Baş səhifə Tövhid elmi - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
İslamiyyət forumu » İslam » Tövhid » Tövhid elmi
Tövhid elmi
AdministratorTarix: Bazar ertəsi, 04.08.2008, 15:43 | İsmarıc # 1
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



“Tövhid” sözü ərəb sözü olan “Tohid” kəlməsindən əmələ gəlib və “Təkallahlılıq” deməkdir. İslam əqidəsinin əsasını təşkil edən “Tövhid” 5 yerə bölünür:

1- Allah zatının yeganəliyi. Bu əqdinənin özü də 2 yerə bölünür:

a) Allah zatının təkliyi və şərikinin olmaması.

b) Allah zatında heç bir çoxluq, tərkib və mürəkkəbliyin olmaması.

İslamın müqəddəs kitabı olan “Qurani-Kərim” demək olar ki, başdan ayağa Allahın təkliyinə şəhadət verir. Əvvəlki səhifədə bəhs etdiyimiz kimi “İxlas” surəsi bu məqsədlə nazil olub.

Bununla yanaşı Quranda btüpərəstliyi, məcusiliyi rədd edən, hamını yeganə olan Allaha ibadətə çağıran ayələr kifayət qədərdir, bu haqqda “əl-Muminun” surəsinin 91-ci ayəsində buyurulur: “Allah özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər və onların bir qismi digərinə üstün olmağa çalışardı. Allah Ona aid etdikləri sifətlərdən tamamilə kənardır!”.

Allahın təkliyini qəbul etmək müsəlman olmaq üçün ilk və ən vacib şərtdir. İslam əqidəsinə əsasən Allah sonsuz rəhmət sahibidir, O bütün günahları bağışlaya bilər, lakin ən böyük və bağışlanmaz olan günah Allahı inkar etmək və ya onunla yanaşı başqa ilahi qüvvələrə inanamaqdır. Əgər bəndə şirkdən (qeyd olunan bu əməldən) tövbə etməyib vəfat etsə qiyamət günü yeri qeyri-şərtsiz cəhənnəm olacaq. Bu haqqda Quranda buyurulur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (“ən-Nisa”, 48).

2- Zati sifətlərin yeganəliyi. Tövhid elminin ikinci bölməsində Allahın malik olduğu zati sifətlərin yeganəliyindən bəhs edilir. İslam əqidəsinə əsasən Allah-Təala bir sıra uca kamal sifətlərə malikdir. “Alim”, “Bəsir” və s. kimi sifətlər Allahın zati sifətlərindən sayılır və bunlar Allahın adlarıdır. Quranda Allah bu adlarla dəfələrlə zikr olunmuşdur: “(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur” (“əl-İsra”, 110). Allahın zati sifətləri, ona məxsus olan adlar haqqında sünnədə kifayət qədər sübutlar var. İlahi sifətlər Allah zatının özüdür və bu sifətlərlə Allahı vəsf etmək Onun müqəddəs zatını yad etməyə kifayət edər. Qeyd etmək lazımdır ki, Allahın bu müqəddəs sifətlərini dərk etmək bizim ağlımızdan xaric bir şeydir. Çünki insanın ağlı və düşüncəsi məhdud, Allahın uca sifətləri isə nəhayətsiz və mütləqdir. Nəhayətsiz bir varlığın müəyyən bir məkana sığması isə mümkünsüzdür. Ümumiyyətlə Allaha bənzər olan, Ona tay olan bir varlıq yoxdur. İmam Səccad (ə) bir rəvayətdə buyurur: “Allah-Təala insanların zehnində müəyyən bir sifətlə vəsf olunmaqdan ucadır, çünki onun sifətlərinin həddi-hüdudu yoxdur”.

3- Xaliqdə yeganəlik. Tövhid elminin bu üçüncü hissəsində Allahdan başqa xaliqinin, yaradanın olmaması göstərilir. Başqa cür desək, yəni Allahdan başqa hər kəs yaradılmışdır, Allah-Təala isə yaranan deyil, yaradan varlıqdır. Allah-Təala xaliqliyində heç kəsə möhtac deyil öz qüdrəti sayəsində bütün işlərində müstəqildir. İnsanlara ruzi verən də Allahdır: “Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb haqdan) döndərilirsiniz?” (“Fatir”, 3).

Allah insanı yaratdığı kimi cinləri də, mələkləri də yaradıb. Bu müqəddəs kitabda dəfələrlə zikr olunmuşdur. Bundan başqa heyvanlar, quşlar da Allahın yaratdığı canlılardır. Allahu-Təala insanlar üçün çox gözəl şərait də yaratmışdır, Quranda bu haqqda buyurulur: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!” (“əl-Bəqərə”, 29).

Ümumiyyətlə bu gün elmin aramsız inkişafı da Allah- Təalanın möcüzələrini görməyə kifayət edir. Məsələn, birhüceyrəli varlıqların həyat mübarizəsi, əlverişsiz şəraitdə sistalaşması və s. Bundan başqa Günəş sisteminin qüsrursuz və dəqiq hərəkəti, heyvanların son zamanlar aşkar olunan inanılmaz instikləri Allahu Təalanın xaliqliyinə sübutdur. Quranda buyurulur: “Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa, həqiqətən, Biz sizi torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə. Kiminiz vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılar ki, vaxtilə bildiyini bilməz olar. Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər” (“əl-Həcc”, 5).

4- İbadətdə yeganəlik. Tövhid əqidəsində həmçinin vurğulanır ki, Allah-Təala ibadətə, sitayişə layiq olan yeganə varlıqdır, ondan başqasına ibadət etmək qadağandır və ən böyük günahdır (əvvəldə qeyd etdiyimiz kimi şirkdir). İnsanların yaaradılması səbəbi də məhz Allaha ibadət etmələridir: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (“əz-Zariyat”, 56). İbadət müxtəlifdir, namaz qılmaq, oruc tutmaq, zəkat vermək,sədəqə vermək, saleh işlər görmək, zikr etmək, dindən danışmaq və s. ibadətdir. Əlbəttə ki, onların hər birinin öz yeri var.

Tövhiddə bu bölmə əlbəttə ki, ibadətlərin ancaq bir olan Allaha yönəlməsini təmin edir. Müqəddəs kitabın ilk surəsinin də buyurulur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!”. Rəsuli-əkrəmin (s) səhabələrindən biri deyir: “Mən o, Həzrətlə müharibədə iştirak edirdim. Döyüş şiddətlənəndə Rəsuli-əkrəm (s) başını qaldırıb dedi: “Ey Qiyamət gününün sahibi, yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək istəyirik.” Bu halda düşmənlər məğlubiyyətə uğradılar və İslam ordusu tam qələbəyə nail oldu” (“Kənzul-ümmal”, 4-cü cild, səh.360)

Bu prinsipə sözsüz ki, Peyğəmbər (s), onun Əhli-beyti (ə) və səhabələri sadiq qalmışlar. İmam Əli (ə) bir hədisində buyurur: “Ey Allah, Sənə cəhənnəm odunun qorxusundan, yaxud behişt nemətlərinin həvəsindən ibadət etmədim. Səni ibadət və bəndəçilik üçün ləyaqətli gördüm və buna görə Sənə ibadət etdim” (“Biharul-ənvar”, cild 12, səhifə 186).

Quranda isə bir ayədə Allah öz elçisinə müraciətlə buyurur: “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (“əl-Ənam”, 162).

5- Tədbirdə yeganəlik.

a) Yaranışda olan tədbirin yeganəliyi.

Yaranışda olan yeganəlikdən məqsəd budur ki, varlıq aləmi və onda mövcud olanların hamısının yaradanı vahid Allahdır və heç bir kəs bu yaradılışda Onunla birgə olmamışdır. Qurani-kərimdə oxuyuruq: “Göy və yerdə Allahdan savayı ayrı bir tanrı olsaydı aradan gedib dağılardılar” (“əl-Ənbiya, 22).

b) Hökmdə olan yeganəlik.

Təşridə (hökm və qanunvericilikdə) olan yeganəlikdən məqsəd isə Allah-taalanın məxluqatın və xüsusilə insan həyatının nizama salınması üçün müxtəlif sahələrdə qanunlar müəyyən edilməsidir. Bu kimi işlər yeganə olan Allahın ixtiyarındadır və ondan başqa heç kimin özündən hökm, göstəriş və s.. verməyə haqqı yoxdur. Quranda dəfələrlə Allahın hökmü ilə hökm etmək təkid olunmuş və bunu etməyənlər qınanmışdır: “Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” (“əl-Maidə”, 44), “Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar!” (“əl-Maidə”, 45), “Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır” (“əl-Maidə” 47).


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Bazar ertəsi, 29.09.2008, 13:30 | İsmarıc # 2
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



ALLAHIN VARLIĞININ İSBATI . Tovhid və onun mə'naları haqda qısa anlayışdan sonra Allahı varlığını isbat etmə yolları haqqında söhbətə başlayırıq. Allahın varlığını isbat edib ona inanmaq üçün iki yol vardır: 1-Qəlb yolu (fitrət); . 2-Ağıl və düşüncə yolu ; «Fitrət»- ərəb sözü olub yaradılış, xilqət və təbiət (zat) mə'nasını daşıyır. Lakin İslam nöqteyi nəzərindən «fitrət» sözü təbiətən insanın Allaha doğru meylli olması deməkdir. Bu ilahi xüsusiyyət təkcə müsəlmanlara deyil, həm də bütün insanlara aiddir.Hər bir insanın batinində Allahı tanıyıb ona iman gətirmək istəyi vardır. Belə ki, hər bir insan öz vücudunda heç bir dəlilə ehtiyac duymadan Allaha tərəf yönəlmək meylini hiss edir.Bildiyiniz kimi insan adlı varlıq bir sıra istək və meyllərə malikdir ki, gözəlliyi sevmək, yaxşılığa meyl göstərmək, ədalətə rəğbət, zülmə nifrət hissləri və s.. buna misal vurmaq olar. Qəlb yolu ilə Allaha inanıb onun varlığını isbat etmək də bu istəklərdən biridir.Bə'zi alimlər, eləcə də irfan elminə yiyələnmiş ariflər Allahın müqəddəs varlığını isbat etmək üçün bu yoldan istifadə etməyi tövsiyə edirlər. Onların nəzərinə əsasən, hər bir insan günaha qurşanmayıb öz pak ruhunu saflaşdırsa, gec-tez özlüynndə Allaha olan bağlılığı duyacaq və qəlbən onun müqəddəs varlığına inanacaqdır. İslam dini nöqteyi nəzərindən Allah-təalanın varlığına qəlb yolu ilə inanmaq fitri iste'dadlardan sayılır və bu hiss əzəldən hər bir insanın vücudunda qoyulmuşdur. Yaşadığımız həyatda dəfələrlə təcrübə olunmuşdur ki, dinindən asılı olmayaraq, əli hər növ vasitə və köməkdən üzülən şəxslər Allaha öz tutur və yalnız Onu özlərinə həqiqi köməkçi hesab edirlər. Bu isə onun fitrətində qoyulmuş ilahi istəyi göstərir. Sadə bir misalla desək, dünyaya yenicə gəlmiş körpə heç bir tə'limə ehtiyacı olmadan yemək üçün ana döşü axtardığı kimi, hər bir insan da zatən Allahı axtarma və Ona sitayiş etmə hissi ilə yaranmışdır. .


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
FatimaTarix: Cümə axşamı, 16.10.2008, 11:40 | İsmarıc # 3
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 85
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Allah har ikinizdan da razi olsun,elminizi artirib,gozlariniza nur allariniza quvvat versin. bye


Rasuli-Akrəm (s.a.v.v.) buyurur: Haqiqəatan Cahannam ahlinin nalalarinin aksariyyati tövbani ta`xira saldıqları üçündür.
 
shii-turkTarix: Bazar, 14.12.2008, 09:07 | İsmarıc # 4
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 20
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Tovhid barede imam Riza (aleyhisselam)
http://www.youtube.com/watch?v=jlha_1dD9Ns&feature=related
 
PünhanTarix: Bazar, 14.12.2008, 15:07 | İsmarıc # 5
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



shii-turk, Allah razı olsun.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
shii-turkTarix: Bazar ertəsi, 15.12.2008, 00:31 | İsmarıc # 6
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 20
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İravani Baci ! Allah sizinle olsun ! Sizi ve yaxinlarnizi hifz etsin ibadetlerinizi qebul etsin! Sizi Mesher gunu Resulullah (s) ve ehli-beytile meshur etsin !
AMIn ! Ya Rabbalalamin !
 
PünhanTarix: Bazar ertəsi, 15.12.2008, 09:26 | İsmarıc # 7
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (shii-turk)
İravani Baci ! Allah sizinle olsun ! Sizi ve yaxinlarnizi hifz etsin ibadetlerinizi qebul etsin! Sizi Mesher gunu Resulullah (s) ve ehli-beytile meshur etsin ! AMIn ! Ya Rabbalalamin !

Qardasim, Allah cümləmizdən razı olsun..Gözəl dualarınızı da qəbul etsin tongue İNŞƏALLAH. Çox təşəkkürlər.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
shii-turkTarix: Çərşənbə, 17.12.2008, 00:17 | İsmarıc # 8
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 20
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



http://12halife.com/multimedya.htm
KUL RABBİ İLE KONUŞUYOR" Peygamberin Babası

Добавлено (16.12.2008, 08:31)
---------------------------------------------
LAİLAH

LAİLAH (kəliməyi şəhadətdəki La-ilahə-illəllah ifadəsinin qısaldılmış formasıdır)

LA İLAHƏ İLLƏLLAH

LA- Ərəbcə sözlərin önünə gətirilən inkar şəkilçisi olub bir şeyin
yoxluğunu bildirir (məs: la/qeyd la/ilac la/yəmut və s.)

Farscada bi/vəfa bi/savad və ya na/pak na/mərd və s.
İngiliscədə a/normal və ya anti-virus və s

İLAHƏ- Tanrı deməkdir.

İLLA- ,,... dən başqa, ... dən savayı, yalnız, ancaq mənalarında istisna bildirən ədat

ƏLLAH- 124 min nəbi onlardan 313 rəsul əsasən
5 ulul-əzm (Nuh Nəciyullah (yəni Allahın nicat verdiyi) (ə)
İbrahim Xəlilullah (yəni Allahın dostu)(ə)
Musa Kəlimullah (yəni Allahla danışan)(ə)
İsa Ruhullah (yəni Allahın ruhundan yaranan)(ə)
Məhəmməd Həbibullah (yəni Allahın sevimlisi)(s)
4 kitab (Zəbur Tövrat İncil Quran)
iki qiblə Məkkədəki Kəbə evi Və Qüdsdəki Muqəddəs evi
və bir çox dəyərləriylə tanınan tək tayı bərabəri olmayan adının çəkilmədiyi zaman olmayan peyğəmbərlərinin olmadığı zaman olmayan əgər olsaydı ondan başqa Tanrı oda peyğəmbərlərini göndərərdi deməli Yaradan yalnız Allahdır

Добавлено (16.12.2008, 08:34)
---------------------------------------------
İravani, bunu sizin üçün yazdım

Добавлено (16.12.2008, 13:57)
---------------------------------------------
Birdə Allah bəşəriyyətə başda müsəlmanlar olmaqla 12 imam gondermisdirki onlarin birincisi Əli AbuTalib oğlu sonuncusu Məhəmməd Həsən oğludur. Cənnətdə bu şəxslərin xüsusi yeri olacaqdır Hz Həmzə (ə) Hz Məhəmməd (s) Hz Əli (ə) Hz Həsən (ə) Hz Hüseyin (ə) Hz Mehdi (ə.f.)
Allahımız vəlisi olan İmam Məhəmməd əl-Məhdini (ə) tezliklə bizə qovuşdursun bizi onu görmədən dünyadan aparmasın ! əmin Ya Rabbələləmin

Добавлено (16.12.2008, 14:06)
---------------------------------------------
İravani, iravani Bacim KUL RABBİ İLE KONUŞUYOR"
videosuna baxarsizda ............... nolar......................

________________Allah amanında ey inananlar!___________________

Добавлено (17.12.2008, 00:17)
---------------------------------------------
Salam Size ey inananlar

 
PünhanTarix: Çərşənbə, 17.12.2008, 20:31 | İsmarıc # 9
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Yerləşdirdiyiniz saytı açdım, amma heç bir şey oxumamış və yükləməmiş çıxdım. Sayta daxil olan kimi güya imamların rəsmi açılır, elə bu cəfəngiyyat bu saytadan çımagıma sebeb oldu. Yene de Allah razı olsun. imamət haqqında da mənə kifayət edən qədər məlumatım var.Hansısa sayta ehtiyacım yoxdur Əlhəmdulillah. Traixi mənbələr kifayətdir.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
HuzeyfaTarix: Bazar ertəsi, 23.02.2009, 07:49 | İsmarıc # 10
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Duada övliyanı vasitəçi qoşmaq
http://www.boxca.com/q4203ne....ar.html
 
PünhanTarix: Cümə, 27.02.2009, 01:04 | İsmarıc # 11
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
Duada övliyanı vasitəçi qoşmaq

Qardaş, heç yeridr?


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
FatimaTarix: Cümə, 27.02.2009, 11:10 | İsmarıc # 12
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 85
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (İravani)
Qardaş, heç yeridr?

Dogrudanda... shades


Rasuli-Akrəm (s.a.v.v.) buyurur: Haqiqəatan Cahannam ahlinin nalalarinin aksariyyati tövbani ta`xira saldıqları üçündür.
 
HuzeyfaTarix: Şənbə, 28.02.2009, 06:27 | İsmarıc # 13
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (İravani)
Qardaş, heç yeridr?

Əgər biz tövhidi bilmək istəyiriksə və bəzi müsəlmanların etdiyi xətalardan xəbardar olub,tövhidi tam anlamaq istəyiriksə bu məncə yersiz deyil,əksinə tam yerində olan bir mövzudur.
 
ZehrayiNurTarix: Şənbə, 28.02.2009, 22:42 | İsmarıc # 14
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa,
Quote
Duada övliyanı vasitəçi qoşmaq
http://www.boxca.com/q4203ne....ar.html

Eziz Insan Bunun ucun Tevessul Movzusu var..


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
İslamiyyət forumu » İslam » Tövhid » Tövhid elmi
  • Страница 1 из 1
  • 1
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz