Baş səhifə Birlikdə Quran oxuyaq.. - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Birlikdə Quran oxuyaq..
PünhanTarix: Çərşənbə, 11.02.2009, 15:07 | İsmarıc # 1
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bagışlayan və mehriban Allahin adı ilə
Şükürlər olsun aləmlərin Rəbbinə, Allahın salavat və salamı olsun peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə və onun pak Əhli-beytinə!
Salamun əleykum və rəhmətullah!

Allahın izni ilə hər gün Qurandan ən azı 5 ayə olmaqla biorlikdə oxuyaq.


əl-Fatihə (Kitabı açan) surəsi
(Məkkədə nazil olmuşdur, 7 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1. Mərhəmətli, rəhmli Allahın adı ilə!
2. Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,
3. (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana,
4. Haqq-Hesab (qiyamət) gününün sahibinə!
5. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
6. Bizi doğru (düz) yola yönəlt!
7. Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Добавлено (10.02.2009, 11:02)
---------------------------------------------
.2.
əl-Bəqərə (İnək) surəsi
(Mədinədə nazil olmuşdur, 286 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1. Əlif, Lam, Mim.
2. Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə(Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.
3. O kəslərki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.
4. O kəslərki, sənə göndərilənə (Qur’ana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar,
5. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.

Добавлено (11.02.2009, 15:07)
---------------------------------------------
5. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.
6. (Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.
7. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!
8. İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, -deyirlər.
9. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və mö’minləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.
10. Onlar ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifiq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
  • Страница 1 из 1
  • 1
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz