Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » İyul » 10 » Bu gün Məbəs bayramıdır
Bu gün Məbəs bayramıdır
18:20


Məbəs Allahın elçisi Həzrət Məhəmməd ibn Abdullaha (s.ə.v.) peyğəmbərliyin verilməsi günüdür


    Rəcəb ayının 27-də, hicrətdən 13 il öncə – Allahın elçisi Həzrət Muhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi günü – Məbəs günüdür. Bu gün bəşəriyyətin həyatında ən əsaslı və əhəmiyyətli dönüş baş verib. Bəşəriyyət Qiyamətdən öncəki axırıncı mərhələsinə – besət dövrünə qədəm qoyub. Əziz Rəbbimiz Öz sonsuz rəhmətilə Həzrət Rəsuli-Əkrəmi (s.ə.v.) peyğəmbərliyə məbus etdikdə bəndələrinin gözəl, nəcib durumda olmasını istəyib. 

    «Allah Təala məni üstün əxlaqları tamamlamaq üçün göndərib»,- deyə əziz Peyğəmbərimiz (s.ə.v.) öz mübarək missiyasını bizlərə belə çatdırır. Böyük İslam Peyğəmbəri (s) insanları xülyalar ardınca deyil, öz kamillik hədəfinə doğru getməyə dəvət edib və bu işdə Uca Yaradanın göstərdiyi mübarək yola sadiqlik nümayiş etdirməyə çağırıb: «Ey Allahın bəndələri! Sizlər xəstə, bütün aləmlərin Yaradanı isə həkim kimidir. Xəstənin xeyri öz istəklərinə yox, həkimin tədbirlərinə əməl etməkdir. 

   Büna görə nicat tapmaq üçün Allahın əmrinə təslim olun». Mübarək dinimiz əxlaq mövzusunu daim insanın yadına salır və bu məsələdə dəqiq, ardıcıl, ixlaslı yanaşmanı tövsiyə edir. Məsumlardan (ə) nəql edirlər: «Allah-Təala öz Peyğəmbərini (s.ə.v.) ali əxlaqla səciyyələndirib. Siz də özünüzü bu əxlaq normaları ilə sınayın və əgər malik olsanız, Allaha şükr edin və onların çoxalmasına çalışın». 

   Allahın son elçisi (s.ə.v.) öz ümmətinın daim düzgün yolda olmasını istəmiş, yoldan sapmamaq üçün dəqiq və mübarək reseptlər təqdim edib. Burada ən ümumi, eyni zamanda dərin əxlaqi göstərişlər var: «İnsanın ən e’tibarlı işi 3 xüsusiyyətə malik olan iş olur: 1. Bütün hallarda Allahı yaddan çıxarmamaq; 2. İnsaflı olmaq (özünün zərərinə olmuş olsa belə); 3. Din qardaşı ilə öz malını bölmək». Burada pis aqibət seçənləri hər zaman çəkindirmək var: «İnsanların ən pisi axirətini dünyasına satandır. Bundan da pisi axirətini başqasının dünyasına satandır». 

   Burada ictimai münasibətlərin harmoniyasına xüsusi diqqət yetirilib və hər bir problemin kökündə insanın özünü islah etmək istəməmək niyyəti durur: «Güclü və qüdrətli o kəs deyil ki, xalqa və insanlara qalib gələ. Həqiqətdə güclü (insan) və iqtidar sahibi o kəsdir ki, öz nəfsinə qalib gələ». Bəs elə isə bu böyük etimadı doğrultmağa çalışaq, əziz Peyğəmbərimizə (s.ə.v.) layiqli ümmət adlandırılmaq üçün səy edək. Bu böyük bayramımız müarək olsun! Allah Təbarəkə və Təala cəmi ümmətə besət fəlsəfəsini dərk edib, bu bayramı qəlbilə, əməllərilə, düşüncə və niyyətləri ilə yaşatmağı nəsib etsin, inşəallah!

/Deyerler.com/ANS-PRESS/


  [Xəbərlər] | Oxunub: 1198 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz