Baş səhifə İki bayram namazı qılınacaq... - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
Страница 1 из 11
İslamiyyət forumu » Azərbaycan » İslam Azərbaycanda » İki bayram namazı qılınacaq... (Şeyx belə deyib)
İki bayram namazı qılınacaq...
AdministratorTarix: Çərşənbə axşamı, 15.09.2009, 15:31 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bayram namazı həm sentyabrın 20-si, həm də 21-də qılınacaq. APA-nın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Şeyx deyib ki, Ramazan bayramının məhz hansı günə düşməsi ilə bağlı müxtəlif elmi araşdırmalar var.

Onun sözlərinə görə, bayram namazını bəzən şiə və sünni məzhəblərinə mənsub olanlar ayrı-ayrı vaxtlarda qılırlar: “Kim nə zaman istəyirsə, onda da bayram namazını qıla bilər. Bu, hər kəsin şəxsi işidir. Heç kəs bu məsələdə məcbur edilə bilməz. Ancaq həm sentyabrın 20-si, həm də 21-də bayram namazı qılınacaq. Əsas məsələ təbliğatdır. İnsanları fitrə verməyə, savab işlər görməyə dəvət etməkdir. İndi biz sünni və şirələr üçün eyni vaxtda azan verilməsini təmin etmək istəyirik. Fikrimiz var ki, bu iki məzhəb üçün ortaq bir zaman müəyyən edək”.

A. Paşazadə deyib ki, Ramazan bayramında imkansızlara, xəstələrə yardımlar edilməli, hər kəs əlindən gələn yaxşılığı əsirgəməməlidir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Çərşənbə axşamı, 15.09.2009, 15:35 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Maraqlıdır ki, orucluğun nə vaxt bitməsi haqqında heç nə deyilməyib, hələ ki, fətva verilməyib. Görəsən, iki gün bayram namazı qılınan, orucu hərə başqa vaxtda bitirən başqa müsəlman ölkəsi varmı?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » Azərbaycan » İslam Azərbaycanda » İki bayram namazı qılınacaq... (Şeyx belə deyib)
Страница 1 из 11
Поиск:

Müstəqil İslam saytı © 2017
Конструктор сайтов - uCoz