Baş səhifə Təbərrük - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
İslamiyyət forumu » İbadət » Dua » Təbərrük
Təbərrük
AdministratorTarix: Bazar, 25.01.2009, 11:27 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Darəmidən nəql edilən bir rəvayətdə deyilir: «Mədinədə (quraqlıq olduğu üçün) qıtlıq yaranmışdı. Ayişəyə şikayət etdilər. O, dedi: «Peyğəmbərin (s) qəbrinə tərəf gedin. Belə ki, qəbirlə səma arasında fasilə olmasın». Onun dediklərini həyata keçirdik. Nəticədə elə bir yağış yağdı ki, hər tərəf yaşıl çəmənə boyandı, dəvələr kökəldilər, qoyunlar quyruq bağladılar. Belə ki, piyin çoxluğundan quyruqlarında yarıq əmələ gəldi. Elə buna görə də o il «fətq» ili adlandı" («Sünəni-Darəmi», c. 1, səh. 56; «Subulul-hüda vər-rişad», c. 12, səh. 347; «Vəfaul-vəfa» c. 4, səh. 1374; «Kəşfül-irtiyab», səh. 313.).

qəbirlərə təbərrük etmək, onları öpmək haqqında açıq-aşkar dəlil (ayə və rəvayət) olmasa belə bu əməl şər`i (dini) baxımdan böyük əhəmiyyətə malikdir. Çünki bu, bir növ ilahi nişanələri, əlamət və abidələri yaşatmaq, onlara hörmət bəsləməkdir. Peyğəmbərlər böyük hörmət və yüksək məqama malikdirlər. Təbii ki, bu hörmət və məqam onların vəfatı ilə öz əhəmiyyətini itirmir. İmam Malik Mənsura deyir: «Peyğəmbərlər (s) dünyadan köçdükdən sonra onlara göstərilən hörmət, hələ dünyada ikən göstərilən hörmət kimidir» («Kəşfül-irtiyab», səh. 343).

Deməli, Peyğəmbərin (s) və əməlisalehlərin hörməti, onların dünyadan köçməsi ilə öz əhəmiyyətini itirmir və daim vacibdir.

İkincisi, əgər dini nişanələrə, abidələrə hörmətlə yanaşmaq və ya qəbirləri öpmək ibadət və ya şirk hesab olunursa, o zaman Kəbəyə hörmət göstərmək, onun ətrafında təvaf etmək də şirk hesab edilməlidir. Bundan başqa, «Həcərül-əsvəd»ə hörmətlə yanaşmaq, onu öpmək, (həzrət İsmayıl və anası Hacərin) evinə , Peyğəmbər (s) məscidinə, «Səfa» və «Mərvəy»ə sayğı duymaq, valideynlərə hörmət bəsləmək, mələklərin həzrət Adəmə (ə) səcdəsi, qardaşlarının və atasının həzrət Yusifin (ə) qarşısında səcdə etmələri, əsgərlərin öz komandirlərinə, səhabələrə, xəlifələrin peyğəmbərlərə, hətta vəhhabilərin öz məsul işçilərinə göstərdikləri hörmət belə bütünlüklə şirk hesab edilməlidir. Halbuki, heç bir vəhhabi yuxarıda qeyd olunanları şirk hesab etmir.

Üçüncüsü, səhabə və əməlisaleh insanların əməlləri, həyat şəraiti və yaşama tərzi vəhhabilərin irəli sürdükləri iddiaların tam əksini göstərir. Onlar (səhabə və əməlisaleh insanlar), qəbirləri ləms etmiş, öpmüş, özlərini ona sürtmüş və torpağına təbərrük etmişlər. Bir neçə nümunəyə diqqət yetirək:

1. Həzrət Fatimənin (ə), atası Peyğəmbərin (s) məzarına təbərrük etməsi faktı;

Həzrət Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir: Peyğəmbər (s) dəfn olunduqdan sonra Fatimə onun qəbrinin yanında dayandı. Qəbrin torpağından azca götürüb üzünə sürtdü və göz yaşı tökərək aşağıdakı məzmunda iki beyt şer oxudu:

«Əhməd qəbrinin torpağını iyləyərək diri olduğu müddətcə bahalı müşkləri iyləməyə ehtiyacı olmayan şəxsə nə ola bilər?

Başıma gələn müsibətlər işıqlı günün başına gəlsəydi, qaranlıq gecəyə dönərdi» (İrşadus-sari», c. 3, səh. 352; «əl-İthaf», Şəbravi, səh. 90; «Vəfaul-vəfa», c. 4, səh. 104; «Məşariqül-ənvar», səh. 63; «əl-Fətava əl-fiqhiyyə», İbn Həcər, c. 2, səh. 18; «əs-Sirətun-nəbəviyyə», c. 2, səh. 340; «Kəşfül-irtiyab», səh. 347; «əl-Məvahibül-lədunniyyə», c. 3 səh, 400. Məlum hədisi bundan başqa İbn Cəuzi «əl-Vəfa», İbn Əsakir «ət-Tövhid», Xalidi «Sülhül-ixvan», Ömər Rza «Ə`lamun-nisa» əsərlərində və Xətib Şərbini öz təfsirində qeyd etmişlər).

2. İbn Əyyub Ənsarinin Peyğəmbərin (s) məzarına təbərrük etməsi faktı;

Davud ibn Əbu Saleh deyir: «Bir gün Mərvan ibn Həkəm məscidə daxil olub bir nəfərin üzünü Peyğəmbərin (s) qəbrinə qoyduğunu müşahidə etdi. Mərvan onun boynundan yapışaraq: «Nə etdiyini bilirsənmi?» – deyə səsləndi. Məlum şəxs üzünü Mərvana çevirib dedi (yalnız bu zaman onun Əbu Əyyub Ənsari olduğu məlum oldu): «Bəli, mən daşın yanına yox, Peyğəmbərin (s) yanına gəlmişəm. Peyğəmbərdən (s) eşitmişəm ki: «Dinə din əhli rəhbərlik etdiyi zaman onun üçün ağlamayın. Dinə din əhli olmayanlar rəhbərlik etdiyi zaman ağlayın» («Müstədrəki-Hakim», c. 4, səh. 506, hədis 857; «Vəfaül-vəfa», c. 4, səh. 1404; «Müsnədi-Əhməd», c. 5; «Əl-Qədir», c. 5; «Şifaus-siqam» və s. Peyğəmbərin (s) böyük səhabəsinin bu əməlinə qarşı yalnız Mərvan çıxa bilər. Bunu ondan gözləmək olar. Uzun illər boyu Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) kin bəsləyən bir şəxsin bu şəkildə davranması təəccüb doğurmur. Onun və atasının Peyğəmbərə (s) kin bəsləməsi səbəbsiz deyildi. Peyğəmbər (s) onları özündən uzaqlaşdırmış və rəftarı ilə onları xar etmişdi. Mərhum Ayətullah əl-üzma Əhmədi Miyanəcinin təbirincə, bu rəvayətdə iki sünnə özünü göstərməkdədir; biri Peyğəmbərin (s) böyük səhabələrinin sünnəsi, digəri isə (səhabələr arasında yeri olmayan) Əməvi Mərvanın sünnəsi. Ağıl və şəriətin hökmünə görə, Peyğəmbərin (s) qovaraq özündən uzaqlaşdırdığı Mərvanın deyil, Peyğəmbərin (s) sünnəsinə əməl olunmalıdır («ət-Təbərrük», səh. 147).)

Bir gecə Bilal Peyğəmbəri (s) yuxuda gördü. Həzrət (s) buyurdu: «Ey Bilal! Bu nə cəfadır? Məni ziyarət etməyin vaxtı çatmayıbmı?» Bilal narahat vəziyyətdə yuxudan durdu və Mədinəyə yollandı. Peyğəmbərin (s) məzarı üstünə gəlib ağladı və özünü qəbrə sürtdü («Siyəru əlamin-nübəla», c. 1, səh. 358; «Əsədül-ğabə», c. 1, səh. 208; «Şifaus-siqam», səh. 39)

İbn Həmlə deyir: «Abdullah ibn Ömər sağ əlini Peyğəmbərin (s) qəbri üzərinə qoyur, Bilal isə qəbrə sürtürdü ( «Kəşfül-irtiyab», səh. 436; «Şifaus-siqam», c. 2, səh. 199; «Vəfaul-vəfa», c. 4, səh. 1405.).


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » İbadət » Dua » Təbərrük
  • Страница 1 из 1
  • 1
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz