Baş səhifə Fatime(e) qezebi - Страница 2 - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
Страница 2 из 3«123»
İslamiyyət forumu » İslam » 14 məsum » Fatime(e) qezebi (Ya Allah!)
Fatime(e) qezebi
ZehrayiNurTarix: Çərşənbə axşamı, 16.12.2008, 19:13 | İsmarıc # 1
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Fatimə (ə) Əbu-Bəkr tərəfindən, Peyğəmbərdən (s) qalan mirasdan məhrum olduğu üçün qəzəbli halda vəfat etdi. Buxari "Səhih" kitabında öz sənədilə Aişədən rəvayət edərək deyir: "Xanım Fatimə (ə) Əbu-Bəkrdən, Rəsulallahdan (s) ona qalan mirasını tələb etməyə getdi. Hansıki Allah-təala Rəsulallaha (s) verdiyi şeylərin birini, Fatiməyə (ə) vermişdi. Əbu-Bəkr Fatiməyə (ə) Peyğəmbərin (s), biz peyğəmbərlər irs qoymarıq - deyə - dediyini bildirdi. Bu sözdən Fatimə Əbu-Bəkrə qarşı çox qəzəbləndi və hətta vəfat edənə qədər onunla danışmadı. Xanım Fatimə də Peyğəmbərin (s) vəfatından sonra cəmi 6 ay yaşadı."
Aişə sözünə belə davam edir: "Fatimə, Rəsulallah (s) onun üçün tərk etdiyi Xeybər, Fədək və Mədinədəki payını Əbu-Bəkrdən soruşanda, ona rədd cavabını verərək belə dedi: "Peyğəmbərin (s) gördüyü işi, mən də görürəm." { Səhih-Buxari cild 4, səh.208. Xums bölümu. Fəraiz babı. }


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
PünhanTarix: Cümə, 27.02.2009, 00:52 | İsmarıc # 21
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İbn Quteybə “əl-İmamətu vəs-siyasət” səh. 14, Muhəmməd ibn Yusuf Gənci Şafei “ Kifayətut-talib” bab 19, yazıblar:- Həzrət Zəhra o iki nəfərə dedi: “Allahı və mələkləri şahid tuturam ki, siz iki nəfər (Əbu Bəkr və Ömər) məni qəzəbə gətirdiniz və narazı saldınız! Peyğəmbərin hüzuruna yetişəndə sizdən ona şikayət edəcəyəm” Daha sonra İbn Quteybə “əl-İmamətu vəs-siyasət” kitabının 14-cü səhifəsində yazır: Fatimə Əbu Bəkrə dedi: “And olsun Allaha bütün qıldığım namazların sonunda sənə nifrin edəcəyəm”


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
FatimaTarix: Cümə, 27.02.2009, 10:35 | İsmarıc # 22
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 85
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Ali_movla)
ssalamu aleykum! Evvela yaxshi olar ki, muzakireler edilende hansisa saytdan hazir meqaleler qoyulmasin. Bunu huzeyfe qardash sene demirem umumen danishiram. Cunki bele olduqda movzu arashdirilmamish qalacaq...Here oz elmine ve aglina uygun muzakire aparmalidir. hemin meqalelerden ise tek melumat kimi ozumuzcun istifade ede bilerik.
Eziz qardashimiz Huzeyfe. Sen deyirsen ki, Xanim Fatime qezeblendi. Ve fatimenin qezeblenmeyi Abu Bekre zian etmez. Cunki Allah ondan razi olub. Bes bu hedis:
Fatimeni qezeblendiren meni qezeblendirib. Yoxsa Peygamberin de qezebi Abu Bekre tesir etmez??? Meger Peygamberin qezebi Allahin qezebi deyil??
Sonra deyirsiz ki, Peygamber hediyye vere bilmezdi. Cunki bashqa qizlarindan Fatimeni secmish olardi. Bu da Peygambere ittihamdi. Onda bele cixir ki, butun muselmanlar Peygambere nece illerdi ittiham atirlar. Axi hami bilir ki, Peygamber (sa.a.) Xanim Fatimeye atasinin anasi deyirdi. Bu secme deyil?? Ozun qeyd etdin ki Peygamber onu yanina cagirdi iki defe soz dedi, axirda Xanim guldu. Cunki birinci Peygambere o catacaqdi. Bes bu nedi? Xanim Fatime cennet cavanlarinin anasidir bu secme deyil??? Sizin o deliliniz dogurdan daa menasizdir. eslinde hec delil deyil...
Xanim Zehraya uzr getirir ehli sunnet?? Ele o vaxt da Xanim Zehraya uzr getirdiler bezileri. Xanim Zehra deyende ki, meni iffetsizliyme shahidler olsa neyniyersen?? Cavab verdi ki hedd cezasi vuraram. Mezlum Fatime.....
BEs Peygamberin qilinci , emmamesi de sedeqe olundu goresen???? zirehi nece?? muselmanlar arasinda infaq olundu??? axi sedeqe bilirsiniz de nedir?
Niye Hz. Ali her sheyi oz yerine qoymadi??? Sen onun yerine olsaydin bunu ederdin???? Ele bir dovrde , cahil avvam insanlar icinde??? Hz. Ali camaatin avamligindan ne qeder gileylenib oxumusnuz?? Siffeynde Natiqi-Quran menem, Quran menem, gedin qabaga sozune qulaq asmayan camaat. Hz. Alinin o emelini nece qiymetlendirecekdiler??? Artiq o dovrden nece iller kecmishdi , bu cur hereket hemin dovrde muaviyenin de tehluke torediyii islam xilafetine lazim idimi??? Ikincisi de Xanim Fatime artiq vefat etmishdi...
Hemcinin Omer ibn Abdulaziz bes onda niye oz xilafeti dovrunde ahli beyte qaytardi Fedeki??? Esasi olmuyan bir ishi niye etdi???
Vessalam
Добавлено (26.02.2009, 17:02)
---------------------------------------------
Fatima,
Beli Fatime baci bu hedise cox ishqallar varid olur.. Ele birinci sizin getirdiyiniz ishkal ki, Peygamber (s.a.a.) niye namaz qilmirdi? Camaat namazi idise demeli, ferizelerden idi... Abu-Bakr imam camaat diyanmisdhi ve Peygamberin (s) geleceyini zenn edib geri cekilmek istedi. Demeli Peygamber namazini qilmamishdi hele..
Birincisi, camaatla namaz qilmaq mustehebbdir. Ferz edek ki, orda camaat namazi bir az gecikibmish. Peygamber(s.a.a.) tez qilib namazi. Sonra camaat gelib qilmaga.Demeli Peygamber (sa.a.) musteheb emeli terk edib.Cunki namazi camaat namazina kimi gecikdirmek mustehebdi.
Ikincisi camaat ora gelib bashliyib namaza sonra Peygamber gorub bunu?? Abu Bakr niye icaze almadi bes Peygambeden Imam diyanmaq ucun?? Yoxsa artiq Peygamberin (s.a.a.) elden dushduyunu fikirleshib icaze almagi lazimsiz bilibmish??
Ucuncusu o hedisin uydurma oldugu bilinir. Diqqet etsek gorerik o hedise elllerini bagliyaraq ifadesi ishledilib. Bu da mehz onu gosterir ki, bu hedsi elleri bagliyib namaz qilmagin caiz olmasi ucun uydurulub. Cunki o hedisin bize ne catdirmaq istediyine diqqet etsek goruruk ordan iki mena cixir. Elleri bagli namaz qilmaq olar. Ve Abu-Bakr imam camaat diyandi Peygamberin (s) yerine. Bu da ki, Ähli sunnetin eqideleridir ki, Abu BAkr xalife olmali idi ve namazlari qolu bagli qilmalyiq. Burdan da melum oluir ki, bu hedis hansisa shexi menafe ucun uydurulub.
Dorduncusu bu hedis ehli sunnete gore sehih hedis olsa bele shielere delil sayila bilmez.

Sizinla tamamiila raziyam. smile


Rasuli-Akrəm (s.a.v.v.) buyurur: Haqiqəatan Cahannam ahlinin nalalarinin aksariyyati tövbani ta`xira saldıqları üçündür.
 
HuzeyfaTarix: Şənbə, 28.02.2009, 07:53 | İsmarıc # 23
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Ali_movla)
Huzeyfe Assalamu aleykum!

Aleykum salam.
Quote (Ali_movla)
Here oz elmine ve aglina uygun muzakire aparmalidir.

Razıyam.Amma,bu o demək deyil ki,biz müzakirə zamanı dəlillərə görməməzlikdən yanaşmalı,öz mövqeyində təəsüb edib,israr etməliyik.
Quote (Ali_movla)
Eziz qardashimiz Huzeyfe. Sen deyirsen ki, Xanim Fatime qezeblendi. Ve fatimenin qezeblenmeyi Abu Bekre zian etmez. Cunki Allah ondan razi olub. Bes bu hedis: Fatimeni qezeblendiren meni qezeblendirib. Yoxsa Peygamberin de qezebi Abu Bekre tesir etmez??? Meger Peygamberin qezebi Allahin qezebi deyil??

Unutmaq lazım deyil ki,Fatimə (r.a)-də bir insan idi və o məsum deyil,xəta edə bilər.Gündəlik həyatda sizcə Əli (r.a) və Fatimə (r.a) arasında xırda da olsa narazılıq olub təbiiki.Çünki,bir insan həyatında ömür boyu belə şeylər olur.Üstəlik bu hədisin deyilmə səbəbləri nədir və bu söz nə münasibətlə deyilib?
Ondan başqa Rasulullah (s.a.s)-in buna bənzər sözləri vardır.Hökmlər isə konkret ayə və hədislərə görə deyil,ümimi mənada olan dəlillərə görə (ayə və hədislərin məcmusu) verilir.Bu hədisdə isə qəsd təbii ki,bilərək və qəsdən edilən zülmdən gedir.
Quote (Ali_movla)
Sonra deyirsiz ki, Peygamber hediyye vere bilmezdi. Cunki bashqa qizlarindan Fatimeni secmish olardi. Bu da Peygambere ittihamdi. Onda bele cixir ki, butun muselmanlar Peygambere nece illerdi ittiham atirlar.

Bu suala cavab verilib.Əslində bu dəlil yalnız bir bəndlərdən biridir və burada mirasın tərk edilməsindən söhbət gedir.Sübut edildi ki,çoxsaylı hədislərə əsasən bu Rasulullah (s.a.s)-in vəsiyyətinə görə edilib.

Quote (Ali_movla)
BEs Peygamberin qilinci , emmamesi de sedeqe olundu goresen???? zirehi nece?? muselmanlar arasinda infaq olundu??? axi sedeqe bilirsiniz de nedir?

"Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir". Hədisin mənasına görə, bizim qoyub getdiyimiz nə varsa sədəqədir.Müslimin rəvayət ediyi hədisin bəzi sənədlərində deyilir: "Biz nəyi tərk etmişiksə, o sədəqədir".
Fədək əgər bu hədiyyəydisə, Fatimə (r.a)bunu ya götürməli, yaxud da götüməməliydi. Əgər Fatimə (r.a) bu hədiyyəni götürmüşdüsə, nə üçün gəlib onu istəyirdi. Əgər hədiyyəni götürməmişdisə, onda götürülməyən hədiyyə verilməmiş sayılır.
Sizə görə qadına torpaq mirası düşürmü?

Quote (Ali_movla)
Niye Hz. Ali her sheyi oz yerine qoymadi??? Sen onun yerine olsaydin bunu ederdin???? Ele bir dovrde , cahil avvam insanlar icinde??? Hz. Ali camaatin avamligindan ne qeder gileylenib oxumusnuz?? Siffeynde Natiqi-Quran menem, Quran menem, gedin qabaga sozune qulaq asmayan camaat. Hz. Alinin o emelini nece qiymetlendirecekdiler??? Artiq o dovrden nece iller kecmishdi , bu cur hereket hemin dovrde muaviyenin de tehluke torediyii islam xilafetine lazim idimi??? Ikincisi de Xanim Fatime artiq vefat etmishdi...

Fədəkin, irsən yaxud hədiyyə kimi, Fatiməyə (Allah ondan razı olsun) məxsus olduğunu fərz etsək, o zaman bu, Fatimənin mülkü sayılardı. O, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) altı ay sonra vəfat etmişdir. Belə olan təqdirdə Fədək kimə qalmalıdı? Təbii ki, onun varislərinə. Əlavə varislərin olduğuna görə, Əliyə onun dörddə bir hissəsi düşürdü. Kişilərə qadınların payının iki misli düşməklə, Həsənə, Hüseynə, Zeynəbə və Ummu Kulsuma qalan hissəsi düşürdü. Amma Əli (r.a) xəlifə olanda Fədəki övladlarına vermədi. Əgər Əbu Bəkr, Ömər və Osman, varisləri Fədəkdən məhrum etməklə zalımlıq edirdilərsə, eləcə də Əli, varisləri Fədəkdən məhrum etməklə zalımlıq etmiş sayılır. Çünki beləliklə o, haqsız yerə övladlarını mirasdan məhrum etmişdi.
Siz iddia edirsiz ki,Əli (r.a)-nin Mədinədə sözü keçmirdi və yaxud O öz haqqını istəsəydi kimsə ona mane ola bilərdi?
Sizin onun tərəfdarlarını avam və cahil saymağınız isə böyük ədalətsizlikdir.Halbuki,adicə onun ordusundan sonradan ayrılanlar içərisində yüzlərlə Quran qarisi var idi.

Добавлено (28.02.2009, 07:53)
---------------------------------------------

Quote (İravani)
İbn Quteybə “əl-İmamətu vəs-siyasət” səh. 14, Muhəmməd ibn Yusuf Gənci Şafei “ Kifayətut-talib” bab 19, yazıblar:- Həzrət Zəhra o iki nəfərə dedi: “Allahı və mələkləri şahid tuturam ki, siz iki nəfər (Əbu Bəkr və Ömər) məni qəzəbə gətirdiniz və narazı saldınız! Peyğəmbərin hüzuruna yetişəndə sizdən ona şikayət edəcəyəm” Daha sonra İbn Quteybə “əl-İmamətu vəs-siyasət” kitabının 14-cü səhifəsində yazır: Fatimə Əbu Bəkrə dedi: “And olsun Allaha bütün qıldığım namazların sonunda sənə nifrin edəcəyəm”

Siz bu sitatı yazarkən ümimi konteksdən çıxmısız və elə demək istəyirsiz ki,guya bu Alimin sözüdür və ya o bunu qəbul edib.Halbuki,bu rəvayəti o belə rəvayət olduğuna görə kitabında zikr edib.Əgər bur müəllif kitabında bir hədis qeyd edib,izahinda bunun uydurma olduğunu qeyd edərsə,biz isə bu yazının bir hissəsini götürüb,digər mühüm hissəsini tərk edəriksə bu nə qədər düz olar?
 
FatimaTarix: Şənbə, 28.02.2009, 12:08 | İsmarıc # 24
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 85
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
Unutmaq lazım deyil ki,Fatimə (r.a)-də bir insan idi və o məsum deyil,

Vallah,man sizi basha dusha bilmiram.Gah qabul edirsiz ki,Fatima (S) Ahli Beytdir,gah da deyirsiz ki,o masum deyil,yaxshi bas Qurani Karimdaki Ahli Beyta aid olan ayalardan na deyarsiz wink ,yoxsa onu bashqa yera yozacaqsiz? :deal:


Rasuli-Akrəm (s.a.v.v.) buyurur: Haqiqəatan Cahannam ahlinin nalalarinin aksariyyati tövbani ta`xira saldıqları üçündür.
 
AdministratorTarix: Şənbə, 28.02.2009, 12:22 | İsmarıc # 25
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər (s) demişdir: "Nəfsim əlində olan Allaha and olsun ki, Əhli-beytimi qəzəbləndirən cəhənnəmə vasil olar" (“Səhih hədislər silsiləsi”, 5/643, 2488-ci hədis ). Məgər Əbu Bəkr Fatiməni (s.ə.) qəzəbləndirmədimi? Siz xəlifələri müdafiə etmək üçün dəridən-qabıqdan çıxırsınız, hətta Peyğəmbərə (s) və onun ailəsinə şər atırsınız, onları dünyapərəstlik etməkdə günahlandırırsınız. Fatimə (s.ə.) məsum idi. Sizin dediyinizdən belə çıxır ki, "Əli və Fatimə-iki ər-arvad bir parça torpağa görə ortaya düşdü, amma Quranı və sünnəni onlardan qat-qat yaxşı bilən Əbu Bəkr onları utandırıb geri qaytardı"!!! Budur sizin əqidə?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
ZehrayiNurTarix: Şənbə, 28.02.2009, 22:38 | İsmarıc # 26
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa,
Unutmaq lazım deyil ki,Fatimə (r.a)-də bir insan idi və o məsum deyil,xəta edə bilər.Gündəlik həyatda sizcə Əli (r.a) və Fatimə (r.a) arasında xırda da olsa narazılıq olub təbiiki.Çünki,bir insan həyatında ömür boyu belə şeylər olur.Üstəlik bu hədisin deyilmə səbəbləri nədir və bu söz nə münasibətlə deyilib?
Ondan başqa Rasulullah (s.a.s)-in buna bənzər sözləri vardır.Hökmlər isə konkret ayə və hədislərə görə deyil,ümimi mənada olan dəlillərə görə (ayə və hədislərin məcmusu) verilir.Bu hədisdə isə qəsd təbii ki,bilərək və qəsdən edilən zülmdən gedir.

Demeli bele.Sen Hezret Huseynden qurtardin kecdin Eli(E) Indide Fatime (e)?
Sen ne isteyirsen?Ne megsed gudursen?Insan gerek evvel ozunu muhakime elesin duzeltsin.Gelib burda bildiyin bilmediyin sexslere gah MEsum deyirsen gahda bele!Utan hec olmasa!


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
PünhanTarix: Bazar, 01.03.2009, 21:13 | İsmarıc # 27
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
Siz bu sitatı yazarkən ümimi konteksdən çıxmısız və elə demək istəyirsiz ki,guya bu Alimin sözüdür və ya o bunu qəbul edib.Halbuki,bu rəvayəti o belə rəvayət olduğuna görə kitabında zikr edib.Əgər bur müəllif kitabında bir hədis qeyd edib,izahinda bunun uydurma olduğunu qeyd edərsə,biz isə bu yazının bir hissəsini götürüb,digər mühüm hissəsini tərk edəriksə bu nə qədər düz olar?

Salamun aleykum va rahmetullah va barakatuh.Mən Xanım Fatimənin (ə) qəzəbilə bagli olan hissəni misal gətirmisəm. Əgər mənim qeyd etdiyim yazının "bir hissəsi" sizi qane etmirsə, onda Allah rizasi üçün həmin yazının bütöv hissəsini siz dərc edin.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
Ali_movlaTarix: Bazar, 01.03.2009, 23:44 | İsmarıc # 28
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 8
Reytinq: 1
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Assalamu aleykum.

Aziz qardashim Huzeyfe! Sizin yazinizi oxudum. Indi ise siz menim yazilarimi oxuyun. Amma xahish edirem bir anliga her sheyi qiraga qoyun.
Temiz ve saglam dushunce ile fikirleshin. Mence burada yazacagim deliller, Size kifayet edecek. Elbette ki eger insaf ehlisinzse.

Demeli bele. Sizin yazdiqlarinizdan bele basha dushdum ki, siz bu bendleri qebul etmirsiniz:

1. Xanima Peygamber (s) dovrunde Fedekin hediyye edilmesini.
2.Xanim Fatimenin mesum olmagini.

Ve anladim ki, sizin qebul etdiyiniz budur:
Xanim Fatime dogurdan da, Fedeki istemishdi miras olaraq. Amma Abu Bakr burada Peygamberin (s.) vesiyyetine emel ederek Fedeki ona vermemishdir.

Yaxshi.. Indi gelin bu bendler uzerinde müzakireler aparaq. Ve bunlarin ne qeder heqiqete uygun olub olmadigini yoxlayaq.

Birinci bashlayaq sizin qebul etdiyiniz bendden. Yeni miras olaraq Fedekin istenilmesinden. Beli tesevvur edek ki, Xanim Fatimeye hec bir torpaq hediyye
edilmemishdir. Sadece olaraq o Xanim atasindan qalan mirasi istemeye gelmishdi. Evvelce Sehih-Muslim ve Buxaride kecen bir hedisi qeyd edim.
Xanim Aishe Xanimlar Xanimi Fatimeyi-Zehranin miras haqqinda telebini neql etdikden sonra buyurur:Fatime vefat edene qeder Abu Bakrla danishmadi.
Ve yoldashi Ali onu geceiken defn eledi ve ona namaz qildi...
Sehih Buxari(babi gzvtun xeyber) ve Muslim(cihad babi)..

Yaxshi cox gozel.. Bu da Sehiheynde Xanim Aisheden neql olunan hedis. Indi diqqetle fikir verin: Insanda bir rezalet sifetleri var bir de ki, fezilet sifeti.
Bu rezalet sifetlerinden biri insanin dunya malina dushkun olmasidir. Eger bir shexs dunya malina gore kimlese behs elese, ve behs elediyi adam da hemin
dunya malini ona vermese, ve buna gore de hemin adam butun omru boyu onunla kusulu qalsa, sonra da onun defninde dunya malindan onu mehrum eden shexsin
ishtirakina icaze vermeseler, hemin terefin yeni dunya malini teleb eden terefin dunya mali dushkunu olmaqlari sabit olur. Bunun bashqa yolu ve bashqa
cavabi yoxdur. Bu ancaq beledir.

Netice etibari ile aliriq ki:
1. Xanim Fatime dunya malina gore Xelife ile kusulu qalib.
2.Xanim Fatime Peygamber (s) qizi ola-ola Peygamberin o vesiyyetinden xeberi yox idi. Hetta atasindan olan hedisi bele ona deyende bununla razilashmayib.Ve hemin hedisi neql eden adamla kusulu qalib.

Hmm.. Indi gelin bu noqteni arashdiraq ki, Xanim Fatime kim idi. Ahzab suresinin 33cu ayesi:
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً
Ayede ahli-beytden meqsedin kim olmagini behs elemirem. Her kim olur olsun, bu deqiqdir ki, Xanim Fatime orda var. Cunki Xanim Fatimeni peygamber Ahli-Beytinden olmagi gün kimi aydindir. Indi diqqet edek Allah-teala buyurur ki, Ahli-Beyti "er-ricsden" pak-pakize etmeyi irade etmishem. Er-rics nedir?!
Arab qramatikasinda elif-lami-istigraq deyilen bir artikl var. Bu hansi sozun evveline gelse hemin sozun butun novlerini ehate edir. Misal: Alhamdu lillah..
Burda hemd sozunun evvelindeki eliflam hemin eliflamdandi ve bu menani verir ki, temam , butun hemdler Allaha mexsusdur. Yeni ele bir hemd terif yoxdu ki,o Allaha mexsus olmasin.
Er-ricsde[size=16]الرِّجْسَ
de hemcinin. Yeni butun ricsler (pislikler).. Yeni ele bir pislik, ele bir rezalet sifet yoxdu ki, onlar Ahli-beytde olsun. Her ne cur Rezil ve pis sifet varsa o Ahli beytden paklanib.

Bu ayenin hokmune esasen biz ne cur deye bilerik ki, Xanim Zehra haqqi olmuyan bir sheyi istemeye gedib??!! Axi Allah onun her nov menevi cirkinlikden
pakladigini deyir. Bu ne cur ola biler axi?? Allahin ayesinemi qarshi cixirsiniz?? Xanim Fatime dunya malindan otru Peygamberin (s) "Siddiq" leqebli
(sizin eqidenizde) sehabesi ile omru boyu kusulu qalmazdi. Burda hec bir xetadan sohbet gede bilmez. Bu xeta yox GUNAHDIR. Haqqi olmuyan sheyi teleb edesen,hetta Peygamberden (s) hedis deyeler, bunun da muqabilinde narazi qalasan. Bu momin bir kese yarashan sifet deyil. Peygamberin sunnetine qarshi cixmaq demekdir. Aziz qardashim Huzeyfe, ittiham ve edaletsiz davranishlardan danishanda bunu da fikirleshin. Bunun da ne qeder boyuk ittiham ve iftira oldugunudushunun.... Yeqin bilirem ki, xanim Fatimeye bu cur ittiham atilmasina razi olmaga imaniniz imkan vermez. Yaxshi dushunun....

Ve yaxud. Xanimin niye o hedisden xeberi yox idi? Imam Alinin niye xeberi yox idi o hedisden? Peygamber Abu bakrin qulaginami picildamishdi o hedisi?
Peygamberin (s) Ahli-beyti ne eceb bu hedisden bixeber idiler? Bu da Xanim Zehranin Peygamber (s) sunnetinden bixeber olmagi demek deyilmi? Hz. Alinin
Peygember (s) sünnesinden bixeber olmagi demek deyilmi??? ALLAHU AKBAR!!!

Indi ise kecek Abu-Bakrin "xeberi-vahid" olaraq neql elediyi "miras" hedisine.
Burada bir nece noqteni qeyd edek:
1.Niye bu hedisi Peygamberden (s) bashqa birisi eshitmeyib? Ve Eger tek Abu-Bakr bunu eshidibse niye mehz o vaxta qeder hec o hedisi neql etmeyib?
2.Nece olur ki, Peygamberin (s) Ahli-beyti bu hedisi eshitmeyib??
3.Mumkundur ki, bu hedisi Abu Bakr hec demiyib. Sadece olaraq Abu Bakri mudafie edenler bunu uydurublar. Allahu a`lam!!!

"xeberi-vahid" höccet olaraq qebul edilirmi sizin nezerinizde? Mence yox. Cunki:
1.Al-Muxtasar fil-elmil usul.59/2-Ibn Hacib.
2.El-Mustesfa fil-elmil usul 121/2 Gezzali
3.Keshful-Esrar 688/2 . Buxari
4.Kenzul_ummal 605/12

Burda deyilir ki, yox...

ardi var...[/size]

 
HuzeyfaTarix: Bazar ertəsi, 02.03.2009, 07:25 | İsmarıc # 29
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Huzeyfa, Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər (s) demişdir: "Nəfsim əlində olan Allaha and olsun ki, Əhli-beytimi qəzəbləndirən cəhənnəmə vasil olar" (“Səhih hədislər silsiləsi”, 5/643, 2488-ci hədis ).

Bu hədis konkret hansı kitabda var?Mənə mümkünsə o kitabı göstərin.
Quote (Adminstrator)
Sizin dediyinizdən belə çıxır ki, "Əli və Fatimə-iki ər-arvad bir parça torpağa görə ortaya düşdü, amma Quranı və sünnəni onlardan qat-qat yaxşı bilən Əbu Bəkr onları utandırıb geri qaytardı"!!! Budur sizin əqidə?

Birincisi fikir versək görərik ki,bu iddia ilə yalnız Fatimə (r.a) gəlmişdi,Əli (r.a) deyil.Niyə görə Əli (r.a) bu istəkdə ümimiyyətlə olmadı və nə Xəlifələr zamanı nə də öz xilafəti zamanı bu məsələyə qayıtmadı?
Fatimənin, Əbu Bəkrə (r.a) qarşı qəzəblənməsi və qəzəbli halda dünyasını dəyişməsi haqqında yayılan bu məlumat məşhurdur. Bəli, o qəzəblənib. Əvvəldə də demişdik ki, biz, Əbu Bəkr əs-Siddiq üçün deyil, Fatimə üçün üzrxahlıq etməyə yer axtarırıq. Fatimə (r.a) məsum (xətasız) deyil. Məşhur rəvayətə görə Əbu Bəkr (r.a) Fatimənin könlünü almış və o da Əbu Bəkrdən razı qalmışdır. Bu rəvayəti bir çox elm adamları İmam Şəbidən səhih mürsəl rəvayətlə nəql etmişlər (Fəthul Bari: 6, 232)
Şəbi böyük tabiinlərdəndir. Daha doğrusunu Allah bilir.
Məşhur rəvayətə əsasən Fatimənin cəsədini Əsma binti Umeys və Əbu Bəkr əs-Siddiqin yoldaşı Əsma yumuşlar. Necə ola bilər ki, Əbu Bəkr əs-Siddiqin yoldaşı Fatimənin cəsədini yusun, amma Əbu Bəkrin onun ölmündən xəbəri olmasın? Səhih rəvayətə əsasən Fatimə gecə ikən, Əbu Bəkrə xəbər verilmədən basdırılmışdır.
Bir daha qeyd edirəm.Bu istək Əbu Bəkr (r.a)-in şəxsi istəyinə görə deyil,Rasulullah (s.a.s)-in hədisinə əsasən qəbul edilməmişdi.
Quote (ZehrayiNur)
Demeli bele.Sen Hezret Huseynden qurtardin kecdin Eli(E) Indide Fatime (e)? Sen ne isteyirsen?Ne megsed gudursen?Insan gerek evvel ozunu muhakime elesin duzeltsin.Gelib burda bildiyin bilmediyin sexslere gah MEsum deyirsen gahda bele!Utan hec olmasa!

Əsəbləşmək lazım deyil.Mühakiməyə gəldikdə məncə sizin əsas məşğuliyyətiniz elə başqalarını müzakirə etmək,özünüzü unudub,kimlərdəsə qəbahət axtarmaqdır.Məsum (xətasız) sözünə gəldikdə isə sizlərdən başqa bütün müsəlmanlar yalnız Rasulullah (s.a.s)-i məsum (xətasız) hesab edir.

Quote (İravani)
Salamun aleykum va rahmetullah va barakatuh.Mən Xanım Fatimənin (ə) qəzəbilə bagli olan hissəni misal gətirmisəm. Əgər mənim qeyd etdiyim yazının "bir hissəsi" sizi qane etmirsə, onda Allah rizasi üçün həmin yazının bütöv hissəsini siz dərc edin.

Aleykum salam və rahmətullahi və bərəkətuh.Sizin qeyd etdiyiniz yazı çox güman ki,kitabdan ümimi konteksdən çıxarılmış
bir yazıdır.Kitab isə ya sizdə var (varsa kitabı verin),ya da yoxdur (hansısa bir məqaləsən götürmüsüz)

Salam aleykum Ali mövla.Sizin yazını oxudum.Qısaca onu deyə bilərəm ki,küsülü qalmaq məsələsinə gəldikdə məşhur rəvayətə görə Əbu Bəkr (r.a) Fatimənin könlünü almış və o da Əbu Bəkrdən razı qalmışdır. Bu rəvayəti bir çox elm adamları İmam Şəbidən səhih mürsəl rəvayətlə nəql etmişlər . Şəbi böyük tabiinlərdəndir. Daha doğrusunu Allah bilir.
Məşhur rəvayətə əsasən Fatimənin cəsədini Əsma binti Umeys və Əbu Bəkr əs-Siddiqin yoldaşı Əsma yumuşlar. Necə ola bilər ki, Əbu Bəkr əs-Siddiqin yoldaşı Fatimənin cəsədini yusun, amma Əbu Bəkrin onun ölmündən xəbəri olmasın? Səhih rəvayətə əsasən Fatimə gecə ikən, Əbu Bəkrə xəbər verilmədən basdırılmışdır.
Hz. Imam Baqir atasından rəvayət edir ki Hz. Fatima Bint Muhammad [ra] vəfat edəndə Hazrat Abu Bakr[ra] və Hz. Ömar[ra] gəlib cənazə namazını qilmaq istədilər . Hz. Abu Bakr [ra] Hz. Əlidən[ra] namza imamlıq etməyi xahiş elədi.
Hz. Ali [ra] dedi:” mən sənin qarşına keçə bilmərəm, sən burda Allah elçisinin xəlifəsisən “
Və o Hz. Abu bakrdan [ra] namaza imamlıq etməyi xahiş etdi və namaz 4 təkbirdən ibarət idi.
Kanzal Amal cild:6, kitab Fazail mun Qasim alfaal, səh 318.
Sual:Fatimə (r.a)-nin istəyini Əbu Bəkr (r.a) niyə qəbul etmədi.
Öz şəxsi qərarına görə,yoxsa Rasulullah (s.a.s)-in hədisinə əsasən.Fədək onun zamanında necə istifadə olundu?Məlumdur ki,
Əbu Bəkr (r.a) dedi:Bu ərazi Rasulullah (s.a.s)-in düvründə necə istifadə olunmuşdusa elə də istifadə olunacaqdır.
Rasulullah (s.a.s) Fədək ərazisi baradə konkret bir vəsiyyət etməmişdi.Fatimə (r.a) isə təbii ki,digər insanlar kimi xətasız deyildir.O,hər şeydən öncə bir qadın idi və atasının vəfatı ona çox təsir etmişdi.Ona görə o çox kövrək olmuşdu.
Məsumluq iddiası isə yalnız Şiyələrə aid bir xüsisiyyətdir.Bu baradə daha ətraflı burada.
http://www.boxca.com/wa3zbmkvuk42/Eba_hedisi.html

Quote (Ali_movla)
ndi ise kecek Abu-Bakrin "xeberi-vahid" olaraq neql elediyi "miras" hedisine. Burada bir nece noqteni qeyd edek: 1.Niye bu hedisi Peygamberden (s) bashqa birisi eshitmeyib? Ve Eger tek Abu-Bakr bunu eshidibse niye mehz o vaxta qeder hec o hedisi neql etmeyib?

Bu hədis, Əbu Bəkr, Ömər, Osman, Əli, Abbas, Əbdürrəhman ibn Ovf, Səd ibn Əbu Vaqqas və Zubeyr ibn əl-Əvvam rəvayət ediblər. Adı çəkilən rəvayətçilər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) "Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir" - dediyini nəql edirlər.
Quote (Ali_movla)
2.Nece olur ki, Peygamberin (s) Ahli-beyti bu hedisi eshitmeyib??

http://theendofimamiya.blogspot.com/2006....99.html
Mən sadəcə çox yazmağa lüzum görmürəm.Maraqlanan özü görə bilər.

Quote (Ali_movla)
3.Mumkundur ki, bu hedisi Abu Bakr hec demiyib. Sadece olaraq Abu Bakri mudafie edenler bunu uydurublar. Allahu a`lam!!!

Mən biləni hədis uydurmaq Əhli Şiyədə daha çox yayılmış bir xüsisiyyətdir.Əhli Sünnədə isə hədis elminə tam ciddiyyətlə yanaşır.
 
ZehrayiNurTarix: Bazar ertəsi, 02.03.2009, 21:19 | İsmarıc # 30
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa
Quote
Əsəbləşmək lazım deyil.Mühakiməyə gəldikdə məncə sizin əsas məşğuliyyətiniz elə başqalarını müzakirə etmək,özünüzü unudub,kimlərdəsə qəbahət axtarmaqdır.Məsum (xətasız) sözünə gəldikdə isə sizlərdən başqa bütün müsəlmanlar yalnız Rasulullah (s.a.s)-i məsum (xətasız) hesab edir.

smile Men hec eseblesmirem.Bele sizin kimi insanlarin danisiglarini gorub hecde eseblesmerem Narahat olmayin siz smile Dogurdan hardan bildiz?Men Ozume baxmayib kimdese qebahet axtariram?Amma gordum ki,siz elesiz men yox smile Imam Eliden bir hedis neql olunur ki,Muselman Muselman aynasidir.Demek oz sehvinizi gorub mene deyirsiz:)Ne ise guldurduz Meni....

BEs Qurani Kerimde yazilirki EHli Beyt sizi pak Etmek ister....Bes onda de gorum Sen Ehli Beytde kimleri daxil bilirsen?Amma yalan yazma duzun de...Fedek baglarina geldikde ise Ebu BEkr kim idiki Peygenberin Qizina vesiet etdiyini bile bile deyir men peygenberin davamcisiyam?Kimse ona bu haqqi vermisdimi?Peygenber buyurmusdurki.Fatime menim Canimin paresidir.Onu inciden meni inciden kimidir.Demek Ebu Bekr bu sozu saymadi?Ya Yadina dusmedi?Amma subut Copy paste eleme ...Lazim deyil onu mende ederem.Qurtar Bu Copy paste elemeyi.


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
AdministratorTarix: Bazar ertəsi, 02.03.2009, 21:26 | İsmarıc # 31
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Bu hədis konkret hansı kitabda var?Mənə mümkünsə o kitabı göstərin.

Baxaram.

Quote
Birincisi fikir versək görərik ki,bu iddia ilə yalnız Fatimə (r.a) gəlmişdi,Əli (r.a) deyil.Niyə görə Əli (r.a) bu istəkdə ümimiyyətlə olmadı və nə Xəlifələr zamanı nə də öz xilafəti zamanı bu məsələyə qayıtmadı?

Məgər Əli (ə) oraya gəlməmişdi?
Әbu Bəkr Әhməd Cövhəri «Səqifə» kitabında, İbni Әsir «Nihayə» kitabında, Məs᾿udi «Әxbaruz-zaman» kitabında və İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:

«Fədək bağı həzrət Fatimədən alındıqdan sonra xanım, Әli (ə)-la birlikdə məscidə gedib öz haqqını tələb edərək buyurdu: Әgər Fədəkin irs olduğunu qəbul etsək, bu irs nə üçün mənə çatmamalıdır? Deyirsiniz ki, peyğəmbərlərdən heç kimə irs çatmaz...? Bəs nə üçün Qur᾿ani-Kərimdə peyğəmbərlərdən irs qalması bəyan edilir?

«Süleyman (peyğəmbər) Davudun (peyğəmbər – Süleymanın atası) irsinə sahib oldu.»(21)

«(Zəkəriyyə peyğəmbər dua edərək: İlahi,) Öz mərhəmətindən mənə bir övlad ver ki, mənim və Yə᾿qubun övladlarının irsinə sahib olsun...»(22)

Ey Әbu Qəhafənin oğlu (Әbu Bəkr), Allahın kitabında yazılıb ki, sən öz atandan irs apara bilərsən, mən yox?

Həqiqətən böyük bir iftira yaxmısan. Qəsdən Allahın kitabını tərk edirsiniz. Allah mənim atamı irs qanunundan istisna etdiyi ayəni sizəmi göndərib? Yoxsa siz mənim atamdan və əmim oğlundan (Әli) Qur᾿ana daha arifsiniz? Bilin ki, ən yaxşı hakim Allah, ən yaxşı himayədar Məhəmməd (s) və ən yaxşı üzləşəcəyiniz yer qiyamətdir. O gün batil kəslər ziyana uğrayacaq. Lakin peşmançılıq sizə fayda verməyəcək. Hər şeyin öz vaxtı var, tezliklə görərik kimi əzab çulğalayacaq...»

İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabının 4-cü cildində əlavə edir:

«Həzrət Fatimənin xütbəsindən sonra Әli (ə) da dəlillərini bəyan etdi. Onlar getdikdən sonra Әbu Bəkr xalqı sakitləşdirmək üçün mənbərə çıxıb dedi: O, bir tülküdür ki, öz quyruğu ona şahidlik edər (kimi nəzərdə tutduğu aydındır). O, Ümmi Təhal (məşhur zinakar qadın) kimidir ki, öz yaxınları ilə zina etməyi xoşlayar.»

Quote
Mən biləni hədis uydurmaq Əhli Şiyədə daha çox yayılmış bir xüsisiyyətdir.Əhli Sünnədə isə hədis elminə tam ciddiyyətlə yanaşır.

Hə- xəvaricdən, yəhudidən hədis nəql edib ciddi yanaşırlar biggrin


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Çərşənbə axşamı, 03.03.2009, 07:30 | İsmarıc # 32
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
«Həzrət Fatimənin xütbəsindən sonra Әli (ə) da dəlillərini bəyan etdi. Onlar getdikdən sonra Әbu Bəkr xalqı sakitləşdirmək üçün mənbərə çıxıb dedi: O, bir tülküdür ki, öz quyruğu ona şahidlik edər (kimi nəzərdə tutduğu aydındır). O, Ümmi Təhal (məşhur zinakar qadın) kimidir ki, öz yaxınları ilə zina etməyi xoşlayar.»

Bu mətni hansı alimlər qəbul edib və bu sözlərin sənədi?
Mən deyirəm.Bunun yalan olmağını başa düşməyən insana mənə sözüm yoxdur.
İbn Abbas (r.a.) rəvayət edir ki, «Mən Ömər ibnu-l-Xəttabın (r.a.) vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlərin arasında dayanmışdım. Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: "Allah sənə rəhmət etsin! Allahdan istəyirəm ki, sən yoldaşlarınla (Məhəmməd (s.a.s.) və Əbu Bəkrlə (r.a.) bir yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin (s.a.s.) "Mən, Əbu Bəkr və Ömər filan yerdə idik. Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu Bəkr və Ömər filan yerə getdik" dediyini eşidirdim. Mən dönüb arxamda dayanan səhabənin kim olduğuna baxdım. Bu, Əli bin Əbu Talib (r.a.) idi». (Səhihu-l-Buxari, 7/26, 3677-ci hədis)
Прикрепления: AbuBakrinxelife.noext(50Kb)
 
ZehrayiNurTarix: Çərşənbə, 04.03.2009, 21:23 | İsmarıc # 33
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Peygenber, kefi istəyəni danışmır...
Onu çox qüvvətli olan (Cəbrail) öyrətdi. { 53.Nəcm surəsi, 3-5 }
Peyğəmbər sizə nəyi əmr edirsə, əməl edin; nəyi qadağan edirsə, ondan əl çəkin. { 59.Həşr sürəsi, 7 }
Bu Qur'an (Allah dərgahında) çox möhtərəm olan bir elçinin gətirdiyi kəlamdır. Elə bir elçi ki çox qüvvətlidir; ərşin sahibi yanında çox hörmətli, izzətlidir. Elə bir elçi ki itaət ediləndir, həm də e'tibarlı müvəkkildir. (Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (heç də müşriklərin dediyi kimi) divanə deyildir! { 81.Təkvir surəsi, 19-22

İbn-Abbas deyir: "Peyğəmbər (s) can üstə idi. Evdə bir neçə kişi var idi. Ömər-ibn Xəttabda onlarla idi. Peyğəmbər (s) dedi: - Ətrafıma cəm olun. Azğınlığa düşməməniz üçün vəsiyyətnamə yazacağam. Ömər dedi: "Peyğəmbərə (s) ağrıları üstün gəlib. Sizin ki, əlinizdə Qur'an var. Allahın kitabı bizə kifayətdir. Bu zaman evdə olanların arasında ixtilaf düşərək bir-birlərilə mübahisə etməyə başladılar. Onların bə'zisi azğınlığa düşməməniz üçün qoyun sizin üçün vəsiyyətnamə yazsın deyir, bə'zisi isə Ömərin dediyi sözü deyirdi. İxtilaf və boş-boş söhbətlər qızışarkən Peyğəmbər (s) onlara dedi: "Durun gedin". Übeydullah deyir: - İbn Abbas dedi: "Rüsvayçılıq bunda idi ki, onların ixtilaf və yersiz hərəkətləri Peyğəmbərə (s) vəsiyyət yazmaqda mane oldu. { Səhih-Müslüm. "Əl-vəsiyyə" kitabı, "Tərkul-vəsiyyə limən ləysələhu şəy'un yusa fihi" babı. Cild 4. Səh 175. }


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
PünhanTarix: Çərşənbə, 04.03.2009, 22:35 | İsmarıc # 34
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
Aleykum salam və rahmətullahi və bərəkətuh.Sizin qeyd etdiyiniz yazı çox güman ki,kitabdan ümimi konteksdən çıxarılmış bir yazıdır.Kitab isə ya sizdə var (varsa kitabı verin),ya da yoxdur (hansısa bir məqaləsən götürmüsüz)

Salamun aleykum va rahmetullah va barakatuh. Gözüm üstə ..əgər istəsəniz kitabi bir mömin qardasla sizə göndərərəm.Sadecə vaxt deyin görüm o qardasin da vaxti olsa kitabi gətirsin birlikdə oxuyun.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
HuzeyfaTarix: Cümə axşamı, 05.03.2009, 06:56 | İsmarıc # 35
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (İravani)
Salamun aleykum va rahmetullah va barakatuh. Gözüm üstə ..əgər istəsəniz kitabi bir mömin qardasla sizə göndərərəm.Sadecə vaxt deyin görüm o qardasin da vaxti olsa kitabi gətirsin birlikdə oxuyun.

Hər yazılan sözə və rəvayəti yoxlamadan qəbul etmək olmaz.Siz əgər məs:İbn Kəsir,Təbəri tarixini oxusanız görərsiz ki,o kitablarda nə qədər uydurma,zəif rəvayətlər var.Lakin,o alimlər bunları qeyd edərkən bu rəvayətlərin bir qisminin doğru olmadıqlarını qeyd etmiş,digər rəvayətləri isə yalnız belə rəvayətlər mövcud olduğuna görə kitablarına yazmış,bunu tədqiqatçıların ixtiyarına buraxmışlar.
http://www.boxca.com/1axo8u7wljbe/Tarixden.doc.html
 
AdministratorTarix: Cümə axşamı, 05.03.2009, 11:09 | İsmarıc # 36
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Bu mətni hansı alimlər qəbul edib və bu sözlərin sənədi?

Bu mətni sünni alimi qəbul edibsə, hər halda siz ona sünni deməyəcəksiniz.Amma bu əhli sünnə olan ibn Əbil Hədid yazıb.

Quote
Mən deyirəm.Bunun yalan olmağını başa düşməyən insana mənə sözüm yoxdur.
İbn Abbas (r.a.) rəvayət edir ki, «Mən Ömər ibnu-l-Xəttabın (r.a.) vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlərin arasında dayanmışdım. Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: "Allah sənə rəhmət etsin! Allahdan istəyirəm ki, sən yoldaşlarınla (Məhəmməd (s.a.s.) və Əbu Bəkrlə (r.a.) bir yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin (s.a.s.) "Mən, Əbu Bəkr və Ömər filan yerdə idik. Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu Bəkr və Ömər filan yerə getdik" dediyini eşidirdim. Mən dönüb arxamda dayanan səhabənin kim olduğuna baxdım. Bu, Əli bin Əbu Talib (r.a.) idi». (Səhihu-l-Buxari, 7/26, 3677-ci hədis)

Siz bizə sübut etmək üçün özünüzün səhihindən niyə göstərirsiniz? Biz ki, bunları batil sayırıq.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Cümə axşamı, 05.03.2009, 12:08 | İsmarıc # 37
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
Hər yazılan sözə və rəvayəti yoxlamadan qəbul etmək olmaz.Siz əgər məs:İbn Kəsir,Təbəri tarixini oxusanız görərsiz ki,o kitablarda nə qədər uydurma,zəif rəvayətlər var.Lakin,o alimlər bunları qeyd edərkən bu rəvayətlərin bir qisminin doğru olmadıqlarını qeyd etmiş,digər rəvayətləri isə yalnız belə rəvayətlər mövcud olduğuna görə kitablarına yazmış,bunu tədqiqatçıların ixtiyarına buraxmışlar.


Bunlar aydin məsələdir.

Quote (Huzeyfa)
Kitab isə ya sizdə var (varsa kitabı verin)

Siz məndən kitabi istədiniz ,dedim kitabi istəsəniz göndərim.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
HuzeyfaTarix: Cümə, 06.03.2009, 07:58 | İsmarıc # 38
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Bu mətni sünni alimi qəbul edibsə, hər halda siz ona sünni deməyəcəksiniz.Amma bu əhli sünnə olan ibn Əbil Hədid yazıb

Ibn Hədid Mötəzili əqidəsində olmuş Şiyəliyə meyli bir adam olmuşdur.Onun Əhli Sünnədən olmadığı bəllidir.
Mətnə gəlincə əgər bir adam öz kitabında hər hansı bir yazı yazarsa və o yazı sizin fikirlərinizlə üst-üstə düşərsə deməli siz bunu həmən qəbul edəcəksiz?
Yalanı batildən ayırmayan və ayırmaq istəməyənin dini təhlükə qarşısındadır.
Quote (Adminstrator)
Siz bizə sübut etmək üçün özünüzün səhihindən niyə göstərirsiniz? Biz ki, bunları batil sayırıq.

Əgər elədirsə onda niyə hər dəfə Əhli Sünnəyə onların kitablarından "dəlillər" gətirmək adı ilə hücum edirsiz?
Sizin bu sözünüz çox məqamlara aydınlıq gətirir.Sizin üçün səhih və doğru olan sizin (şiyənin) əqidənizə uyğun olan sözlərdir.
Əgər siz Əhli Sünnə mənbələrini batil sayırsınızsa onda deyin görüm,sizin əqidəniz,fiqhiniz və s.elm sahələriniz Əhli Sünnə mənbələrindən niyə daim istifadə edib və edir?Yoxsa,siz Allahın Quranda buyurğuğu "Kitabın bir qisminə inanıb,bir qismini inkar edənlər kimi olmayın" ayəsini eşitməmisiz?
Bu ayrı mövzunun söhbətidir.Mövzuya gəlincə aşağıda yazılanlara diqqət edərsiz.

Əli (r.a.) iki şeyx Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demişdir: «Müsəlmanların ən yaxşısı, Allaha və onun elçisinə (s.a.s.) ən yaxını - xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (Yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın» Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı.

Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi». «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh. 298, Tehran çapı, 1995) .

Kuleyni istinadla Cəfər əs-Sadiqdən rəvayət edir ki, bir qadın gəlib ondan: «Mən Əbu Bəkr və Ömərin xəlifəliyini qəbul edib onları sevə bilərəmmi?» - deyə soruşduqda, o demişdir: «Bəli, qəbul edə bilərsən». Qadın: «Mən Rəbbimin hüzurunda olduğum zaman "Bunu sən mənə əmr etdin" : deyə Ona xəbər verə bilərəmmi?!» - deyə soruşduqda, Cəfər ona: "Bəli" – deyə cavab verdi. «ər-Ravzə minə-l-Kafi>, 8/101, 238.

Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (r.a.) rəvayət etmişdir: «Peyğəmbərimizin (s.a.s.) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (s.a.s.) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (s.a.s.) də belə vəsiyyət etmişdir». «Biharu-l-ənvar», 22/305, 306.

Ət-Tabrisi Əl-Baqirdən rəvayət edir ki, o demişdir: «Mən Əbu Bəkr (r.a.) və Ömərin (r.a.) fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin Əbu Bəkr (r.a.) Ömərdən (r.a.) əfzəldir». «əl-İhticac», səh. 230, Kərbəla çapı.

Əl-Murtəza rəvayət edir ki, Cəfər bin Məhəmməd peyğəmbərin (s.a.s.) qəbrini ziyarət edərkən (onun yanında dəfn olunmuş) Əbu Bəkr (r.a.) və Ömərə (r.a.) də salam verərdi. «əş-Şafu», səh. 238.

Əli və Ömər ibnu-l-Xəttab (r.a.) Rum döyüşünə çıxarkən məsləhətləşəndə Əli (r.a.) Ömərə (r.a.) belə demişdir: «Sən bu düşmənin üzərinə özün gedib onlarla döyüşsənşsən, müsəlmanların öz ölkələrinin qurtaracağından başqa sığınacaqları olmaz («Sığınacaq» deyəndə, arxalanacaqları mərkəz nəzərdə tutulur. ) Onların səndən sonra müraciət edəcəkləri bir başçıları yoxdur. Sən gəl onların yanına sınaqdan çıxmış bir adam, onunla birlikdə döyüşkən ağıllı adamlar göndər. Əgər Allah bu yolla səni qalib çıxarsa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq və müsəlmanların ümid yeri olarsan». «Nəhcu-l-Bəlağə», səh:193 (tərcümədə səh, 167-168).

Ömər özü farslarla döyüşə çıxarkən onunla (Əli (r.a.) ilə) məsləhətləşdiyi zaman Əlinin (r.a.) Ömər (r.a.) haqqında dedikləri bundan da aydındır. O demişdir: «Bu elə bir işdir ki, onun köməyinə gəlib-gəlməmək çoxluq və ya azlıqdan asılı deyil. Bu, Allahın qalib çıxardığı və adamları onun uğrunda səfərbər etdiyi, hazırladığı və imdad etdiyi dindir ki, çatdığı səviyyəyə çatıb və çıxdığı yerdə üzə çıxıb. Bizə Allah vəd verib. Allah öz əhdini yerinə yetirən, öz əsgərlərinə kömək edəndir. Boyunbağıda nizamlayıcının (Nizamlayıcı, muncuqların düzüldüyü ip mənasındadır) əhəmiyyəti nə qədərdirsə, əmrin etibar edildiyi adamın (“Əmrin etibar edildiyi adamın” ifadəsi “əmr edən” mənasındadır. Bununla xəlifə nəzərdə tutulur. ) əhəmiyyəti də o qədərdir. Qoy əcəmlər sənə baxıb desinlər: "Ərəblərin kökü budur, onu kəssəniz, rahat olarsınız". Bu onların sənə qarşı hücumlarını çətinləşdirər. Onların mənim qeyd etdiyim sayca çoxluğuna gəlincə, biz keçmişdə də say çoxluğu hesabına deyil, Allahın köməyi və yardımı ilə döyüşmüşük» «Nəhcu-l-Bəlağə» səh: 203-204 (tərcümədə səh:166-167 Tehran çapı-1995)

Ömərlə (r.a.) Əli (r.a.) arasında möhkəm dostluğun olmasına Əlinin (r.a.) Fatimeyi Zəhradan (r.a.) olan qızını ona ərə verməsi də dəlalət edir. Kuleyni Müaviyə bin Əmmardan Əbu Abdullah əleyhissəlam haqqında bir rəvayət söyləyir. Müaviyə deyir ki, mən ondan əri ölmüş arvadın öz evində, yoxsa harada istəsə qalmalı olduğunu soruşduqda, o dedi: «Əlbəttə, harada istəsə. Çünki Əli (r.a.) də Ömər (r.a.) öləndən sonra Ümmü Gülsümün talağını alıb, onu öz evinə gətirdi». «əl-Kafi fi-l-furu» - Ər evinə köçəndən sonra əri ölmüş qadın onun vəfatından sonra harada qalmalıdır-fəsli, 2-ci cild, səh:311.

Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, savab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdilər». «Nəhcu-l-Bəlağə» səh: 143 (tərcümədə səh. 257, Tehran çapı, 1995).

Allah razı olmuş Əli (r.a) demişdir: “Filankəsin (Əbu Bək-rin) ölkəsi nə əzəmətlidir! O, əyriləri düzəltdi, səhvləri təshih etdi, Sünnəni bərqərar etdi, fitnəni arxada qoydu, o dünyaya günaha bulaşmamış, eyibsiz halda getdi, bu dünyanın xeyrini götürdü, şərini atdı, Allahın itaət borcunu ödədi, Ondan lazım olduğu kimi ehtiyat etdi” (“Nəhc əl-bəlağə”, səh.350.)

Adamlar onun yanına gəlib Osmandan şikayət edən-də o (Əli), Osman ibn Əffanın (Allah-təala ondan ra-zı olsun!) yanına girib ona belə demişdi: “Arxamdakı adamlar məni səninlə özləri arasında səfir etmiş-lər. Allaha and olsun ki, bilmirəm sənə nə deyim. Elə bir iş yoxdur ki, mən bilim, sən yox. Sənə sənin bil-mədiyin bir iş göstərə bilmərəm: biz nəyi bilirik, sən də bilirsən. Bir şeydə səndən irəli deyilik ki, sənə onun haqqında məlumat verək. Səndən bir şey də gizlətməmişik ki, indi onu sənə çatdıraq. Sən bizim gördüklərimizi görmüsən, eşitdiklərimizi eşitmi-sən, sən də Rəsulullah səlləllahü əleyhi və səlləmə bizim kimi əshabəlik etmisən. Nə Ibn Əbu Qəhafə, nə də Ibn Xəttab haqq işində səndən irəli deyillər. Sən Rəsulullah səlləllahü əleyhi və səlləmin atasına, qan qohumluğuna görə, onların hər ikisindən də yaxınsan. Sən onun kürəkənlərindən o biri iki nəfərin nail olmadığına nail olmusan” (Nəhc əl-bəlağə”, səh.234.)

Əli ibn Ibrahim Qümmi Qüdrət və Cəlal sahibi Allahın “Ey Peyğəmbər, Allahın sənə halal buyurduğunu sən özün özünə haram etmə” kəlamını izah edərkən açıq-aydın, heç bir anla-şılmazlıq qoymadan bildirmişdir: “Bir gün Rəsu-lullah səlləllahü əleyhi və alihi və səlləm Həfsəyə demişdir: “Sənə bir sirr açacağam”. Həfsə demişdir: “O nə sirdir?” O demişdir: “Məndən sonra Əbu Bəkr xəlifə olacaq, ondan sonra sənin atan (Ömər)”. Həfsə demişdir: “Bunu sənə kim xəbər verdi?” O demişdir: “Bunu mənə Allah xəbər verdi”. (Təfsir əl-Qümmi”, səh.376, 2-ci cild, ət-Təhrim surəsi, Nəcəf mətbəəsinin çapı, hicri 1387)

Əli (r.a) demişdir:“Məndən əl çəkin, bir başqasına müraciət edin...” Sözünün sonunda isə söyləmişdir: “Məni rahat burax-sanız, mən də sizin biriniz, bəlkə də, sizin hökmdar seçdiyiniz adamı ən yaxşı eşidən və ona ən çox itaət edəniniz olaram. Mən vəzir kimi sizə hökmdardan daha çox xeyir verərəm”
Daha davam edim,yoxsa kifayətdir?

 
AdministratorTarix: Şənbə, 07.03.2009, 20:38 | İsmarıc # 39
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Ibn Hədid Mötəzili əqidəsində olmuş Şiyəliyə meyli bir adam olmuşdur.Onun Əhli Sünnədən olmadığı bəllidir.
Mətnə gəlincə əgər bir adam öz kitabında hər hansı bir yazı yazarsa və o yazı sizin fikirlərinizlə üst-üstə düşərsə deməli siz bunu həmən qəbul edəcəksiz?
Yalanı batildən ayırmayan və ayırmaq istəməyənin dini təhlükə qarşısındadır.

Xeyr, İbn Əbid Hədidin yazdıqlarını şiə alimləri də yazıblar, İbn Əbil Hədid bunların kiçik xətalar olduqlarını qeyd edir. O necə şiə meyilli ola bilər?

Quote
Əgər elədirsə onda niyə hər dəfə Əhli Sünnəyə onların kitablarından "dəlillər" gətirmək adı ilə hücum edirsiz?
Sizin bu sözünüz çox məqamlara aydınlıq gətirir.Sizin üçün səhih və doğru olan sizin (şiyənin) əqidənizə uyğun olan sözlərdir.

Biz sizə özünüzün qəbul etdiklərinizlə haqqı göstəririk. Sizin batil saydığınızla (bizim hədislərlə) necə sizə dəlil göstərərik?

Quote
Əgər siz Əhli Sünnə mənbələrini batil sayırsınızsa onda deyin görüm,sizin əqidəniz,fiqhiniz və s.elm sahələriniz Əhli Sünnə mənbələrindən niyə daim istifadə edib və edir?Yoxsa,siz Allahın Quranda buyurğuğu "Kitabın bir qisminə inanıb,bir qismini inkar edənlər kimi olmayın" ayəsini eşitməmisiz?
Bu ayrı mövzunun söhbətidir.Mövzuya gəlincə aşağıda yazılanlara diqqət edərsiz.

Kim sizin mənbələrdən istifadə edir? Siz Müslimin yazdığı ilə Allahın kitabını bir tutursunuz?

Quote
Əli (r.a.) iki şeyx Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demişdir: «Müsəlmanların ən yaxşısı, Allaha və onun elçisinə (s.a.s.) ən yaxını - xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (Yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın» Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı.

Nəchül-bəlağənin şərhində yazılan bəyəm səhihdir? Elə mənim yazdıqlarımda Nəchül-bəlağənin şərhindən idi, niyə rədd etdiniz?

Quote
Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi». «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh. 298, Tehran çapı, 1995) .

Ümumiyyətlə sizdən xahiş edirəm, Nəchül-bəlağədən yazdığınız xütbələrin nömrəsini yazın.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Bazar, 08.03.2009, 05:17 | İsmarıc # 40
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ




Quote (Adminstrator)
Biz sizə özünüzün qəbul etdiklərinizlə haqqı göstəririk

Çox gözəl.Əgər dəlil gətirirsinizsə onda təhrif,təvil etmədən,gizlətmədən,yalan olmamaqla dəlillərinizi gətirin.Bütün görkəmli Əhli Sünnə alimlərinin şəhadəti bizə yetər və dəlillərdə ortadadır.Əslində bu üslub bir Yəhudi,Xristian və kafirin Quranı yalan saymaq və özlərini təsdiq etmək üçün elə Qurandan gətirdiyi ayələrin tətbiqi və ya bir zəlalət əhli birisinin batil fikrini isbat etmək üçün Quran və Hədislərdən sərf olunanı gətirib,digər dəlilləri isə gizlətməsidir.
Quote (Adminstrator)
Sizin batil saydığınızla (bizim hədislərlə) necə sizə dəlil göstərərik?

Siz əgər Rasulullah (s.a.s)-dən sənədi bəlli yolla hədis gətirəcəksinizsə,biz niyə onu qəbul etməyək.Məgər İslamda Hədis elmi adında böyük bir elmin işi bu deyilmi və indiyi kimi Hədis alimləri bunların üzərində çalışmayıblarmı?
Sizin hədisləriniz,hədis kitablarınız,hədis alimləriniz baradə bizə məlumat verin?
Quote (Adminstrator)
Kim sizin mənbələrdən istifadə edir?

Sizin alimlər.Deyin görüm sizin hədislərin neçə faizi Rasulullah (s.a.s)-dən gəlib?

Quote (Adminstrator)
Siz Müslimin yazdığı ilə Allahın kitabını bir tutursunuz?

Mən sizlərin sərf olunan ayə və hədisləri götürüb,digərlərini tərk etməyinizdən danışıram.
Quote (Adminstrator)
Nəchül-bəlağənin şərhində yazılan bəyəm səhihdir?

Nəhcul Bəlağa nə zaman yazılıb və bu kitabda yazılanların sənədi varmı?

 
İslamiyyət forumu » İslam » 14 məsum » Fatime(e) qezebi (Ya Allah!)
Страница 2 из 3«123»
Поиск:

Müstəqil İslam saytı © 2017
Конструктор сайтов - uCoz