Əl-Fatihə
surəsi
1. Bağışlayan
və mehriban Allahın adı ilə.
2. Həmd və sitayiş
aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə
edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.
3. (Rəhmət və
mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli
və mehriban Allaha.
4. Cəza gününün
sahib və hökmdarına.
5. (Pərvərdigara!)
Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6. Bizi (əqidə,
elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!
7. (Peyğəmbərlər
və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə
düçar olmamış və azmamışların yoluna!