Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

Müstəhəbbi namazlar

1- Müstəhəb namazlar çoxdur ki, onlara “Nafilələr” deyilir. Bundan başqa gündəlik vacibi namazların nafilələri də var.

Sübh namazının nafiləsi 2 rəkətdir və özündən əvvəl qılınır.

Zöhr namazının nafiləsi 8 rəkətdir və özündən əvvəl qılınır.

Əsr namazının nafiləsi 8 rəkətdir və özündən əvvəl qılınır.

Məğrib namazının nafiləsi 4 rəkətdir və özündən sonra qılınır.

İşa namazının nafiləsi 2 rəkətdir və özündən sonra qılınır (ehtiyat müstəhəbə görə oturan yerdə qılınmalıdır).

Qeyd: nafilələr 2 rəkət- 2 rəkət qılınır və cümə günü zöhr və əsr namazlarının nafilələri 2 rəkət artır.

 

2- Gecə (təcəhhüd) namazı. Gecə namazı bütünlükdə 11 rəkətdir. İlk 8 rəkət “Gecə namazı” niyyəti ilə qlınır. Sonra 2 rəkət “Şəf” namazı niyyəti ilə qlınır. Bu zaman birinci rəkətdə Fatihədən sonra “Nəs”, ikinci rəkətdə isə “Fəlaq” surəsini oxumaq lazımdır.

Şəf namazından sonra 1 rəkət “Vitr” namazı niyyəti ilə qılmaq lazımdır. Bu zaman “Fatihə” surəsindən sonra 3 dəfə “İxlas”, 1 dəfə “Fəlaq”, 1 dəfə də “Nəs” surəsini oxumaq lazımdır (Bunların əvəzinə bir surə də oxumaq olar). Sonra qunut tutmaq və 40 mömin haqqda dua etmək lazımdır. Daha sonra yetmiş dəfə “Əstağfrullahə Rəbbi və ətubu iləyh” zikri ilə Allahdan məğfirət diləyirsiniz. Sonra bu duanı 7 dəfə oxumaq lazımdır: “Haza məqamul aizi bikə minən nari”. Sonra 300 dəfə “əl-Əfv” zikrini, 1 dəfə isə “Rəbbiğfir li vərhəmni və tub ələyyə innəkə əntət təvvabul ğəfurur Rəhim” zikrini demək lazımdır.

 

 

3.ĞÜFEYLƏ NAMAZI

Müstəhəbbi namazlardan biri ğüfeylə namazıdır ki, məğrib və işa namazları arasında qılınır. Onun vaxtı, məğrib namazından sonra, məğrib tərəfdəki qızartı aradan gedənə qədərdir. O iki rəkətdən ibarətdir ki, birinci rəkətdə Həmddən sonra Surənin yerinə bu ayəni oxumaq lazımdır:

وَذَالنُّونِ اِذ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَعَلَيهِ فَنَادَى فِى الظُلُمَاتِ اَن لاَ اِلهَ اِلاَّ اَنتَ سُبحَانَكَ اِنّىِ كُنتُ مِنَ الظَّالِمِينَ فَاستَجَبنَا لَهُ وَنَجَينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنجىِ المؤمِنِينَ

”Və zənnuni iz zəhəbə muğazibən fə zənnə ən lən nəqdirə ələyhi fə nada fizzulumati ən la ilahə illa əntə subhanəkə inni kuntu minəzzaliminə, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin”.

İkinci rəkətdə isə Həmddən sonra deyilməlidir:

وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى طُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ

”Və indəhu məfatihul-ğəybi la yələmuha illa hu, və yələmu ma fil-bərri vəl-bəhri və ma təsqutu min vərəqətin illa yələmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin”

Qunutda isə deyilməlidir:

اَللَّهُمَّ اِنَّى اَسَأَلُكَ بِمَفَاتِحِ الغَيبِ الَّتِى لاَيَعلَمُهَا اِلاَّ اَنتَ اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تَفعَلَ بِى كَذا وَ كَذا

”Allahummə inni əsəlukə bi məfatihil-ğəybilləti la yələmuha illa əntə, ən tusəlliyə əla Muhəmmədin və Ali-Muhəmmədin və ən təfələ bi”. “Kəza və kəza” kəlmələrinin yerinə öz hacətlərini Allahdan istəyib sonra desin:

اَللَّهُمَّ اَنتَ وَلِىُّ نِعمَتِى وَالقَادِرُ عَلَى طَلِبَتىِ تَعلَمُ حَاجَتِى فَاسأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيهِ وَعَلَيهِمُ السَلاَمُ لَمَّا فَضَيتَهَالِى

”Allahummə əntə vəliyyu neməti, vəl-qadiru əla təlibəti, tələmu hacəti, fə əsəlukə bi həqqi Muhəmmədin və Ali-Muhəmməd, ələyhi və ələyhimussəlam ləmma qəzəytəha li”.

İstifadəçi girişi
Təqvim
«  May 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz