ŞƏRH.
Quranın
mətnində hərf ixtisarı.
Qurani-Kərimin 29
surəsi belə ayrı-ayrı ixtisar olunmuş hərflərlə başlayır ki, bu da “Müqəddəət”
adlanır. Bu hərflərin zahirən bir-birilə əlaqəsi yoxdur, daha doğrusu lüğətdə
heç bir məna ifadə etmir. Ümumiyyətlə birqayda olaraq hər hansı bir yerdə belə
hərf ixtisarları varsa, onları Qurana, onun mənasına həsr olunmuş rəvayətlər
izləyir. Artıq bu fakt onu göstərir ki, bu hərflərlə Quranın nazil olması
arasında əlaqə var. Məsələn, “ən-Nəml” surəsində
buyurulur: “Ta sin! Bu, Quranın və açıq-aydın bir Kitabın
ayələridir!”(1-ci ayə). Beləcə
Quranda belə nümunələr çoxdur.
Qurandakı bu
ayrı-ayrı hərf birləşləşmələri həmişə sirr olaraq qalmışdır. Alimlərin və
təfsirçilərin sözlərinə görə surələrin əvvəlindəki hərflər (“Əlif, Lam, Mim və
s. kimi) “Məcazi ifadələr”dir. Onlarda Peyğəmbərdən (səllallahu əleyhi və alihi
və səlləm) və onun canişinlərindən (əleyhimüssalam) başqalarına məlum olmayan
sirr gizlənib. Lakin onlardan bizə bəzi rəvayətlər çatıb:
İmam əmir
əl-möminin Əli (ə) buyurmuşdur: “Hər bir kitabın öz mahiyyəti
(möhtavatı) vardır. Bu kitabın (Quranın) mahiyyəti “İxtisar olunmuş
hərflərdədir” (“Təfsir əs-Safi”, cild 1, səhifə 78).
İmam Cəfər əs-Sadiq (ə) buyurmuşdur: “Əlif, Lam,
Mim”-bu Allahın gözəl adlarından birinin hərflərinin bir hissəsidir. Bu hərflər
nizamsız halda Quranın bütün mətni üzrə paylanmışdır və hər dəfə Peyğəmbər (s)
və məsum imamlar (ə) Allahı bu adla çağırdıqda, böyük Yaradan onların duasını
qəbul edir” (“Məhzən əl-İrfan”, cild 1, səhifə 66).
İmam Əli
ibn Hüseyn (ə) buyurmuşdur: “Qureyşilər və yəhudilər Quranı bu sözlərlə inkar
etdilər: “Bunların hamısı sehirdir. O, özü bunu yazmışdır!”. Bu zaman Allah
Təala buyurdu: “Əlif, Lam, Mim, bu (Doğru) kitab...”, başqa sözlə: “Ey
Muhamməd! Bu sənə nazil olan kitab ayrı-ayrı hərflərdən təşkil olunub ki,
bunların arasında “Əlif, Lam, Mim” də var. Bu həmin əlifbanın hərfləridir ki,
siz (insanlar) sözlərdə istifadə edirsiniz. Əgər siz doğruçusunuzsa buna
oxşarını yaradın” (“Təfsir əl-Burhan”, cild 1, səhifə 54).
Aydındır ki, bu hərflərlə müəyyən bir məna, müəyyən bir böyüklük
ifadə olunub. Burada Allah əlçatmazlığı, ucalığı, həmçinin yaradılmış
dünyanının sirrləri göstərilib. Əvvəlindən sonuna kimi bütün elmlər, sənayenin
inkişafı, insanlar arasında ticarət əlaqələri, nigahlar, ünsiyyət qaydaları,
dini haqqlar- hər şey əlifbanı təşkil edən hərflərdən asılıdır. Qədim
sivilizasiyalardan inkişafın bu son mərhələsinə çatmaq da insanların əldə
etdiyi yazıların, ədəbiyyatların sayəsində baş vermişdir. Hətta Allahın
qanunlarının göstərildiyi, Qurandan bəhs edən bu şərh kitabı da hərflərdən
təşkil olunub və bütün dünyada müxtəlif dillərə, o cümlədən Azərbaycan dilinə
tərcümə olunaraq istifadə olunur ki, bu da təbii ki, əlifbanı təşkil edəb hərflərin
hesabınadır. Bundan başqa həmişə vacib və əhəmiyyətli bir şeyə and verirlər.
Hərf ixtisarları da Quranda belə vacib rol oynayır. Buna görə Allah-Təala
əlifbanın hərfinə and verərək buyurur: “Nun! And olsun qələmə və yazdıqlarına” (“əl-Qələm” surəsi, ayə
1).
Mötəbər müsəlman alimlərin əsərlərində Qurandakı hərf ixtisarları
haqqında yüzlərlə müxtəlif rəvayətlər var. Ən yaxşısı bu sualın cavabına
mötəbər şəxsiyyətlərin nəzəri baxmaqdır. Onlar isə düşünürlər ki, bu hərflərin
arxasında o fikir durur ki, bu İlahi kitab o qədər böyük və mücüzəvidir ki,
natiqləri fəxarələtləndirir, bu insanların istifadə etdiyi adi hərflərdən
təşkil olunsada heç bir kəs- nə ərəb, nə də qeyri-ərəb buna oxşarını yaratmaq
iqtidarında deyil. Bu bir daha sübut edir ki, müqəddəs Quran insan təfəkkürünün
məhsulu deyil, tamammilə vəhylə nazil olub. Buna görə də heç kim Qurana oxşar
ikinci bir möcüzə yarada bilməz.
İmam Əli
ibn Musa ər-Rza (ə) buyurmuşdur: “Həqiqətən Quran bütün ərəblərin gündəlik
istifadə etdiyi hərflərdən təşkil olunmuşdur”.
Allah-Təala
buyurur: (Ya Peyğəmbərim!) De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu
Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona
bənzərini gətirə bilməzlər” (“əl-İsra”, 88).
|