Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Yanvar » 12 » Əmirulmuminin Əli (ə)-n ardıcılları nə vaxtdan “şiə” adı ilə məşhurlaşıblar?
Əmirulmuminin Əli (ə)-n ardıcılları nə vaxtdan “şiə” adı ilə məşhurlaşıblar?
02:45

                   

            Bağışlayan və mehriban Allahın adı ilə
Əvvəla:- “Siə” kəlməsinin luğəti və istilahi mənası nədir?
Məlumdur ki, hər bir dildə çox kəlmələr bəzən iki və bəzən də daha çox mənalarda işlənir. Amma bu mənaların biri həmin kəlmənin luğəti mənasıdır. Qalan mənalar istilahi məna adlanır. Hər hansı sahədə işlənirsə həmin sahə üzrə istilahi məna kimi tanınır. Məsələn
“top” kəlməsi luğətdə yumru şey mənasındadır, amma hərbiçilərin istilahında mərmi atmaq üçün qurğu, parça satan ticarətçilərin istilahında parçanın taylandığı yumaq və futbolçuların istilahında həmin girdə şeyə deyilir ki, meydanda onunla oynayırlar. Qısa bir müqəddimədən sonra əsl bəhsimizə qayıdaq. 
“Şiə” luğətdə bir şəxsin dalıyca gedib onunla həməqidə olana deyilir. Qurani-kərimdə də “Şiə” kəlməsi məhz bu mənada işlənib. 
    “Həqiqətən, İbrahim onun (şiəsi) yolu ilə gedənlərdən idi” (Saffat. ayə 83)
    Gördü ki, iki nəfər biri biri ilə vuruşur. Onlardan biri onun (şiəsi) tərəfdarlarından digəri isə düşmənlərindən (qibtilərdən) idi. Musanın adamlarından olan kəs düşmənilə vuruşmaqda ona kömək etmək üçün ondan imdad istədi. (Qəsəs. ayə 15)
    İndi isə məşhur lüğətnamə “lisanul-ərəb”-ə müraciət edək: “Şiə” bir məsələdə həm əqidə olan tayfaya deyilir. Hər bir tayfa müəyyən bir məsələdə ittifaq etsələr onlar şiə adlanırlar. ..... Bir nəfərin ardıcıllarına və köməkçilərinə “Şiə” deyilir. Bu kəlimənin cəmi “əşya` ” və ya “şiyəə`” vəznində işlənir. .....Əslində “Şiə” camaatın bir firqəsidir, bir nəfərə iki nəfərə və cəmə aid olur. “Şiə” kəliməsi kişi və qadın cinsində vahid formada işlənir. Bu kəlmə Əli və onun Əhli beytini (rizvanullahi-təala ələyhim əcməin) sevənlərin üstündə məşhurlaşıb ta onlara məxsus ad olub. Deyiləndə ki, filan kəs şiələrdəndir məlum olur ki, o həmin məzhəbin nümayəndəsidir.. Kəlmənin əsli tabeçilikdən və müşayətdən doğulub” (Lsanul-ərəb, “şiə” 7/257)

Əmirulmuminin Əli (ə)-n ardıcılları nə vaxtdan “şiə” adı ilə məşhurlaşıblar?

Əhli sünnətin nəql etdikləri rəvayətlərin arasında çoxlu hədislər mövcuddur ki, orada Rəsulullah (s) Əmirulmuminin (ə) ardıcıllarını “Şiə” adlandırıb. Əllamə Syuti təfsirində yazır: İbn Əsakir Cabir ibn Əbdillahdan rəvayət edib: Biz Rəsulullah (s)-n yanında idik. Əli bizə tərəf gəlirdi Rəsulullah (s) buyurdu: “And olsun o kəsə ki, Mənim canım onun qüdrət əlindədir, həqiqəqətən O və onun şiələri qiyamətin günündə nicat tapmışlardandırlar” Sonra bu ayə nazil oldu: “O kəslər ki, iman gətirib yaxşı əməllər edərlər onlar yaradılmışların ən yaxşılarıdır” (Bəyyinə. ayə 7) O hadisədən sonra Rəsulullahın səhabələri Əlinin görəndə deyərdilər:- “Caə xəyrul-bəriyyə” (yaradilmışların ən yaxşısı gəlir). (əd-durrul-mənsur, 6/643 Bəyyinə surəsinin 7-ci ayəsinin təfsiri, Fəthul-qədir 5/477 Bəyyinə surəsinin 7-ci ayəsinin təfsiri)

    İbn Ədiy İbn Əbbasdan nəql edib: “O kəslər ki, iman gətirib yaxşı əməllər edərlər onlar yaradılmışların ən yaxşılarıdır” (Bəyyinə.ayə 7) ayəsi nazil olandan sonra Rəsulullah(s) Əliyə dedi:-“Sən və Sənin şiələrin Qiyamətin günündə Allahdan razı olacaqlar və Allah da onlardan razı olacaq”

    İbn Mərdəvəyh Əli (ə)-dan rəvayət edib: Rəsulullah (s) mənə buyurdu: Allah-təalanın bu kəlamını “O kəslər ki, iman gətirib yaxşı əməllər edərlər, onlar yaradılmışların ən yaxşılarıdır” eşitməmisən? Sən və Sənin şiələrin, Mənim və sizin vədəgahımız (görüş yerimiz) Kövsər hovuzunun yanıdır. O zaman ki, bütün ümmətlər hesab verməyə gələcəklər, onlar şad və ehtiramla meydana çağırılacaqlar”(Durrul-mənsur 6/643, Bəyyinə, ayə 7).

    Muddəamızı sübuta yetirmək üçün sair əhli sünnət təfsirlərində və tarix kitablarında həmin rəvayəti nəql etmiş təfsirləri dəlil olaraq diqqətinizə çatdırırıq:

1) Təfsir:-Camiul-bəyan, 15/335, Bəyyinə. ayə 7, müəllif Təbəri.

2) -------:-Ruhul-məani, 5/432, Bəyyinə. ayə 7, müəllif Alusi.

3) -------:-Fəthul-qədir, 5/477 Bəyyinə. ayə 7, müəllif Şoukani.

4) Tarixu Bağdad № 6731 İsam ibn Hkəm Əkbəri12/289. müəllif Xətib Bağdadi.

5) Məcməuz-zəvaid, 9/131 bab mənaqubu Əli ibn Əbi Talib. müəllif Heysəmi

6) əs-Səvaiqul-muhriqə 11-ci bab, səh. 161

7) Nurul-əbsar, fəsl mənaqubu Əli ibn Əbi Talib, səh158-159, müəllif Şəblənci.

8) Mənaqib ibn Məqazili, hədis 293,296,335,339

9) Mənaqib Xorəzmi, 17-ci fəsl, hədis 247,266

10) Şəvahidut-tənzil hədis 1125-1148(cəmi 24 hədis) 2/459, müəllif Hakim Həskani.

11) Kifayətut-talib, bab 26, səh. 246. müəllif Gənci Şafei Göründüyü kimi “Şiə” kəliməsini Rəsulullah (s) Əli (ə)-n ardıcıllarına ad qoyubdur.

   Hacı Elman İbadov                           kerrar@mail.ru

Saytın materiallarından istifadə edərkən istinad zəruridir.

  [Məqalələr] | Oxunub: 1188 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Yanvar 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz