Baş səhifə Zəif və uydurma hədislər - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Zəif və uydurma hədislər
AdministratorTarix: Bazar, 19.07.2009, 13:03 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Əssalamu aleykum! Çox təəssüf ki, bəzi istifadəçilər öz iddialarını sübuta yetirmək üçün son məqamda zəif bə qeyri-mötəbər hədislərdən istifadə edirlər, əsasən də mübahisəli məsələrdə. Bu mövzuda isə təklif edirəm ki, hansı hədislərin qeyri-mötəbər olduğunu sübuta yetirək, inşallah!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar, 19.07.2009, 13:10 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Ömər ibni İbrahim İsa ibni Әlidən, o isə Abdullah ibni Abbasdan nəql edir:

«Peyğəmbər (s) əmisi Abbasa buyurdu: Әmi, Allah-taala Әbu Bəkri Öz dini üçün mənim xəlifəm qərar verdi. Onu eşidin, ona itaət edin ki, nicat tapasınız...»

Hədisin sənədi:

Bu hədisi silsiləvari olaraq söyləyən bir neçə ravidən biri də Ömər ibni İbrahimdir ki, onun şəxsiyyəti və sözü əksər əhli-sünnə alimləri tərəfindən qəbul olunmamışdır.

Zəhəbi «Mizanul-e᾿tidal» kitabında yazır:

«Ömər ibni İbrahim çox yalançı bir şəxsdir».

Әbu Bəkr Xətib Bağdadi «Tarixu Bağdad» kitabında yazır:

«Ömər ibni İbrahim əksər hədisşünaslar tərəfindən qəbul olunmamışdır. Çünki o çox yalançı və iftiraçıdır».

B. Hədisin mətn və məzmunu:

Qeyd olunan hədisin mətni, onun məna və məfhumu da onun mö᾿təbər olmadığını göstərir.

Әhli-sünnə məzhəblərinin xilafət barədə olan etiqadı ilə artıq tanış olmuşuq. Onların əqidəsinə görə Peyğəmbər xəlifəsinin tə᾿yin olunması haqda xüsusi bir göstəriş yoxdur. Xalq özü öz rəhbərlərini seçməkdə azaddır. İcma yolu ilə hər kəs səs toplayarsa, ona itaət etmək vacibdir. Bu hədis əhli-sünnənin əqidəsinə zidd olaraq müəyyən bir şəxsi xəlifə və rəhbər tə᾿yin edir.

Әhli-sünnənin e᾿tiqadına görə Peyğəmbər (s) səhabələr arasında fərq qoymadan onların hər birini hidayət mənbəyi adlandırmışdır. Biz bu hədis barəsində söhbət açmışıq: «Mənim səhabələrim ulduzlar kimidir, hər birinin arxasınca getsəniz hidayət taparsınız».

Bu iki hədis mə᾿na baxımından bir-biri ilə ziddir. «Mənim səhabələrim...» hədisi bütün səhabələri hidayət və nicat yolu kimi təqdim edir, bəhs etdiyimiz hədis isə müəyyən bir şəxsi onlardan fərqləndirir.

Hədisin mə᾿nası isbat olunmuş bir çox mütəvatir hədislərlə ziddiyyət təşkil edir. Mütəvatir dedikdə onlarla şəxs tərəfindən nəql olunan və bütün məzhəblər tərəfindən qəbul olunan hədislər nəzərdə tutulur. Bu hədislərdən biri «Qədiri-xum» günü Әli (ə)-ın Peyğəmbər (s) tərəfindən xəlifə tə᾿yin olunduğunu bəyan edir. Biz növbəti bəhslərimizdə bu hədisin 60 əhli-sünnə kitabında təsdiq olunduğunu göstərəcəyik. 120-dən artıq mö᾿təbər sənədi olan bir hədisin müqabilində Ömər ibni İbrahimin nəql etdiyi hədisi qəbul etmək ən azı insafsızlıqdır.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar, 19.07.2009, 13:16 | İsmarıc # 3
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Әbu Hüreyrə nəql edir:

«Bir gün Cəbrail (vəhy mələyi) Peyğəmbərə (s) nazil olub dedi: Allah sənə salam göndərdi və soruşdu: Mən Әbu Bəkrdən razıyam, o da məndən razıdırmı?»

A. Hədisin sənədi:

Hədisin sənədində Әbu Hüreyrənin olması hədisin mö᾿təbər olmadığını açıq şəkildə bəyan edir.

Zəməxşəri «Rəbiul-əbrar» kitabında yazır:

«Әbu Hüreyrə Siffeyn müharibəsində Әli (ə)-ın arxasında namaz qılır, yemək vaxtı Müaviyənin süfrəsində otururdu. Onun özü bu barədə deyirdi: Әlinin namazı yaxşıdır, Müaviyənin yeməkləri isə dadlı və ləzzətlidir».

İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabının 1-ci cildində öz müəllimi Şeyxul-mö᾿təzilə İmam Әbu Cə᾿fər İskafidən nəql edir:

«Müaviyə bir dəstə səhabəyə pul verərək tapşırmışdı ki, özlərindən Әlini pisləyən hədislər uydursunlar. Onlardan biri də Әbu Hüreyrə idi.

Bir gün Әbu Hüreyrə Kufə məscidinə daxil olub ucadan dedi: Ey İraq xalqı, siz elə bilirsiniz ki, mən Peyğəmbərin (s) adından yalan danışıb özümə cəhənnəm odu qazanıram? And olsun Allaha ki, Peyğəmbərdən (s) eşitdim ki, buyurdu:

Hər peyğəmbərin öz hərəmi var. Mənim hərəmim Mədinə şəhəridir. Hər kəs bu şəhərdə bir hadisə törətsə Allah ona lə᾿nət etsin.....

Mən Allahı şahid gətirib deyirəm ki, Әli bu şəhərdə böyük bir hadisə törətdi. (Yə᾿ni, Әli (ə) Osmanı öldürdü).

Müaviyə bunu eşidən kimi Әbu Hüreyrəyə çoxlu mükafat verdi».

Təbəri, İbni Әsir, Әllamə Səmhudi, İbni Xəldun öz tarix kitablarında yazırlar:

«Müaviyə ibni Әbu Süfyan Bosr ibni Әrtatı Yəmən qiyamını yatırmağa göndərəndə Әbu Hüreyrəni də bu qaniçən sərkərdəyə müavin tə᾿yin etdi. Onlar qocaya, cavana, körpəyə, qadına rəhm etmədən 30 mindən artıq müsəlmanı qılıncdan keçirdilər».

İbni Әsir öz tarix kitabında, İbni Sə᾿d «Təbəqat» kitabında, İbni Həcər Әsqəlani «İsabə» kitabında, İbni Әbdi Rəbbih «Әqdul-fərid» kitabında yazır:

«İkinci xəlifə Ömər, Әbu Hüreyrəni Bəhreyndə vali olduğu zaman Mədinəyə çağırdı və dedi: “Ey Allahın düşməni, mən səni Bəhreynə vali təyin edəndə ayağında çarıq yox idi. İndi eşitmişəm bahalı atlar almısan.” Ömər bu xəyanətinə görə Әbu Hüreyrəyə, belindən qan çıxanədək şallaq vurdurdu....»

Belə bir şəxsi lə᾿nətlədiklərinə görə şiələrə kafir deməkləri bəs deyil, hələ üstəlik onun hədislərinə də istinad edirlər.

B. Hədisin mətni, məna və məfhumu:

İmam Әbu Cə᾿fər İskafi Әbu Hüreyrənin barəsində deyir: «Bizim alimlərin qənaətinə görə, Әbu Hüreyrənin ağlında çatışmazlıq olmuşdur....» ("Şərhu Nəhcul-bəlağə", cild 1).

Doğrudan da Әbu Hüreyrənin uydurduğu hədislərə diqqət edəndə bu insaflı və imanlı əhli-sünnə aliminin sözünü təsdiq etməli olursan. Haqqında söhbət etdiyimiz hədisin mətninə və mə᾿nasına diqqət yetirin:

«....Allah-taala soruşur: Mən Әbu Bəkrdən razıyam, o da məndən razıdırmı?»

Allahın bir şəxsdən razı olması o deməkdir ki, həmin şəxs öz saleh əməlləri və ruhi keyfiyyətləri ilə belə bir məqama yetişmişdir. Müsbət ruhi keyfiyyətlərdən biri də insanın ilahi qəza və qədərdən razı olmasıdır. Yə᾿ni, mö᾿min şəxslər Allahın bütün hökmlərinin qarşısında təslim olur və öz Rəbblərinin qəza və qədərinə razı olurlar. Yalnız bu mərhələləri keçdikdən sonra insan öz Allahının razılığını qazanmış olur. Bu hədisin mətnindən belə çıxır ki, Allah Әbu Bəkrdən razıdır, lakin Әbu Bəkrin bu məqama çatıb-çatmaması hələ mə᾿lum deyil.

Bütün qeyblərin sirrini bilən Allah Әbu Bəkrin Ondan razı olub olmadığını Peyğəmbərdən soruşur?!

«Biz insanı yaratmışıq və onun nəfsinin hansı vəsvəsələr etdiyini bilirik. Biz insana şax damarından da yaxınıq...» ("Qaf". 16).

Bu hədisin mə᾿nası, yə᾿ni Allah-taalanın Öz bəndələrindən mə᾿lumat alması bütün müsəlmanların əqidəsinə ziddir. Bu iki hədis əhli-sünnənin istinad etdiyi hədislərdən bir nümunə idi. Bütün hədislərin burada gətirilməsi kitabın həcminə uyğun deyil və bizi əsas məqsədimizdən uzaqlaşdırar.

Lakin ümumi şəkildə deyə bilərik ki, Әbu Bəkrin haqqında istinad olunan hədislərin əsasən sənəd e᾿tibarı ilə mö᾿təbər olmadığını əksər əhli-sünnə alimləri öz kitablarında yazmışlar. Müqəddəsi «Təzkirətul-mövzuat» kitabında, Firuzabadi Şafei «Səfərus-səadət» kitabında, Zəhəbi «Mizanul-e᾿tidal» kitabında, Әbu Bəkr Xətib Bağdadi «Tarixu-Bağdad» kitabında bu hədislər barəsində geniş izahlar vermiş və Әbu Bəkr barəsində olan hədislərin raviləri arasında yalançı şəxslərin olduğunu bəyan etmişlər. Bəs bu hədislərin uydurulmasında məqsəd nə olmuşdur?

Bu sualın cavabını böyük əhli-sünnə alimləri Zəhəbi, Cəlaləddin Siyuti, İbni Әbil Hədid və digərləri belə vermişlər:

«Bu hədislər əsasən Әməvilər tərəfindən, xüsusilə Müaviyənin göstərişi ilə uydurulmuşdur. Onlar bu hədisləri Әbu Bəkrə qarşı olan dərin məhəbbətdən deyil, Әliyə qarşı olan kəskin düşmənçilik hissindən ilham alaraq icad edirdilər; onlar bir tərəfdən Әlini pisləyən hədislər uydurur, digər tərəfdən də yalan hədislər nəql etməklə onu Әbu Bəkrlə qarşı-qarşıya qoyurdular».


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Cümə, 25.09.2009, 17:24 | İsmarıc # 4
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Əbu Hureyrə deyir: Cəhənnəmə deyilər:- Doldunmu və doydunmu? Cəhənnəm cavabında deyər: Yenə də varmıdır? “هل من مزيد؟” Allah, öz ayağını cəhənnəmə qoyar. Cəhənnəm deyər:- Bəsdir, bəsdir! ( Səhihi Buxari c-6, "Qaf surəsinin təfsiri"; c-8, bab:-Əlhulfu bi izzətillah və sifatih"; c-9, kitabut-tovhid ; c-9, kitabuttovhid bab–rəhmətullah qaribun minəl muhsinin"; Səhihi Muslim c-8, bab- Ənnaru yədxuləha cəbbarun!).

Hədisin mətni onun qondarma olmasına şəhadət verir. Çünki, məkana malik olan Allah, bəzən ərşın uzərində, bəzən buludlar arasında və bəzən də namaz qilanın qarşısında qərar tutur. Məxsus gecələrdə göydən yerə enən Allah, cism, görünə bilən, gülməyi bacaran və s.. kimi şeylərə malik olan Allah və ən nəhayət insanın əzaları kimi əzalara malik olan Allah heç vaxt qə`bul olunmaz bir həqiqətdir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Şənbə, 26.09.2009, 22:15 | İsmarıc # 5
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



“Rəsulullah (s) qohumlarının ondan üz çevirdiklərinii görəndə bu səhnə ona çox ağır gəldi. Çünki Allahın ona nazil etdiyi vəhyin nəticəsində qohumlarının ondan uzaq düşmələrini gördükcə arzu edirdi ki, kaş Allahdan bir şey nazil olaydı ki, onunla qohumları arasında yenidən yaxınlaşmaya səbəb olaydı. Rəsulullah (s) qohumlarını sevdiyi üçün nigəran idi ki, onlarla sərt davrandığına görə onların ürəklərini ələ alsın. Rəsulullah (s) özlüyündə bu arzunu təkrar edirdi., Allah-təala bu ayəni nazil etdi: “And olsun batmaqda olan ulduza! Sizin xidmətçiniz nə yolunu azmamışdır və nə də əfsunlanmamışdır. Özündən heç nə danışmır” Allah-təalanın kəlamı bu yerə “Aya ibadət etdiyiniz Lat və Uzzanın nəyə qadir olduqlarını gördünüzmü?! Üçüncü büt olan Mənat da həmçinin?!” yetişəndə Şeytan Rəsulullahın həmişə qohumları üçün arzusunda olduğu şeyi onun dilinə gətirdi. “Bu həmin ali ğəraniqdir (bütlərdir) ki, onların şəfaət etmələrinə ümüd var”. Qureyş bunu eşidəndə xoş hal oldular. Rəsulullahın onların allahları (ğəraniq-bütlər) haqqında dediyi sözləri onları sevindirdi. Qureyşin qiyamətin günündə bütlərin şəfaət etmələri haqqındakı iddialarını Rəsulullah təsdiq etdiyinə görə onlar şad oldular. Onlar buna görə şükr səcdəsi etdilər. Sonra Cəbrayil nazil oldu və ərz etdi: Ya Rəsuləllah (s) sənin camaata dediyin bu kəlam ilahi kəlam deyil. Bunları iblis sənin dilinə gətirdi. Buna görə də qureyş yenidən Peyğəmbərlə düşmənçiliyə başladı”(Tarix Təbəri , 2/75, Təfsir Kəşşaf Zəməxşəri 3/161, Təfsir Durrul-mənsur, 4/661-663, Təfsir Camiul-bəyan, 1/445-448 Həcc syrəsinin 52-ci ayəsinin təfsiri altında bu dastanı nəql ediblər. Fəthul-bari fi şərhi səhih Buxari 8/439 həc surəsi)


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
  • Страница 1 из 1
  • 1
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz