Baş səhifə Nə üçün İmam Həsən(ə) sülh, İmam Huseyn(ə) mübarizə etdi ? - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
İslamiyyət forumu » İslam » 14 məsum » Nə üçün İmam Həsən(ə) sülh, İmam Huseyn(ə) mübarizə etdi ?
Nə üçün İmam Həsən(ə) sülh, İmam Huseyn(ə) mübarizə etdi ?
PünhanTarix: Bazar ertəsi, 26.01.2009, 16:17 | İsmarıc # 1
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bismillahir Rəhmanir Rəhim

Şükürlər olsun aləmlərin Rəbbinə, Allahın salavat və salamı olsun peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə və onun pak Əhli-beytinə!

Salamun əleykum və rəhmətullah!

Nə üçün İmam Həsən (ə) sülh, İmam Huseyn (ə) isə zülmə qarşı mübarizə etdi ?


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Bazar ertəsi, 26.01.2009, 17:54 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İmam Hüseyn (ə) Müaviyənin hakimiyyəti dövrünə təsadüf etmiş on bir illik imamət dövründə (qəməri 49-60) ona çox müqavimət göstərmişdir. İmam öz məktublarından birində Müaviyənin cinayətlərini sadalayır, onun hakimiyyətini müsəlmanlar üçün ən böyük fitnə adlandırır. Həzrət (ə) Müaviyə hökumətinin qanuniliyini sual altına alaraq, ona qarşı cihadı ən yaxşı əməl hesab edir, bu cihadı tərk edənləri tövbəyə çağırır.

İmam Hüseyn (ə) Müaviyənin məktublarına cavablarından birində onun imam Həsənlə (ə) bağladığı sülh müqaviləsini xatırlayır və bu müqaviləyə sədaqətli olduğunu bildirir. Maraqlıdır ki, Müaviyə həmin müqaviləni pozub Kufəyə daxil olduğu halda, nə üçün imam Hüseyn (ə) bu müqaviləni pozmaq istəmir? Əgər Müaviyənin sözlərinə diqqət yetirsək, onun bu müqaviləni pozduğunu hiss etmərik. O deyir: “Mən Həsənə bəzi şeylər vəd etdim.” Müaviyə, güman ki, verdiyi vədləri həmin müqavilənin şərti kimi qəbul etmədiyindən özünü həmin müqaviləyə sadiq bilir.
Müaviyənin siyasi şəxsiyyətini imam Hüseynin (ə) siyasi şəxsiyyətindən fərqləndirmək lazımdır. Bu fərq Müaviyə ilə həzrət Əli (ə) arasında da mövcud idi. Müaviyə öz məqsədinə çatmaq üçün hər zaman yalan və hiyləyə əl atmağa hazır olmuşdur. Onun həzrət Əli ilə çarpışmaları dövründə belə hiyləgərliklər çox baş vermişdir. Osmanın qətli bəhanəsi, Təlhə və Zübeyrin qızışdırılması, Süffeyn döyüşündə Quran vərəqlərinin nizələrə sancılması, həzrət Əliyə (ə) tabe şəhərlərə gecə basqınları bu hiylələrin kiçik bir hissəsidir.
Amma imam Hüseyn (ə) elə bir məktəbə bağlıdır ki, müvəffəqiyyətə çatmaq üçün istənilən vasitəyə (məsələn, hiyləyə) əl ata bilməz. Həzrət Əli (ə) “mən heç vaxt zülm-sitəmlə qələbə əldə etməyə hazır deyiləm” buyuruğu ilə əqidəsinə işarə edir. Bəli, məhz bu əqidəyə əsasən, imam Hüseyn (ə) qardaşı imam Həsənin (ə) Müaviyə ilə bağladığı müqabiləni poza bilmir.
Həmin dövrün şəraitini də nəzərə almaq lazımdır. Müaviyə həmin vaxtlar Şamdan Yəmənədək ərazini əhatə edən İslam hökumətinin şəriksiz hakimi idi. Bu ərazinin istənilən bir nöqtəsində Müaviyənin siyasəti təbliğ olunurdu.
Həzrət Əli ilə çarpışmalar zamanı Osmanın qətlinə səbəb olmuş fitnələrdə özünü günahsız tanıtdıran Müaviyə hətta bu qətlə qarşı çıxır, Şam əhlinə özünü Osmanın müdafiəçisi kimi tanıtdırırdı. İndi isə həzrət Əli (ə) də yox idi və Müaviyə öz istəklərini çox rahat həyata keçirirdi. Belə bir vaxtda imam Hüseyn (ə) müqaviləni pozub qiyam qaldırsaydı, Müaviyə çox rahatlıqla onu xəyanətkar kimi tanıtdırardı. Müaviyə ictimai fikri istədiyi tərəfə döndərə bildiyi bir zamanda imamın səsi xalqın qulağına çatmır, müqaviləni ilkin pozmuş Müaviyəni xalqa tanıtdırmaq üçün göstərilən səylər müvəffəqiyyətsizliyə uğrayırdı. ("Şübhə doğuran suallar", Sülb barədə müqavilə).


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar ertəsi, 26.01.2009, 17:55 | İsmarıc # 3
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İmam Həsənlə (ə) sülh müqaviləsi bağladıqdan sonra Əhli-beytə zərbə vurmaq üçün bütün vasitələrə əl atan, hətta imam Həsənin (ə) şəhadətinə nail olan Müaviyə zahirdə özünü bu ailənin dostu kimi göstərir, onlara tez-tez hədiyyələr göndərirdi. İslam büdcəsindən (beytül-mal) göndərilən bu payları imamlar ona görə qəbul edirdilər ki, bu büdcəyə sahiblik və onun xərci məhz onların haqqı idi. Müaviyənin bu münasibəti o yerə gedib çıxır ki, ölüm astanasında oğlu Yezidə imam Hüseyni (ə) tapşırır, onu qətlə yetirməməyi tapşırır.
Belə bir siyasətin səbəbləri aydındır. İmam Həsənlə sülhə nail olmuş Müaviyə öz hökumətini qanuniləşdirmiş, özünü qanuni xəlifə kimi tanıtdırmışdı. O, əlini imamın qanına açıq-aşkar bulaşdırmaqla nüfuzunu itirmək istəmirdi. Əksinə, özünü bu ailəyə yaxın verməklə daha çox nüfuz qazanırdı.
Müaviyə imam Həsən (ə) və imam Hüseynə (ə) qiymətli bir hədiyyə göndərərkən onlara minnət qoyaraq belə yazmışdı: “Bilin ki, mən Hindin oğluyam. And olsun Allaha, məndən əvvəl sizə belə hədiyyələr verən olmayıb və məndən sonra da olmayacaq.” İmam Hüseyn (ə) ona belə cavab verir.” And olsun Allaha, nə səndən əvvəl, nə də səndən sonra heç kəs bizim kimi fəzilətli qardaşlara hədiyyə vermək imkanına malik olmayıb və olmayacaq.”
Digər bir tərəfdən Müaviyə tünd rəftarın ciddi reaksiyalara səbəb olacağını bilirdi. İmamlarla kəskin rəftar xalqın diqqətini Peyğəmbər (s) ailəsinə cəlb edər, Müaviyə hökumətinə nifrət yaradardı. Ən əsası Müaviyə həmin vaxt imam Hüseyn (ə) tərəfindən ciddi bir təhlükə hiss etmirdi. Beləcə, öz siyasəti ilə yaranmış mühiti yaşatmağa çalışırdı. Digər bir tərəfdən imam Hüseyn (ə) Müaviyə hökumətinin qeyri-qanuniliyini xalqa çatdırmaq üçün bütün fürsətlərdən faydalanırdı. İmam (ə) Müaviyəyə yazdığı məktublarda onun cinayət və bidətlərini xatırladır, Yezidin canişinliyinə etiraz edirlər.
Əlbəttə, imam gözəl başa düşürdü ki, Müaviyəyə qarşı qiyam onun təbliğatları nəticəsində xalq tərəfindən dəstəklənməyəcək.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar ertəsi, 26.01.2009, 18:00 | İsmarıc # 4
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Müaviyyə çox böyük siyasətçi idi, o bir çox "əməlləri"nə din pərdəsi geyindirirdi. Amma Yezid açıq aşkar dini ayinləri ayaqlar altına alırdı.
Bunu da xatırlatmaq lazımdır ki, İmam Həsənin (ə) Müaviyyə ilə sülhü heç də onun hakimiyyətini dəstəkləməsi demək deyildi. Sadəcə İmam (ə) mövcud şəraiti lazımınca dəyərləndirmişdi. İmam Hüseynin (ə) dövründə vəziyyət bir qədər fərqli idi.
Unutmayaq ki, imamlar (ə) yalnız Allah uğrunda yaşamış, ibadət etmiş və şəhid olmuşlar. Onların bütün həyatı cihad idi. Cihad isə təkcə hərblə olmur. Deməli imamlar istər səbr edər, istərsə də hərb edərlər.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Çərşənbə, 04.02.2009, 14:12 | İsmarıc # 5
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Adminstrator, Allah razi olsun.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
ahmedTarix: Bazar, 29.03.2009, 16:22 | İsmarıc # 6
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 7
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



məni belə bir şey maraqlandırır.
imam həsən muaviyəni zahirən müsəlman sayırdı ?
mənə elə gelir ki,imam həsən onu kafir saysaydı ,onuynan sulh bağlamazdı.və hakimiyyəti kafirə həvalə etməzdi.
 
AdministratorTarix: Bazar, 29.03.2009, 17:40 | İsmarıc # 7
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



ahmed, dövrlər arasınad fərq var idi. Müaviyyə zahirdə özünü təqvalı aparırdı, Şam əhalisi, həmçinin digər müsəlmanlar ona Peyğəmbər səhabəsi kimi baxırdılar. Belə olan halda ona qarşı qiyam etmək və qiyamın nəticəsiz qalması İslam tarixində o qədər kök salmayacaq idi.

Amma Yezid (l) zahirdə şərab içir, meymun oynadır, müxtəlif cinayətlərlə məşğul olurdu, bütün müsəlmanlar onun haqq xəlifə olmadığına inanırdılar, amma cəsarət çatmırdı. Belə olan halda İmam Hüseynin (ə) qiyamı o alçağın bütün üzünü bir daha müsəlmanlara nümayiş etdirdi. İmam özü Peyğəmbərdən (s) rəvayət edir: Əgər bir şəxs Allahın haramı halal bilən, əhdini pozan, sünnəyə zidd gedən, zalım hakimə qarşı sözdə və əməldə qiyam etməzsə Allah onun o zalımla bir yerə (cəhənnəmə) salar!".

Digər bir yerdə isə İmam Hüseyn (ə) buyurur: Əgər Məhəmmədin (s) dini sadəcə mənim şəhadətimlə ayaqda duracaqsa mən ölümə hazıram!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » İslam » 14 məsum » Nə üçün İmam Həsən(ə) sülh, İmam Huseyn(ə) mübarizə etdi ?
  • Страница 1 из 1
  • 1
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz