Baş səhifə Hicaba qoyulan qadağa.. - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
İslamiyyət forumu » İSLAMİYYƏT FORUMU... » Sizin bölmə » Hicaba qoyulan qadağa..
Hicaba qoyulan qadağa..
PünhanTarix: Cümə, 13.03.2009, 14:58 | İsmarıc # 1
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Bağışlayan və mehriban Allahın adı ilə

Şükürlər olsun aləmlərin Rəbbinə, Allahın salavat və salamı olsun peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə və onun pak Əhli-beytinə!

Salamun əleykum və rəhmətullah!

Bəzi təhsil müəssisələrində hicab bağlayan müəllimə və şagirdlərə qarşı mübarizə davam edir. 76 saylı orta məktəbdə hicab bağlayan 6 müəllimə, 8 şagird müəssisədən kənarlaşdırılıb. 280 saylı məktəbdə isə 1 müəllimə dərsə buraxılmayıb, 7 şagirdə xəbərdarlıq edilib.

253 saylı məktəbdə hicabın açılmasına etiraz edən şagird təhsil almaqdan imtina edib. Bu barədə Qadın Krizis Mərkəzindən məlumat verilib. Mərkəzdən bildiriblər ki, 253 saylı məktəbin hicablı şagirdi direktorun xəbərdarlığına maraqlı etiraz nümayiş etdirib: "Rəsm müsabiqələrinin qalibi olmuş şagirdin çəkdikləri hətta direktorun kabinetində belə asılıb. Hicabın açılması xəbərdarlığına etiraz edən şagird isə məktəbdən asılmış bütün rəsmlərinin çıxarılmasını tələb edib". Mərkəzə müraciət edənlər dini inanclarına görə incidildiklərindən təhsildən imtina edəcəklərini deyib.

Məsələ ilə bağlı bəyanat verən mərkəz mütəxəssisləri hicab probleminin təhsildən yayınmalara səbəb ola biləcəyindən narahatçılıqlarını bildiriblər: "Son illər məktəbdən yayınan uşaqların faiz göstəricisi artıb. Hicab problemindən sonra islam inanclarını qəbul edən qızların oxumaq istəməmələri narahatçılıq yaradır. Prosesə bəzi dinə inanan oğlanların qoşulması da problemin dərinləşməsinə səbəb ola bilər. Buna görə də məsələyə reaksiya verilməlidir". // Olaylar


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
For_IslamTarix: Cümə, 13.03.2009, 17:32 | İsmarıc # 2
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İravani, Bu barədə mənim də canlı şəkildə məlumatım var idi. maraqlıdır ki, hələ bu qadağa aradan götürülməyibmi?
 
PünhanTarix: Şənbə, 14.03.2009, 13:19 | İsmarıc # 3
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (For_Islam)
İravani, Bu barədə mənim də canlı şəkildə məlumatım var idi. maraqlıdır ki, hələ bu qadağa aradan götürülməyibmi?

Bəzi məktəblərdə götürülüb, bəzilərində isə yox.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
ZehrayiNurTarix: Çərşənbə axşamı, 17.03.2009, 21:50 | İsmarıc # 4
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Heleki bizim mektebde hicaba qadagan yoxdur.Sukurler olsun Allaha! teehee


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
PünhanTarix: Cümə, 10.04.2009, 14:28 | İsmarıc # 5
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Konstitusiya və qanunlarımızda hicaba hər hansı qadağa yoxdur (hüquq müdafiəçilərinin rəyləri)

“Sülh və Demokratiya İnstitutunun sədri, hüquq müdafiəçisi Leyla Yunus:

- Hər şey qanun çərçivəsində olmalıdır. Əgər ölkə Konstitusiyasında yazılsaydı ki, hicabla işə, ali məktəbə və ya orta məktəbə gəlmək olmaz, onda deməli olmaz. Ancaq Konstitusiyada bu yazılmayıb. Əgər belə xanımları işə və dərsə buraxmırlarsa - bu özbaşınalıqdır və məmurlar qanunu pozublar.

Səidə Qocamanlı: "İnanclı insanların başörtüklü gəzməyə hüquqları var. Və bu hüququ onların əlindən heç kəs ala bilməz..."
Azərbaycanda "İslam mədəniyyətinin paytaxtı" tədbirləri və günləri biri-birini əvəz etdiyi bir zamanda kimlərsə ölkənin bu əlamətdar estafetə sahiblənməsinə və onu şərəflə aparmasına kölgə salmağa çalışır. Belə ki ötən həftənin son günlərindən bölgələrlə yanaşı, paytaxtdakı bir sıra tədris müəssisələrindən baş örtüyünə süni qadağalarla bağlı bir sıra məlumatlar gəlməyə başlamışdır. Artıq DEVAMM-ın apardığı monitorinqlər əsasında məlum olmuşdur ki, bir sıra məktəblərdə hicablı xanımlar dərslərə buraxılmayaraq tədrisdən və təhsildən kənarlaşdırılmışlar. Baş verən bu hüquq pozuntuları ilə əlaqədar ölkənin tanınmış hüquq müdafiəçiləri rəylərini "Dəyərlər"ə açıqlamışlar.

İnsan Hüquqlarının Müdafiə Bürosunun sədri, hüquq müdafiəçisi Səidə Qocamanlı:

- Mənə belə gəlir ki, Azərbaycanda zaman-zaman belə dalğalar olubdur; bu, birinci dəfə deyil. Amma həmişə vətəndaş cəmiyyətinin, hüquq müdafiəçilərinin bu işlərə müdaxiləsi haradasa bunun qarşını almışdır. Zənnimcə yenidən bunu etmək lazımdır, çünki cəmiyyət bu gün belə bir vəziyyətdədir ki, vaxtaşırı bu tədbirləri həyata keçirmək lazımdır ki, bu hadisələr sistemli hal almasın və bu məsələ Azərbaycanda həll olunsun. Sözsüz ki, bu inanclı insanların hüquqlarının pozulması deməkdir. Həmin o məktəblərdə, həmin o tədris ocaqlarında baş verənlərlə bağlı konkret olaraq müvafiq təşkilatlara müraciətlər edək. Çünki bu təbiidir ki, insan haqlarından danışanda ümumbəşəri dəyərləri nəzərə almalıyıq. Ümumbəşəri dəyərlər tələb edir ki, hər bir kəsin etiqad azadlığı, ələlxüsus da inanclı insanların başörtüklü gəzməyə hüquqları var. Və bu hüququ onların əlindən heç kəs ala bilməz. Necə ki, digərləri başı açıq gəzə bilir, necə ki, digərlərinin geyimlərində özünəməxsus kaloritlər var - elə də inanclıların özünəməxsusluğu var.

Hazırda Bakının İslam mədəniyyətinin paytaxtı adını daşıdığı belə bir zamanda, belə bir anda da Azərbaycanda belə bir tədbirlərin keçirildiyi bir vaxtda hüquq pozuntularına yol vermək - özü həmin insanların hüquqlarının pozulması deməkdir. Mən heç də istəməzdim ki, məhz belə bir anda Azərbaycanı İslam dəyərlərini, İslam mədəniyyətini təmsil etdiyi bir vaxtda belə faktlar üzə çıxsın. Mən çox təəssüf edirəm ki, bəzi məmurlar buna rəvac verirlər, Azərbaycanın İslam dinində olduğunu anlamırlar. Hər halda bu Azərbaycanın nüfuzuna xələl gətirən faktdır.

"Helsinki Vətəndaş Assambleyasının həmsədri, hüquq müdafiəçisi Arzu Abdullayeva:

- Hicaba qarşı təzyiqlər kampaniyasının səbəbindən başlamaq istərdim. Fəaliyyətimiz zamanı keçirilən monitorinqlərdən belə bir qənaətə gəlmişəm ki, məmurlar "radikal dinçi" adlandırdıqları ünsürlərə qarşı mükəmməl mübarizə apara bilmədiklərinə, buna qarşı uyğun siyasət, proqram formalaşdıra bilmədiklərinə, strategiyaları, taktikaları olmadıqlarına görə onlar həmişəki kimi öz səlahiyyətlərindən qeyri-qanuni istifadə edir və bir çox məsələlərdəki kimi qeyri-peşəkarlıq nümayiş etdirirlər. Məsələn, bir cinayətin üstünü aça bilməyəndə onlar işgəncələrə yol verirlər. Məhz buna görə ki, peşəkarlıqları çatmır. Bu da əsas səbəbdir.
Mənim mövqeyim budur ki, hicab geyinmək hər bir kəsin hüququdur. Ancaq mən əmin olmaq istərdim ki, məktəbə gedən şagirdlər, tələbələr bunu öz xoşları ilə geyinirlər. Məsələn, sizin cəmiyyətinizdə, İçərişəhər "Cümə" dini icmasında İslam elə gözəl çatdırılır ki, mümkün deyil ki, sizdə kimisə məcbur etsinlər. Çünki İslamı tərbiyəvi, mədəni təbliğ edirsiniz. Ancaq siz Azərbaycan yeganə İslami qurum deyilsiniz. Ona görə də mən əmin deyiləm ki, hər bir qız özü şüurlu hicab geyinmək qərarına gəlib. Bunun monitorinqi, tədqiqatı aparılmalıdır. Belə bir məcburiyyətdə maraqlı olmadığınızdan məhz siz hicabın müdafiəsi işini aparırsınız. Digər tərəfdən Quranda məcburiyyət və "qadının üzü örtülməlidir" kimi ifadələr yoxdur. Orada var ki, "qadın örtünməlidir", belə bir kəlam var. Və VII əsərdə ərəb cəmiyyəti açıq-saçıq geyindiyi üçün bu ifadə daha proqressiv idi. Mən bunun tərəfdarıyam. Burada məcburiyyət yoxdur, Quranda da eləcə. Məncə, insanın öz haqqıdır, istər hicab geyinər və ya geyinməz. Siz özünüz bilirsiniz ki, vəhhabilik necə təhlükəli bir amildir. O, çox yayılıb, lakin məmurların gücləri yoxdur ki, buna qarşı mübarizə aparsınlar, necə ki, bir çox sahələrdə. Və bacaqdıqları hər yerdə, hər sahədə onlar necə gücdən, zordan istifadə edirlərsə, burada da onlar bundan istifadə edirlər. Bu bizim üçün çox qorxulu bir amildir.

Bakının İslam mədəniyyətinin paytaxtı olduğu bir dövrdə hicaba qarşı belə təzyiq kampaniyasının aparılmasında bir-birinə zidd olan mövqelər görürəm burada. Həqiqətən də Azərbaycan İslam mədəniyyətinin paytaxtı ola bilməz. Çünki biz illər boyu ateizm və aqnostitizm təbliğatı altında yaşamışıq. Əhalimiz inanclıdır, ancaq çox da dindar deyil. Əgər biz bu il İslam mədəniyyətinin paytaxtıyıqsa, o zaman bütün bunlar nə deməkdir?

"Sülh və Demokratiya İnstitut"unun sədri, hüquq müdafiəçisi Leyla Yunus:

- Hər şey qanun çərçivəsində olmalıdır. Əgər ölkə Konstitusiyasında yazılsaydı ki, hicabla işə, ali məktəbə və ya orta məktəbə gəlmək olmaz, onda deməli olmaz. Ancaq Konstitusiyada bu yazılmayıb. Əgər belə xanımları işə və dərsə buraxmırlarsa - bu özbaşınalıqdır və məmurlar qanunu pozublar.
Hazırladı: ELDAR CAVAD
"Dəyərlər"

WWW.MEDIA-ISLAM.COM[b]


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
ZehrayiNurTarix: Şənbə, 11.04.2009, 08:56 | İsmarıc # 6
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İravani, Artiq hicaba qadagan bashlayir.Cunki bacima artiq kollecde xeberdarliq edibler ki, qerar cixib. Qanun tesdiqlese mektebe ya min manat vermelisen derse gelmeyib seni yola vererik. yada derse parikle gelmelisen.Artiq bizi ele salirlar.Allah lenet elesin!!!!!!!!!


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
PünhanTarix: Şənbə, 11.04.2009, 11:48 | İsmarıc # 7
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (ZehrayiNur)
İravani, Artiq hicaba qadagan bashlayir.Cunki bacima artiq kollecde xeberdarliq edibler ki, qerar cixib. Qanun tesdiqlese mektebe ya min manat vermelisen derse gelmeyib seni yola vererik. yada derse parikle gelmelisen.Artiq bizi ele salirlar.Allah lenet elesin!!!!!!!!!

ZehrayiNur, eger problem olmazsa kollecin adini da qeyd ederdin. Onlar ancaq ozlerini ələ salırlar.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
For_IslamTarix: Şənbə, 11.04.2009, 18:44 | İsmarıc # 8
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Mən bildiyim qədər artıq yavaş yavaş yığışdırılır.
DEVAMM bu barədə monitorinqlər keçirir. Hər halda məlumat verirlər tez tez deyerler.org
 
PünhanTarix: Bazar ertəsi, 13.04.2009, 14:20 | İsmarıc # 9
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (For_Islam)
Mən bildiyim qədər artıq yavaş yavaş yığışdırılır. DEVAMM bu barədə monitorinqlər keçirir. Hər halda məlumat verirlər tez tez deyerler.org

Bəzi məktəblərdə problemin aradan qalxdığının şahidi oldum,amma hele qadağa olunan mektebler de var.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
For_IslamTarix: Bazar ertəsi, 13.04.2009, 21:50 | İsmarıc # 10
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Hər halda bu siyasətdir. Bu saiyasətdəri boşa keçdi. Heç bir möminə öz hicabından vaz keçmədi. Bəlkədə burada başqa məsələlər də var idi. Nəysə Təvəkkül Allaha! Onların köməkçisi nazirləri olsun bizim ki də Allah! Allah nə gözəl yardımçıdır! happy
 
ZehrayiNurTarix: Çərşənbə axşamı, 14.04.2009, 15:19 | İsmarıc # 11
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İravani
Quote
ZehrayiNur, eger problem olmazsa kollecin adini da qeyd ederdin. Onlar ancaq ozlerini ələ salırlar.

Heleki mektebib direktoru elinden geleni edir ki bele hallar goturulsun.Cunki onun qardasi qizida hicablidir.Heleki durub baxiriq.Sadece xeberdar edibler hele ki.Gozleyirik dali ne olacaq.Allah Kerimdir.


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
PünhanTarix: Çərşənbə axşamı, 14.04.2009, 15:46 | İsmarıc # 12
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (ZehrayiNur)
Heleki mektebib direktoru elinden geleni edir ki bele hallar goturulsun.Cunki onun qardasi qizida hicablidir.Heleki durub baxiriq.Sadece xeberdar edibler hele ki.Gozleyirik dali ne olacaq.Allah Kerimdir.

Çox gözəl.Allah yardımçısı olsun.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
ZehrayiNurTarix: Çərşənbə axşamı, 14.04.2009, 15:56 | İsmarıc # 13
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 141
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



İravani bahem cumlemizden inseallah


«Ey insanlar! Rəbbinizdən qorxun!»
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ
 
İslamiyyət forumu » İSLAMİYYƏT FORUMU... » Sizin bölmə » Hicaba qoyulan qadağa..
  • Страница 1 из 1
  • 1
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz