Quote
Doğrudur.Elə isə bizim birinci vəzifəmiz düzgün sənədli,təsdiq,sübut olunmuş tarixi hadisələri və hədisləri yalan və zəif rəvayətlərdən ayırmaq və məsələlərə təəsüb hissi ilə yanaşmayaraq tədqiqat aparmaqdır.
Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız! (Hucurat 6)
Bunun üçün əlimizdə zəngin İslam xəzinəsi vardır
Bəlkə bir az gec olacaq, cavab, çünki indi gözümə dəydi mövzu, amma oxuyanlanlar üçün yazım. Bəli, əlimizdə xəzinə var. Amma bu sizin baxışınızla fərqlidir. Belə ki, siz Həzrət Peyğəmbəri (s) bir dəfə görüb, ona iman edən (qəlbən bəlli də deyil) şəxsdən eşitdiklərinizi xəzinə bilirsiniz. Biz isə Quranın təmizə çıxardığı, Allahın təmizlədiyi Əhli-beyti (ə) rəhbər tuturuq, kənar şəxsləri yox. Ona görə də ilk əvvəl xəzinəmizə diqqət yetirək, sandığın ağırlığı bizi aldatmamalıdır. Bəlkə içində olan çürük xurmalardır...