Baş səhifə Əli-ibn-Əbu-Talibin (ə) ve xilafətə - Страница 2 - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 2 из 3
  • «
  • 1
  • 2
  • 3
  • »
İslamiyyət forumu » İslam » 14 məsum » Əli-ibn-Əbu-Talibin (ə) ve xilafətə (Busmillah!)
Əli-ibn-Əbu-Talibin (ə) ve xilafətə
HuzeyfaTarix: Şənbə, 28.02.2009, 08:23 | İsmarıc # 21
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (For_Islam)
Hansı təhriflər? Təhrifləri göstərin! O mənbələrin hamısında "Mən kimin mövlasyamsa, Əli onun mövlasıdır" yazılmayıb? Əgər təbrik məsələsinə toxunursuzsa, təbriki siz də təsdiqləmirsiz?

Mövla sözü bütün mətnlərdə gəlir.Gein beyət edin sözü harada işlənib?Mən hələ başqa detallara toxunmuram.
http://www.boxca.com/r2boz3trfvbn/Ibn_Kəsir-Tarix.doc.html
Quote (For_Islam)

Çoxdur Əlinin fəzilətləri, saymaqla qurtarmaz. İndi deyirsiz ki, bu qədər fəzilətli olan səhabəsini öz dostu olduğunu bildirməsi üçün bu qədər camaatı saxlayırdı? Bunu nəinki mühacirlər , ənsarlar, digər müsəlmanlar, hətta müşriklər də bilirdi ki Hz Əli Peyğəmbərin ən yaxın dostudur!! Hər halda Peyğəmbəə ilk iman gətirən kişi olub.. Davam etmək olar, amma mən hz Əlinin fəzilətlərini öz bildiklərimlə yazsam bəlkə də 5-6 məqalə həcmində yazaram. Hələ bizim və sizin kitablarda olan Hz Əlinin (ə) fəzilətlərii demirəm.. Bir sözlə Peyğəmbər xalqı buna görə saxladı???

Bizə görə nə Əbu Bəkr (r.a) nə Ömər (r.a)-in nə də Əli (r.a)-nin fəzilətlərini saymağa ehtiyac yoxdur və biz bunları heç müzakirə etmirik.Deyilmə səbəbləri yuxarıda kifayət qədər göstərildi.
Прикрепления: XelifekimdirveG.noext (68.0 Kb)
 
AdministratorTarix: Bazar ertəsi, 02.03.2009, 16:05 | İsmarıc # 22
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, mənim Müsnəddən yazdıqlarıma cavab verin.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Çərşənbə axşamı, 03.03.2009, 07:41 | İsmarıc # 23
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Huzeyfa, mənim Müsnəddən yazdıqlarıma cavab verin.

Təbrik baradə deyilən sözlər Müsnəddə gəlib və təsdiq olunur.Burada söhbət təbii ki,fəzilətin qeyd edilməsi ilə bağlı olan təbrikdir.
Göydən daş yağma baradə olan rəvayət isə uydurmadır,hədis alimləri tərəfindən qəbul edilməyən yalandır.
Əgər bu doğru olsaydı bu rəvayət bir neçə yolla,həm də çoxlu Səhabənin ləfzi ilə gələrdi.Çünki,bu hadisə açıq-aşkar möcüzə olmuş sayılardı.Mən sizi başa düşürəm.
 
AdministratorTarix: Cümə axşamı, 05.03.2009, 10:55 | İsmarıc # 24
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, deməli qəbul edirsiniz. Müsnəddəki, rəvayət "Tarixi Bağdad"da da qeyd olunur və deyilir:

Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun” (cild 7, səh. 290).

Deməli, bu vaxta qədər Ömər Əlini (ə) dost saymırdı?! Mömin möminə qardaş olan dində Ömər Əliyə (ə) dost münasibəti belə göstərmirdu? İslamı qəbul edən ilk kişi olan Əli ibn Əbu Talib müsəlmanların dostu deyildi?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Cümə, 06.03.2009, 08:20 | İsmarıc # 25
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Deməli, bu vaxta qədər Ömər Əlini (ə) dost saymırdı?! Mömin möminə qardaş olan dində Ömər Əliyə (ə) dost münasibəti belə göstərmirdu? İslamı qəbul edən ilk kişi olan Əli ibn Əbu Talib müsəlmanların dostu deyildi?

Xeyr,bu o deməkdir ki,Sən bizə Rasulullah (s.a.s)-in buyurduğu Mövla tituluna layiq görüldün və bu bir fəzilətdir.Bunu belə başa düşmək lazımdır.Niyə sui zənn edirsiz?
Bu sözlərin deyilmə səbəbləri baradə olan yazıda deyildi ki,Rasulullah (s.a.s)-in bu sözləri deməsinə səbəb Yəməndən qayıdan qafilə içərisində Rasulullah (s.a.s)-ə Əli (r.a) baradə olan şikayətlər olub.
 
AdministratorTarix: Şənbə, 07.03.2009, 20:16 | İsmarıc # 26
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, deməli bu Həzrət Əli (ə) üçün bir xüsusilik rolunu oynadı. "Dost" necə xüsusilik rolunu oynaya bilər? Özünüz də çaşıb qalırsınız. İllərlə çiyin-çiyinə mübarizə aparan müsəlman indi dost oldun? Onda Ömər ibn Xəttab deyərdi ki, "Sənin haqqında təmin olundu" və s. Axı biz burada mövla sözünü niyə "rəhbər" kimi başa düşməyək? "Sən mənim və bütün müsəlmanların rəhbəri oldun" -Peyğəmbərin (s) vəfatına yaxın bir vaxtda deyilən bu ifadə məntiqlidir, yoxsa "Sən mənim bütün müsəlmanların (bu qədər vaxtdan sonra) dostu oldun"?!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Bazar, 08.03.2009, 06:12 | İsmarıc # 27
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Huzeyfa, deməli bu Həzrət Əli (ə) üçün bir xüsusilik rolunu oynadı

Sadə sual:
1)Əgər bu Xilafətə təyin idisə niyə Saqifə günü Mühacir və Ənsarlar öz fəzilətlərini dəlil gətirərkən bu məşhur hadisəni qeyd etmədilər?
2)Əbu Bəkr (r.a)-a beyət olunarkən niyə nə Əli (r.a),nə də başqa bir nəfər bu hadisəni xatırlamadı?
Hələlik bu qədər.
 
AdministratorTarix: Bazar, 08.03.2009, 12:01 | İsmarıc # 28
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Adminstrator, inşallah suallarınıza cavab verərəm, siz buna da nəzər yetirin: "Müsnəd", 906; Tirmizi, 3713
Peyğəmbər (s) buyurub: "Mən kimin vəlisiyəmsə Əli də onun vəlisidir"
. Peyğəmbər (s) bizim hamımızın rəhbəridir, yəni vəlisidir. Deməli Peyğəmbər (s) eyni cümlədə Əliyə (ə) də xitab edirsə bu "rəhbər" anlayışı Əliyə də şamil olmurmu?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar, 08.03.2009, 22:46 | İsmarıc # 29
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Sadə sual:
1)Əgər bu Xilafətə təyin idisə niyə Saqifə günü Mühacir və Ənsarlar öz fəzilətlərini dəlil gətirərkən bu məşhur hadisəni qeyd etmədilər?

Səqifədə yığışanlar Qədiri-Xuma tabe olanlar olsaydılar, orada nə işləri olardı ki? happy

Quote
2)Əbu Bəkr (r.a)-a beyət olunarkən niyə nə Əli (r.a),nə də başqa bir nəfər bu hadisəni xatırlamadı?
Hələlik bu qədər.

Kim deyir ki, xatırlanmayıb. Nəchül-bəlağəyə müraciət edin.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar ertəsi, 23.03.2009, 13:27 | İsmarıc # 30
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, 28-ci ismarıcdakı sualıma cavab vermədiniz.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Bazar ertəsi, 23.03.2009, 19:04 | İsmarıc # 31
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Adminstrator, inşallah suallarınıza cavab verərəm, siz buna da nəzər yetirin: "Müsnəd", 906; Tirmizi, 3713 Peyğəmbər (s) buyurub: "Mən kimin vəlisiyəmsə Əli də onun vəlisidir". Peyğəmbər (s) bizim hamımızın rəhbəridir, yəni vəlisidir. Deməli Peyğəmbər (s) eyni cümlədə Əliyə (ə) də xitab edirsə bu "rəhbər" anlayışı Əliyə də şamil olmurmu?

Bu və buna bənzər hədislər şərh olunarkən qeyd edildi ki,vəli,mövla kəlmələri dost mənasında işlənib.Bunu biz yuxarıda geniş izah etmişik.
Прикрепления: XelifekimdirveG.noext (68.0 Kb)
 
AdministratorTarix: Cümə axşamı, 26.03.2009, 16:36 | İsmarıc # 32
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Bu və buna bənzər hədislər şərh olunarkən qeyd edildi ki,vəli,mövla kəlmələri dost mənasında işlənib.Bunu biz yuxarıda geniş izah etmişik.

Siz heç nəyi də göstərə bilmədiniz! Peyğəmbər (s) bizim rəhbərimiz, mövlamızdır, əgər o "Mən kimi vəlisiyəmsə Əli də onun vəlisidir" deyirsə deməli burada da vəli (rəhbər) nisbəti Əliyə (ə) də şamil olunur. Amma siz ancaq sözü dolaşdırdınız. "Qədir Xum"da deyilənləri deyək görmürsünüz. Bəs bu ayə?

"Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir" ("əl-Maidə", 55).

Məhəmməd ibn Cərir Təbəri öz təfsirində bu ayəni şərh edərkən deyir: "Bəzilərinə görə bu ayə bütün möminlər haqqındadır. Amma Süddi, Əbu Cəfər, ibn Əbu Hakim və Mücahidə görə isə bu ayənin bu hissəsi Həzrət Əli (ə) haqqında nazil olmuşdur. Çünki Həzrət Əli (ə) namazda rükü edərkən yanından keçən bir dilənçi ondan nəsə istəyib, Əli (ə) də üzüyünü ona vermişdir. Buna görə də "Rüku edərkən zəkatlarını verirlər" şəklində vəsf edilmişdir" ("Təfsiri Təbəri", Maidə 55).

Siyuti "Durrul-mənsur" təfsirində bu ayənin təfsirində İbn Abbasdan aşağıdakı hadisəni nəql edir: Həzrər Əli (ə) ruku halında idi. Bu vaxt bir dilənçi kömək istədi və Həzrət üzüyünü ona sədəqə verdi. Peyğəmbər (s) dilənçidən soruşdu: Bu üzüyü kim sənə sədəqə verdi? O, Əliyə (ə) işarə edərək dedi: " Bu rukuda olan kişi".
Bu vaxt bu ayə (Maidə-55) nazil oldu.

Məşhur əhli-sünnə təfsirçilərindən olan Carullah Zəməxşəri Kəşşaf təfsirində yazır: Bu ayə Əlinin (ə) haqqında nazil olmuşdur. Əli (ə) ruku halında ikən bir dilənçi kömək istədi və Həzrət üzüyünü ona verdi. (Kəşşaf-təfsiri, c-1. s-649.)

Fəxri-Razi öz təfsirində Abdullah ibn Salamdan nəql edir: bu ayə nazil olanda Rəsulullaha (s) dedim: öz gözümlə gördüm ki, Əli (ə) ruku halında üzüyünü dilənçiyə verdi. Buna görə də biz onun imamətini qəbul edirik.
Təbəri də Camiul-bəyan təfsirində bu ayənin Əli (ə) haqqında nazil olduğu təsdiqləyən çoxlu hədislər nəql etmişdir. (Camiul-bəyan. Təfsiri. c-6. s-186)

Fəxri-Razi öz təfsirində Abdullah ibn Salamdan belə nəql edir: “Bu ayə nazil olduqda, Allahın Rəsuluna (s) dedim: “Mən öz gözlərimlə gördüm ki, Əli (ə) rüku halında öz üzüyünü yoxsula sədəqə verdi. Buna görə də biz onun vilayət və rəhbərliyini qəbul edirik.” Həmçinin Əbuzərdən də belə nəql edir: “Bir gün Peyğəmbərlə (s) birgə günorta namazını qılırdım. Bu zaman bir yoxsul məscidə girib kömək istədi və heç kəs ona kömək etmədi. Yoxsul əlini göyə qaldırıb dedi: “İlahi, şahid ol! Mən Peyğəmbərin (s) məscidində kömək istədim, lakin heç kim mənə kömək etmədi.” Əli (ə) namaz halında ikən o yoxsula sağ əli ilə kiçik barmağındakı üzüyü götürməsini işarə etdi. O, Peyğəmbərin (s) gözü önündə gedib, Əlinin (ə) barmağından üzüyü çıxartdı. Peyğəmbər (s) dedi: “İlahi! Qardaşım Musa Səndən sinəsinin genişlənməsini, qardaşı Harunun onun peyğəmbərliyinə şərik olmasını istəyəndə..., ona buyurdun: “Mən tezliklə səni qardaşın vasitəsilə gücləndirəcək, sizə qüvvət və qələbə bəxş edəcəyəm.” İlahi! Mən Məhəmməd, Sənin peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişləndir, işləri mənə asanlaşdır, mənim üçün Əhli-beytimdən bir vəzir təyin et, məni onun vasitəsilə güclü və qüvvətli et!”
Əbuzər deyir: “Allaha and olsun! Allahın Rəsulu (s) hələ sözünü qurtarmamışdı ki, Cəbrail nazil olub dedi: “Ey Məhəmməd! Oxu: “İnnəma vəliyyukumullahu və Rəsuluhu...” ("Kəbir Təfsiri", cild 12, səh 26).

Bir sözlə, “vilayət” ayəsinin imam Əli (ə) haqda nazil olmasına heç bir şübhə yoxdur. Hətta “Minhacul-bəraə fi şərhi Nəhcül-bəlağə” kitabının müəllifi yazır: “Bu haqda Əhli-beyt məktəbinin ardıcılları və əhli-sünnə vasitəsilə “mütəzafir”, hətta “mütəvatir” hədislər nəql olunmuşdur.”


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Bazar, 29.03.2009, 00:33 | İsmarıc # 33
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Siz heç nəyi də göstərə bilmədiniz! Peyğəmbər (s) bizim rəhbərimiz, mövlamızdır, əgər o "Mən kimi vəlisiyəmsə Əli də onun vəlisidir" deyirsə deməli burada da vəli (rəhbər) nisbəti Əliyə (ə) də şamil olunur. Amma siz ancaq sözü dolaşdırdınız. "Qədir Xum"da deyilənləri deyək görmürsünüz. Bəs bu ayə? "Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir" ("əl-Maidə", 55).

Deməli,Qədir Xumdan qurtarıb başqa məsələyə keçirsiz.Eyib etməz.
Şiələr deyir ki, Əli İbn Əbu Talib (radıyallahu ənhu) məsciddə namaz qılarkən, məscidə bir yoxsulun girib kömək istədiyini eşidir, sonra isə namaz qıldığı yerdə rüku halında öz əlini uzadaraq, barmağındakı üzüyü zəkat kimi o yoxsula verir. Şiələr bundan bəzi nəticələr də çıxardılar ki, guya bu ayə onun imamətinə də işarə edir.

Bu ayənin Əliyə (radıyallahu ənhu) görə nazil olması heç bir hədis toplusunda qeyd olunmayıb, lakin Təbəri bu ayənin şərhində müxtəlif rəvayətlər gətirir və Əli (radıyallahu ənhu) haqqında olduğuna dair iki rəvayət gətirir, lakin İbn Kəsir bu iki rəvayətin zəif və ravilər isə cahil olduğunu qeyd edir; Rəvayət nəinki sənəd cəhətdən, həmçinin mətnə görə də zəifdir. Çünki namazın fəziləti odur ki, orada artıq hərəkət olmasın
Əgər bu doğru olsa idi, onda ən fəzilətli zəkat rükuda olardı, ancaq bunu heç bir alim deməyib

Rüku kəlməsi ərəb dilində müxtəlif mənalar verir: Allahdan qorxmaq, təvazökar olmaq, zəlil olmaq, həmçinin namazda duruşun adıdır. Cəhalət dövründə ərəblər bu sözü həniflərə deyirdilər, çünki onlar bütlərə ibadət etmirdilər. Bu da Quranda mövcuddur: Bax “əl-Bəqərə” surəsi ayə 43, “Sad” surəsi ayə 24. “əl-Maidə” surəsi 55-ci ayəsinin axırında “hum rakiun” ifadəsi həmin mənadadır.
Yəni: “Allah və elçisinə iman gətirən odur ki, rüku halında namaz qılıb zəkat verərlər”. Burada namazda olan duruş növü olan rükudan söhbət getmir! Ayədəki rüku məs ixlas və təvazökarlıq əsnasındadır, çünki ayədə namaz qeyd olunmuşdu və namaz halına ikinci dəfə qayıtmağa ehtiyac yoxdur. Göründüyü kimi, burada ayənin rüku kəlməsi namazı və zəkatı nə cür verilməyini göstərir
Ayədə sözlərə fikir versək indiki zamanda işlədildiyini görərik. Bu ayədə keçmiş hadisədən bəhs edilmir, əksinə, davamlı əməldən söhbət gedir. Yəni möminlərə keçmiş hadisədən bəhs edilmir, əksinə, davamlı bu halda olsun (yəni Allahdan qorxaraq, ixlasla, riyasız). Bu davamlı bir əməldir və zamana görə məhdudlaşmır.
Şiələr deyirlər ki, bu əməl Əli (radıyallahu ənhu) ilə qurtarmır, hətta bütün imamlar rükuda zəkat veriblər. Belə olsa idi, onda niyə bu fəzilətli əməli Peyğəmbər (səllallahu əleyhi və səlləm) etməyib???
Həmçinin bu uydurma rəvayətə baxanda, görə bilərik ki, namaz qılanların namazı bitəndən sonra yoxsul zəkatı istəsə verilsin. Məgər əfzəl olmazdımı ki, namaz qılanlar namazı bitirdikdən sonra zəkatı ona versin? Elə bir zəruriyyət nədə idi?
Bilmək lazımdır ki, ibrət özünün xüsusiliyində yox, ümumiliyindədir. Əgər doğurdanda bu ayə Əlinin (radıyallahu ənhu) əməlinə görə olubsa, onda bu təkcə ona xas deyil. Yəni kim bu cür etsə, onlara aid olur;
Vəli kəlməsinin mənası bunlardır: idarəçi, rəhbər, kömək edən, dost və s. Məs bu ayə göstərir ki, ayədə keçən vəli sözünün mənası çox aydındır. Bunu bilmək üçün bu ayədən əvvəl və sonra gələn ayələri oxuyana aydın olar ki, söhbət nədən gedir. Məlum olur ki, söhbət kafirlə dostluq və sevgi əlaqəsindən gedir. Allah kafirlərə kömək və dostluq etməyi qadağan edir.
Daha aydın olsun deyə “Tövbə” surəsiini 71-ci, “Nisə” surəsinin 89-cu və 139-cu ayələrinə müraciət etməyi məsləhət bilirəm. Onda “vəlinin” bu ayədə hansı mənada olduğu aydın olar. Həmçinin “Maidə” surəsinin 51-ci ayədən 57-ci ayəyə kimi oxuyun.

Belə etdikdə ayədə söhbətin nə haqda getdiyi aydın olur, çünki ayədə kimlərlə vəli olmaq (dostluq etmək) qadağan olunur və kimlərlə vəli olmaq əmr olunur. Məlum olar ki, əvvəl və sonra qadağan edilən vəlilik, məs dində olan sevgi haqqındadır. Əvvəl və sonra ayələrin arasında keçən “Maidə” surəsinin 55-ci ayəsində də həmin vəlilikdən söhbət gedir.
Ancaq başqa mənada olması üçün, güclü dəlilə ehtiyac duyulur, çünki dostluq və sevgi mənasında gələn ayələrdən sonra, “vəlilik” sözünün dərhal bir ayədə rəhbərlik mənasında işlədilməsi və sonradan yenə “vəlilil” sözünün dostluq və sevgi mənasına qayıtması, təfsir elminə və dilçiliyə görə (xüsusən Quranın dilinə görə) güclü səbəb tələb edir ya da düzgün hall deyil;

Başqa cəhətdən isə, burada imamət haqqında heç bir söhbət yox idi, əksinə, sevmək və dost mənasında işlədilmişdir
11Əgər şiələr deyən olsa, onda elə çıxır ki, namaz qılarkən Əli (radıyallahu ənhu) qulaq asardı, kim məscidə girir, nəyi istəyir və s., hətta o, bunu rüku halında eşidərdi, hələm üzüyü də çıxarıb verərdi. Şiələrin dediyinə görə, o, ço. Sonra bu cür demək, Əliyə (radıyallahu ənhu) eyib etməkdir. Çünki Allah “əl-Möminun” surəsinin 1-ci və 2-ci ayəsində olduğu kimi: “Həqiqətən möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında müti olub boyun əyərlər”. Şək yoxdur ki, Əli (radıyallahu ənhu) namazı bu cür qılardı və şək yoxdur ki, biz Əlini (radıyallahu ənhu) ayədə vəsf olunan mömin kimi namaz qılanlardan tanıyırıq.
x gözləyən idi və xilafəti 25 il gözləyirdi, bəs niyə namazın bitməsinə bir neçə dəqiqə gözləmədi?
. Əgər bir adamın boynuna zəkat düşərsə, zəkatın şərtlərinə görə o gözləməməlidir ki, kimsə istəsin və zəkatı özü çıxartmalıdır
Tarix göstərir ki, Əli (radıyallahu ənhu) Peyğəmbərin (səllallahu əleyhi və səlləm) vaxtında yoxsul idi, hətta Fatiməni (radıyallahu ənhə) alanda onun mehri qalxan olub;
. Əgər bu hadisə olubsa, onda niyə nə Peyğəmbər (səllallahu əleyhi və səlləm) nə də Əli (radıyallahu ənhu) “Nərçul-bəlağə”-də bunu deməyib?
Ayədə Allah namazı artıq qeyd etmişdir və namaz dedikdə qiyam, rüku, səcdə və s. nəzərdə tutulur. Şiələr deyən olsa, onda rüku olan namazdan sonra, təzədən rükuya qayıtmağın nə mənası var? Bu onu göstərir ki, burada rüku başqa mənadadır;
O ki qaldı ayənin nazil olma səbəbinə, bu səbəb tamamilə başqadır. O vaxt Bəni-Qeynuda qəbiləsi Peyğəmbərə (səllallahu əleyhi və səlləm) xəyanət etdilər və Übadə bin Samitin yanına ona qoşulmaq məqsədi ilə getdilər. Lakin Übadə bin Samit isə onlardan üz çevirib Allah və elçisinə tərəf döndü. Elə bu vaxt ayə nazil oldu;

Şiələr iddia etdiyi kimi, hamı iddia edə bilər ki, bu ayə filankəsə və yaxud filankəsə görə nazil olub. Hamı istədiyi adamın adını çəkə bilər. Yəni bu ayə Əlinin (radıyallahu ənhu) xəlifə olmasına işarədirsə, onda açıq-aydın ona işarə etməli idi, belə isə hər kəs istədiyinə uyğun yoza bilər. Ona görə, xəlifə təyin etməyə aid olsaydı, vacib məsələ olduğuna görə aydın işarə olunmalı idi;
Hətta qəbul etsək ki, Əliyə (radıyallahu ənhu) görə nazil olub, yenə də onun xəlifə olmasına dəlalət etmir. Lakin onu sevməyin vacibliyini göstərərdi, mən isə onu bu ayə siz də sevirəm!
Ayədə kəlmələrə fikir versək, hamısının cəm şəkildə olduğunu görərik. “əl-ləzinə” o kəsilər ki, “yuqimunə” qılarlar, “yutunə” verərlər, “hum” onlar. Gördüyünüz kimi sözlər cəm şəkildədir və şübhəsiz ki, Əli (radıyallahu ənhu) təkdir.

Sonra Əlinin (səllallahu əleyhi və səlləm) Peyğəmbərin (səllallahu əleyhi və səlləm) vaxtında heç bir üzüyü yox idi və o vaxt üzük taxmazdılar, lakin Peyğəmbər (səllallahu əleyhi və səlləm) sonradan zəruriyyət olduğuna görə özü üçün üzük taxtı. Buna səbəb var idi, amma Əli (radıyallahu ənhu) üçün səbəb yox idi, həm də imkansız idi. Bu da hamıya məlumdur;
Tərif (mədh) vacib və ya müstəhəb əməl üçün olunur, amma namazda zəkat vermək nə vacibdir, nə də müstəhəb, əksinə, artıq bir hərəkətdir;

Sabitdir ki, Əli (radıyallahu ənhu) Peyğəmbərin (səllallahu əleyhi və səlləm) vaxtında zəkat verənlərdən deyildi;

Onu da bilmək lazımdır ki, bir adamın zəkat verməsi üçün, əvvəl zəkatın şərtləri təmin olunmalıdır: 1. gərək miqdarı 85 qr. qızıl və yaxud 85 qr. gümüşə çatsın (ya da bu miqdarda pul); 2. bir il tamam olmalıdır;
Sonra da qeyd edim ki, bu rəvayətin sənədi səhihdir yoxsa yox?
Onu da bilmək lazımdır ki, bu rəvayət Səhləvinin təfsirində olması kifayət deyil, çünki onun təfsirində uydurma rəvayətlər də mövcuddur. Həmçinin onun tələbəsi Vahidi və başqa təfsirçilər səhih və zəif rəvayətçiləri öz kitablarında cəm edirlər.
Buna görə də, Bəğəvi Səhləvinin təfsirini müxtəsər edib, orada olan uydurma rəvayətləri tərk etmişdir, bu isə Bəğəvinin hədis elmində mahir olduğundan irəli gəlir. Səhləvinin isə hədis elmində təcrübəsi az idi, bunu da kitabı göstərir;
Sonra əgər desək ki, vilayəti qazanan rüku halında zəkat versin, onda ortaya sual çıxır ki: bəs qiyamda, səcdədə və yaxud təşəhhüddə verərsə ona da vilayət düşürmü? Yoxsa ancaq rükuda verməlidir?
lakin hər hansı bir rəvayətin məstərdə olmağı, onun səhih olmağına dəlil deyil. xüsusən də bu rəvayət. Çünki bu rəvayətin əsas məstəri səhləvinin təfsiri, vahidinin “Əshabul-nüzul” və “kənzul-ummal” kitablarındadır. bu kitablarda qeyd edilən rəvayətin olması onun səhihliyini sübut etmir. qeyd etmək istəyirəm ki, bəzi təfsirçilər bu ayənin başqaları üçün nazil olduğunu deyirlər.
Məsələn məşhur şiə təfsirçisi Əbu Bəkr ən-Nəqqaş Baqirdən rəvayət edir ki: “Bu ayə mühacir və ənsarlara görə nazil olub. Bu vaxt biri soruşdu: - Ya imam! Axı biz eşitmişik ki, Əliyə (radıyallahu ənhu) görə nazil olub. İmam isə dedi: Əli (radıyallahu ənhu) də onlardandır”. Bəzi təfsirçilər isə İkrimədən rəvayət edirlər ki, bu ayə Əbu Bəkrə (radıyallahu ənhu) görə nazil olub, çünki o bütün malını İslam yolunda xərcləmişdi.

Bəziləri də Übadə bin Samitə (radıyallahu ənhu) görə nazil olduğunu söyləyirlər. Görünür ki, Əlidən (radıyallahu ənhu) başqa bu ayə hamıya münasibdir. Çünki mühacir və ənsarlara görə nazil olmağı ayədə olduğu kimi cəm halında olanları göstərir. Həmçinin Əbu Bəkrə (radıyallahu ənhu) də münasib etmək olar, çünki ayədən qabaq mürtədlərdən söhbət gedir,
Əbu Bəkrin (radıyallahu ənhu) isə mürtədlərə qarşı olan hadisəsi məşhurdur. Təbəri isə yəhudilərdən üz döndərib uzaqlaşdığına görə, bu ayənin Übadə bin Samitə görə nazil olduğunu bildirir;
Vəli kəlməsinə gəlincə isə, bu Vilayə və Vəlayə sözləri kimi işlədilir, yəni “fəthə” və “kəsrə” ilə. Bu iki sözlərin fərqi isə ço böyükdür. Vəlayə (fəthə ilə olanda) sözünün mənası “düşmənin və düşmənçiliyin ziddi” deməkdir, yəni “dost” və “sevmək” deməkdir. Ayədə də məhz bu sözdür. Ancaq Vilayə (kəsrə ilə olarsa) “rəhbər, idarəçi” mənasındadır. Ayədə isə söhbət bundan getmir.
Buna görə də, ayə ümumi möminlər barəsindədir, rəhbərlik isə ümumi ola bilməz;
Əgər rəhbər mənasını vermək istəsək, onda ayə gərək belə olsun:
innəmə yətəvallə aleykumullahu va rasuluhu vəl-ləzinə əmənu...
Bu cür düz olmaz, çünki Allah əmir kimi vəsf olunmayıb, yəni demək olmaz ki, Allah möminlərin əmiridir. Həmçinin peyğəmbərə də aid belə bir şey gəlməyib. Ən birinci Ömər (radıyallahu ənhu) belə vəsf olunub. Amma Vəlayə isə (fəthə ilə) düşmənçiliyin ziddi, dost və sevgi Allah və elçisinə vəsf oluna bilər;
Əgər şiələr desələr ki, burada zəkat sədəqə mənasındadır, onda mən onların bu rəyinə cavab olaraq deyərik: - Xeyr! Bu ayədə zəkat sədəqə mənasında ola bilməz, çünki bütün ayələrdə zəkat namaz sözündən sonra gələndə, sədəqə yox məhz zəkat mənasını verir.
Deməli zəkatdırsa, onda onu bir kəs istəməklə vermək olmaz, əgər verilsə, onda verilən şey zəkatdan sayılmaz, lakin sədəqə olar. Əlavə isə namazdan sonra olan əsl zəkatdan söhbət gedir.
sözündə “vav” hərfi hall deyil, yəni rüku halına adi deyil, çünki o hall olsaydı, onda ayəyə görə yalnız rükuda zəkat verənlərlə dost olub, vəli seçmək olardı;
Ayənin əvvəlində “innəmə” ləfzi xüsusiyyətlik bildirir. Bu ayədə isə deyilir ki, dostluq, sevgi, məhəbbət xas Allaha, elçisinə və möminlərə aid edilir və bunu belə şərh edən dəlil odur ki, ayə nazil olan vaxt möminlərin bir-birinə kömək, sevgi, dostluq və s. hissiyyatlarına uyğun olmuşdur. O zaman imamətdən söhbət ola bilməzdi.
Eyni zamanda ortaya sual çıxır ki, əgər rükuda zəkat vermək əfzəl əməldirsə, onda bu əməl niyə heç bir fiqh kitablarında qeyd alınmamışdır

 
For_IslamTarix: Cümə axşamı, 02.04.2009, 08:03 | İsmarıc # 34
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
Deməli,Qədir Xumdan qurtarıb başqa məsələyə keçirsiz.Eyib etməz

Bizdə Əlinin (ə) xəlifəliyinə dair hədis və rəvayətlər çoxdur. Görən sizdə Əbubəəkrin xəlifəliyinə dair bir tutarlı dəlil var? wink
 
HuzeyfaTarix: Cümə, 03.04.2009, 23:00 | İsmarıc # 35
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (For_Islam)
Bizdə Əlinin (ə) xəlifəliyinə dair hədis və rəvayətlər çoxdur. Görən sizdə Əbubəəkrin xəlifəliyinə dair bir tutarlı dəlil var?

Əbu Bəkrin xəlifəliyi şəriət dəlilləri əsasında isbat olunmuşdu, yoxsa məşvərətlə?
Əbu Bəkrin xəlifəliyinin nə ilə isbat olunması haqqında üç fikir mövcuddur:
Birinci fikir: Onun xəlifəliyi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) açıq-aşkar sözləri ilə isbat olunmuşdu.
Əbu Musa əl-Əşarinin (r.a) belə dediyi rəvayət edilmişdir: “Allah rəsulu xəstələnmiş və xəstəliyi şiddətlənmişdi. Belə buyurdu: “Əbubəkrə deyin camaata namaz qıldırsın”. Aişə (r.a) dedi: “-Ya Rəsulullah! Əbubəkr yumuşaq qəlblidir, sizin yerinizə keçsə camaata namaz qıldıra bilməz. Yenə Rəsulullah (s.ə.s): “Əbubəkrə əmr edin camaata namaz qıldırsın” buyurdu. Aişə eyni sözünü təkrarlayınca Allah rəsulu (s.ə.s) belə buyurdu: “Əbubəkrə əmr et camaata namaz qıldısın. Onsuzda siz qadınlar, Yusifi aldatmağa çalışan qadınlarsız” Beləliklə Rəsululahın elçisi Əbubəkrin yanına gəlib ona xəbər verdi. O da Rəsulullah (s.ə.s) həyatda ola-ola camaata namaz qıldırdı (Bu hədisi Buxari və Muslim rəvayət etmişlər. Hədis mütavatirdir).
Hz Aişə (Allah ondan razı olsun) demişdir: “ Allah rəsulu xəstələndikdə mənə belə dedi: “Mənə atan Əbubəkrlə qardaşını çağır ki, bir məlumat yazım. Çünki qorxuram ki, (vəfatımdan sonra) bir həvəsli (xilafəti) arzulayar və biri “Mən xilafətə daha layiqəm” deyər, halbuki Allah da, möminlər də Abubakrdan başqasını qəbul etməzlər.” (Buxari, Muslim).
İkinci fikir: Onun xəlifəliyi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gizli sözləri ilə isbat olunmuşdu. Buna misal, onun yanına gəlib, "sən olmasan kimin yanına gələrəm" – deyən qadına, "Əbu Bəkrin yanına gələrsən" – deməsidir. Bu fikirdə olanlar deyirlər ki, bu onun xəlifəliyinə gizli işarədir. Abu Bəkrin (r.a) halifə secilməyi baresində

Hafiz ibn Kəsir deyib: “Hz Ali (r.a)-dan tavatur olarag sabit olmuşdur kiç o deyib: “Ey insanlar, bu ümmetin en heyrilisi Abu Bakrdi, onnan sonra Umardi, isteseydim ücüncü insanin adinida diye bilerdim”. (Bax “Al bidaya va nihaya” 7/334, Məktəbatul Marife)
Hz Ali hemcinin deyib: “Kim meni o ikisinen daha fəziletli hesab etse, bilsinki ona iftiraci kişiye uygunlanan ceza ile cezalandiraram”. (bax Hafiz ibn Hajar Al Askalani “Lisan ul mizan” 3/290)
Bizim sevimli peygamberimiz (s.a.s) deyib: “Mennen sonra Abu Bakr ile Umara tabe (iktida edin) olun” (bax Muhammad ibn İsa At Tirmizi “Sunnan” cild 3, seife 266,hadis 3662; bax İbn Mace, mukadimme, hadis 27)
Nabi (s.a.s) deyib: “Aranizda ne kadar galacagimnan hebersizem, Mennen sonrakilere tabe olun”, deyib ve Abu Bakr ile Umara işare etdi” (bax Muhammad ibn İsa At Tirmizi “Sunnan” cild 3, seife 266,hadis 3663; bax İbn Mace, mukadimme, 17)
Nabi (s.a.s) deyib: “Cemat arasinda Abu Bakr olarken, onnan başkasi imam olmaga layig deyil”. (bax Muhammad ibn İsa At Tirmizi “Sunnan” cild 3, seife 268,hadis 3673)
Cubeyr ibn Mutim (r.a) revaet edib: “Bir gadin Nabi (s.a.s) yanina gəlib bir məsələ baresində danişdi. Nabi (s.a.s) əmr etdi ki gelen dəfə gadin gələndə. Ona bəzi şeylər verilsin. Gadin dedi: “Ya rasüulullah. Gələn dəfə gələndə səni tapmasam, nə edim?” Nəbi (s.a.s) dedi: “Məni tapmasan Abu Bakrin yanina gəl”. (bax Muhammad ibn İsa At Tirmizi “Sunnan” cild 3, seife 269,hadis 3676; Muhammad ibn İsmayil Buhari “Sahih”, mənagib 27; imam Muslim “Səhih”, Fədayil 17)
Kadi ibn Arabi revaet edir: “Rasulüllah (s.a.s) həstələnən vaht Abbas hz Alinin yanina gelib dedi: “Dogrusu Mutallib oğullarin üzlerində ölüm əlametini gerirem. Gəl gedək Rasulluhin (.s.a.s) yanina soruşak, eger bu iş. (halifət) bizimdise heberimiz olsun”. Hz Ali (r.a) dedi: “Vallahi, bunu Rasullahdan (s.a.s) soruşsak ve bize menfi cevab verse, bunan sonra millet bize həlifəlik vermeyecek. Vallahi bu işi Nabi(s.a.s)-nen esla soruşmaram” Bunu rəvaet ettikden sonra ibn Arabi deyir: “Bu hədis hz Alinin halifeligine olan işareleri cürüdür. “Hz Alinin halifeliyine nass va deyenlerin iddiasi ne yerde galir?” (bax “El avasim minel kavasim” seife 187, Matbaatul salafiya)
İbn Hümam başga bir fikir irəli sürur : “Cox adamlarin “Rasulüllah (s.a.s) hec bir kimseni acig-aydin həliə tayin etməyib” deməklərinən məksəd odur ki Nabi (s.a.s) hem kimseni hələfəliyə acig-aydin təyin etməyib. Amma (və’h) vasitasi ile, onnan (həlifə) kim oldugunu bilirdi”.
(bax İbn Hümam “El musayre şerhul musayere”, El matbaatul kubra el emiriye, kitabinin 255 səifəsində)
İmam Nəvəvi deyib: “Ümmət hz Abu Bakrin hilafetinin sahih olmasi baresində icma etmişdi. Sahabələr onun iclerinde ən fəzilətli ve bu işə başgalarinan daha layig oldugunu bilerkən, onu gabaga vermişdilər. O yapilan biat hagginda hadis məşhurdu.
Hz Ali deyib: “Rasüllulah (s.a.s) Abu Bakra cemaata namaz gildirmasina emr ettikde, mən orada idim, başga yerde deyildim, saglam idim həstə deyildim. Məni namaz gildirmag ücün, gabaga cihartmag isteseydi, cihardardi. On gere biz, Allah ve Rasülu dini məsələlərdə razi olduklari kimseni, biz dünyavi məsələrdə razi oldug” (Bax “Tahzibul esma va lügati” 2/191, Darul kutubul ilmiye)
Üçüncü fikir: Onun xəlifəliyi məşvərət yolu ilə isbat edilmişdir.
Mənim fikrimcə, onun xəlifəliyi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) açıq-aşkar deyil, gizli sözləri ilə isbat olunmuşdu. Daha doğrusunu Allah bilir.

Прикрепления: buBkrkimidivonu.doc (114.0 Kb)
 
For_IslamTarix: Cümə, 03.04.2009, 23:20 | İsmarıc # 36
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, Hüzeyfa təkrara yol verdiniz, o sualın üçünü də cavablandırmışdım.
Ümumiyyətlə xəlifənin təyini Allaha məxsusdur. Hər halda min ümmət yığışa üstəgəl min dənə də o qədəri yığışa və içində hamsı alim - mühacir - ənsar ola onların elmi Allahın elminə çatmaz ki. Ədaləti də ədalətinə . Düzdür?

Добавлено (03.04.2009, 23:20)
---------------------------------------------
P.S ibni Kəsirin Tarix kitabını boxçadan yükləyə bilmədim. Zəhmət olmasa bura yükləyin.

 
AdministratorTarix: Şənbə, 04.04.2009, 11:43 | İsmarıc # 37
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, bu aralar həqiqətən başım qarışıqdı. Amma inşallah vaxt tapan kimi o batil fikirlərinizi cavablandıracam. İltimasi dua!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Bazar, 05.04.2009, 20:09 | İsmarıc # 38
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Salamun aleykum və rahmətullahi və bərakatuh.
Quote
Deməli,Qədir Xumdan qurtarıb başqa məsələyə keçirsiz.Eyib etməz.

Xeyr, "Qədiri-Xum" məsələsi qurtarmadı, siz İsmarıc # 28-a tutarlı cavab verə bilmədiniz. For İslam qardaşın dediyi kimi Həzrət Əli (ə) vəlayətinə dəlil "n" qədərdir. Əgər mən bunlardan növbətisini göstərdimsə burada eyibli heç nə yoxdur.

Quote
Bu ayənin Əliyə (radıyallahu ənhu) görə nazil olması heç bir hədis toplusunda qeyd olunmayıb, lakin Təbəri bu ayənin şərhində müxtəlif rəvayətlər gətirir və Əli (radıyallahu ənhu) haqqında olduğuna dair iki rəvayət gətirir, lakin İbn Kəsir bu iki rəvayətin zəif və ravilər isə cahil olduğunu qeyd edir;

Bu yalan məqələlərdən bezmədiniz? Bura kopyalamamışdan qabaqdan oxuyun da heç olmasa. Bunu yazanlara həqiqətən ar olsun! Ar olsun bu qədər korluğa!

1-Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: “Əli (ə) namazda rüku halında olarkən, bir yoxsul ondan kömək istəyir. Əli (ə) də öz üzüyünü çıxarıb ona verir. Peyğəmbər (s) o yoxsuldan “Bu üzüyü sənə kim sədəqə verdi?” – deyə soruşduqda, o, imam Əliyə (ə) işarə edib deyir: “Rüku halında olan o kişi!” Bu zaman “Həqiqətən, sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir...” – ayəsi nazil olur (“Əd-durrul-mənsur”, 2-ci cild, səh. 293). Bu kitabda elə həmin məzmunla İbn Abbasdan, Səlmət ibn Küheyldən və imam Əlinin (ə) özündən rəvayətlər nəql olunmuşdur.

2-Vahidi də “Əsbabun-nüzul” kitabında Cabir ibn Abdullah və İbn Abbasdan nəql etmişdir (“Əsbabun-nüzul”, səh. 148.).

3- Məşhur təfsirçi Carullah Zəməxşəri “Kəşşaf” təfsirində yazır: “Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Bir gün Əli (ə) məsciddə namaz qılırdı. Rüku halında bir yoxsul gəlib, ondan kömək istədi. Əli (ə) üzüyünü çıxarıb ona verdi.” (“Kəşşaf” təfsiri, 1-ci cild, səh. 649.).

4-Fəxri-Razi öz təfsirində Abdullah ibn Salamdan belə nəql edir: “Bu ayə nazil olduqda, Allahın Rəsuluna (s) dedim: “Mən öz gözlərimlə gördüm ki, Əli (ə) rüku halında öz üzüyünü yoxsula sədəqə verdi. Buna görə də biz onun vilayət və rəhbərliyini qəbul edirik.” Həmçinin Əbuzərdən də belə nəql edir: “Bir gün Peyğəmbərlə (s) birgə günorta namazını qılırdım. Bu zaman bir yoxsul məscidə girib kömək istədi və heç kəs ona kömək etmədi. Yoxsul əlini göyə qaldırıb dedi: “İlahi, şahid ol! Mən Peyğəmbərin (s) məscidində kömək istədim, lakin heç kim mənə kömək etmədi.” Əli (ə) namaz halında ikən o yoxsula sağ əli ilə kiçik barmağındakı üzüyü götürməsini işarə etdi. O, Peyğəmbərin (s) gözü önündə gedib, Əlinin (ə) barmağından üzüyü çıxartdı. Peyğəmbər (s) dedi: “İlahi! Qardaşım Musa Səndən sinəsinin genişlənməsini, qardaşı Harunun onun peyğəmbərliyinə şərik olmasını istəyəndə..., ona buyurdun: “Mən tezliklə səni qardaşın vasitəsilə gücləndirəcək, sizə qüvvət və qələbə bəxş edəcəyəm.” İlahi! Mən Məhəmməd, Sənin peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişləndir, işləri mənə asanlaşdır, mənim üçün Əhli-beytimdən bir vəzir tə’yin et, məni onun vasitəsilə güclü və qüvvətli et!”
Əbuzər deyir: “Allaha and olsun! Allahın Rəsulu (s) hələ sözünü qurtarmamışdı ki, Cəbrail nazil olub dedi: “Ey Məhəmməd! Oxu: “İnnəma vəliyyukumullahu və Rəsuluhu (“Kəbir” təfsiri, Fəxri-Razi, 12-ci cild, səh. 26).

Deyirsiniz ki, bu hədis heç bir hədis toplusunda qeyd edilmir. Kənzül-ümmal” kitabının 6-cı cildinin 319-cu səhifəsində bu rəvayət nəql olunmuşdur. Həmçinin 5-ci əsrin məşhur alimlərindən olan Hakim Həskani Hənəfi onu “Şəvahidut-tənzil” kitabında altı müxtəlif silsilə sənədlə İbn Abbasdan, iki sənədlə Ənəs ibn Malikdən, iki sənədlə Məhəmməd ibn Hənəfiyyədən, bir sənədlə Əta ibn Saibdən, bir sənədlə Əbdül-Məlik ibn Cərih Məkkidən və onlar da Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər ki, “innəma vəliyyukumullah...” – ayəsi namazın rükusunda öz üzüyünü yoxsula verən Əli (ə) haqda nazil olmuşdur.

İndi mən sizdən tələb edirəm! İddia etdiyiniz kimi o cahil və zəif raviləri mənə göstərin!

Quote
Rəvayət nəinki sənəd cəhətdən, həmçinin mətnə görə də zəifdir. Çünki namazın fəziləti odur ki, orada artıq hərəkət olmasın
Əgər bu doğru olsa idi, onda ən fəzilətli zəkat rükuda olardı, ancaq bunu heç bir alim deməyib

Bunu Quran deyirsə məgər bu fəzilətli əməl deyil?! Bu iradın sahibi bilməlidir ki, yoxsulun səsini eşitmək, kiməsə yardım etmək Allahdan qeyrisinin, özünün və dünya malının fikrində olmaq deyil, əksinə bu özü də bir növ ibadət və Allaha boyun əyməkdir.
Yoxsulların istək və səsləri qarşısında imam Əli (ə) kimi böyük şəxsiyyətin pak qəlbi həmişə həssas idi və həmişə onların səsinə cavab verirdi. O, bu işlə ibadəti ibadətə qoşur, namaz halında zəkat verməklə yalnız Allahın əmrlərini yerinə yetirirdi.
Doğrusu, bu irad Qur’ani-kərimə irad sayılır. Çünki Allah-taala bu ayədə rükuda zəkat verməyi tə’rifləyir, onu böyük adla yad edir. Əgər bu əməl qəflət və Allahdan yayınmaq sayılsaydı, onda yüksək və bəyənilmiş bir sifət kimi yad edilməzdi? Biz isə tamamilə bunun əksini görürük. Belə bir irad tutan təəssübkeşlər imam Əlinin (ə) fəzilətini inkar etmək istəsələr də, həqiqətdə Allaha irad tutmuşlar.
Fəxri-Razi yazır: “Əliyə (ə) yaraşan iş Allahın zikri ilə məşğul olmaqdır. Belə kəs isə başqasının sözünü eşidib başa düşə bilməz.” (Beləliklə, yoxsulun istəyini yerinə yetirmək namazın qaydaları ilə ziddir!)
Fəxri-Raziyə sual oluna bilər ki, əgər bu iş namazın qaydaları və qəlbin hazırlığı ilə uyğun gəlməsəydi, bəs, nə üçün Allah-taala bu işi tə’rifləmiş, mö’minlərin vilayətini belə bir kəsə layiq bilmişdir? Şübhəsiz, namaz halında yoxsulun səsini eşidib, istəyini yerinə yetirmək ani baş verən əlavə ibadətdir. (Bizi həqiqətdən uzaqlaşdıran təəssübkeşlikdən Allaha pənah aparırıq!)

Quote
Rüku kəlməsi ərəb dilində müxtəlif mənalar verir: Allahdan qorxmaq, təvazökar olmaq, zəlil olmaq, həmçinin namazda duruşun adıdır. Cəhalət dövründə ərəblər bu sözü həniflərə deyirdilər, çünki onlar bütlərə ibadət etmirdilər. Bu da Quranda mövcuddur: Bax “əl-Bəqərə” surəsi ayə 43, “Sad” surəsi ayə 24. “əl-Maidə” surəsi 55-ci ayəsinin axırında “hum rakiun” ifadəsi həmin mənadadır.
Yəni: “Allah və elçisinə iman gətirən odur ki, rüku halında namaz qılıb zəkat verərlər”. Burada namazda olan duruş növü olan rükudan söhbət getmir! Ayədəki rüku məs ixlas və təvazökarlıq əsnasındadır, çünki ayədə namaz qeyd olunmuşdu və namaz halına ikinci dəfə qayıtmağa ehtiyac yoxdur. Göründüyü kimi, burada ayənin rüku kəlməsi namazı və zəkatı nə cür verilməyini göstərir
Ayədə sözlərə fikir versək indiki zamanda işlədildiyini görərik. Bu ayədə keçmiş hadisədən bəhs edilmir, əksinə, davamlı əməldən söhbət gedir. Yəni möminlərə keçmiş hadisədən bəhs edilmir, əksinə, davamlı bu halda olsun (yəni Allahdan qorxaraq, ixlasla, riyasız). Bu davamlı bir əməldir və zamana görə məhdudlaşmır.
Şiələr deyirlər ki, bu əməl Əli (radıyallahu ənhu) ilə qurtarmır, hətta bütün imamlar rükuda zəkat veriblər. Belə olsa idi, onda niyə bu fəzilətli əməli Peyğəmbər (səllallahu əleyhi və səlləm) etməyib???

Çox gülünc bir açıqlama. Gəlin sələf adətlərinizi kənara qoyub təəssübkeşlik etməyək. "əl-Bəqərə" surəsi, ayə 43:
"Və əkıymüs salatə və ətüz zəkatə vərkəu məar rakiıyn"
(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!

Bu ayə ə müsəlmanları cammat namazına təşvik kimi də qiymətləndirilir. Yəni deyir ki, camatla birlikdə namaz qıl, rüku et, Allaha boyun əy!

Sad 24:O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi.

Bu da həmin cürə.
Həmçinin şiələr harada deyir ki, bütün imamlar (yəni 12 imamın) hamısı rükuda zəkat verib?

Quote
Həmçinin bu uydurma rəvayətə baxanda, görə bilərik ki, namaz qılanların namazı bitəndən sonra yoxsul zəkatı istəsə verilsin. Məgər əfzəl olmazdımı ki, namaz qılanlar namazı bitirdikdən sonra zəkatı ona versin? Elə bir zəruriyyət nədə idi?

Buna cavab verildi.

Quote
Bilmək lazımdır ki, ibrət özünün xüsusiliyində yox, ümumiliyindədir. Əgər doğurdanda bu ayə Əlinin (radıyallahu ənhu) əməlinə görə olubsa, onda bu təkcə ona xas deyil. Yəni kim bu cür etsə, onlara aid olur;

Bu iddianız da tutarsızdır:
Həm şiə, həm də sünnilərin kitablarında “müstəfiz”, hətta “mütəvatir” şəkildə nəql olunan rəvayətlərdə ayənin nazil olma səbəbinə diqqət yetirdikdə, onun bir fərdə aid olduğuna heç bir şübhə qalmır. Başqa sözlə, hədislər və İslam tarixi şahiddir ki, rüku halında yoxsula üzüyünü sədəqə verən bir qrup yox, yalnız Əli (ə) olmuşdur. Buna əsasən, deyə bilərik ki, ayədəki ifadələrin cəm formada işlədilməsində məqsəd ehtiram və həmin şəxsin məqamını yüksəltməkdir. Çünki ərəb ədəbiyyatında cəm formada işlədilən sözdən bir nəfər nəzərdə tutulduğuna çox rast gəlinir. Məsələn, “mübahilə” ayəsində “nisaəna” (qadınlar) sözü cəm formada işlədilsə də, onun nazil olma səbəbini nəql edən rəvayətlərə əsasən, məqsəd, təkcə Fatimeyi-Zəhradır (ə.s). Eləcə də, həmin ayədə qeyd olunan “ənfusəna” (özlərimiz) sözünün cəm formasında işləndiyi halda, bütün alimlər qəbul edirlər ki, mübahilədə İslam peyğəmbərindən başqa camaatın arasından yalnız Əli (ə) iştirak etmişdir.
“Həmraul-əsəd” müharibəsi ilə bağlı nazil olan ayədə də belə buyurulur:
الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً
“...O kəslər ki, camaat onlara dedilər: “(Düşmən ordusundan) bir qrup sizə hücum etmək üçün əlbir olmuşlar. Onlardan qorxun. Lakin onlar (nəinki qorxmadılar, hətta) imanları daha da artdı.”
Bu ayədə xəbər verən kəsin cəm formada “nas” (camaat, insanlar) sözü ilə qeyd olunmasına baxmayaraq, tarixdə göstərildiyi kimi, o, yalnız Nəim ibn Məs’ud olmuşdur.
“Maidə” surəsinin 52-ci ayəsində buyurulur:
فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَن تُصِيبَنَا دَآئِرَةٌ
“Ürəklərində xəstəlik (nifaq) olanları, onlarla (yəhudi və məsihilərlə) dostluq etməkdə bir-birini ötənləri və “Bizə bir fəlakət üz verməsindən (və onların köməyinə möhtac olacağımızdan) qorxuruq” deyənləri görərsən.” Bu ayə də təkcə Abdullah ibn Übeyy haqqında nazil olsa da, onun ifadələri cəm formasında işlədilmişdir.
“Mümtəhinə” surəsinin 1-ci ayəsindəki xitab ümumi olsa da, Hatib ibn Übeyy Bəltəə haqqında nazil olmuş, “Münafiqun” surəsinin 8-ci ayəsinin şəxs əvəzliyi cəm formasında işlənsə də məqsəd Abdullah ibn Übeyydir. Bir çox hədislərə əsasən, “Bəqərə” surəsinin 274-cü ayəsi imam Əlinin (ə) haqqında nazil olmuş, onun bütün şəxs əvəzlikləri isə cəm formasında gəlmişdir. “Bəqərə” surəsinin “(Ya Məhəmməd!) Səndən Allah yolunda nə verəcəkləri haqqında soruşanlara söylə...” ayəsindəki əvəzlik cəm formasında olsa da, soruşan şəxs yalnız Əmr ibn Cümuh olmuşdur. Görəsən, bu ayələrdə məqsəd bir nəfər olduğu halda, onun əvəzlikləri nə üçün cəm formada işlənmişdir? Ola bilsin ki, səbəb nəzərdə tutulan şəxsə hörmət, bə’zən də başqalarının həmin şəxslə bir fikirdə olmasıdır. Ayələrə diqqət yetirdikdə, bunu (ehtiram və ya eyni fikirdə olma) bir-birindən ayırd etmək olar. Bundan əlavə, Qur’ani-kərimin əksər ayələrində Allah-taala Özü haqda söz açdıqda, əvəzlikləri cəm formasında işlədir. Halbuki Onun müqəddəs zatı tək və misilsiz, hər cəhətdən “əhəd” və “vahid”dir. Bunun cavabında deyə bilərik ki, böyük bir şəxsin idarəçiliyi və işlərini yerinə yetirməkdə ona tabe olan mə’murları var. Bu da səbəb olur ki, o, fərd olduğu halda, əvəzlikləri cəm formasında işlətsin. Başqa sözlə, ayələrdəki bu cəm ifadələr Onun uca məqamını və böyüklüyünü göstərir.

Quote
Vəli kəlməsinin mənası bunlardır: idarəçi, rəhbər, kömək edən, dost və s. Məs bu ayə göstərir ki, ayədə keçən vəli sözünün mənası çox aydındır. Bunu bilmək üçün bu ayədən əvvəl və sonra gələn ayələri oxuyana aydın olar ki, söhbət nədən gedir. Məlum olur ki, söhbət kafirlə dostluq və sevgi əlaqəsindən gedir. Allah kafirlərə kömək və dostluq etməyi qadağan edir.
Daha aydın olsun deyə “Tövbə” surəsiini 71-ci, “Nisə” surəsinin 89-cu və 139-cu ayələrinə müraciət etməyi məsləhət bilirəm. Onda “vəlinin” bu ayədə hansı mənada olduğu aydın olar. Həmçinin “Maidə” surəsinin 51-ci ayədən 57-ci ayəyə kimi oxuyun.

Belə etdikdə ayədə söhbətin nə haqda getdiyi aydın olur, çünki ayədə kimlərlə vəli olmaq (dostluq etmək) qadağan olunur və kimlərlə vəli olmaq əmr olunur. Məlum olar ki, əvvəl və sonra qadağan edilən vəlilik, məs dində olan sevgi haqqındadır. Əvvəl və sonra ayələrin arasında keçən “Maidə” surəsinin 55-ci ayəsində də həmin vəlilikdən söhbət gedir.
Ancaq başqa mənada olması üçün, güclü dəlilə ehtiyac duyulur, çünki dostluq və sevgi mənasında gələn ayələrdən sonra, “vəlilik” sözünün dərhal bir ayədə rəhbərlik mənasında işlədilməsi və sonradan yenə “vəlilil” sözünün dostluq və sevgi mənasına qayıtması, təfsir elminə və dilçiliyə görə (xüsusən Quranın dilinə görə) güclü səbəb tələb edir ya da düzgün hall deyil;

Başqa cəhətdən isə, burada imamət haqqında heç bir söhbət yox idi, əksinə, sevmək və dost mənasında işlədilmişdir

Bu ayədə gələn “vəli” sözü imam Əlinin (ə) müsəlmanların vəlisi və rəhbəri olmasını açıqlayır. Öncə işarə etdiyimiz kimi, “vəli” sözünün müxtəlif mə’naları vardır ki, bə’zən dost, bə’zən hakim və rəhbər mə’nasında işlədilir. Rağib İsfahaninin yazdığına görə, bu sözün ilkin mə’nası aralarında heç bir fasilə olmayan iki şeyin sıx rabitəsini bildirir. Sonra əlavə edərək yazır: “Vilayət” dostluq və kömək, “vəlayət” isə rəhbər və ixtiyar sahibi mə’nasını ifadə edir” (Müfrədati-Rağib”, “vəli” sözü).

Ayədə mövcud olan dəlillər göstərir ki, burada “vəli” rəhbər və ixtiyar sahibi mə’nasındadır. Çünki burada “vəli” dost və yardımçı mə’nası kimi işlənsə, onda bütün mö’minlərə aid olacaq. Necə ki, “Tövbə” surəsinin 71-ci ayəsində belə buyurulur:
وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ
“Mö’min kişilər və qadınlar bir-birlərinin dostlarıdır...”
Lakin bəhs etdiyimiz ayədəki vilayət sözü xüsusi hala, rüku halında sədəqə verən şəxsə aid edilmiş və inhisar bildirən “innəma” (yalnız və yalnız) sözü ilə birgə qeyd olunmuşdur. Bu ifadə isə vilayət sözünün dostluq və yardım kimi (eləcə də buna oxşar digər) mə’nalar daşımasına imkan verir. Beləliklə, yeganə yol odur ki, “vəli” sözünün ixtiyar sahibi və rəhbər mə’nasını, Allahın və Peyğəmbərin (s) vilayəti ilə yanaşı tutulan cəhətini qəbul edək.
Sonrakı ayə (ayənin davamı):
وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ
“Hər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özünə vəli seçsə, (qələbə çalar). Şübhəsiz ki, Allahın dəstəsi məhz qələbə çalanlardır!”
Həqiqətdə, bu ayə qabaqkı ayənin məzmununu tam dolğun ifadə edir. Bizi ondakı vilayət sözünün ixtiyar sahibi və rəhbər mə’nasında olmasını göstərən daha bir dəlillə qarşılaşdırır. Belə ki, “hizbullah” (Allahın dəstəsi) və “düşmənlərə qələbə çalma” ifadələri sadə və adi dostluqla deyil, İslam hökumətinin təşkili ilə əlaqədardır. Bu da göstərir ki, əvvəlki ayədə qeyd olunan “vəli” sözü müsəlmanların rəhbəri mə’nası ilə uyğundur. Hətta “hizb” (dəstə) sözünün müştərək hədəfləri tə’min edən ictimai quruluşa aid olması vilayət və rəhbərliklə daha münasibdir.

Quote
Tarix göstərir ki, Əli (radıyallahu ənhu) Peyğəmbərin (səllallahu əleyhi və səlləm) vaxtında yoxsul idi, hətta Fatiməni (radıyallahu ənhə) alanda onun mehri qalxan olub;

Quote
Əgər bir adamın boynuna zəkat düşərsə, zəkatın şərtlərinə görə o gözləməməlidir ki, kimsə istəsin və zəkatı özü çıxartmalıdır
Tarix göstərir ki, Əli (radıyallahu ənhu) Peyğəmbərin (səllallahu əleyhi və səlləm) vaxtında yoxsul idi, hətta Fatiməni (radıyallahu ənhə) alanda onun mehri qalxan olub;

Qur’ani-kərimin bir çox ayələrində müstəhəb sədəqəyə zəkat adı verilmişdir. Hətta “məkki” surələrinin çoxunda zəkatdan söz açılır ki, məqsəd müstəhəb sədəqədir. Çünki zəkat Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra vacib edilmişdir. Bu məsələ “Nəml” surəsinin 3-cü, “Hud” surəsinin 39-cu, “Loğman” surəsinin 4-cü, “Fussilət” surəsinin 7-ci ayələrində açıqlanmış və bu surələr Məkkədə nazil olsa da, onlarda müstəhəb zəkat nəzərdə tutulmuşdur. Bundan əlavə, imam Əli (ə) dünya malından özü üçün bir şey yığmasa da, müharibə qənimətlərindən pay alırdı. Şübhəsiz, öz zəhməti ilə də qazanc kəsb edirdi və yoxsula verdiyi çox da bahalı olmayan gümüş üzüyün bu yolla əldə edilməsi çətin bir iş deyildir.

Quote
Görünür ki, Əlidən (radıyallahu ənhu) başqa bu ayə hamıya münasibdir. Çünki mühacir və ənsarlara görə nazil olmağı ayədə olduğu kimi cəm halında olanları göstərir. Həmçinin Əbu Bəkrə (radıyallahu ənhu) də münasib etmək olar, çünki ayədən qabaq mürtədlərdən söhbət gedir,

Aha, indi görün kimdir Əhli-beyt (ə) düşməni?! Deməli, Əliyə (ə) aid ola bilməz, amma heç bir ravəyət olmadığı halda Əbu Bəkrə aid olar?! Əbu Bəkrə ancaq mağaradakı qorxaq nisbəti aid olar!

Quote
Eyni zamanda ortaya sual çıxır ki, əgər rükuda zəkat vermək əfzəl əməldirsə, onda bu əməl niyə heç bir fiqh kitablarında qeyd alınmamışdır

Bu Quranda əfzəl bir əmə kimi qeyd olunur, sizin fiqh kitabları bizi maraqlandırmır!

Hüzeyfa, sizin bütün iddialarınıza cavab verildi, mənim də öz növbəmdə ünvanladığım suala cavab verin! Əbu Bəkrin qəsbkar xilafətinə gətirdiyiniz batil dəlilləri də imkan olan kimi cavablandırarıq inşallah.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Şənbə, 11.04.2009, 00:30 | İsmarıc # 39
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Xeyr, "Qədiri-Xum" məsələsi qurtarmadı, siz İsmarıc # 28-a tutarlı cavab verə bilmədiniz.

Siz yazmışdız:Peyğəmbər (s) buyurub: "Mən kimin vəlisiyəmsə Əli də onun vəlisidir". Peyğəmbər (s) bizim hamımızın rəhbəridir, yəni vəlisidir. Deməli Peyğəmbər (s) eyni cümlədə Əliyə (ə) də xitab edirsə bu "rəhbər" anlayışı Əliyə də şamil olmurmu?

Məgər Allah və Rasulu möminlərin dostu və hamisi deyil?Məgər Quranda Allah dəfələrlə özünü möminlərin dostu adlandırmır.Həmçinin Rasulullah (s.a.s) də möminlərin dostudur.Amma,siz mənim sualıma ismaric 27-ə dolğun cavab vermədiz.
Maidə 55 ayəsi baradə geniş yazmısız,çoxsağolun.Dəfələrlə qeyd olunub ki,doğru yol bir məsələdə olan səhih,dolğun,icma olunan dəlillərə istinad etməkdir.Əks təqdirdə həqiqəti aşkar etmək mümkün olmaz.Çünki,hər məsələdə dəlillər vardır.Fəqət,dəlildən dəlilə fərq vardır.Həmçinin bir kafir və ya İslamda olmayan biri belə Qurandan,hədislərdən müsəlmanların əleyhinə dırnaqarası dəlil gətirə bilər.Necəki,bu baradə çoxlu yazılar və kitablar yazıblar.Yenə də problem məsələlərə hansı niyyətlə yanaşma tərzindədir.Allah bizi ixlaslı qullarından etsin.

OFFTOP
BU YAZINI ARTIQ NEÇƏNCİ DƏFƏDİR KOPYALAYIRSINIZ, MƏN SİZİN NAMAZDA HUŞU İLƏ BAĞLI İDDİANIZA CAVAB VERMİŞƏM. "RÜKU" TERMİNİ MƏSƏLƏSİNƏ DƏ VAXT OLAN KİMİ CAVAB VERƏCƏM İNŞALLAH

Quote (Adminstrator)
Əbu Bəkrə ancaq mağaradakı qorxaq nisbəti aid olar!

Əbu Bəkr (r.a) və Səhabələrə kininiz bəllidir.Bu davranışınız adi müsəlman əxlaqına sığmır.Əslində bu ayə Əbu Bəkr (r.a)-in fəzilətini görsədir.Ayə belədir:(Ey mö'minlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): "Qəm yemə, Allah bizimlədir!"-dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə 40)
Sual olunur:Əbu Bəkr (r.a) kimin üçün qorxurdu.Təbii ki,müşriklərin onları tapacaqlarından və Rasulullah (s.a.s)-i öldürəcəklərindən qorxurdu.Unutma ki,Əbu Bəkr (r.a) 13 il Məkkədə Rasulullah (s.a.s)-i qoruyanlardan biri idi və onun yaxın silahdaşı idi.İnsanların haqqına girməkdən bezmədiniz?
Bu ayəyə şərh verə bilərsiz?
"...adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, - deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır." (Əhzab 37)
Məntiqinizi işə salın.

Quote (Adminstrator)
Bu Quranda əfzəl bir əmə kimi qeyd olunur, sizin fiqh kitabları bizi maraqlandırmır!

Mən bir şey deyim.Əslində Əhli Sünnə yəni İslamın mirası elə zəngindir ki,onu tam öyrənmək mümkün deyil.Onun qaynağı Allahın kitabı və Rasulunun (s.a.s) sünnətidir.Bütün İslami qaydalar bu mənbələrdən əxz olunub.Sizin kitablar və alimləriniz isə daim öz əsərlərində,hökmlərində,fətvalarında Əhli Sünnə mənbələrindən istifadə ediblər.Çünki,sizin Rasulullah (s.a.s)-in sünnətindən mirasınız azdır.Bunu inkar edə bilməzsiz.
 
AdministratorTarix: Şənbə, 11.04.2009, 20:09 | İsmarıc # 40
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Birinci fikir: Onun xəlifəliyi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) açıq-aşkar sözləri ilə isbat olunmuşdu.

O yazdığınız hədislərə şərh vermirəm. Bir cümlə ilə- bu iddianız batildir! Çünki Səqifədə heç kim bundan demədi, heç Əbu Bəkr özü də! İkincisi əgər Əbu Bəkr xəlifə təyin edilmişdisə onlar nəyi müzakirə edirdilər? Peyğəmbərin (s) əmrinimi? Bu iddianız əql və məntiqlə uzlaşmır. Bütün İslam aləmi Əbu Bəkrin heç vaxt Peyğəmbər (s) tərəfindən təyin edilməməsini bilir.

Quote
İkinci fikir: Onun xəlifəliyi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gizli sözləri ilə isbat olunmuşdu.

Çox gözəl deməli, ümmətə təyin edəcəyi xəlifəni gizli şəkildə bildirirdi. Heç kimin xəbəri olmasın. Görün siz kimləri özünüzə sələf seçmisiniz?!

Quote
Üçüncü fikir: Onun xəlifəliyi məşvərət yolu ilə isbat edilmişdir.

Necə ola bilərdə ki, Allah və onun peyğəmbəri (s) ümmətin rəhbərliyini (necə əzab-əziyyətlə bərqərar edilmiş dini) xətakar cəmiyyətin seçiminə buraxdı?
Yaxşı digər bir tərəfdən niyə bu məşvərətdə bir nəfər də olsun (fəziləti açıq-aşkar bəyan olunmuş olan) Əhli-beytdən 1 nəfər də iştirak etmədi? Quran onlara sevgini əmr edir, məgər onların buna haqları yoxmuydu?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
İslamiyyət forumu » İslam » 14 məsum » Əli-ibn-Əbu-Talibin (ə) ve xilafətə (Busmillah!)
  • Страница 2 из 3
  • «
  • 1
  • 2
  • 3
  • »
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz