Qısacası, qadının örtünməsi haqqında bunları deye bilerem 1) Qadının örtüsünün ərinə qarşı hər hansı bir sərhədi yoxdur.
2) Ata , övlad, qardaş, dayı və əmi kimi məhrəmlər üçün baş, boğaz, qollar, əllər və ayaqları açıq buraxıb örtməyə bilər.
3) Xaricilər qarşısında yüz/üz çevrəsini və bilərzik yerindən aşağıya əlləri açıq buraxa bilər.
qadının bütün bədəni örtməsinin fərz olmadığı istisna yerlərindən biri də cinsi məsələlərin şüuruna çatmayan və mümeyyiz olmayan uşaqlardır. Yenə qadın, qarşı cinsin özünə heç bir şəkildə meyl və meyli olmayacaq dərəcədə yaşlı olsa örtünməsi lazım deyil.
Burda aydın olan başqa bir nöqtə isə budur ki, müsəlman qadınların digər bir müsəlman qadının yanında örtünmələri lazım deyil. Bunun məna və məfhumu budur ki, müsəlman olmayan qadınların yanında gizli gözəlliklərini göstərməməlidirlər. Bu hökmün fəlsəfəsi, hədislərdə də toxunulduğu kimi, müsəlman olmayan qadınların təqvasız olduqlarından, müsəlman qadınlarda gördüklərini ərlərinə izah etmək; nəticədə xarici kişiləri, müsəlman qadınları düşünməyə göndərmə ehtimalının olmasıdır. Amma çoxu fakihler ayətin məfhumunun dəlalətini kafi tapmadıqları üçün bunun haram deyil məkruh olduğu inancındalar.