Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » May » 13 » Fatimə (s.ə.)- dünya və axirət qadınlarının seyyidəsi
Fatimə (s.ə.)- dünya və axirət qadınlarının seyyidəsi
22:50

Yunus ibn Zəbyan İmam Sadiq (ə)-dan nəql edib: Allah-təalanın dərgahında Fatimənin doqquz adı var; 1. Fatimə, 2 Siddiqə, 3 Mubarəkə, 4 Tahirə, 5 Zəkiyyə, 6. Raziyyə, 7. Mərziyyə, 8. Muhəddisə, 9. Zəhra. (Biharul-ənvar 43/10)

Rəsulullah (s): "Qızım ona görə Fatimə adlanıb ki, Allah Onu, onun pak nəslini və onu sevənləri Cəhənnəmin odundan amanda saxlayıb” (Yənabiul məvəddə 395, Nurul-əbsar səh. 41)

Rəsulullah (s): "Allah-təala Fatimənin nurunu şölə saçan bir məşəl kimi xəlq etdi, sonra onu ərşin ətrafına asdı. Asimanı və yerin üzünü Fatimənin nuru ilə işıqlandırdı. Ona görə də Fatiməni Ərşdə Zəhra adlandırdı. Mələklər Allaha bu nura görə təsbih deyirdilər. Allah-təala buyurdu: İzzət və cəlalıma and içirəm ki, bu təsbihlərin səvabını Qiyamətin gününə qədər Fatiməni, Atasını, Onun ərini və övladlarını sevənlərə əta edəcəyəm.” (Biharul-ənvar 43/17)

Rəsulullah (s): "Mənim qızım Fatimə dünyanın əvvəlindən axırına qədər bütün qadınların seyyidəsidir. O mənim canımın bir parçasıdır, gözümün nurudur, qəlbimin meyvəsidir, bədənimdə olan ruhumdur, .... O insan simasında olan mələkdir.” (Biharul-ənvar 43/73)

 Rəsulullah (s): "Allah-təala ərşi qızım Fatimənin nurundan xəlq etdi. Qızım Fatimənin nuru Allahın nurundan xəlq olub” (Biharul-ənvar, 15/10)

Rəsulullah (s): "Cənnət qadınlarının ən əfzəli Xədicə bintə Xuvəylid, Fatimə bintə Muhəmməd, Asya bintə Muzahim və Məryəm bintə İmrandır” (Musnəde Əhməd 1/293 hədis 2668)أفضل نساء أهل الجنة خديجة بنت خويلد وفاطمة بنت محمد وآسية بنت مزاحم امرأة فرعون ومريم ابنة عمران رضي الله عنهن أجمعين
   

Rəsulullah (s): "Fatimə! İstəmirsən ki, dünya xanımlarının və bu ümmətin xanımlarının seyyidəsi olasan?” (Musnəde Əhməd 3/170 hədis 4740, Muslim 4/1904 hədis 2450 Buxari 5/2317 hədis 5928)

Rəsulullah (s): "Fatimə mənim canımın bir parçasıdır, hər kəs onu qəzəbləndirsə elə bil məni qəzəbə gətirib”(Səhih Buxari, kitab fəzailu əshabin nəbiy, bab mənaqibu Fatimə, hədis 3767,


Rəsulullah (s): "Fatimə mənim canımın bir parçasıdır, onu incidən məni incidib” (Səhih Muslim, kitab fəzailul səhabə bab 15, hədis 6308, səh 1108, Rəsulullah (s).

Rəsulullah (s): "Əgər Allah-təala Əlini xəlq etməsəydi yer üzündə bəni adəmdən Fatiməyə layiq zövc tapılmazdı” (əl-Fəqih, 3/169, hədis 4383)

Rəsulullah (s): "Mən də sizin kimi bir bəşərəm. Sizin kimi evlənirəm, amma qızım Fatimənin evlənmə hökmünün asimandan nazil olmasını gözləyirəm” (əl-Fəqih, 3/169, hədis 4382)

Rəsulullah (s): "Qızım Fatimə Qiyamətin günündə Məhşərə əlində qanlı köynəklə gələcək. Ərşdən yapışıb fəryad edəcək: "Ey Ədalət sahibi Mənimlə oğlumun qatili arasında hökm et!” Allah o zaman Fatimənin xahişi ilə hökm edəcək. And olsun Kəbənin Rəbbinə Allah Fatimənin qəzəbi ilə qəzəblənər onun razılığı ilə razı olar” (Uyunul əxbar, 2/8 hədis 8)

Rəsulullah (s): "Qiyamətin günü Allahın əmri ilə munadi səslənəcək: Ey Məhşər əhli! Gözlərinizi bağlayın ki, Muhəmmədin (s) qızı keçsin” (Uyunul əxbar, 2/25 hədis 55)

Rəsulullah (s): "Ey Əli! Dünya qadınlarının seyyidəsi və Səndən sonra mənə ən əziz olan qızım Fatiməni Sənə təzvic edirəm. Cənnət cavanlarının ağaları sizin iki övladınız olacaq. Məndən sonra zülm ilə qanlarına qəltan olan şəhidlər onların övladları olacaq. Allah onların vasitəsilə zalımın odunu söndürəcək, onların əli ilə haqqı dirildəcək və batili məhv edəcək. Onların sayı ilin aylarının sayı qədərdir. Axırıncısının arxasında İsa ibn Məryəm (ə.s) namaz qılacaq.” (Qeybəte Nomani səh. 90)



Hacı Elman İbadov kerrar@mail.ru

  [Hədislər] | Oxunub: 1582 | Müəllif: Pünhan |
Şərh sayı: 5
15.05.2010
5. ehlishiya [Material]
BEDBAXT SIZIZ KI EHLI BEYTE BELE QARALAR YAXIRSIZ,, ALLAH SIZI ABU LEHEBLE MEHSHUR ETSIN,,AMIN

14.05.2010
4. Adminstrator (Administrator) [Material]
Görün nə qədər bədbəxtsiniz ki, Əhli-beytin (ə) fəzilətlərinə belə dözə bilmirsiniz... Allah sizi Üməyyənin övladları ilə məşhur etsin!

14.05.2010
3. ehlishiya [Material]
Əli(ə) bir yəhudidən, bir miqdar arpa borj aldı. O da bu borjun müqabilində girov istədi. Əli(ə) Fatimənin(s.ə) yun çadrasını onun yanında girov qoydu. Yəhudi çadranı alıb, evinə apardı. Onu otaqların birində qoydu. Gejə vaxtı oldu. Yəhudinin arvadı, çadra olan otağa getdi. Bir nurun yuxarı hissəyə saçıb, hər tərəfi işıqlandırdığını müşahidə etdi. Ərinin yanına qayıdıb, müşahidə etdiyini ona dedi. Yəhudi təəjjüb etdi. Amma Xanım Fatimənin(s.ə) çadrasının onun evində olmasını unutdu. Sürətlə həmin otağa getdi. Çadranın nurunun hər tərəfə yayılmasını müşahidə etdi. Elə bil bu nur, işıqlı aydan da yaxında işıq salırdı. Təəjjüblü halda, çadra olan yerə diqqət etdi. Bu nurun Fatimənin(s.ə) çadrasından olmasını başa düşdü. Bu zaman, yəhudi kişi öz tayfasının yanına, yoldaşı isə öz tayfasının yanına gedib, onları bu təəjjüblü nuru görməyə dəvət etdilər. 80 nəfər yəhudi oraya toplandı. Nuru görüb, hamısı bu möjüzədən müsəlman oldular.

Биһарул-Әнвар,43-ҹү ҹилд, сәһ. 30.

BUDUR EHLI BEYTE MEHHEBET ? hz ALI e o qeder aqilsiz idiki oz zevcesinin cadrasini yhudi lenetullaha girov qoysun ???


14.05.2010
2. ehlishiya [Material]
1. Həsən bin Əli babası Peyğəmbərin (s.ə.s) yanına kefsiz bir halda gəldi və ona gizlicə nə isə dedi. Onun (s.ə.s.) rəngi dəyişdi.(!) Qalxıb Faitmənin evinə gəldi. Sonra Əli də gəldi. O Əlinin (r.a.) əlindən tutub yavaşca silkələdi və dedi: "Ey Həsənin atası! Fatiməni qəzəbləndirmə! Həqiqətən mələklər onun qəzəbinə qəzəblənər, razı olduğuna razı olarlar"
("Biharul-ənvar", cild 43, səh. 42)
Peyğəmbərin(səlləlləhu aleyhi və səlləm) nə qədər mülayim təbiətli olduğu bütün müsəlmanlara məlumdur. Yalnız o halda qəzəbindən üzünün rəngi dəyişərdi ki, həmin şeyi edən insan İslama zidd getsin. Həm bu həidslərə inanıb, həm də "məsumdur" deyənin ağlı olduğuna şəxsən mən şübhə edirəm

2. İbn Abbasdan rəvayət edilir ki, Faitmə (bir gьn) evinə gəldikdə, Əlinin başını Cəfərin ona bağışladığı kənizin qucağında gцrdь. Hər bir qadında olan qısqanclıq hissi ona gьc gəldi. Baş цrtьyьnь bağlayıb Peyğəmbərin yanına şikayətə getdi.
("Biharul-ənvar", cild 38, səh. 207)


04.12.2008
1. ZehrayiNur (ZehrayiNur) [Material]
Tesekkur edirem bu movzunu yazana smile


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  May 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz