən razılıqla 57 yaşlı bir qocaya 50 il yaş fərqi ilə ərə versin? Hədislərdə Əlinin (ə) dilindən bu ibarət خطبها إلى علي فقال يا أمير المؤمنين إنها صبية (o uşaqdır) nəql olunub.

Hərçənd Rəsulullah (s) ilə bəzi zövcələri arasında yaş fərqi çox olub, amma o zövcələr iftixarla Onunla izdivac etməyə razı olurdular. Bəzi zövcələr özləri Rəsulullaha onlarla izdivac etməyi təklif etmişlər. Ətrafında əhs etdiyimiz izdivac haqqında ki, Əli (ə) özü də onunla qəti şəkildə muxalif idi bir qədər sonra bəhs edərik

KOBUD VƏ QABA TƏBIƏTLI INSAN

Ömər ibn Xəttabın kobud xasiyyəti dillər əzbəri olmuşdu və əhli sünnətin kitablarında bu haqda çoxlu hədislər dərc olunub. Hətta xilafətə yetişəndə birinci dilinə gətirdiyi dua bu oldu:"İlahi mən kobudam məni mulayim et! İlahi mən zəifəm məni güclü et! İlahi mən paxılam məni səxavətli et!" أخبرنا أبو معاوية الضرير عن الأعمش عن جامع بن شداد عن أبيه قال كان أول كلام تكلم به عمر حين صعد المنبر أن قال اللهم إني شديد فليني وإني ضعيف فقوني وإني بخيل فسخني قال أخبرنا وهب بن جرير 
Hətta Əbu Bəkr vəfat edəndə Ömərin ardınca xəbər göndərdi ki, onu özündən sonra xəlifə elan etsin. Səhabələr ona etiraz edib dedilər:".. Sən istəyirsən özündən sonra bizə Öməri xəlifə edəsən bir halda ki, o çox kobud və sərtdir...."14178 - عن زيد بن الحارث أن أبا بكر حين حضره الموت أرسل إلى عمر يستخلفه فقال الناس تستخلف علينا عمر فظا غليظا (Kənzul-ummal, 5/270,273) 
Tarixdən belə məlum olur ki, kobud və qaba xasiyyət axıra qədər onda qaldı və bu keyfiyyətə görə bəzi qadınlar onunla evlənməyə razı olmurdular. Təbəri nəql edir: Ömər Əbu Bəkrin qızı Ummu Gülsüm ilə evlənməyi Aişədən istədi. Ummu Gülsüm uşaq idi. Aişə məsələni bacısına deyəndə o dedi: O mənə lazım deyil. Aişə dedi: Sən xəlifəyə qarşı etinasızlıq edirsən? Ummu Gülsüm dedi: Bəli, O, kobud və qadınlara qarşı sərtdir. فقالت لها عائشة ترغبين عن أمير المؤمنين قالت نعم إنه خشن العيش شديد على النساء (Tarix Təbəri, 2/564, əl-Kamil 2/450) Baxın görün Əbu Bəkrin xırda yaşlı qızı Ömərin kobud və qaba xasiyətli olduğundan xəbərdar olub. Hətta bəzi rəvayətlərdə bu cür nəql olunub: قال خطب عمر بن الخطاب أم كلثوم بنت أبي بكر الى عائشة فأطمعته وقالت أين المذهب بها عنك فلما ذهبت قالت الجارية تزوجيني عمر وقد عرفت غيرته وخشونة عيشه والله لئن فعلت لأخرجن الى قبر رسول الله  ولأصيحن به (əl-İstiab, 4/1807)"....And olsun Allaha əgər bu işi görsən Mən Rəsulullahın qəbrinin yanına gedib orada fəryad çəkərəm".Bəlazəri, Təbəri və İbn Əsir nəql ediblər: Yəzid ibn Əbu Sufyan dünyadan gedəndən sonra Ömər onun dul qalmış arvadı Ummu Ubban bintə Utbə ilə evlənmək istədi. O qəbul etməyib dedi: " Ömər qaşqabaqlı və qəzəbli halda evə girib çıxır, evinin qapılarını bağlayır. O xeyir verməkdən (yəni paxıldır) imtina edir " وخطب أم أبان بنت عتبة بن ربيعة فكرهته وقالت يغلق بابه ويمنع خيره ويدخل عابسا ويخرج عابسا (Tarix Təbəri, 2/564, əl-Kamil, 2/451) Əgər qadınlar və hətta xırda qızlar xəlifə Ömərin xasiyyətindən bu dərəcədə xəbərdar olublar və ona ərə getməkdən qəti şəkildə imtina ediblərsə bəs onda necə ola bilər ki, Əli mə`sum qızcığazi ona ərə verməyə razı olsun? Ibn Həcər yazır: Ömər Əlidən qızı Ummu Gülsümü istəyəndə Əli dedi; "Mən qızlarımı qardaşım Cə`fərin övladları üçün saxlamışam" Ömər israr edib dedi: "Onu mənə təzvic et! Heç kəs mənim kimi oa baxmaz" Əli Ömərin sözünü qəbul etdi və Ömər muhacirlərin yanına gəlib dedi: Məni təbrik edin! Muhacirlər soruşdular: Nəyə görə? Ömər dedi: Əlinin qızı ilə evlənirəm. Çünki Rəsulullah (s) buyurub: "Qiyamətin günündə bütün nəsəb və qohumluq əlaqələri qırılacaq. Ancaq mənimlə olan qohumluq əlaqələri qirilmayacaq" Mən də istədim bu icdivacla Rəsulullahın buyurduğu ilahi rəhmətdən bəhrələnim. (əl-İsabə fi təmyizissəhabə 8/294, əl-İstiab, 4/1955)
Tarixi sənədləri araşdıranda məlum olur ki, ikinci xəlifəni Ummu Gülsüm ilə evlənməyə təhrik edən əsil səbəb Ömərin muhacirlərə dediyi kimi Peyğəmbərlə qohumluq əlaqəsi yaratmaq istəyi olmayıb. Çünki Bəlazərinin Ənsabul-əşraf kitanında yazdıqları muddəamıza əsas verir: "Əli Əbu Bəkrə beyət etmədiyi təqdirdə Ömər əlinə məş`əl alıb onun evinə getdi.Qapıda Fatimə ilə rastlaşdı. Fatimə dedi: ey Xəttabın oğlu görürəm mənim üstümə qapımı yandırırsan? Ömər cəsarətlə dedi: Bəli (Ənsabul-əşraf, 1/586)
İbn Quteybə Dinuri yazır: Səhabələrdən bir dəstə Fatimənin evində yığılmışdi. Ömər onları evdən çıxıb Əbu Bəkrə beyət etməyə çağırdı. Onları evdən çıxmadıqları təqdirdə evi yandırmaqla hədələdi və odun gıtirməyi göstəriş verdi. Ətrafdakılar dedilər: Ey Əbu Həfs! Fatimə evin içindədir. Ömər dedi: Hətta Fatimə də olsa yandıracağam. (əl-İmamətu vəl-siyasət 1/30, Tarix Təbəri, 2/233)
SUAL: Rəsulullah (s) dəfələrlə Fatimə haqqında sifariş etməsinə baxmayaraq evini yandırıb bağrinı qan edən insan görəsən hansı xəyalla axirətinə nicat vermək qsdilə onun qızı ilə evlənmək sevdasına düşür? (Musnəde Əhməd, 4/328, Buxari, 3/1361)
Mənə belə gəlir o bu əməli ilə vurduğu yaranı təzələmək istəyib. Ən azı Ömərin məqsədi Rəsulullah (s) ilə qohumluq əlaqəsinə girməklə Qiyamətin əzabından nicat tapmaq üçün olmayıb.
HƏDƏ-QORXU VƏ ZƏRURƏT
Əgər Ummu Gülsüm və Ömərin icdivac məsələsini qəbul etsək bu heç də Əmirulmuminin Əli (ə) ilə ikinci xəlifə arasında normal rabitə olmasına dəlalət etmir. Əhli sünnət və şiə mənbələrində bu məsələyə aid olan hədislər göstərir ki, xəlifə xəlifəlik məqamından istifadə edib təhdid etməkdən çəkinməyib. Bu haqda bir qədər sonra bəhs edərik. Əlbəttə xəlifə yaxşı bilirdi ki, qarşı tərəf mühüm hədəfə görə (Rəsulullahın gətirdiyi İlahi dini hifz etmək) hər bir şeyi fəda etməyə hazırdır. Bilirdi ki, Əli əsil islamı hifz etmək üçün ixtilaf və çəkişmələrdən yan keçər. Necə ki, Rəsulullah (s) vəfat etdiyi zaman vəsiyyətnaməni yazmaq istəyəndə Ömərin mane olmasını görüb ixtilaf düşməsin deyə səbr etməyə məcbur oldu. Yəqinən Ummu Gülsümün izdivacı imamət və xilafət məsələsindən mühüm deyildi. O zaman ki, Əli ixtilaf və fitnə olmasın deyə ilahi haqqi qəsb olunanda səbr etmək yolunu seçdi. "Mən pərdə salıb, özümü kənara çəkdim. Mən gözləri çöplə dolan və boğazında sümük bənd olmuş bir insan kimi səbr etdim. Görürdüm ki, mirasım qarət olunur..." (Nəhcül-bəlağə, Şiqşiqiyyə xütbəsi)
Əmirulmöminin Nəhcul-bəlağənin 62-ci məktubunda əvvəl Rəsulullahın vəsiyyətinə əhəmiyyət verməyib xilafətin qəsb olması haqqında sohbət açır sonra xəlifələrlə mudara edib həmkarlıq etməyinin səbəblərini bəyan edir." And olsun Allaha mən əslən güman etmirdim ki, ərəb Rəsulullahdan sonra onun Əhli-beytinin haqqını qəsb etsinlər və məni xilafətdən uzaqlaşdırsınlar. Camaat filankəsə beyət edirdi və mən buna narahat idim. Camaatın bəziləri islamdan dönürdü və mən də əlimi əlimin üstünə qoyub baxırdım. Onlar istəyirdilər Muhəmmədin (s) gətirdiyi dini məhv etsinlər. Qorxdum əgər İslama və musəlmanlara kömək etməsəm onda İslamın məhv olub boşluq yaranmasının şahidi olum. O musibət mənim üçün sizə xəlifəliyimi itirməkdən böyük olardı" (Nəhcül-bəlağə, Şiqşiqiyyə xütbəsi) 
Rəsulullahın vəfatından sonra çoxlu sayda ərəb qəbilələrinin dindən çıxması, yəhudilərin, məsihilərin və munafiqlərin baş qaldırması haqda xəbərləri tarixçilər nəql ediblər. Belə bir həssas məqamda imam Əli ixtilafa və munaqişəyə əl atsaydı bu Rəsulullahın (s) dininə nöqtə olacaqdı. "Rəsulullah (s) vəfat edəndən sonra ərəb cahiliyyət dövründəki halına qayıtmağa başladı. Yəhudilər və məsihilər baş qaldırıdılar. Munafiqlər zuhur edib meydana atıldılar. Musəlmanlar soyuq və yağışlı gecədə səhrada sərgərdan qoyun sürüsü kimi avara qaldılar". (Tarix Təbəri, 2/245, Sirətunnəbəviyyə İbn Hişam, 2/665) 
Əli evinə hucum edib iki dünya xanımlarının seyyidəsi və Rəsulullahın (s) gözünün nuru Fatiməyə zülm edənlərin zülmünün muqabilində səbr etdi. Çünki Rəsulullahın zamanında İslamın mudafiəsi üçün hətta dəfələrlə canını fəda etməyə hazır olan Əli o Həzrətdən sonra da gərək onun mirasını hifz etmək üçün bütün məşəqqətlərə səbr edəydi. Əhli sünnət alimi İbn Cuzinin nəqlinə görə Ömər Əlidən Ummu Gülsümü istəyəndə Əli dedi: Ummu Gülsüm Uşaqdır. Ömər dedi: And olsun Allaha sənin dediklərin üzr deyil bəhanədir və mən bu bəhanənin səbəbini bilirəm. Çünki sənin Məndən xoşun gəlmir.(əl-Muntəzəm 2/5)«إنك والله ما بك ذلك، ولكن قد علمنا ما بك
Təbərani “əl-Möcəmul-kəbir 3/44 və Heysəmi “Məcməuzzəvaid”(4/499) kitabında yazır: Əli Əqil, Əbbas və Huseyn ilə ikinci xəlifənin tələbi haqqında məşvərət etdi. Əqil dedi: And olsun Allaha Ömərin xeyirxashlığı yox qamçısı onu bu cür danışdırır”«والله ما ذاك من نصيحة،ولكن دِرّة عمر أحرجته الى ماترى
Şiə mənbələrində xəlifə Ömərin Ummu Gülsüm ilə evlənməyə səy etməsi yolunda Əliyə qarşı hansı hədə qorxulardan istifadə edib? Hişam ibn Salim İmam Sadiqdən (ə) nəql edib: Ömər Əlidən Ummu Gülsümü istədi, amma Əli onun uşaq olduğunu bildirib bununla da onun istəyini rədd etdi. Ömər Rəsulullahın əmisi Əbbasın yanına gedib Əli ilə arasında olan söhbəti ona danışıb təhdid etməyə başladı:”And olsun Allaha mən Zəmzəm quyusunu dolduracağam və sizin ərəblər üstündə olan bütün kəramətlərinizi aradan aparacağam. Əlinin oğru olduğunu sübut etmək üçün iki şahid də gətirəcəyəm və onun əlini kəsəcəyəm”. «أما والله لأُعوِّرنَّ زمزم ولا أدعُ لكم مَكْرُمةً إلاّ هدمتُها، ولأُقيمنّ عليه شاهدَيْن بأنّه سَرق، ولأَقطعنَّ يمينه.Əbbas Əlinin yanına gəlib Ömərin hədə qorxularını ona daışdı və Əlidən istədi ki, Ummu Gülsümün izdivac məsələsini onun Öhdəsində qoysun. Çünki Ömərdən hər nə desən gözləmək olar. Əbbas Ummu Gülsümü Ömərə təzvic etdi.(Kafi, Biharul-ənvar) İmam Sadiq (ə) Ömərin hədələrini bir kəlmədə xulasə etdi: “Ömər Ummu Gülsümü almaqla bizdən namusumuzu qəsb etdi” «إنّ ذلك فرج غُصبناه(Kafi 5/494, Biharul-ənvar 42/94)
Ömərin ruhiyyəsini tanımaq üçün onun Fatimənin evinə hucum səhnəsini və Rəsulullahın yeganə yadigarına hansı sitəmləri vurduğunu tarixin acı səhifələrindən oxumaq olar. Ömərin fatimənin evini oda çəkməklə hədələməsi əhli sünnət kitablarında kifayət qədər sənədli rəvayətlər nəql olunub. Fatimənin bu cür and içməsi Ömərin psixologiyasını aydın şəkildə sübuta yetirir. وايم الله ليمضينّ لما حلف عليه (Musənnəf 28/313, 7/432, Kənzul-ummal 5/861)
Xəlifə Ömər sair musəlmanlarla da sərt rəftar etməkdə davam edirdi, lakin onlar daxili ixtilaflardan uzaq olmaq üçün dözməyə məcbur idilər. Muslim Səhihində nəql edib: “Bir nəfər Ömərin yanına gəlib dedi: Mən cunub olmuşam və qüsl etməyə su tapa bilmədim nə edim? Ömər dedi: Namaz qılma! Əmma Ysir dedi: Ya əmirəlmöminin! Muharibələrin birində səninlə bir yerdə idik və qüsl etmək üçün su tapa bilmədik. Sən namaz qılmadın, amma mən özümü torpağa sürtüb namaz qıldım. Rəsulullahın yanına gəlib macəranı ona danışdıq və O, bizə necə təyəmmum edib namaz qılmağı göstərdi. Ömər Əmmar yasirin sözlərini eşidəndən sonra ona təşəkkür etmək əvəzinə dedi: Ey Əmmar! Allahdan qorx! Əmmar dedi: Əgər istəyirsən bir də bunu danışmayım. (Səhih Muslim 1/280) فقال عمر: إتّق الله يا عمّار. قال: إن شئت لم اُحدّث به
Əmmar Yasir xəlifə Ömərin təbiətindən xəbərdar olduğu üçün susmağa məcbur oldu. Ömər Rəsulullahın hədislərini nəql etməyi qadağan etmişdi. Bu məsələdə səhabələrlə çox sərt rəftar edirdi. Bəzilərini həbs və bəzilərini isə döyürdü. Zəhəbi nəql edir ki; Ömər İbn Məsud, Əbu Məsud Ənsari və Əbu Dərdanı hədis nəql etdiklərinə görə həbs etdi.(Təzkirətul-huffaz, 1/7) 
Hakim Nişaburi nəql edib: Ömər İbn Məsud, Əbu Dərda və Əbu Zərri hədis nəql etdiklərinə görə Mədinədən kənara çıxmağı onlara qdağan etdi. Əbu Hureyrə də etiraf edir ki, Əgər Ömərin zamanında hədis nəql etsəydim məni qamçı ilə vurardı. : «لو كنت أحدّث فى زمان عمر مثل ما اُحدّثكم لضربني بمخفقته» .(Təzkirətul-huffaz, 1/7) 
                                       NƏTICƏ
Tarixi sənədləri araşdırıb muqayisə edəndə belə nəticə alırıq ki, xəlifə Ömərin Ummu Gülsüm ilə izdivacı (əgər hədislərin səhih olduğunu fərz etsək) Əli ilə onunla arasinda səmimiyyət və məhəbətt olmasına dəlalət etmir. Bizim muddəamıza subut Qurani Kərimdir. Şunki Allah-təala Qurani Kərimdə nəql edir ki, Lut peyğəmbərin kafir qovmu onun qonaqlarına təcavüz etmək qəsdiylə evinə hucum edəndə onlara dedi: (Lut) dedi: "Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə (buyurun, onlarla evlənin)!" (Hicr, ayə 71) Deməli əgər muəyyən səbəblər insanı bu addımı atmağa məcbur qoyursa hətta Əli həmin səbəblərə xatir buna razılıq verməlidir. Bu izdivac Əli və Ömər arasında dostluğun olmasından xəbər vermir. Biz bu mövzunu ortaya atan əhli sünnət qardaşlarımıza təşəkkür edirik ki, tarixin daha bir ləkəli səhifəsinin üstünü açıb həqiqəti üzə çıxarmağa bais oldular. Buna misal olaraq Əlinin Muaviyənin onu xar etmək qəsdi ilə yazdızdığı məktubun cavabını oxuyaq: Ey Muaviyə! Mənə yazırsan “Sən həmin adamsan ki, beyət almaq üçün boynuna kəndir salınmış dəvə səni məscidə çəkdilər” «وقلت: انّى كنتُ أُقاد كما يُقاد الجملُ المخشوش حتى أُبايِع And olsun Allaha! Bu sözlərlə sən Məni xar və rusvay etmək istəyirdin, amma məni tə`rif etdin. ولعمرُ اللهِ لقد أردتَ ان تَذمَّ فمدحتَ، وأن تفضح فافتضحتَ; Bununla Əmirulmöminin birinci və ikinci xəlifənin cinayətlərini üstünü açır.(Nəhcul-bəlağə 28-ci məktub)
Bəli İmam Əli yenə də bu məsələnin muqabilində səbr etməyə məcbur olub və islam ummətini hifzi üçün bu zəhəri içdi. Ummu Gülsüm Əmirulmuminin Əlinin qızı olduğu üçün onun Ömərlə izdivacı tarixçilərin təəccübünə səbəb olduğundan onların diqqətini özünə cəlb edib. Çünki Əlini xilafətdən uzaqlaşdırmaqda və Fatimənin evinə od vurmaqda Ömər mühüm rol oynadı.Ona görə də tarixçilər arasında sual yaranıb: Görəsən bu izdivac olubmu? Əgər izdivac olubsa görəsən Əli bu zülmə necə səbr edib? 


          Elman İbadov                                 email: kərrar@mail.ru



  [Təhlil] | Oxunub: 809 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2018
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz