Baş səhifə Hezret Elinin (e) feziletleri - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Hezret Elinin (e) feziletleri
AdministratorTarix: Bazar, 20.07.2008, 16:39 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



http://islamiyyet.ucoz.ru/news/2008-07-14-61

Əlbəttə ki, bu böyük şəxsiyyətin fəzilətlərini sayıb-bitirmək mümkün deyil. Sadəcə bu həftə o Həzrətin mübarək mövludu ilə əlaqədar olaraq onun haqqında materiallar dərc edəcəyik inşallah. Allah bizə Həzrət Əlinin (əleyhissalam) ardıcılı olmaq səadətini nəsib etsin!
Peyğəmbər (s) buyurmuşdur: “Hər kim Әlini (ə) söyərsə, məni söymüşdür. Məni söyənsə, Allahı söymüşdür” (Hədisi qeyd edənlər: Müslim ibn Həccac, İmam Fəxri Razi, İmam Sələbi).

Həzrəti Əli (ə) rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: “Əli mənim vəzirim və canişinimdir, ona itaət edin!” (“Tarixi Təbəri” cild 2, səhifə 321; “Əbil Fidanın tarixi” cild 1, səhifə 116; “Əl bidəyətu vən nihayə”, cild 3, səhifə 39, “Həyatul Məram” səhifə 320).

Peyğəmbər (s) buyurmuşdur: “Hikmət on yerə bölünmüşdür, onun doqquz hissəsi Əliyə, bir hissəsi isə bütün müsəlmanlara nəsib olmuşdur” (“Əl-bidayətu vən-nihayə”, cild 7, səhifə 359).

Cabir deyir ki, Peyğəmbərin (s) yanında idim, Əli (ə) uzaqdan göründükdə o həzrət buyurdu: “Canım qüdrət əlində olan Allaha and olsun! Bu şəxs və onun şiələri qiyamətdə nicat tapacaqlar” (“Əd-durrul-mənsur” cild 6, səhifə 379).

Rəsuli-əkrəm (s) buyurmuşdur: “Əli ibni Əbu Talibi yad etməklə məclislərinizi zinətləndirin” (“Biharul-ənvar” /38/199).

Səhl bin Səd rəvayət edir ki, Peyğəmbər (s) demişdir: “Bayrağı sabah elə bir adama verəcəyəm ki, Allah onun əli ilə müsəlmanlara zəfər bəxş edəcək. Hamı səhərə qədər bayrağın kimə veriləcəyi haqqında düşündü. Səhabələr səhər Peyğəmbərin (s) yanına gəldilər. Onlardan hər biri bayrağın ona verilməsini arzulayırdı. Peyğəmbər (s) Əli bin Əbu Talibin (ə) harada olduğunu soruşduqda, səhabələr onun gözlərindən şikayət etdiyini Peyğəmbərə (s) xəbər verdilər. O, Əlini (ə) çağırtdırdı və onun üçün dua etdikdən sonra onun gözlərinin ağrısı keçdi. Peyğəmbər (s) bayrağı ona verdi” (“Səhih-Buxari”, 7/87, 3701-ci hədis).

Sad bin Əbu Vaqqas rəvayət edir ki, Həzrəti Peyğəmbər (s) Tabuk döyüşünə gedərkən Əlini (ə) arxada (Mədinədə) saxlamışdı. Əli (ə) soruşdu: “Ey Allahın Rəsulu, məni qadın və uşaqların arasında saxlayırsan?”. Peyğəmbər (s) cavab verdi: “Sən, Harunun Musa yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur". (“əl-Buxari”, Kitabul-məğazi 80/409, Fədail-əshab 9/54; “Müslim” Fədail-əshab, 31 (2404); “ət-Tirmizi”, Mənaqib, 3731)

Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Əlini sevmək imandandır, düşmənçilik etmək nifaqdandır” (“Səhih Müslim”, cild 1, səhifə 61).

Zeyd ibn Ərqəmin (r.ə.) rəvayət etdiyi hədisdə Həzrət Peyğəmbər (s) buyurur: “Mən kimi vəlisiyəmsə Əli də onun vəlisidir” (“Sünəni Tirmizi”, 3713; “Müsnəd”, 906; Tirmizi: hədis həsən səhihdir).

Həzrəti Rəsulullah (s) buyurmuşdur: “Əli mənim qardaşım və xəlifəmdir” (“Tarixi Təbəri”, cild 2, səhifə 319).

Peyğəmbər (s) buyurmuşdur: “Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir” («Səhih hədislər silsiləsi», 5/263 ).

Əli ibn Əbu Talib (ə) rəvayət edir ki, Peyğəmbər (s) mənə dedi: “Səni yalnız mömin sevər, münafiqlər sənə nifrət edər”. Ədiy bin Sabit belə dedi: “Mən Peyğəmbərin (s) dua etdiyi əsrin insanlarındanam” (“Səhih Müslim”, iman 27; “Sünəni Nəsai”, iman 17; “Sünəni Tirmizi”, mənaqib 3736; Tirmizi: hədis həsən səhihdir).

İbn Abbas rəvayət edir ki, Ömər ibn Xəttab demişdir: "Bizim içərimizdə ən gözəl Quran oxuyan Ubey və ən gözəl qazi (ədalətlə hökm verən) isə Əlidir" (“Səhih-Buxari”, 3/99).

Abdullah bin Ömər rəvayət edir ki, Rəsulullah (s) səhabələri bir-biri ilə qardaşlaşdırmışdı. Əli (ə) gəldi və dedi: “Səhabələri bir-biri ilə qardaşlaşdırdın, amma məni heç kəslə qardaşlaşdırmadın”. Rəsulullah (s) dedi: “Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan" (“Sünəni-Tirmizi”, Mənaqib, 3720).

Cabir bin Abdullah rəvayət edir ki, Taif günü Həzrəti Peyğəmbər (s) Əlini (ə) çağırdı və onunla xüsusi görüşdü. Görüşün uzun çəkdiyinə görə adamlar: "Rəsulullah (s) əmisi oğlu ilə görüşməsini uzatdı" dedilər. Bunu duyan Peyğəmbər (s) buyurdu: “Onunla xüsusi görüşü mən (öz arzumla) etmədim, Allah əmr etdi" (“Sünəni-Tirmizi”- Mənaqib, 3726).

Ənəs rəvayət edir: "Rəsulullah (s) Bəraət (ət-Tövbə) surəsini (Ərafatda həcc ziyarətinə gələnlərə təbliğ etmək üçün) Əbu Bəkrə göndərmişdi. Sonra onu çağıraraq: "Bunun, ailəmdən olmayan bir kimsə ilə təbliğ edilməsi müvafiq deyil" buyurdu. Əlini (ə) çağıraraq surəni ona verdi" (“ət-Tirmizi” –“Təfsir ət-Tövbə”, 3089).

Allah taala Quranda buyurur:"Həqiqətən sən qorxudansan və hər ümmət üçün bir hidayət edən vardır"(Rad:7)
Hədisçilər bu haqda belə deyirlər:Peyğəmbər(s) buyurdu:"Mən qorxudan ,Əli isə hidayət edəndir.Sənin Əlinlə ey Əli, hidayət olanlar nicat tapanlardır”("Caməul-bəyan" Rad surəsi ,17- ci ayənin təfsirində).
Bu hədisin məzmununu 9 nəfər səhabə 24 nəfər əhli-sünnə alimi kitablarında qeyd etmişlər.

Ümmu Sələmədən (r.ə.) nəql olunur ki, Peyğəmbər (s) buyurdu: “Ya Əli, sən və sənin səhabələrin, sən və sənin şiələrin (ardıcılların) cənnətdə olacaqlar” (Seyyid Əli Şafei-“Məvəddətül-qurba” və İbni Həcər-“Əs-səvaiqul-mühriqə” kitabında qeyd etmişlər).

Həzrəti Peyğəmbərdən (s) nəql olunur: “Mən və Əli, Adəm peyğəmbər (ə) yaranmazdan 14 min il (yəqin ki, yer ili deyil) öncə Allahın yaratdığı vahid nur idik. Adəm yaranan gün Allah bu nuru onun sülbündə qərar verdi. Bu nur sülblərdən sülbə gələrək Әbdül-müttəlibin sülbündə ikiyə parçalandı. Nübuvvət məndə, imamət isə Әlidə qərar verildi” (Əhməd ibn Hənbəl-“Müsnəd” kitabı).

Həzrəti Peyğəmbərə (s) “Həqiqətən sizin mövla və rəhbəriniz Allah, Allahın rəsulu və iman gətirən, namaz qılıb rüku halında zəkat verənlərdir” ayəsi nazil oldu. Bu ayə nazil olan kimi Peyğəmbər (s) məscidə getdi. Bu zaman bir dilənçinin sevincək məsciddən çıxdığını gördü. Həzrət bunun səbəbini soruşduqda, dilənçi namaz halında olan bir şəxsi göstərib dedi: “O rükuda olduğu zaman əlini mənə tərəf uzadıb barmağındakı bu üzüyü mənə verdi”. Peyğəmbər (s) namaz halında olan şəxsin Әli (ə) olduğunu görəndə təkbir deyərək buyurdu: “Ayə Әlinin barəsində nazil olmuşdur” (Hədisi rəvayət etmişlər: İmam Sələbi, imam Fəxri Razi, Carullah Zəməxşəri, İbni Sə᾿dun Qurtəbi, Fazil Nişapuri, Әbu Bəkr Cəssas, Әbu Bəkr Şirazi, Beyzavi, Siyuti, Şukani, imam Nəsai, İbni Təlhə Şafei, İbni Səbbağ Sibti, ibni Cuzi).

Həzrəti Rəsulullah (s) İmam Əlinin (ə) əlini bacardıqca qaldırdı və buyurdu: “Mən kimin ağasıyamsa, Əli də onun ağasıdır! İlahi, onu sevəni Sən də sev. Onu düşmən olana Sən də düşmən ol! Onun kömək edənə Sən də kömək et, onu zəlil etmək istəyəni sən də zəlil et! (Rəvayət edənlər: Əbu-Talib Əhməd ibni Məhəmməd ibni Məhəmməd Ər-Razi, Əbu Talib Übeydullah ibni Əhməd ibni Zeyd Əl-Ənbari Əl-Vasiti, Əbulfəzl Məhəmməd ibni Əbdullah ibni Müttəlib Əş-Şəybani və s.).

Həzrəti Rəsulullah (s) buyurmuşdur: “Əli Quran ilə, Quran da Əli ilədir” (“Müstədrək”, 124/3).

Həzrəti Peyğəmbər (s) buyurmuşdur:”Əli haqq ilə, haqq da Əli ilədir” (“Tarixi Bağdad”, 221/14).

Cabir ibn Abdullah (r.ə.) Həzrəti Peyğəmbərdən (s) belə rəvayət etmişdir: “Cənnətin qapısında belə yazı vardır: “La ilahə illəllah, Muhammədən rəsulallah, Əliyən vəliyullah, əhu Rəsulullah qəblə ən yəhlukəs səmavati vəl ərzi-bi-əlfəy amin” (Allahdan başqa Tanrı yoxdur, Məhəmməd (s) onun elçisidir, Əli (ə) Allahın dostu və Peyğəmbərin (s) qardaşıdır. Göylə yer yaradılmamışdan 2 m in il əvvəl) (“Yənabiul-məvəddə”-səhifə 134, hədis 19, “Məvəddətül-qurba”, “Mənaqib”).

İmam Əli (ə) Peyğəmbərin ona belə dediyini nəql edir:”Sən imam və on bir imamın atasısan” (“Müntəxəbül-əsər”, səhifə 29).

Peyğəmbər (s) buyurmuşdur: “Həqiqətən Əli, mənimlə ilk namaz qılan şəxsdir” (“Yənabiul-məvəddə”, 62).

Peyğəmbər (s) buyurmuşdur: “Əli möminlərin ağasıdır” (“Üsuli-Kafi”, 1/294/1).

Əbu Hüreyrə rəvayət edir ki, Həzrəti Peyğəmbər (s) buyurdu: “Ərşin sütununa belə yazılmışdır: La ilahə illəllah vəhdəhu lə şərikə ləh və Muhammədən abduhu və rəsulu, əyyəttuhu bi Əli ibni Əbu Talib” (“Təfsiri-Kəbir”, “Əsakir-Tarix”, “Yənabiul-məvəddə”-56-cı bab, səhifə 238, hədis 52).

Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Mən hikmətin tərəzisi, Əli də onun gözləridir” (“Əlqaqul-haqq”, cild 6, səhifə 46).

Əhli-sünnət alimi İbni Әbil Hədid Mötəzili «Şərhu-nəhcil-bəlağə» kitabında əvəzsiz bir cümlə yazmışdır: “Nə deyim sənin şəxsiyyətin qarşısında ya Әli? Sənin fəzilətlərini amansız düşmənlər qəlblərində yatan kin-küdurətdən, dostların isə qorxudan gizlətdilər. Bununla belə sənin fəzilətlərini sayıb qurtarmaq mümkün deyil...”.

Peyğəmbərdən (s) nəql olunur: “Qiyamət günü Kövsərin kənarında mənim yanıma gələn ilk şəxs, hamıdan əvvəl iman gətirən Әli olacaq” (İbni Әbdül-birr “İstiab” kitabında, İbni Әbil Hədid “Şərhu-nəhcil-bəlağə” kitabında, Hakim Nişapuri “əl-Müstədrək” kitabında nəql edirlər).

İkinci xəlifə, Ömər ibn Xəttab şəri məsələləri həll etmək üçün Həzrəti Əliyə (ə) müraciət edib deyərdi: “Ya Əli, sən daha savadlısan”. Hətta bir dəfə İmam Əli (ə) ibn Xəttabı pis vəziyyətdən çıxardı və Ömər ibn Xəttab belə dedi: “Əli olmasaydı Ömər həlak olardı” (Əl-cəm-bəynəs-səhihəyn).

Ömər ibn Xəttab dedi: “Əli olmayan zaman qarşılaşacağım çətinlikdən Allaha pənah aparıram” (“Əl-Füsusul-mühimmə”və “Kifayətul-Talib”).

Cabir bin Abdullahdan Əli (ə) haqqında soruşduqda o demişdir: “O, bəşərin (insanların) xeyirlisindən idi” (Əbdu-r-Rəzzaq. «əl-Müsənnəf», 12/82)

Əlinin fəzilətləri ilə bağlı xüsusiyyətlər Peyğəmbərin (s) başqa səhabələrinə verilməmişdir” («Müstədrək», 3/107).

İbni Әbil Hədid “Şərhu-nəhcil-bəlağə” kitabının 1-ci cildinin əvvəllərində yazır: “Həqiqətən o, Peyğəmbərdən (s) sonra bütün bəşəriyyətin əfzəl və üstünü idi”.

Kitabın ilk səhifəsində bu böyük əhli-sünnət alimi maraqlı bir xütbə ilə sözə başlamışdır: “Bağışlayan və mehriban Allahın adı ilə! Həmd olsun o Allaha ki, üstün olmayanı (ilk xəlifələri) üstün olandan (Әli) önə çəkdi”.

Həzrəti Peyğəmbər (səllallahu əleyhi və Alihi və səlləm) İmam Əliyə (əleyhissalam) xitab edərək buyurmuşdur: “Ey Əli, səni Allahdan və məndən başqa heç kim haqqıyla tanımamışdır” (“Biharul-ənvar”, 84).

İmran ibn Hüseyndən gələn hədisdə (ixtisarla) Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Əli məndəndir, mən də ondanam. Məndən sonra hər bir möminin vəlisi odur” (“Sünəni-Tirmizi”, 3712; “Müsnəd”, 19081; Tirmizi-hədis həsən qəribdir).

Bürəydə rəvayət edir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah mənə 4 nəfəri sevməyi əmr etdi. Özünün də onları sevdiyini mənə bəyan etdi”. Bundan sonra, “Ey Allahın elçisi, bizə onların adlarını bildir” deyildi. Peyğəmbər (s) buyurdu: “Onlardan biri Əlidir”. O, bunu 3 dəfə təkrarladı. Sonra isə “Digərləri isə Əbuzər, Miqdad və Salman” dedi (“Sünəni Tirmizi”, 3718; “Sünəni ibn Macə”, müqəddimə 27).

Həbəşi bin Cünadədən gələn rəvayətə görə Peyğəmbər (s) buyurur: “Əli məndəndir, mən də Əlidənəm. Mənim adıma verilən sözləri mən və Əli yerinə yetirərik” (“Sünəni Tirmizi”, 3718).

Ənəs rəvayət edir ki, Peyğəmbərin (s) yanında quş əti vardı. Peyğəmbər (s) buyurdu: “Allahım qullarından mənə ən sevimli olanı göndər ki, mənimlə bərabər quş ətindən yesin”. Sonra Əli (ə) gəldi və bərabər yedilər (“Sünəni Tirmizi”, 3721).

Həzrət Əli (ə) rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: “Mən hikmət eviyəm, Əli də bu evin qapısıdır” (“Sünəni Tirmizi”, 3723).

Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər (s) bazaertəsi peyğəmbərliyə çatdı, çərşənbə axşamı Əli (ə) ilə birgə namaz qıldı (“Sünəni Tirmizi”, 3728).

İbn Abbas (r.ə.) rəvayət edir ki, “Həzrət Peyğəmbər (s) Əlinin (ə) qapısından başqa məscidə açılan qapıların bağlanmasını əmr etdi” (“Müsnəd”, 2902; “Sünəni Tirmizi”, 3732).

İbn Abbas (r.ə.) deyir ki, “İlk namaz qılan Əlidir (ə)” (“Müsnəd”, 3361; “Sünəni Tirmizi”, 3734).

Zeyd ibn Ərqəmdən (r.ə.) gələn rəvayətdə deyilir ki, “İlk müsəlman olan şəxs Əlidir (ə)” (“Müsnəd”, 18478; “Sünəni Tirmizi”, 3735; Burada rəvayətin ilk hissəsi, yəni Zeyddən nəql olunan hədis göstərilib. Tirmizi həsən səhihdir deyir).

Ümmi Ətiyyə rəvayət edir ki, Peyğəmbər (s) içərisində Əlinin (ə) də olduğu bir ordunu döyüşə göndərmişdi. Onun əllərini qaldırıraq belə dua etdiyini eşitdim: “Əlini mənə göstərməmiş canımı alma!” (“Sünəni Tirmizi”, 3737).


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar, 20.07.2008, 16:47 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



http://islamiyyet.ucoz.ru/news/2008-07-16-62

Hacı Elman İbad oğlu, kerrar@mail.ru

«Həqiqətən sizin vəliniz Allahdır və onun rəsuludur və iman gətirib, namazqılıb ruku halında zəkat verənlərdir» Maidə. ayə 55

Rəsulullah (s) Əli (ə) haqqında buyurub:

Əliyə məhəbbət möminin səhifəsinin ünvanıdır. Yəni bir kəsin mömi olmasının sübutu Əliyə olan məhəbbətidir. Əgər Əliyə qarşı bitəfavut olsa o mömin ola bilməz əsla. Baxmayaraq ki, bütün gecələrini namaza dura və gündüzləri oruc tuta, bütün malını Allah yolunda sədəqə verə. (Mənaqib ibni Məğazili 125, səvaiq 125, Yənabiul-məvəddət 180, 186, 284)

Əlini sevmək imanın, Əliyə qarşı nifrət nifaqın (münafiqliyin) əlamətidir. Hər kəsdə Əliyə məhəbbət olsa onun Allaha iman gətirdiyinin nişanəsidir, Əliyə qarşı kinəsi olan münafiqliyini izhar etmiş olur. (kifayətut-talib. bab 29. səh 277-280. Mənaqib ibni Məğazili 199, Zəxairul-uqba 74, Mənaqib Xorəzmi.fəsl16, hdis200 )

Əli dünya və axirətdə mənim bayrağımın sahibidir. Əli Peyğəmbər hər iki dünyada ümmətinin rəhbəridir. (Zəxairul-uqba, 75, Yənabiul-məvəddə.81)

Əli kimi igid və zülfuqar kimi qılınc yoxdur. Ühud müharibəsində əshabın fərar etdiyi halda Əlinin göstərdiyi rəşadətin mükafatı olaraq Allah-təala bu tərifatı ona verdi. (Səhih tirməzi. cild 5-641 hədis 3732, əl-Mustədrək,cild 3-125, Xəsaisun-Nəsai hədis 42, Camiul-usulcild8-659 hədis6506, Məcməuz-zəvaid 9-114-115, Səvaiq 124)

Hər kəsin mən movlasıyam Əli də onun movlasıdır.(əl-Mustədrək 3-128, Kifayətut-talib bab 9- 82, bab 24-124)

Əli xəlq olunmasaydı Fatiməyə layiq ər olmazdı .Fatiməyə layiq olan bir insan yalnız Əlidir ki, hər cəhətdən kamil və pakdır.(Mənaqib Xorəzmi fəsl4 hədis 159 fəsl19hədis 282, ibni Məğazili 43-67-152)

Əli mənimtərəfimdən əvəz olunmaz təbliğatçıdı. Mənim gətirdiyim dini məndən sonra haq olararaq məxluqata heç bir azğınlığa yol vermədəın yalnız Əli çatdırıb təbliğ etməyə layiqdir.(Kifayətut-talib bab 62-260, Mənaqib Xorəzmi fəsl 7, hədis 76, Yənabiul-məvəddə180)

Əlidən ayrılmaq Allahdan və məndən ayrılmaqdır. Əlidən uzaqlaşmaq tağutu özünə movla və rəhbər qəbul edib Allaha ası olmaqla bərabərdir. (Səhih tirməzi 5-643 hədis 3737, usdul-qabə 4.26 Camiul-usul8.661 hədis 6510)

Əli bəşərin ən xeyirlisidir onu qəbul etməyən kafirdir. (Yənabiul məvəddə 245-256)

Əli şəfaət qapısıdır, bu qapıdan girən mömindir. (Mənaqib Xorəzmi fəsl 7 hədis 67)

Əlinin vilayətini qəbul etmək mənə iman gətirib risalətimi təsdiq edənlərə vəsiyyətimdir.(Mənaqib Xorəzmi fəsl 6 hədis 48, fəsl 19 hədis 324, Səvaiq 126, Yənabiul-məvəddə 86)

Əlinin vilayətini təsdiq edən möhür olmadan heç kəs siratdan keçə bilməz. (Durrül-mənsur 3.210)

Əlini sevmək savabdır bu sevgi ilə günah etsən bir zərəri olmaz. Belə güman olunmasın ki, hər kəs hər cür fəsad etsə də Əliyə olan məhəbbəti onu xilas edər. Xeyir əgər cahil halda yaxud nəfsinə tabe olub xəta səbəbinə günah etsə tövbə edərsə ona nicat olacaq. (əl-Mustədrək 3.134, Yənabiul-məvəddə 180)

Əlinin üzünü görməmiş Allah mənim canımı alma. (Mənaqib ibni Məğazili 211)

Əlinin əli ilə Mənim əlim ədalətdə bərbərdir. (Mənaqib ibni məğazili 16, Yənabiul-məvəddə235)

Əlinin məhəbəti cəhənnəmin odundan bəraətdir. (İstiab. 3səh. 38, Mənaqib Xorəzmi fəsl 7 hədis 66, Zəxairul-uqba 83)

Əli məndəndir və mən də Əlidəndir. Əli məndən sonra hər möminin vəlisidir. (Firdosul-əxbar. 3-373 hədis 5130, Yənabiul-məvəddə 177, 181, 237, 250)

Qiyamət günü nida olunacaq: Əli ən yaxşı qardaşın və İbrahim ən yaxşı babandır (Nüzhətul-məcalıs. 2 səh 209)

Əlin insanlar arasında məqamı “Qul huvəllahu əhəd”- in Qurani-kərimdə olan mövqeyi kimidir. (Mənaqib ibni məğazili 230, 231, Kifayətut-talib bab.5 səh 74, Məcməuz-zəvaid 9 səh 108)

Əlinin zikri və onun üzünə baxmaq ibadətdir.( Firdosul-əxbar . 2 səh 142 hədis 2723, Yənabiul-məvəddə 180 )

Əlinin qatili yaranışın əvvəlindən axıra qədər yer üzünün ən bədbəxtidir. (Şəvahidut-tənzil. 1 səh 294 – 303, Yənabiul-məvəddə 100)

Əlinin zikri ilə məclislərinizi zinətləndirin. (Səvaiq 124)

Əlinin vilayətini qəbul edən mənim kimi yaşayar və mənim kimi dünyadan gedər. (əl-Mustədrək 3. 132, İstiab 4. 170, Kifayətut-talib ban 44. 187, Məcməuz-zəvvaid 9. 102)

Əli cənnətdəki Tuba ağacının qoludur, o ağacın kökü onun evindədir. ( Tarixul-Bağdad 5. 37, Mənaqib ibni məğazili 129)

Əlinin müsəlmanların boynunda olan haqqı atanın övladın boynunda olan haqqı kimidir. (Tarixul-Bağdad 7. 421, Təhzibut-təhzib 9. 419)

Əlin yaxşıların imamıdır, facirlərin qatilidir. Ona kömək edən Allaha kömək etmiş olub, kömək etməyən Allaha kömək etməyib. (Mənaqib ibni məğazili 38 Kifayətut-talib bab 47. 194)

Bitün peyğəmbərlərin vəsisi olduğu kimi mənim də vəsim və varisim Əlidir. (Tarixul-Bağdad 7. 452, Məcməuz-zəvvaid 9. 111, Səvaiq 125 )

Əli dünya və axirətdə mənim qardaşımdır. (Səhih Tirməzi 5. s 637 hədis 3721)

Əli haqq ilə batili ayırandır. (Səvaiq 125, Zəxairul-uqba 63)

Əli cənnət ilə cəhənnəmi böləndir. Yəni qiyamətin günündə Allah-təalanın əmri ilə Əli mömin ilə kafirləri layiq olduqları yerə göndərəcək. (Mənaqib Xorəzmi. hədis 2)

Əli Allah və Rəsulunun yanında ən sevimli bəndədir. (Yənabiul-məvəddə 135, 181)

Əli və mən bir ağacdan xəlq olunduq. (Mənaqib ibni Məğazili. 220, Zəxairul-uqba 91)

Əli ən böyük Siddiqdir. ( Usdul-qabə. 4. səh 31)

Əli ən birinci müsəlman olduğu üçün qiyamətin günündə Kovsər hovuzuna birinci yetişər. (Kifayətut-talib.bab 62, səh 264, Mənaqib ibni Məğazili. 48, Mənaqib Xorəzmi. fəsl 19. hədis 326)


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Bazar, 20.07.2008, 23:15 | İsmarıc # 3
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Eli (e) usaqlıq vaxtindan hezret Peygemberin (s) terbiyesi altinda boyumus ve o Hezretin (s) ecazkar exlaqini menimsemisdir. On yasinda iken iman getirerek Peygemberin (s) devetini qebul etmis, doyuslerde islam bayraqdari, qehreman serkerde ve lazım geldikde adi esger kimi islam alemine misilsiz xidmetler gostermisdir. İslam tarixinde meshur olan muharibelerde, o cumleden Uhud, Bedr, Huneyn, Ehzab, Xeyber ve Zatus-selasil kimi agır doyuslerde o Hezretin qazandigi zeferler hamiya melumdur. Peygemberin (s) o muqeddes vucudun baresinde buyurdugu sozleri tarix sehifelerini bezeyen ve Elinin (e) yuksekliyine delalet eden ebedi nisaneler olmus ve beseriyyet ucun en boyuk cihad, fedakarliq ve mubarize numunesini teyin etmisdir
Прикрепления: 0619928.jpg (17.2 Kb)


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
MIRAQATarix: Şənbə, 17.01.2009, 03:26 | İsmarıc # 4
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 40
Reytinq: 0
Xəbərdarlıq: 100%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bu mövzu Həzrət Əlinin (ə) fəzilətləri haqqındadır. Siz isə hansısa kitablardan şübhəli hədisləri gözümüzə soxursunuz. Əgər hədisləri müzakirə etmək istəyirsinizsə ayrıca mövzu açın. Forumun qaydalarını pozmayın, siz mövzuları OFFTOP-la bulandırırsınız.


Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Həşr 7)

İsmarıcı redaktə etdi: Adminstrator - Şənbə, 17.01.2009, 11:39
 
PünhanTarix: Çərşənbə axşamı, 03.02.2009, 16:09 | İsmarıc # 5
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Peyğəmbər (s) deyib: «Mən elm şəhəriyəm, Əli də onun qapısı; elm öyrənmək istəyən qapıdan girməlidir!»



Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
BirteherTarix: Bazar, 15.02.2009, 13:38 | İsmarıc # 6
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 8
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bu da Ibn Teymiyyenin Ali a.s. fezileti barede soylediklerine numune:

Quote
[font=Courier]Əli ibn Əbi Talibin (Allah ondan razı olsun) fəziləti və salavat göndərməkdə onu xüsusiləşdirmək

Sual: Əli İbn Əbi Talibə (Allah ondan razı olsun) “sallallahu aleyhi və səlləm” söyləmək barədə hökm nədir? Bu cür söyləmək doğrudur, yalnış?

Cavab: Həmd Allaha məxsusdur.

Şeyxul İslam ibn Teymiyyədən, Allah ona rəhmət etsin: “Əli İbn Əbi Talib (radiyallahu anhu) Əhli Beytdən deyil və ona salavat göndərmək icazəli deyil və ona salavat göndərmək bidətdir” söyləyən bir kəs barədə soruşurlar.

Şeyx belə cavab verir:

Əli ibn Əbi Talibin (Allah ondan razı olsun) Əhli Beydən olmasına gəldikdə bu elə bir şeydir ki, müsəlmanlar arasında bu barədə heç bir fikir ayrılığı yoxdur. Bu məsələ Müsəlmanlara o dərəcədə aydındır ki, bunu sübuta yetirmək üçün heç bir dəlilə yer yoxdur. Əksinə, o Əhli Beytin ən fəzilətlisi, Peyğəmbərdən sallallahu aleyhi və səlləm sonra Bəni Haşimin ən fəzilətlisidir. Hədisdə sabit olmuşdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz əbasını “Əli, Fatimə, Həsən və Hüseyinin” üzərinə ataraq belə demişdir: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”. (Əhzab 33:33)

Lakin onu bu məsələdə təkləşdirərək salavat söyləmək məsələsinə gəldikdə, bu məsələ bizi başqa bir məsələyə aparır, bu da Peyğəmbərdən sallallahu aleyhi və səlləm başqa birisinə salavat, məsələn: “Ey Allahım, Ömərə və yaxud Əliyə” söyləməyin icazəli olub olmamasıdır. Bu barədə elm əhli arasında ixtilaf var. Malik, Şafi və Hənbəlilərdən bir zümrə Peyğəmbərdən sallallahu aleyhi və səlləm başqa birinə xüsusi şəkildə salavat göndərilməsinə icazə verməmişdir. Necə ki, İbn Abbasın belə söylədiyi rəvayət edilmişdir: “Peyğəmbərdən sallallahu aleyhi və səlləm başqa birinə salavat söyləməyin gərək olduğunu bilmirəm”. İmam Əhməd və onun əshablarından bir çoxu bunda bir xətanın olmamasını söyləmişdirlər. Çünki Əli İbn Əbi Talib, Ömər ibn Xattaba demişdir: “Sənə Allahın salavatı olsun”. Bu daha doğru və daha yerinə düşən rəydir. Lakin səhabələrdən birini və yaxud Peyğəmbərin sallallahu aleyhi və səlləm yaxınlarından birini məsələn “Əlini və yaxud başqa birini” onların üzərinə salavat göndərmək üçün xüsusiləşdirmək məsələsinə gəldikdə. bu onları Peyğəmbərə sallallahu aleyhi və səlləm rəqib etməkdir. Belə ki, bu kəlimə (həmin kəsin) adına bağlı bir şüara çevrilir ki, bu da bidətdir.

Şeyxulİslam ibn Teymiyyə[/font]



milyonlardan biri
 
PünhanTarix: Bazar, 15.02.2009, 21:37 | İsmarıc # 7
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Birteher, Allah razi olsun. <_<


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Bazar ertəsi, 16.02.2009, 12:30 | İsmarıc # 8
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Mən istəyərdim ki, həmin fətvanı tam yerləşdirək ki, anlaşmazlıq düşməsin:

Sual: Əli İbn Əbi Talibə (Allah ondan razı olsun) “sallallahu aleyhi və səlləm” söyləmək barədə hökm nədir? Bu cür söyləmək doğrudur, yalnış?

Cavab: Həmd Allaha məxsusdur.

Şeyxul İslam ibn Teymiyyədən, Allah ona rəhmət etsin: “Əli İbn Əbi Talib (radiyallahu anhu) Əhli Beytdən deyil və ona salavat göndərmək icazəli deyil və ona salavat göndərmək bidətdir” söyləyən bir kəs barədə soruşurlar.

Şeyx belə cavab verir:

Əli ibn Əbi Talibin (Allah ondan razı olsun) Əhli Beydən olmasına gəldikdə bu elə bir şeydir ki, müsəlmanlar arasında bu barədə heç bir fikir ayrılığı yoxdur. Bu məsələ Müsəlmanlara o dərəcədə aydındır ki, bunu sübuta yetirmək üçün heç bir dəlilə yer yoxdur. Əksinə, o Əhli Beytin ən fəzilətlisi, Peyğəmbərdən sallallahu aleyhi və səlləm sonra Bəni Haşimin ən fəzilətlisidir. Hədisdə sabit olmuşdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz əbasını “Əli, Fatimə, Həsən və Hüseyinin” üzərinə ataraq belə demişdir: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”. (Əhzab 33:33)

Lakin onu bu məsələdə təkləşdirərək salavat söyləmək məsələsinə gəldikdə, bu məsələ bizi başqa bir məsələyə aparır, bu da Peyğəmbərdən sallallahu aleyhi və səlləm başqa birisinə salavat, məsələn: “Ey Allahım, Ömərə və yaxud Əliyə” söyləməyin icazəli olub olmamasıdır. Bu barədə elm əhli arasında ixtilaf var. Malik, Şafi və Hənbəlilərdən bir zümrə Peyğəmbərdən sallallahu aleyhi və səlləm başqa birinə xüsusi şəkildə salavat göndərilməsinə icazə verməmişdir. Necə ki, İbn Abbasın belə söylədiyi rəvayət edilmişdir: “Peyğəmbərdən sallallahu aleyhi və səlləm başqa birinə salavat söyləməyin gərək olduğunu bilmirəm”. İmam Əhməd və onun əshablarından bir çoxu bunda bir xətanın olmamasını söyləmişdirlər. Çünki Əli İbn Əbi Talib, Ömər ibn Xattaba demişdir: “Sənə Allahın salavatı olsun”. Bu daha doğru və daha yerinə düşən rəydir. Lakin səhabələrdən birini və yaxud Peyğəmbərin sallallahu aleyhi və səlləm yaxınlarından birini məsələn “Əlini və yaxud başqa birini” onların üzərinə salavat göndərmək üçün xüsusiləşdirmək məsələsinə gəldikdə. bu onları Peyğəmbərə sallallahu aleyhi və səlləm rəqib etməkdir. Belə ki, bu kəlimə (həmin kəsin) adına bağlı bir şüara çevrilir ki, bu da bidətdir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Cümə axşamı, 05.03.2009, 07:00 | İsmarıc # 9
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Əli (r.a)-nın fəziləti
Прикрепления: libinbuTalibr.a.doc (46.5 Kb)
 
  • Страница 1 из 1
  • 1
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz