Baş səhifə Necə dəstəmaz alaq? - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
İslamiyyət forumu » İbadət » Namaz » Necə dəstəmaz alaq?
Necə dəstəmaz alaq?
PünhanTarix: Çərşənbə axşamı, 16.09.2008, 02:00 | İsmarıc # 1
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ




Dəstəmaz barəsində olan ixtilaf «Maidə» surəsi 6-cı ayədə « أَرْجُلَكَمْ» kəliməsinin qiraətindən irəli gəlir.
«Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. Başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun)»
Bu ayədəki «məsh» və ya «yumaq» üstündə yaranan ixtilaf ayənin ərəb dilindən qrammatik qaydalarına dair əsasların dərkindən yaranıbdır. Burada şiə alimləri ayaqların məshinə, amma əhli sünnət alimləri ayaqların yuyulmasına fətva veriblər.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
AdministratorTarix: Bazar, 21.09.2008, 20:38 | İsmarıc # 2
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Qeyd etmək yerinə düşər ki, burada hədis rolu da böyükdür. Belə ki, Əhli-beyt imamlarından (ə) gələn hədislərdə deyilir ki,Peyğəmbər (salləllahu aleyhi və alihi və salləm) dəstəmaz zamanı ayaqlarına məsh çəkirmiş.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
PünhanTarix: Bazar, 28.09.2008, 21:55 | İsmarıc # 3
Leytenant
Qrup: Super moderator
İsmarıclar: 459
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Burada şiə alimləri ayaqların məshinə, amma əhli sünnət alimləri ayaqların yuyulmasına fətva veriblər. Böyük əhli sünnət təfsirçisi Fəxre Razi təfsirində üç nəfər ravidən (İni Əbbas, Ənəs ibni Malikdən, Amir Şuəbidən) ayaqların yuyulmasına dəlalət edən iki hədis və məsh olunmasına da dəlalət edən iki hədis nəql edibdir. Bu səbəbdən dörd məzhəb (hənəfi, hənbəli, şafei və maliki) ayaqların yuyulmasının və şiə məzhəbi məsh olunmasının vacibliyini iddia edirlər. İbni Cəzm Undulusi «əl-Muhəlla», Fəxre Razi «Məfatihul-ğəyb» və Zəməxşəri «əl-Kəşşaf» kitabında məsh etməyin vacibliyini söyləyiblər. Əhli sünnət qardaşlarımız ayaqda «məsi» deyilən dəri çarıq olanda məsh etməyi caiz bilirlər, bu geyim olmadıqda ayaqları yumağı vacib edirlər.


Ədəb sayılsada məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayilir:
Yersiz susmaq ilə, yersiz söz demək.
 
İslamiyyət forumu » İbadət » Namaz » Necə dəstəmaz alaq?
  • Страница 1 из 1
  • 1
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz