Baş səhifə İmam Hüseynin (ə) mövludu - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
Страница 1 из 11
İslamiyyət forumu » İslam » 14 məsum » İmam Hüseynin (ə) mövludu (Tebrik edirəm!)
İmam Hüseynin (ə) mövludu
AdministratorTarix: Bazar, 26.07.2009, 15:26 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Əssalamu aleykum. Bu gün mübarək Şaban ayının 3-ü, İmam Hüseyn ibn Əlinin (ə) mövlud günüdür. Bu münasibətlə bütün Əhli-beyt (ə) aşiqlərini təbrik edirəm!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar, 26.07.2009, 15:43 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Xanım Fatimənin (Zəhra) ikinci övladı 4-cü hicri ili, şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. Həzrət Peyğəmbər (s) bu xəbəri böyük sevinclə qarşıladı. O, qızı Fatimənin evinə üz tutdu. Zəhranın xidmətçisi Әsma uşağı ağ mələfəyə büküb Həzrət Peyğəmbərin hüzuruna gətirdi. Әziz Peyğəmbərimiz körpəni qucağına alıb sağ qulağına azan, sol qulağına iqamə oxudu. Təvəllüdün yeddinci günü Allah tərəfindən Həzrət Peyğəmbərə (s) nazil olan mələk belə dedi: «Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə köməkçi və sirdaş olduğu kimi, Әli də sənin dostun və qardaşındır. Buna görə də bu uşağa Harunun oğlunun adını (Şübeyr, ərəbcəsi Hüseyn) qoy». Bəli, həzrət Hüseyn əleyhissalamın adı Allah tərəfindən qoyuldu.
Hüseynin təvəllüdünün yeddinci günü, Fatimə (s) oğlu üçün bir qoyun qurbanlıq edib ətini yoxsullara payladı.
Həzrət Peyğəmbər (s) dəfələrlə bu uşağı qucağına alıb onu öpər, ağlayar və belə buyurardı: «Hüseyni qarşıda böyük bir müsibət gözləyir. Bəni Üməyyədən olan bir dəstə zalım oğlumu öldürəcək. Onlar qiyamət günü həmişəlik olaraq mənim şəfaətimdən məhrum olacaqlar.»
İmam Hüseynin (ə) mövlud günü bütün dünyada əzəmətlə yad edilir. Dünyanın azadlıqsevər insanlarına mübarizə və şəhadət dərsi keçmiş imamın mövlud günü münasibəti ilə hər birinizi təbrik edirik!

haqqyolu.org


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » İslam » 14 məsum » İmam Hüseynin (ə) mövludu (Tebrik edirəm!)
Страница 1 из 11
Поиск:

Müstəqil İslam saytı © 2017
Конструктор сайтов - uCoz