Nərd, şahmat, domino, şaşki, bilyard oyunlarının hökmü nədir? Xameneyi: Nərddən başqa qeyd etdiyiniz oyunlar, bir eldə xalq arasında qumar hesab olunursa, haramdır. Qumar kimi deyil, adi əyləncə oyunları kimi baxılsa, bu zaman heç bir eybi yoxdur. lakin, nərd keçmişdə qumar aləti olduğu və indi də qumar aləti olaraq qaldığı üçün haramdır.
Fazil (r.ə.) və Məkarim: Bu və ya digər oyun vasitələrinin halal və ya haram olmasının meyarı xalq arasında onlara qumar kimi baxılıb-baxılmamasıdır. Əgər xalq arasında bu oyun vasitələri qumar aləti hesab olunursa, oynamaq haram, olunmursa icazəlidir.
Vəhid Xorasani və Sistani: Nərd və şahmat qumar aləti və haramdır. Qeyd olunan başqa oyunlar isə qumar aləti hesab olunmasa və udub-uduzmaq şərti ilə oynanılmasa, eybi yoxdur.