Baş səhifə Müvəqqəti nigah - Страница 3 - İslamiyyət forumu QeydiyyatGiriş
[ Yeni ismarıclar · Üzvlər  · Axtarış · RSS ]
  • Страница 3 из 4
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • »
İslamiyyət forumu » İslam » Məzhəblər, Firqələr » Müvəqqəti nigah (Onun islama xeyri ve zereri)
Müvəqqəti nigah
i_esanTarix: Cümə axşamı, 05.02.2009, 15:45 | İsmarıc # 41
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 17
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Qəribə düşüncəniz var. Məgər xəlifə Ömər günah edərək Peyğəmbərin (s) sünnəsinə zidd çıxa bilməz? O bundan sığortalanıbmı?

Doğru deyirsen qardaş heç kim siğortalı deyil,...
Quote (Adminstrator)
İbn Abbas Peyğəmbərə (s) və Əhli-beytə (ə) ən yaxın səhabələrdən idi. Təsəvvür edin, Peyğəmbər (s) siğəni qadağan edir, bu haram bilir, Quran ayəsi nəsx olunur və bu böyük səhabənin bundan xəbəri yoxdur.
Həmçinin də bunun səhih olduğunu deyən təkcə İbn Abbas deyil axı, Həzrət Əlidən (ə) də bu haqda rəvayətlər var.

o ki qaldı eşidib-eşitmemeye yuxarıda yazdığım kimi, evvelce nesx edilmediyi deyir daha sonra ise nesx edildiyini qebul edir ve xutbesinde de bunu deyir.... qaynaq yuxarıda verilib...
Amma en esası odu ki, qaynaqlara baxdığınız zaman görerrsiniz ki(buxari) Hz.Ömer yağış üçün duaya çıxarken İbni Abbas hezretlerinin elini tutar o şekilde elini qaldırıb dua ederdi.. Ve Hz.Alinin bir sözü; eger bilsem ki, bir su quyusuna bir damla spirt düşüb, ve men barmağını o quyuya soxmuşam; o barmağı keser ataram. Günahlara qarşı bu qeder ciddi olan bir insan nece oldu da, Hz.Peyğembere qarşı gelen bir insanın! emri altında çalışdı ve ona şeyxül islamlıq ve baş vezirlik etdi? ve nece oldu ki, İbni Abbas her daim Hz.Ömerin yanında oldu ve bir-birinden ayrılmaz 2 dost kimi göründüler?


03.02.2009--Türkiyede muhendislik oxuyuram cox da vaxtim olmur amma bu aralar biraz boslugum var bu arada bu formu gordum ve qeydiyyat oldum bir ara yazilarim kesilse bagislanmagi dileyirem..
 
AdministratorTarix: Cümə, 06.02.2009, 12:59 | İsmarıc # 42
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Qardaşım, səhabələr arasındaki münasibət başqa bir mövzudur, burada mütə nigahından danışırıq. Həzrət Əli (ə) müsəlmanların vəhdəti üçün səbr edirdi.
"Səhih Müslim" (Nigah babı, hədis 15) deyilir ki, Cabir ibn Abdullah siğə haqqında buyurdu: "Biz Peyğəmbərin (s), Əbu Bəkrin və Ömərin dövründə siğə etmişik".

Qardaş bu hədisə nə deyəcəksən?

Həmin babın digər hədisində Zübeyr deyir ki, mən Cabirin bunu dediyini eşitdim. Biz Peyğəmbər (s) və Əbu Bəkr zamanında bir ovuc xurma və un müqabilində bir neçə günlüyünə mütə edərdik. Sonra Əmr ibn Hüreys hadisəsində Ömər bunu qadağan etdi.

Bu "Səhih Müslim"dən olan hədislərdir. Hər halda Müslimin səhihi sünni aləmində çox mötəbərdir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
i_esanTarix: Çərşənbə axşamı, 17.02.2009, 13:26 | İsmarıc # 43
Əsgər
Qrup: İstifadeçi
İsmarıclar: 17
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Qardaş mene Sehihi Müslimden deqiq yer yazdığına göre, texmin edirem ki o movzunu başdan sona oxumusan. Ki oxumasan bele daha evvelden yazdığım hedislerden de ortaya çıxır ki heqiqeten Peyğember Efendimiz(sas) siğeni qadağan etmişdi. O ki qaldı dediyin hedislere, Hz.Ömerin siğeni qadağan etmesi hadisesine bir baxaq:

Evvelce bunu deyim ki Hz. Cabir ve Ebu Said'den gelen bir revayete göre, "Hz. Ömer, bu qadağa işini, xilafetinin ortalarında ele almışdır. Dolayısıyla o zamana qeder, mut'a nikahı edenler olmuşdur.

O vaxt Kûfe'ye gelen Amr İbnu Hureys (radıyallahu anh), bir cariye ile mut'a nikahı edir ve cariye hamile qalır. Gelib veziyyeti Hz. Ömer'e danışır. Xelife bu vesile ile, qadağanın bütün möminler terefşnden bilinmediyini anlayaraq meseleni xutbe mövzusu eder ve herkesin eşideceyi şekilde mut'a nikahının qadağan olunduğunu elan eder. İbnu Mace'nin qeydine göre Hz. Ömer bele buyurmuşdur: "Resulullah (aleyhissalâtu vesselâm) bize, mut'a üçün üç gün icaze vermiş, sonra haram etmişdir. Allah'a and olsun, ağlı başında olan bir kimsenin mut'a etdiyini eşidsem, Resulullah'ın, bunu qadağan etdikden sonra,yeniden halal qıldığına dair dörd şahid getirmediyi teqdirde onu daşlayaraq öldürerem." Muvatta'nın bir revayetinde bu qadağadan evvel edilen mut'a nikahı neticesinde hamile qalan Havle Bintu Hakim'in, qadağadan sonra Rebia İbnu Ümeyye'ni şikayet etdiyini görürük. Bunu haram ve zina bilmekde qenaeti tam olan Hz. Ömer (radıyallahu anh): "Bu, (Resulullah'ın haram qıldığı) mut'adır. Eger qadağanı elanda sizden evvel davranmış olsaydım indi sizi daşalayaraq öldürerdim" deyir.

QADAĞA HZ. ÖMER'İN İÇTİHADI DEYİL:
Alimler Hz. Ömer (radıyallahu anh)'in mut'a nikahını qadağan ederken içtihadıyla hereket etmediyine, Resulullah'dan qadağa ile elaqeli hedis zikrederek qadağanı bildirdiyine diqqet çekerler. Bu xüsus İbnu Mace'den qeydetdiyimiz revayetde 'qurtarıcı' olaraq görülmekdedir. Bir başqa revayetde, xutbede keçen: "İnsanlara ne olmuş ki, Resulullah (aleyhissalâtu vesselâm)'ın qadağasına baxmayaraq mut'a nikahı edirler?" ifadesi de eynı xüsusa delil olmaqdadır.

Bu ifade, Hz. Ömer'in mut'a nikahı hâdiselerini(onun zamanında) ilk defe eşitdiyini ifade eder. Bunun tetbiqatda olduğunu bilseydi bu qeder hiddetlenmez, düşüncesini bu sözlerle ifade etmezdi.Hâdiseni tehlil eden alimler, bu veziyyetin Resulullah (aleyhissalâtu vesselâm)'ın qadağasını bezi sahabelerin eşitilmemiş olması neticesinde ortaya çıxdığını bildirirler. İbnu Hazm'ın, mut'anın mübah olduğunu dediklerine dair, haqqlarında revayet olan tabiinden Tavus, Atâ ve Sad İbnu Cübeyr'in de bu qadağanı eşitmeyenlerden olduqları anlaşılmaqdadır. Mesele ile elaqeli qaynaqlarda -ve esasen Mekkî olanların- mut'a lehine fetva verdiklerine dair ifadeler, sahabeden -yeni Hz. Ömer'in qadağasından- sonra da bu işe fetva verildiyi düşüncesine yöneldebiler. Bu sehvdir; çünki, tabiin nesli sahabeden sonra yaşayanlar demek deyildir. Onlar, sahabelerle eyni esrde yaşamışlar. Amma Resulullah'ı göre bilmeyibler. Keçen ifadelerde onların Hz. Ömer'in qadağasından sonra fetva verdiklerine dair bir tam zahir bir şey yoxdur. Bu da o menaya gelir ki, tabiinden bezileri Hz. Ömer'in qadağasından evvel, mut'anın neshedildiyini eşitmedikleri üçün, eyni bezi sahabeler kimi, fetva vermişlerdir.

Quote (Adminstrator)
Qardaşım, səhabələr arasındaki münasibət başqa bir mövzudur, burada mütə nigahından danışırıq. Həzrət Əli (ə) müsəlmanların vəhdəti üçün səbr edirdi.

Qardaş mence çox sehv düşünürsen, çünki eger Hz.Omer, Peyğember Efendimizin(sas) etdiklerine uyğun olmayan herhansı bir şekilde hereket etseydi, o mübarek insanlar Hz.Omere bu qeder yaxın olmazdılar.Yeni bunlar bir-birne bağlı meselelerdi.Bundan elave, sende bilsen ki, Hz.Ali hem xelifenin baş veziri, hem Şeyxul islam, hem de xelifen,n meslehetçisi idi. O zaman,eger sehv olsa idi, Hz.Ali(elm şeherinin qapısı) bu fetvaya icaze vermezdi.


03.02.2009--Türkiyede muhendislik oxuyuram cox da vaxtim olmur amma bu aralar biraz boslugum var bu arada bu formu gordum ve qeydiyyat oldum bir ara yazilarim kesilse bagislanmagi dileyirem..
 
AdministratorTarix: Cümə axşamı, 19.02.2009, 11:55 | İsmarıc # 44
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Kim dedi ki, Həzrət Əli (ə) buna razı olub? Harada yazılıb bu? Əksinə Həzrət Əli buna qarşı olub! Siz nəyəsə don geyindirmək istəyirsiniz. Fakt səhabələr bunu Ömərin qadağan etdiyini bildirirlər. Başqa nə söz ola bilər ki?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
For_IslamTarix: Cümə axşamı, 19.02.2009, 15:47 | İsmarıc # 45
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



i_esan,

"Əli və Osman müt'ədə edilən ədalətsizliyə görə ixtilafda idilər. Əli buyurdu: Sən Peyğəmbərin etdiyi bir əməli qadağan etmək istəyirsən. Əli bu iki müt'ədə olan əməli görmədikdə, onların hər ikisinə özü əməl etməyə başladı". - Səhih-Buxari. Cild 2, səh 374. «Kitabul-Həcc».--

 
HuzeyfaTarix: Çərşənbə axşamı, 24.02.2009, 07:16 | İsmarıc # 46
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (For_Islam)
"Əli və Osman müt'ədə edilən ədalətsizliyə görə ixtilafda idilər. Əli buyurdu: Sən Peyğəmbərin etdiyi bir əməli qadağan etmək istəyirsən. Əli bu iki müt'ədə olan əməli görmədikdə, onların hər ikisinə özü əməl etməyə başladı". - Səhih-Buxari. Cild 2, səh 374. «Kitabul-Həcc».-

Xahiş edirəm bu hədisi tam olaraq və mənbəyini yazmaqla göstər

Добавлено (24.02.2009, 07:16)
---------------------------------------------

Quote (Adminstrator)
Kim dedi ki, Həzrət Əli (ə) buna razı olub? Harada yazılıb bu? Əksinə Həzrət Əli buna qarşı olub! Siz nəyəsə don geyindirmək istəyirsiniz. Fakt səhabələr bunu Ömərin qadağan etdiyini bildirirlər. Başqa nə söz ola bilər ki?

Qazi əl-Məqribi (Şiə-ismaili) kitabında Əli bin Əbu Talibin –radıyallahu anhu- sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah bağlamaq olmaz. Bu – əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858).
Şeyx Məhəmməd ət-Tusi (cəfəri–şiə) özünün kitablarında, həmçinin (cəfəri) alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən hədis rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186).
Zeydi şiələrin kitablarından “Musnəd imam Zeyd ibn Əli”ni göstərmək olar ki, burada onun atasından və babasından imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən hədis verilir: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı qadağan etdi” (əs-Siyaqi, “ər-Raud ən-Nadir şərh məcmu əl-Fiqh əl-Kəbir”, 4/23).

Məhəmməd bin Əli Əli bin Əbu Talibdən -radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996).

İmam əl-Beyhəqi (əhli sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən onun imam Cəfərdən müvəqqqəti nigah haqqında soruşub, onu ona təsvir edib. O isə deyib: “Bu zinakarlıqdır” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 7/207).

Əs-Siyaqi (zeydi-şiə), “Raud ən-Nadir” kitabında yazırdı: “İraq ilahiyyatçısı əl-Həsən bin Yəhya bin Zeyd, rəvayət edir ki, Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvləri (əhli-Beyti) müvəqqəti nigahın qadağan edilməsində həmrəy idilər” (Əs-Siyaqi, “Raud ən-Nadir”, 4/26)

(cəfəri) şeyxlər İbn İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin Xişam bin əl-Hakəmdən imam Cəfərin müvəqqəti nigah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə edirlər”.

İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn Sinan imam Cəfərdən müvəqqəti nigah barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”.

Əl-Məğribi (ismaili-şiə) “Daaim əl-İslam”, kitabında rəvayət edir ki, imam Cəfərdən müvəqqəti nigah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər, ona deyirlər: “Kişi qadına rast gəlib ona bir-iki dirhəmə, bir cinsi akt və ya bir-iki günlük müvəqqəti nigah bağlamağı təklif edir”. İmam deyir: “Bu - zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər” (Əl-Məqribi, “Daaim əl-İslam”, 2/259, hədis 859).

 
For_IslamTarix: Çərşənbə axşamı, 24.02.2009, 18:10 | İsmarıc # 47
Çavuş
Qrup: Super moderator
İsmarıclar: 170
Reytinq: 0
Xəbərdarlıq: 0%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Huzeyfa)
Qazi əl-Məqribi (Şiə-ismaili) kitabında Əli bin Əbu Talibin –radıyallahu anhu- sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah bağlamaq olmaz. Bu – əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858). Şeyx Məhəmməd ət-Tusi (cəfəri–şiə) özünün kitablarında, həmçinin (cəfəri) alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən hədis rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186). Zeydi şiələrin kitablarından “Musnəd imam Zeyd ibn Əli”ni göstərmək olar ki, burada onun atasından və babasından imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən hədis verilir: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı qadağan etdi” (əs-Siyaqi, “ər-Raud ən-Nadir şərh məcmu əl-Fiqh əl-Kəbir”, 4/23). Məhəmməd bin Əli Əli bin Əbu Talibdən -radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996). İmam əl-Beyhəqi (əhli sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən onun imam Cəfərdən müvəqqqəti nigah haqqında soruşub, onu ona təsvir edib. O isə deyib: “Bu zinakarlıqdır” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 7/207). Əs-Siyaqi (zeydi-şiə), “Raud ən-Nadir” kitabında yazırdı: “İraq ilahiyyatçısı əl-Həsən bin Yəhya bin Zeyd, rəvayət edir ki, Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvləri (əhli-Beyti) müvəqqəti nigahın qadağan edilməsində həmrəy idilər” (Əs-Siyaqi, “Raud ən-Nadir”, 4/26) (cəfəri) şeyxlər İbn İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin Xişam bin əl-Hakəmdən imam Cəfərin müvəqqəti nigah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə edirlər”. İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn Sinan imam Cəfərdən müvəqqəti nigah barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”. Əl-Məğribi (ismaili-şiə) “Daaim əl-İslam”, kitabında rəvayət edir ki, imam Cəfərdən müvəqqəti nigah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər, ona deyirlər: “Kişi qadına rast gəlib ona bir-iki dirhəmə, bir cinsi akt və ya bir-iki günlük müvəqqəti nigah bağlamağı təklif edir”. İmam deyir: “Bu - zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər” (Əl-Məqribi, “Daaim əl-İslam”, 2/259, hədis 859).

men hamisini oxumadim, gözucu baxdım,, bunların sehihliyine dair melumat var?? Birdeki imam Cefer (as) kimdense soruşardıki müveqqeti nigah nedir? İmamdan çox elmlidirler ki ona elm öyretsinler? cool

Birdeki burada esasen ceferilerdir, zeydiyye ismayilliye görmemişem.

Quote (Huzeyfa)
Xahiş edirəm bu hədisi tam olaraq və mənbəyini yazmaqla göstər

Hedisi de yazdım menbesini de
Quote (For_Islam)
"Əli və Osman müt'ədə edilən ədalətsizliyə görə ixtilafda idilər. Əli buyurdu: Sən Peyğəmbərin etdiyi bir əməli qadağan etmək istəyirsən. Əli bu iki müt'ədə olan əməli görmədikdə, onların hər ikisinə özü əməl etməyə başladı". - Səhih-Buxari. Cild 2, səh 374. «Kitabul-Həcc».--
 
HuzeyfaTarix: Çərşənbə, 25.02.2009, 09:01 | İsmarıc # 48
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (For_Islam)
Əli və Osman müt'ədə edilən ədalətsizliyə görə ixtilafda idilər. Əli buyurdu: Sən Peyğəmbərin etdiyi bir əməli qadağan etmək istəyirsən. Əli bu iki müt'ədə olan əməli görmədikdə, onların hər ikisinə özü əməl etməyə başladı". - Səhih-Buxari. Cild 2, səh 374. «Kitabul-Həcc»

Mən bu mətnə rast gəlmədim.Xahiş edirəm bu sözləri mənə görsədəsəniz.Kitab da vardır.
http://www.boxca.com/j1tscl4bogod/Hacc_kitabı.doc.html

 
AdministratorTarix: Çərşənbə, 25.02.2009, 11:46 | İsmarıc # 49
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Huzeyfa, gəlin Əbu Bəkr məscidinin rəsmi saytındakı uzun-uzadı cəfəngiyyatları bura kopyalamayaq. Konkret şübhələrə cavab verək:

1. Qurani-Şərifdə, ''Nisa'' surəsinin 24-cü ayəsində siğənin düzgün olmasını sübut edən dəlil vardır. ''İstifadə (yaxınlıq) etdiyiniz qadınların haqlarını lazımi qaydada verin.

Cabir ibni Əbdullah belə rəvayət edir: “Peyğəmbərin və Əbu Bəkrin həyatının bütün dövrlərində bir qədər unu və xurmanı mehriyyə qərar verir və müvəqqəti olaraq evlənirdik. Nəhayət Əmr ibni Hərisin gördüyü işə görə Ömər onu qadağan etdi” (Səhih Müslüm “Mütə” kitabı)Bu ayənin müvəqqəti evlənmə (siğə) haqqında nazil olması barədə məşhur sünnü alimləri öz təfsir kitablarında yazmışlar.
Əbu Cəfər Məhəmməd ibni Cərir Təbəri öz təfsirində Sədi, Mücahid və ibni Abbasdan nəql edir ki, ''Nisa'' surəsi 24-cü ayə müvəqqəti evlənmə barəsində nazil olmuşdur.Həmçinin məşhur Əhli-sünnə alimi Süyuti ''Əd-durrul-mənsur'' (c. 2, səh.140) kitabında bu haqda qeyd etmişdir. Müvəqqəti evlənmə barədə nazil olan ayə haqqında və Peyğəmbər(s)-in dövründə müvəqqəti evlənmənin olması haqqında başqa Əhli-sünnə alimlərinin kitablarına da müraciət edə bilərsiniz, ''Səhihi Buxari'', ''Müsnədi Əhməd'', ''Sünnəni Beyhəqi'' c. 7, səh.306, ''Təfsiri Təbəri'' c. 5, səh.9, ''Səhihi Müslüm'' c. 1, səh.395, ''Təfsiri Fəxri Razi'' c. 3, səh.201.

Deməli sünni alimləri siğənin bir vaxtlar icazə verildiyi və bunun Quranda öz əksini tapdığını deyirlər. Bu halda siğə necə əxlaqsızlıq ola bilər? Deməli siğə zinadan köklü şəkildə fərqlənir.

2. "Səhih Müslim" (Nigah babı, hədis 15) deyilir ki, Cabir ibn Abdullah siğə haqqında buyurdu: "Biz Peyğəmbərin (s), Əbu Bəkrin və Ömərin dövründə siğə etmişik".

Qardaş bu hədisə nə deyəcəksən?

Həmin babın digər hədisində Zübeyr deyir ki, mən Cabirin bunu dediyini eşitdim. Biz Peyğəmbər (s) və Əbu Bəkr zamanında bir ovuc xurma və un müqabilində bir neçə günlüyünə mütə edərdik. Sonra Əmr ibn Hüreys hadisəsində Ömər bunu qadağan etdi.

Əbdür-Rəzzaqın “Müsənnəf” kitabında Ətadan, o da Cabirdən nəqlən deyir: “Biz Peyğəmbərin, Əbu Bəkrin və Ömərin dövründə müvəqqəti izdivac edirdik. Nəhayət Ömərin xilafətinin axırlarında Əmr ibni Haris bir qadınla müvəqqəti olaraq izdivac etdi”. Ravi deyir: “Cabir onun adını dedi, amma mən unutdum. O qadın hamilə oldu və bu xəbər Ömərə çatdıqda, onu çağırdı və soruşdu ki, “Bu xəbər düzdürmü?” Dedi: “Bəli!” Ömər dedi: “Kim buna şahiddir?” O qadın anasının, yaxud qəyyumunun adını çəkdikdə, Ömər aldadılmanın baş verməsindən qorxaraq dedi: “Nə üçün onlardan başqası olmamışdır?” (“Müsənnəf” Əbdür-Rəzzaq, cild 7 səh 496-497; “mutə” babı).

Digər bir rəvayətdə deyilir ki, Cabir demişdir: “Əmr ibni Həris Küfədən Mədinəyə gəldikdə, bir kənizlə müvəqqəti olaraq evləndi. Kəniz hamilə olduğu zaman Ömərin yanına gətirdilər. Hadisənin nə yerdə olduğunu soruşduqda, cavab verdi ki, Əmr ibni Həris mənimlə müvəqqəti izdivac etmişdir. Ömər, Əmr ibni Hərisi də çağırdı və o da aşkar şəkildə iqrar etdi. Ömər dedi: “Nə üçün ondan başqasını seçmədin?” Bu Ömərin müvəqqəti izdivacı qadağan etdiyi zaman baş vermişdi” (“Müsənnəf” Əbdür-Rəzzaq, cild 7 səh 500; “mutə” babı).

Digər bir rəvayətdə Məhəmməd ibni Əsvəd ibni Xələf deyir: “Əmr ibni Hovşəb Bəhi Amir ibni Liva qəbiləsindən olan bir qızla müvəqqəti olaraq evləndi və o qız hamilə oldu. Bunu Ömərə xəbər verdilər. Ömər ondan izahat verməsini istədi və dedi: “Əmr ibni Hovşəb məninmlə müvəqqəti olaraq evlənmişdir” Ömər hadisəni Əmrdən soruşdu və o da təsdiqlədi. Ömər dedi: “Kimi bu işə şahid tutçuşdunuz?” Ravi deyir: Mənim dəqiq yadımda deyil, deyəsən belə dedi: “Ya anamı, ya bacımı, yaxud qardaşımı.” Ömər yerindən qalxıb minbərə çıxdı və dedi: “Nə olub ki, kişilər müvəqqəti izdivac edir, amma ona adil şahid tutmur və onu aşkar etmirlər?” Ravi deyir: Ömərin bu sözünü onun minbərindəki çıxışına qulaq asan bir şəxs öz qulağı ilə eşidib nəql etmişdi. O deyir: “Camaat bunu ondan qəbul etdilər.”” (“Müsənnəf” Əbdür-Rəzzaq, cild 7 səh 500-501; “mutə” babı).

“Kənzül-Ümmal” kitabında Əbu Xeysəmin qızı Ümmü Əbdullah rəvayət edir ki, Şamdan bir kişi gəlib mənim mənzilimdə məskən saldı və dedi: “Arvadsızlıq məni çətinliyə salmışdır, mənim üçün bir arvad tap, onunla müvəqqəti olaraq evlənim”. Onu bir qadına elçi göndərdim, mehriyyə təyin etdilər və adil şəxs də ona şahid tutuldu. Bundan sonra Allahın istədiyi vaxta qədər o qadınla yaşadılar. Sonra Mədinədən çıxdı. Bu xəbər Ömərə çatdıqda məni çağırıb soruşdu: “Bu deyilənlər düzdürmü?” Dedim: “Bəli.” O dedi: “Əgər o kişi qayıtsa mənə xəbər ver.” O gəldikdə Öməri agah etdim. Onu çağıtdırıb dedi: “Səni bu işə nə vadar etmişdir?” Dedi: “Mən bu işi Peyğəmbərin zamanında da yerinə yetirirdim və o həzrət sağ olan vaxta qədər bizi bu işdən çəkindirməmişdi. Əbu Bəkrin dövründə də bunu davam etdirdik, o da həyatda olduğu vaxta qədər bizi bu işdən çəkindirmədi. Sizin xilafətiniz dövründə də onun qadağan olunması bizə çatmamışdır.” Ömər dedi: “Agah olun! Canım əlində olan Allaha and olsun, əgər bundan qabaq onu nəhy etmiş olsaydım, səni daşqalaq edərdim. Bir-birinizdən ayrılın ki, nigah və izdivac zinadan ayrılsın” (“Kənzül-Ümmal” cild 8, səh 294).

Əbdür-Rəzzaqın “Müsənnəf” kitabında Ürvədən belə rəvayət olunur: “Rabiə ibni Üməyyə ibni Xələf Mədinənin qeyri ərəb qadınlarının biri ilə müvəqqəti evləndi. Biri Xovlə binti Həkim olmaqla iki qadın ona şahidlik etdilər. Xovlə əməlisaleh bir qadın idi. Çox keçmədi ki, o qeyri ərəb qadın hamilə oldu. Xovlə hadisəni Ömərə xəbər verdi. Ömər qalxıb qəzəbindən əbasının bir ücü yürlə sürünən halda tələm-tələsik minbərə çaxab dedi: “Mənə xəbər vermişlər ki, Rəbiə ibni Üməyyə Mədinə qadınlarından olan qeyri ərəb qadınla müvəqqəti evlənmiş və o iki qadını da ona şahid tutmuşlar. Əgər bundan qabaq bunu qadağan etmiş olsaydım, indi onu daşqalaq edərdim”” (“Müsənnəf” Əbdür-Rəzzaq, cild 7 səh 500; “Müsnədi Şafei” səh 132; “Əl-isabə” Rəbiə ibni Üməyyənin tərcümeyi-halı, cild 1 səh 514; “Müvəttə Malik” səh 542, hədis 42 “nigahul-mütə” babı; “Sunəni Beyhəqi” cild 7, səh 206; “Əl-ümm” Şafei cild 7, səh 219; “Təfsiri Suyuti” cild 3 səh 141).

Yuxarıdakı rəvayətlərdən belə aydın olur ki, Peyğımbərin səhabələri deyirdilər ki, “Fəməstəmtətum bihi” – ayəsi müvəqqəti izdivac bsrəsində nazil olmuş və Peyğəmbəri onu yerinə yetirməyə göstəriş vermişdir. Onlar da təyin olunmuş mehriyyə ilə - un, ya xurma, yaxud paltarı mehriyyə qərar verərək – Peyğəmbərin dövründə qadınlarla müvəqqəti evlənirdilər. Bu hökm Əbu Bəkrin dövründə və Ömərin xilafətinin bir qismində də davam etmişdir. Nəhayət Ömər Əmr ibni Hərisin gördüyü iş xatirinə onu qadağan etdi.

Təbəri “Sireyi-Ömər” bölməsində İmran ibni Səvadədən rəvayət edir ki, o, xəlifədən icazə istəyib onun yanına daxil oldu və dedi: “Sənə öyüd-nəsihət etmək üçün gəlmişəm!” Ömər dedi: “De gəlsin”. O dedi: “Ümmətin dörd şeydə sənə irad tuturlar... Onlar deyirlər ki, sən müvəqqəti evlənməni haram etmisən, halbuki, o, Allah tərəfindən icazə verilən bir iş idi. Biz münasib bir mehriyyə ilə mütə edir, üç gündən sonra ayrılırdıq.” Ömər dedi: “Peyğəmbəri Əkrəm onu zərurət halında halal bilirdi. Ondan sonra camaat rifah halına çatdılar, indi müsəlmanlardan bir kəsi tanımıram ki, ona əməl etsin, yaxud ona doğru qayıtsın. İndi də hər kəs istəyirsə, münasib bir mehriyyə ilə (daimi) evlənsin və üç gündən sonra təlaqla ayrılsın. Deməli mənim işim düzdür.” (“Tarixi Təbəri” cild 2 səh 32 “Ömərin sirəsinin bir hissəsi” bölməsi, 22-ci ilin hadisələri.)

İbni Həzm “Əl-mühəlla” kitabında yazır: “Peyğəmbəri Əkrəmdən sonra əvvəlki səhabələrdən bir qrupu onun halal olmasına etiqadda qalmışdı. O cümlədən Əbu Bəkrrin qızı Əsma, Cabir ibni Əbdullah, İbni Məsud, İbni Abbas, Müaviyyə ibni Əbu Süfyan, Əmr ibni Həris, Əbu Səid Xidri, Üməyyə ibni Xələfin iki oğlu Sülmə və Məbəd və Cabir ibni Əbdullah onun Peyğəmbərin dövründə halal olmasını, Əbu Bərin və Ömərin xilafətinin axırlarına qədər halallığında qalmasını bütün səhabələrdən rəvayət etmişlər.
O deyir: “Ömər ibni Xəttab yalnız o halda qadağan və rədd olunmuş sayırdı ki, iki adil şəxs ona şahidlik etməsin və iki nəfər adilin şəhadəti ilə onu rəva bilirdi. Tabeinlərdən Tavus, Əta, Səid ibni Cübeyr və sair Məkkə fəqihləri onun halal olmasına israr edirdilər”” ( “Əl-mühəlla” İbni Həzm, cild 9 səh 519-520, məsələ 1854; Nəvəvi “Səhihi Müslüm”ün şərhində İbni Məsudun rəyini nəql etmişdir, cild 11 səh 186).

Qurtubi öz təfsirində belə nəql edir: Müvəqqəti evlənməni yalnız İmran ibni Həsin, bəzi səhabələr və Əhli-beytdən bir qrupu caiz bilirlər. O deyir: Əbu Ömər demişdir: “İbni Abbasın səhabələri, məkkəlilər və yəmənlilərin hamısı müvəqqəti izdivacı İbni Abbasın məzhəbinə əsasən halal hesab etmişlər” (“Təfsiri Qurtubi” cild 5 səh 133).

3. Siğənin qadağan olunması barəsində sizin rəyiniz ixtilaflıdır:
Sizin hədislərə əsasən Hicrətin 7-ci ilində Xeybərdə Peyğəmbər mutanı və eşşək ətini Qiyamət Gününə qədər haram etdi.
Bir il sonra Məkkəni fəth edərkən (Səhih Buxariyə əsasən) biz görürük ki, o 3 günlük mutanı halal bilir və yenə də onu Qiyamət gününə qədər haram edir.
Ondan bir az müddət keçdikdən sonra Hünaynda o yenidən mutaya icazə verir və ardıyca onu Qiyamət gününə qədər haram edir.
Bunlar necə mümkündür? Necə ola bilər ki, peyğəmbər bir şeyi bir neçə dəfə Qiyamət gününə qədər haram etsin?

4.deyirsiz ki, Peyğəmbər Xeybər günü mutanı və eşşək ətini haram bildi!

Bu hədis 14 yolla (zəncirlı) gəlib. Mutanın o gün haram olması harqa yalnız bir yol (ravi zənciri) deyir. Amma eşşək ətinin qadağan olması bir çox yolla gələn hədislərdə qeyd olunub. Məsələn:
İbn Qəbbum “Zadul-məad” kitabında “müvəqqəti nigahın qadağan olma vaxtı” hissəsində yazır:

Xerbər günü səhabələrdən heç biri, heç bir yahudi qadını ilə muta etməyib. Və hətta bu haqda peyğəmbərdən icazə də almayıblar. Heç kim Xeybərdə olan mutadan yazmayıb. Orada nə mutanın caizliyi, nə də ki, onun qadağası haqda heç bir şey deyilmiyib.

Buxari yazır: Əbi Ofv deyir: Xeybərdə biz çox ac idik. Qazanlarda ət bişirirdik. Birdən bir nəfərin “O eşşəkləri ətini yeməyin və qazanlarınızdan onu çıxarıb tullayın” qışqırdığını eşitdik. Əbi Ofv deyir: Bizə dedilər ki, peyğəmbər bu eşşəklərin ətini bizə yeməyə qadağan etdi, çünki onların xumsu verilməyib. Bəziləri isə dedilər ki, peyğəmbər onların nəcis yediklərinə görə onları qadağan etdi. (Səhih Buxari “Lühümül-heyl” babı; İbn Hacər “Fəthul-bari” cild 9 səh 22).

Əbu Davud Sünnəndə yazır: Biz Xeybərdə idik. Yəhudilərdən biri peyğəmbərə dedi: Məgər Sizə bizim eşşəkləri kəsib, meyvələrimizi dərib yemək, qadınlarımızı vurmaq halal edilib? .................
Peyğəmbər dedi: Allah Sizə icazəsiz əhli-kitabdan olanların evlərinə girmək, onların qadınlarını döymək və meyvələrini yeməyi haram edir. (Sünnən Əbi Davud cild 2 səh 64)

Gördüyünüz kimi peyğəmbər məhz bu eşşəklərin ətini qadağan edib, çünki onların xumsu verilməmiş və onları zorla dinc əhalinin əlindən almışlar. Həmçinin peyğəmbər onların qadınlarını vurmağı qadağan etdi. Amma heç bir hədisdə (biri istisna olmaqla) mutanın haram olması haqda heç nə yazılmır. Bundan aydın olur ki, bu sonradan bu hədisə əlavə olunan bir şeydir və bu hədisi Əli (ə) adından danışırlar. Deyirlər ki, əli Abbası danlayaraq deyir ki: Ey təkəbbürlü insan! Sən məgər bilmirsən ki, peyğəmbər Xeybərdə eşşək ətini və mutanı haram etdi!
Bunu uyduran insan yagin ki, Əlinin bu ifadəsini yaddan çıxarıb:
Əgər Ömər mutanı qadağan etməsəydi şərəfsiz insanlardan savayı heç kəs zina etməzdi.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Cümə axşamı, 26.02.2009, 08:36 | İsmarıc # 50
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Huzeyfa, gəlin Əbu Bəkr məscidinin rəsmi saytındakı uzun-uzadı cəfəngiyyatları bura kopyalamayaq. Konkret şübhələrə cavab verək:

Sizin aşağıda uzun-uzadı yazdığınız kimsərin kopyası deyilsə bəs nədir?
Mən sizlə uzun-uzadı mübahisə etmək və vaxt itirmək fikrində deyiləm.Haqqı görüb qəbul etməyən,ona başqa don geydirən kimsə ilə çox mübahisə etməyə dəyməz.Mən bir neçə dəlillər gətirdim,istərdim ki,bir daha qeyd edim.

Quote (Adminstrator)
1. Qurani-Şərifdə, ''Nisa'' surəsinin 24-cü ayəsində siğənin düzgün olmasını sübut edən dəlil vardır. ''İstifadə (yaxınlıq) etdiyiniz qadınların haqlarını lazımi qaydada verin.

QUR'AN MÜVƏQQƏTİ NİGAH BARƏDƏ NƏ DEYİR

Müqəddəs Qur'an kişiyə yalnız öz arvadı və cariyələri ilə cinsi əlaqəyə girməyi icazə verir:

«O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə gördükləri bu işdən ötrü) qınanmazlar» (əl-Muminun, 5-6).
«Sizdən azad mö'min qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən (kənizlərdən) alsınlar…» (ən-Nisa, 25).

Müvəqqəti nigah bağlayan qadın nə zövcə, nə də cariyə adlanmır. Ona icarəyə götürülən qadın (“musta'cirə”) deyilir.

Zurara rəvayət edir ki, o, imam Cəfər əs-Sadiqdən müvəqqəti nigah bağlanılan qadınların icazə verilmiş dörd qadına aid olub-olmamasını soruşduqda, o belə cavab verib: “İstəyirsən lap mini ilə evlən, axı bunlar icarəyə götürülən qadınlardır” (“Vəsail əş-Şiə”, 14/446-447).

Rafizi alim Məhəmməd Həsən ən-Nəcəfi izah edir ki, müvəqqəti nigah bağlanılan qadın -icarəyə götürülən qadındır, ona görə ki, kişi öz ehtirasını ödəmək üçün onun bədənini icarəyə götürür. O deyir: “Şübhəsiz ki bu cür icarəyə icazə verilir” (“Cəvahir əl-Kəlam”, 30/192 və 202-203).

Cariyə - cihad zamanı əsir götürülən qul qadındır. İcarə edilən qadın isə azad da ola bilər. Təkcə bu fakt onu cariyələr sırasından xaric edir.

Barələrində Qur'anda danışılan zövcələrə gəldikdə isə, Allahın onlara aid etdiyi çoxsaylı qanunlar sübut edir ki, icarə edilən qadınlar istənilən halda onlara adi deyil.

Əgər Tanrı övrət yerlərini zövcələrdən və cariyələrdən başqa bütün qadınlardan qorumağı buyurursa, bu o deməkdir ki, cinsi əlaqəyə görə qadını icarə etmək olmaz.

Qur'an arvadlar üçün mirasdan pay tə'yin edir:

«(Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dördə biri sizə çatır. Əgər sizin uşaqlarınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladınız olduqda isə mirasın səkkizdə biri onlara çatır…» (ən-Nisa, 12).
İcarə edilən qadın vərəsəlik hüququndan məhrumdur:

Əhməd bin Məhəmməd rəvayət edir ki, imam Əbu əl-Həsən Rza deyib: “Müvəqqəti nigahı əvvəlcədən kəsilmiş şərtdən asılı olaraq, həm vərəsəlik hüququ ilə, həm də onsuz bağlamaq olar”.

Məhəmməd bin Müslim rəvayət edir ki, o, imam Cəfərdən müvəqqəti nigah zamanı veriləcək mehrin qədəri haqqında soruşanda o, deyib: “Öz aralarında danışdıqları qədər… Əgər onlar vərəsəlik barədə razılığa gəlsələr, buna də əməl etməlidirlər”.
Səid bin Yasər rəvayət edir ki, o, imam Cəfərdən müvəqqəti nigah bağlayarkən qadınla vərəsəlik haqqında heç nə şərtləşməyən kişi haqqında soruşur. İmam deyir: “Danışılıb, ya yox- onların buna ixtiyarları çatmır” (əl-Hur əl-Amili, “Vəsail əş-Şiə”, fəsil 18, müvəqqəti nigah və şərtləri barədə; əl-Xomeyni,“Zubdat əl-Əhkam”, səh. 248; Mirzə ən-Nuri, “Cəvahir əl-Kəlam”, 30/190; əl-Həsən əl-Hulyi, “Təbsira əl-Mutəallimin fi Əhkam”,səh.258).

http://www.boxca.com/kxc72svjw1u7/Sige__Guran_ve_Sunnede_.html

Quote (Adminstrator)
Səhih Müslim" (Nigah babı, hədis 15) deyilir ki, Cabir ibn Abdullah siğə haqqında buyurdu: "Biz Peyğəmbərin (s), Əbu Bəkrin və Ömərin dövründə siğə etmişik".

Dediyiniz hədis budur.
Bize Hasan El-Huîvâni rivayet etti. (Dedi ki) : Bize Afc-dürrezzâk rivayet etti. (Dedi ki) : Bize İbni Cüreyc haber verdi. (Dedi ki) : Ata' şunu söyledi: Câbir b. Abdillah Umre yaparak geldi. Biz de evinde onun yanına vardık. Derken cemaat ona bazı şeyler sordular. Son­ra mût'a'dan söz açtılar. Câbir :

«Evet, Resûlüliah (Sallallcüıü Aleyhi ve Seliem) ile Ebû Bekir ve Ömer zamanlarında biz mût'a yaptık.» dedi.

Burada söhbət hansı mutadan gedir?
Siz özünüz bilmədən məsələni dolaşığa salırsız.
Sonda siz mənim sualıma cavab vermədiz.

Mən bu mətnə rast gəlmədim.Xahiş edirəm bu sözləri mənə görsədəsəniz.Kitab da vardır.
http://www.boxca.com/j1tscl4bogod/Hacc_kitabı.doc.html

 
AdministratorTarix: Bazar ertəsi, 09.03.2009, 12:49 | İsmarıc # 51
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



MÖVZU AÇILIR, AMMA BUNDAN SONRA DAHA TƏKRARLANAN POSTLAR SİLİNƏCƏK, MÖVZUDAN YAYINMAQ LAZIM DEYİL.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)

İsmarıcı redaktə etdi: Adminstrator - Çərşənbə axşamı, 17.03.2009, 18:10
 
AdministratorTarix: Çərşənbə, 18.03.2009, 14:30 | İsmarıc # 52
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Sizin aşağıda uzun-uzadı yazdığınız kimsərin kopyası deyilsə bəs nədir?
Mən sizlə uzun-uzadı mübahisə etmək və vaxt itirmək fikrində deyiləm.Haqqı görüb qəbul etməyən,ona başqa don geydirən kimsə ilə çox mübahisə etməyə dəyməz.Mən bir neçə dəlillər gətirdim,istərdim ki,bir daha qeyd edim.

Salamun aleykum. Mənim yazdıqlarım hədislərdir, onları özümdən çıxartmalıyam?!

Quote
Müqəddəs Qur'an kişiyə yalnız öz arvadı və cariyələri ilə cinsi əlaqəyə girməyi icazə verir:

«O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə gördükləri bu işdən ötrü) qınanmazlar» (əl-Muminun, 5-6).

Qeyd etdiyiniz bu ayə Məkkədə nazil olub və mütə ayəsini (Nisa 24) nəsx edə bilməz. Çünki mütə ayəsi Mədinə ayəsidir. Məkkə ayəsi Mədinə ayəsini nəsx edə bilməz.
Amma siz bu ayəni qeyd etməklə digər bir səhvə yol verirsiniz. Peyğəmbərin (s) siğəyə bir müddət icazə verdiyini qəbul etsək, hansı ki, bu sizin nəzərinizlə hicrətdən sonra olub, onda belə çıxır ki, Peyğəmbər (s) Quranın haram dediyini mübah qılıb!

Quote
«Sizdən azad mö'min qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən (kənizlərdən) alsınlar…» (ən-Nisa, 25).

Əlinin altinda olan cariyəni azad edib almaqa imkan olduqu halda mutəyə ne ehtiyac var? tezeden xerc chekmeye ne ehtiyyac var? Daha sonra isə siğəni caiz görən hədisləri göstərirsiniz, necə olur- bu hədislər həm batildi, həm səhih?!

Quote
Qur'an arvadlar üçün mirasdan pay tə'yin edir:

«(Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dördə biri sizə çatır. Əgər sizin uşaqlarınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladınız olduqda isə mirasın səkkizdə biri onlara çatır…» (ən-Nisa, 12).
İcarə edilən qadın vərəsəlik hüququndan məhrumdur:

Bu ayələrin heç biri mütə nigahını ləğv etmir. Mən sizə göstərdim ki, sizin alimlər Nisa 24-ü mütə haqqında ayə kimi təfsir ediblər. Siz isə (Şeyxiniz başda olmaqla) bunu inadkarcasına rədd edirsiniz. Çünki bunu qəbul etsəniz, mütənin nəsx olunduğu haqqında ayə tapa bilməyəcəksiniz!

Quote
Dediyiniz hədis budur.
Bize Hasan El-Huîvâni rivayet etti. (Dedi ki) : Bize Afc-dürrezzâk rivayet etti. (Dedi ki) : Bize İbni Cüreyc haber verdi. (Dedi ki) : Ata' şunu söyledi: Câbir b. Abdillah Umre yaparak geldi. Biz de evinde onun yanına vardık. Derken cemaat ona bazı şeyler sordular. Son­ra mût'a'dan söz açtılar. Câbir :

«Evet, Resûlüliah (Sallallcüıü Aleyhi ve Seliem) ile Ebû Bekir ve Ömer zamanlarında biz mût'a yaptık.» dedi.

Burada söhbət hansı mutadan gedir?
Siz özünüz bilmədən məsələni dolaşığa salırsız.

"Səhih Müslim"in nigah babında hansı mütədən söhbət gedə bilər?! Özdə Nikahı Müt'a ve Bu Nikahın Evvela Mubah Kılınıp Sonra Nesh Edilmesi Bilahere Tekrar Mubah Kılınıp Yine Nesh Edilmesi ve Haram Kılınmasının Kıyamet Gününe Kadar Devamını Beyan Babı başlığı altında? 16cı hədisə niyə baxmırsınız? Axı orada
"Zübeyr deyir ki, mən Cabirin bunu dediyini eşitdim. Biz Peyğəmbər (s) və Əbu Bəkr zamanında bir ovuc xurma və un müqabilində bir neçə günlüyünə mütə edərdik. Sonra Əmr ibn Hüreys hadisəsində Ömər bunu qadağan etdi"
deyilir. Bəs bu hədisə nə deyirsiniz?

Quote
Sonda siz mənim sualıma cavab vermədiz.

Mən bu mətnə rast gəlmədim.Xahiş edirəm bu sözləri mənə görsədəsəniz.Kitab da vardır.

Bu mənə ünvanlanıb?! Mən hansı hədisi göstərməmişəm?


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Çərşənbə, 18.03.2009, 18:05 | İsmarıc # 53
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Deyəsən siz qardaşın yazdığı hədisi tapa bilmədiyinizi demək istəyirsiniz, mən kömək edim, hədisdə Mərvan ibn Həkəm deyir ki, Osman ilə Əliyə (Həcc əsnasında) şahid oldum. Osman xalqı təməttü həccindən və həcc ilə ümrəni cəm etməkdən nəhy edirdi. Əli bu nəhyi görəndə hər ikisinə birdən niyyət edərək “Ləbbeykə bi ümrətin və həccətin” deyə yüksək səslə təlbiyə edib ehramlandı və “Mən Peyğəmbərin (s) sünnətini kiminsə sözünə görə tərk edən deyiləm” dedi (“Səhih Buxari”, Həcc kitabı, 46). Həmçinin bu linkdən türkçə tapa bilərsiniz: http://enfal.de/buhari/index.htm İndi buyurun cavab verin, gördüyünüz kimi Həzrət Əli (ə) lazım olan məqamda etirazını bildirirdi.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Çərşənbə, 18.03.2009, 20:57 | İsmarıc # 54
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Qeyd etdiyiniz bu ayə Məkkədə nazil olub və mütə ayəsini (Nisa 24) nəsx edə bilməz. Çünki mütə ayəsi Mədinə ayəsidir. Məkkə ayəsi Mədinə ayəsini nəsx edə bilməz.

Əvvəla Nisa 24 ayəsi Muta ayəsi deyil.Bu ayədə zövcələrin sayına işarə olunur.Siğəyə görə isə siğə edilən qadınların sayında məhdudiyyət yoxdur.
Sual:Sigə olunan qadınlara bu və zövcələr baradə olan ayələr şamil edilirmi?
Quote (Adminstrator)
Amma siz bu ayəni qeyd etməklə digər bir səhvə yol verirsiniz. Peyğəmbərin (s) siğəyə bir müddət icazə verdiyini qəbul etsək, hansı ki, bu sizin nəzərinizlə hicrətdən sonra olub, onda belə çıxır ki, Peyğəmbər (s) Quranın haram dediyini mübah qılıb!

Hicrətdən sonra olan müddət 10 ildir.Bu müddət sizə az gəlir?
Sizə sigənin mübah qılınıb,sonra qadağan edən bir sıra dəlilləri bir daha yazıram.
1) Məhəmməd bin Əli Əli bin Əbu Talibdən -radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996).

2) Ər-Rabi bin Subra əl-Cuhani atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Məkkə fəth olunan il müvəqqəti nigahı qadağan etdi” (Müslim 4/133; Əbu Davud 2072-2073; ən-Nəsai “əl-Kubra”da 3809; Əhməd 3/404; əd-Darimi 2202).

3) Ər-Rabi bin Subra əl-Cuhani rəvayət edir ki, onun atası Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- belə dediyini eşidib: “Camaat, mən sizə qadınlarla müvəqqəti nigah balamağa icazə vermişdim. Həqiqətən, indi Allah Qiyamət gününə qədər bunu qadağan etdi. Əgər sizlərdən kimsə bu cür nigahdadırsa, o qadını buraxsın və ona verdiyini geri almasın” (Müslim və İbn Macə rəvayət ediblər. Bax, “Müxtəsər Müslim”, 813 və şeyx əl-Albani “Səhih əl-Cami əs-Saqir”, 7887).

4) İyas bin Sələmə atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- döyüş illərində üç dəfə müvəqqəti nigaha icazə verdi, sonra isə bunu qadağan etdi” (Müslim, 4/131 və Əhməd, 4/55).

5) Bir dəfə Ömər bin əl-Xəttab -radıyallahu anhu- xəlifə olarkən xütbə zamanı deyib: “Həqiqətən, Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- bizə üç dəfə müvəqqəti nigaha icazə vermişdi, amma sonra o, bunu qadağan etdi. Allaha and olsun ki, kim evli olaraq müvəqqəti nigah bağlayıb Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdikdən sonra yenidən icazə verdiyini təsdiq edən dörd şahid gətirməsə, mən onu daşqalaq (zinaya görə cəza) edəcəm” (İbn Macə, 1963).

6) Səlim bin Abdullahın rəvayətinə görə Abdullah bin Ömərə -radıyallahu anhu- deyiblər ki, İbn Abbas -radıyallahu anhu- müvəqqəti nigaha icazə verir. İbn Ömər -radıyallahu anhu- deyir: “Subhənallah! Güman etmirəm ki, İbn Abbas belə edə”. Adamlar bunu təsdiq edirlər. Onda İbn Ömər -radıyallahu anhu- deyir: “Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- sağlığında İbn Abbas hələ uşaq idi. Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdi və biz zinakar olmadıq” (Abdur-Rəzzaq, “əl-Müsənnəf”, 7/502).

7) Cüveyra Malikin ona Əli bin Əbu Talibin -radıyallahu anhu- İbn Abbasa -radıyallahu anhu- belə dediyini rəvayət edib: “…Allahın Rəsulu Xeybər günü bizə müvəqqəti nigahı və eşşək ətini haram buyurdu” (Müslim, “əl-Cami əs-Səhih”,1407).

Quote (Adminstrator)
Bu ayələrin heç biri mütə nigahını ləğv etmir. Mən sizə göstərdim ki, sizin alimlər Nisa 24-ü mütə haqqında ayə kimi təfsir ediblər

Buda təfsir:
http://www.boxca.com/9d0ujfu55fjb/Nisa_24_ (Ibn_Kəsir).doc.html
Sünni təfsirçilərin çoxu bu ayənin müvəqqəti nigaha deyil, daimi nigaha aid olmasında yekdildirlər. İbn əl Cauzi yazır: “İki fikir mövcuddur. Birincisi odur ki, söhbət daimi nigah zamanı verilən mehrdən gedir. İbn Abbas, əl-Həsən əl-Basri, Mücahid -radıyallahu anhum- və bir çox başqa təfsirçilərin fikri belədir. İkincisi odur ki, burada söhbət müvəqqəti nigahdan gedir. Mə'lumdur ki, İbn Abbas -radıyallahu anhu- bir vaxt buna icazə vermişdi, amma sonra o öz baxışlarından imtina etdi” (İbn əl Cauzi, “Zad əl-Masir”, 2/52).

Eyni fikri əl-Məvaridi Qurana verdiyi təfsirində (2/471) söyləyir.

Nizam əd-Din ən-Nisaburi bu ayə haqqında yazır: “Söhbət daimi kəbindən gedir. Amma bəziləri Hesab edir ki, bu müvəqqəti nigahdır. İslamın erkən çağlarında ona icazə verilməsi haqqında alimlər həmfikirdirlər. Müsəlmanların əksər çoxluğu müvəqqəti nigahın sonradan qadağan olduğuna inanırlar” (Nizam əd-Din ən- Naysaburi, “Qaraib əl-Quran və Raqaib əl-Furqan”, 4/15).

Əş-Şinqiti yazır: “Bu ayə daimi nigaha aiddir, müvəqqəti nigaha yox. Onun mənasını başa düşməyənlər o cür bilirlər” (əş-Şinqiti, “Ədva əl-Bəyan”, 1/134).

Məhəmməd əs-Seyid ət-Tantavi yazır: “Onun təfsiri belədir: “Qadınlarınızı onlarla daimi nigahdan aldığınız məmnunluğa görə mehrlə mükafatlandırın” (Məhəmməd əs-Seyid ət-Tantavi “əl-Vasit”, 3/144).

Ən-Nuhus yazır: “Alimlər hesab edirlər ki, söhbət daimi nigahdan gedir. Beləki, Allah ümumiyətlə Quranda müvəqqəti nigaha icazə verməyib” (ən-Nuhus, “ən-Nəsxh və əl-Mənsux”, səh. 102).

Bu fikri ət-Təbəri, əl-Bəydəvi, İbn Kəsir və s. sünni təfsirçiləri təsdiqləyirlər.

Quote (Adminstrator)
Siz isə (Şeyxiniz başda olmaqla) bunu inadkarcasına rədd edirsiniz. Çünki bunu qəbul etsəniz, mütənin nəsx olunduğu haqqında ayə tapa bilməyəcəksiniz!

Bu sözləriniz isə gördüyünüz kimi əbəsdir.

Əl-Məzari yazırdı: “Müsəlman alimlər ittifaq etdilər ki, müvəqqəti nigah şəriətlə qadağan olunub. Bununla yalnız Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- sonradan ləğv etdiyi hədislərə əsaslanan bə'zi yolunu azmışlar razılaşmır. Bu hədislər dəlil ola bilməz” (Bax. “əl-Muallam”, 2/131).

Əl-Xəttabi “Məalim əs-Sünən” kitabında yazır: “Müvəqqəti nigahın qadağan olunmasıyla bə'zi şiələrdən başqa bütün müsəlman alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların imam Əliyə -radıyallahu anhu- və Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq olmaz. Belə ki, imam Əli bin Əbu Talibin -radıyallahu anhu- müvəqqəti nigahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq mə'lumdur. Bundan əlavə, əl-Beyhəqi imam Cəfərin müvəqqəti nigahı əsil zinakarlıq adlandırdığı sözləri rəvayət edib”.

Qazi İbn İyad deyib: “Rafizilərdən (yə'ni cəfəri-şiələrdən) başqa bütün müsəlman alimlər müvəqqəti nigahın qadağan olunmasında yekdildirlər” ( İmam ən-Nəvəvi, “Şərh əs-Səhih Müslim”, 9/181 və s.).

Quote (Adminstrator)
"Səhih Müslim"in nigah babında hansı mütədən söhbət gedə bilər?! Özdə Nikahı Müt'a ve Bu Nikahın Evvela Mubah Kılınıp Sonra Nesh Edilmesi Bilahere Tekrar Mubah Kılınıp Yine Nesh Edilmesi ve Haram Kılınmasının Kıyamet Gününe Kadar Devamını Beyan Babı başlığı altında? 16cı hədisə niyə baxmırsınız? Axı orada "Zübeyr deyir ki, mən Cabirin bunu dediyini eşitdim. Biz Peyğəmbər (s) və Əbu Bəkr zamanında bir ovuc xurma və un müqabilində bir neçə günlüyünə mütə edərdik. Sonra Əmr ibn Hüreys hadisəsində Ömər bunu qadağan etdi" deyilir. Bəs bu hədisə nə deyirsiniz?

Bu Muslimdə "Nigah" babı və orada olan hədislər.
http://www.boxca.com/vkjgsnplang4/Muslim_ (Nigah_babı).doc.html
Nəticə:Bu Rivayetlerden Çıkarılan Hükümler :

1- Nikâhı mût'a'da velî ve şâhid yoktur.
2- Hadîs-i şerifte nâsih ve mensûh bir araya gelmiştir. Bunun bir misâli de :
«Ben sizi kabirlerden ziyaretten nehyetmiştim; artık onları ziyaret edin» mealindeki hadistir.
3- Nikâhı mût'a kıyamete kadar haram kılınmıştır.
4- Nikâhı mût'a'da verilen mehir kadının malı olur, müddet bit¬meden ayrılsalar bile erkeğin verdiği şeyi veya onun bir kısmını geri almak helâl değildir.

Quote (Adminstrator)
Deyəsən siz qardaşın yazdığı hədisi tapa bilmədiyinizi demək istəyirsiniz, mən kömək edim, hədisdə Mərvan ibn Həkəm deyir ki, Osman ilə Əliyə (Həcc əsnasında) şahid oldum. Osman xalqı təməttü həccindən və həcc ilə ümrəni cəm etməkdən nəhy edirdi. Əli bu nəhyi görəndə hər ikisinə birdən niyyət edərək “Ləbbeykə bi ümrətin və həccətin” deyə yüksək səslə təlbiyə edib ehramlandı və “Mən Peyğəmbərin (s) sünnətini kiminsə sözünə görə tərk edən deyiləm” dedi (“Səhih Buxari”, Həcc kitabı, 46). Həmçinin bu linkdən türkçə tapa bilərsiniz: http://enfal.de/buhari/index.htm İndi buyurun cavab verin, gördüyünüz kimi Həzrət Əli (ə) lazım olan məqamda etirazını bildirirdi.

Çox yaxşı.Deməli söhbət həcc mutasından gedir.Bəli,bu Osman (r.a)-ın şəxsi rəyi idi,bunun səbəbi isə izdihamın qarşısını almaq istəyi idi.Əli (r.a) və bir çox səhabə bu rəyi bəyənmədilər və bunu da bəyan etdilər.Göründüyü kimi bu hadisə Əli (r.a)-in və digər Səhabələrin fiqhi məsələdə belə necə həssas olduqlarını göstərir.Çıxan nəticə budur ki,nə Əli (r.a) nə də digər Səhabələr bundan böyük məsələlərdə (Xilafət və s.) əgər haqqsızlıq olardısa heç vaxt susmazdılar.

 
AdministratorTarix: Cümə axşamı, 19.03.2009, 12:55 | İsmarıc # 55
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Əvvəla Nisa 24 ayəsi Muta ayəsi deyil.Bu ayədə zövcələrin sayına işarə olunur.Siğəyə görə isə siğə edilən qadınların sayında məhdudiyyət yoxdur.

(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Burada qadınların sayından danışılmır. Həmçinin mütə edilən qadınların haqqını layiqincə vermək əmr olunur.

Quote
Hicrətdən sonra olan müddət 10 ildir.Bu müddət sizə az gəlir?
Sizə sigənin mübah qılınıb,sonra qadağan edən bir sıra dəlilləri bir daha yazıram.

Əgər bu ayə (Muminin 5-6) Peyğəmbər (s) Məkkədə olarkən ona nazil olmuşdusa necə olur ki, Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra siğəyə icazə verdi?!
Mənə təkrar olaraq həmin hədisləri yazmayın. Əksinə yuxarıda mən yazdım ki? Bu hədislərdə ziddiyət mövcuddur.

Sizin hədislərə əsasən Hicrətin 7-ci ilində Xeybərdə Peyğəmbər mutanı və eşşək ətini Qiyamət Gününə qədər haram etdi.
Bir il sonra Məkkəni fəth edərkən (Səhih Buxariyə əsasən) biz görürük ki, o 3 günlük mutanı halal bilir və yenə də onu Qiyamət gününə qədər haram edir.
Ondan bir az müddət keçdikdən sonra Hünaynda o yenidən mutaya icazə verir və ardıyca onu Qiyamət gününə qədər haram edir.
Bunlar necə mümkündür? Necə ola bilər ki, peyğəmbər bir şeyi bir neçə dəfə Qiyamət gününə qədər haram etsin?

Həmçinin siz bu hədislərə niyə baxmaq istəmirsiniz?
Digər bir rəvayətdə Məhəmməd ibni Əsvəd ibni Xələf deyir: “Əmr ibni Hovşəb Bəhi Amir ibni Liva qəbiləsindən olan bir qızla müvəqqəti olaraq evləndi və o qız hamilə oldu. Bunu Ömərə xəbər verdilər. Ömər ondan izahat verməsini istədi və dedi: “Əmr ibni Hovşəb məninmlə müvəqqəti olaraq evlənmişdir” Ömər hadisəni Əmrdən soruşdu və o da təsdiqlədi. Ömər dedi: “Kimi bu işə şahid tutçuşdunuz?” Ravi deyir: Mənim dəqiq yadımda deyil, deyəsən belə dedi: “Ya anamı, ya bacımı, yaxud qardaşımı.” Ömər yerindən qalxıb minbərə çıxdı və dedi: “Nə olub ki, kişilər müvəqqəti izdivac edir, amma ona adil şahid tutmur və onu aşkar etmirlər?” Ravi deyir: Ömərin bu sözünü onun minbərindəki çıxışına qulaq asan bir şəxs öz qulağı ilə eşidib nəql etmişdi. O deyir: “Camaat bunu ondan qəbul etdilər.”” (“Müsənnəf” Əbdür-Rəzzaq, cild 7 səh 500-501; “mutə” babı).

“Kənzül-Ümmal” kitabında Əbu Xeysəmin qızı Ümmü Əbdullah rəvayət edir ki, Şamdan bir kişi gəlib mənim mənzilimdə məskən saldı və dedi: “Arvadsızlıq məni çətinliyə salmışdır, mənim üçün bir arvad tap, onunla müvəqqəti olaraq evlənim”. Onu bir qadına elçi göndərdim, mehriyyə təyin etdilər və adil şəxs də ona şahid tutuldu. Bundan sonra Allahın istədiyi vaxta qədər o qadınla yaşadılar. Sonra Mədinədən çıxdı. Bu xəbər Ömərə çatdıqda məni çağırıb soruşdu: “Bu deyilənlər düzdürmü?” Dedim: “Bəli.” O dedi: “Əgər o kişi qayıtsa mənə xəbər ver.” O gəldikdə Öməri agah etdim. Onu çağıtdırıb dedi: “Səni bu işə nə vadar etmişdir?” Dedi: “Mən bu işi Peyğəmbərin zamanında da yerinə yetirirdim və o həzrət sağ olan vaxta qədər bizi bu işdən çəkindirməmişdi. Əbu Bəkrin dövründə də bunu davam etdirdik, o da həyatda olduğu vaxta qədər bizi bu işdən çəkindirmədi. Sizin xilafətiniz dövründə də onun qadağan olunması bizə çatmamışdır.” Ömər dedi: “Agah olun! Canım əlində olan Allaha and olsun, əgər bundan qabaq onu nəhy etmiş olsaydım, səni daşqalaq edərdim. Bir-birinizdən ayrılın ki, nigah və izdivac zinadan ayrılsın” (“Kənzül-Ümmal” cild 8, səh 294).

Əbdür-Rəzzaqın “Müsənnəf” kitabında Ürvədən belə rəvayət olunur: “Rabiə ibni Üməyyə ibni Xələf Mədinənin qeyri ərəb qadınlarının biri ilə müvəqqəti evləndi. Biri Xovlə binti Həkim olmaqla iki qadın ona şahidlik etdilər. Xovlə əməlisaleh bir qadın idi. Çox keçmədi ki, o qeyri ərəb qadın hamilə oldu. Xovlə hadisəni Ömərə xəbər verdi. Ömər qalxıb qəzəbindən əbasının bir ücü yürlə sürünən halda tələm-tələsik minbərə çaxab dedi: “Mənə xəbər vermişlər ki, Rəbiə ibni Üməyyə Mədinə qadınlarından olan qeyri ərəb qadınla müvəqqəti evlənmiş və o iki qadını da ona şahid tutmuşlar. Əgər bundan qabaq bunu qadağan etmiş olsaydım, indi onu daşqalaq edərdim”” (“Müsənnəf” Əbdür-Rəzzaq, cild 7 səh 500; “Müsnədi Şafei” səh 132; “Əl-isabə” Rəbiə ibni Üməyyənin tərcümeyi-halı, cild 1 səh 514; “Müvəttə Malik” səh 542, hədis 42 “nigahul-mütə” babı; “Sunəni Beyhəqi” cild 7, səh 206; “Əl-ümm” Şafei cild 7, səh 219; “Təfsiri Suyuti” cild 3 səh 141).

Sünni təfsirçilərin çoxu bu ayənin müvəqqəti nigaha deyil, daimi nigaha aid olmasında yekdildirlər. İbn əl Cauzi yazır: “İki fikir mövcuddur. Birincisi odur ki, söhbət daimi nigah zamanı verilən mehrdən gedir. İbn Abbas, əl-Həsən əl-Basri, Mücahid -radıyallahu anhum- və bir çox başqa təfsirçilərin fikri belədir. İkincisi odur ki, burada söhbət müvəqqəti nigahdan gedir. Mə'lumdur ki, İbn Abbas -radıyallahu anhu- bir vaxt buna icazə vermişdi, amma sonra o öz baxışlarından imtina etdi” (İbn əl Cauzi, “Zad əl-Masir”, 2/52).

əl-Cövzi digər alimlərdən üstün sayıla bilməz, Süyuti, Fəxri Razi, Məhəmməd ibn Cərir Təbəri bu ayənin mütə haqqında nazil olduğunu deyiblər. İbn Cüreys adlı sünni alimi 90 dəfə siğə edib.

İbn Kəsir öz təfsir kitabında yazır:
و كان ابن عباس و ابي ابن كعب و سعيد بن جبير و السدي يقرؤون «فما استمتعتم به منهن الي اجل مسمي فاتوهن اجورهن فريضة» و قال مجاهد نزلت في نكاح المتعة»

İbn Abbas, Ubey ibn Kəb, Səid ibn Cubeyr və Suddi mütə ayəsini “ila əcəlin musəmma” ilə qiraət edirdilər. Mücahid demişdir: “Bu ayə mütə barəsində nazil olmuşdur.”

Qurtubi öz təfsirində yazır:
«قال الجمهور انّ المراد نكاح المتعة الذي كان في صدرالاسلام و قرأ ابن عباس و ابي ابن كعب و سعيد ابن جبير فما استمتعتم به منهنّ الي اجل مسمي فآتوهن اجورهن فريضة
“Cumhur (alimlər) demişlər ki, bu ayədə müvəqqəti nikah nəzərdə tutulmuşdur. Bu nikah İslamın ilk çağlarında vardı və İbn Abbas, Ubey ibn Kəb, Səid ibn Cubeyr bu ayəni “ila əcəlin musəmma” cümləsi ilə qiraət edərdilər.”

İbn Həzm demişdir:
«و قد ثبت علي تحليها بعد رسول الله جماعة من السلف رضي الله عنهم منهم من الصحابه رضي الله عنهم اسمآء بنت ابي‌ بكر الصديق و جابر بن عبدالله و ابن مسعود و ابن عباس و معاوية بن ابي‌سفيان و عمر بن حريث و ابوسعيد الخدري و سلمة و معبد ابناء امية بن خلف و رواه جابر بن عبدالله عن جميع الصحابة مدة رسول الله و مدة ابي ‌بكر و عمر الي قرب آخر خلافة عمر و من التابعين طاوس و عطاء و سعيد بن جبير و سائر فقهاء مكه اعزها الله»
Sabit olunmuşdur ki, peyğəmbərdən sonra sələf insanların bir hissəsi mütə nikahının halal olduğuna etiqad bəsləmişlrər. Bunlardan Əbubəkrin qızı Əsma, Cabir ibn Abdullah, İbn Məsud, İbn Abbas, Müaviyə ibn Əbu Sufyan, Əmr ibn Hüreys, Əbu Səid Xudri, Üməyyə ibn Xələfin iki övladı Sələmə və Mebəd kimi tanınmış sahabələrin adlarını sadalamaq olar. Cabir bunu həzrət Məhəmmədin dövründə, Əbubəkrin xilafəti zamanı və Ömərin xilafətinin sonlarına qədər bütün səhabələrdən habelə tabeindən Tavus, Səid ibn Cübeyr, Əta və sair Məkkə fəqihlərindən rəvayət etmişdir ("Cəvahirul-kəlam", c. 3, s. 145).

İbn Həbib yazır:
«من كان يري المتعة من اصحاب النبيّ : خالد بن عبدالله الانصاري، زيد بن ثابت الانصاري، سلمة بن الاكوع الاسلمي، عمران بن حصين الخزاعي و عبدالله بن عباس بن عبدالمطلب رضي الله عنه...»
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əshabından olan Xalid ibn Abdullah Ənsari, Zeyd ibn Sabit Ənsari, Sələmə ibn Əkvə Əsləmi, İmran ibn Həsin Xüzai, Abdullah ibn Abbas ibn Əbdul-Muttəlib mütə nikahının halal olmasına etiqad bəsləmişlər

İbn Abbasdan mütə nikahının caiz olduğu nəql olunmuşdur. Onun şagirdləri olan Əta, Tavus da bu əqidədə idilər. İbn Cureyc də bunu təsdiqləmiş və Əbu Səid Xudridən və Cabir ibn Abdullahdan bunu nəql etmişdir. Şiə məzhəbinin də məsləki budur. Çünki peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahına izn verdiyi sabit olunmuşdur

Qurtubi öz təfsirində yazır:
«قال ابوبكر الطرطوسي: و لم يرخص في نكاح المتعه الا عمران بن حصين و ابن عباس و بعض الصحابة و طائفة من اهل بيت»
Əbubəkr Tərtusi yazır ki, mütə nikahını İmran ibn Həsin, İbn Abbas, sahabələrdən bəziləri və Əhli-beytdən (əlehyimus-səlam) olan bir qrup insanlardan başqa bir kəs rüxsətli bilməmişdir ("əl-Müğni", c. 7, s. 571)

Əbu Həyyan öz təfsirində yazır:
«قال عمران بن حصين امرنا رسول الله بالمتعه و مات بعد ما امرنا بها و لم ينهنا عنه قال رجل بعده برأيه ماشاء علي هذا جماعة من اهل بيت و التابعين»
İmran ibn Həsin demişdir: “Peyğəmbər bizə mütə etməyə əmr etmişdi və bu əmrdən sonra dünyasını dəyişdi. O, bunu qadağan etməmişdi. Ondan sonra bir kişi öz istəklərinə tabe olaraq istədiyini dedi. Əhli-beytdən və tabeindən ibarət olan bir qrup da bu əqidədədirlər” ("əl-Cəmiül əhkamul Quran", c. 5, s. 333).


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Cümə axşamı, 19.03.2009, 13:06 | İsmarıc # 56
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Mən bu qədər alim və səhabədən göstərdim ki, bu ayə siğə haqqındadır! Siz bu ayəni nəsx edə ayə və ya hədis göstərin!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
AdministratorTarix: Cümə axşamı, 19.03.2009, 14:58 | İsmarıc # 57
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



bir də sizə bildirmək istəyirəm ki, yaxşı olar ki, aşağıda yazdıqlarımı oxuyasınız, çünki mən Allahın köməkliyi ilə sizin göstərdiyiniz hədislərin batil olduğunu sübut edəcəm.

bir də sizə bildirmək istəyirəm ki, yaxşı olar ki, aşağıda yazdıqlarımı oxuyasınız, çünki mən Allahın köməkliyi ilə sizin göstərdiyiniz hədislərin batil olduğunu sübut edəcəm.
Sizin ən çox göstərdiyiniz hədislər əsasən Həzrət Əlidən (ə) rəvayət edilir.
1). «حدثنا مالك عن ابن شهاب عن عبدالله و الحسن ابني محمد بن علي عن نهي عن متعة النساء يوم خيبر و اكل الحمر ان رسول اللهابيها عن علي بن ابي طالب الاهليه»
Malik Şahabdan o da Abdullah və Həsən, Məhəmməd Hənəfiyyənin iki oğlundan onlar da öz atalarından və o da Əli ibn əbi Talibdən(əleyhis-səlam) nəql edir: - Peyğəmbər Xeybər döyüşündə qadınları mütə etməyi və ev ulaqlarının ətindən qida kimi istifadə etməyi qadağan etdi. (“əd-Durrul Mənsur”,
Başqa bir hədisdə belə nəql olunur.
2). ابن عيينة انه سمع الزهري يقول: اخبرني الحسن بن محمد بن علي و نهي عناخوه عبدالله عن ابيها ان عليا رضي الله عنه قال: لابن عباس ان النبي المتعة و عن لحوم الحمر الاهلية»
İbn Uyəynə Zöhrinin belə söylədiyini eşitdi, Həsən və qardaşı Abdullah, Məhəmməd Hənəfiyyənin iki oğlu Əlidən belə xəbər verdi ki, İbn Abbasa:
- Allahın rəsulu (səlləllahu ələyhi və alihi və səlləm) mütə nikahından və əhliləşmiş ulaq ətindən çəkindirdi- dedi.
و3). «عن الزهري عن الحسن بن محمد بن الحنيفه عن ابيه قال: تكلم علي نهي عن متعة انك امرؤ تائه ان رسول اللهابن عباس في متعة النساء فقال له علي النساء في حجة الوداع»
Zöhri Həsən ibn Məhəmməd ibn Hənəfiyyədən o da atasından nəql etdi ki, bir gün Əli və İbn Abbas mütə nikahı haqqında mübahisə etdilər. Əli İbn Abbasa:
- Sən nə danışdığını bilmirsən. Peyğəmbər mütə nikahını vida həccində qadağan etdi- dedi.
Bu hədisləri digər alimlər də eyni sənədlə öz kitablarında nəql etmişlər Lakin təkrara yol verməmək üçün onları burada nəql etməkdən vaz keçir və qeyd etdiyimiz hədisləri araşdırmağa başlayırıq.
Bu hədislərin sənəd baxımından bir neçə qüsuru vardır:
1) Bütün hədislər ibn Şahab Zöhri ilə xətm olur. Bu hədislərdə Məhəmməd ibn Hənəfiyyənin iki oğlundan nəql edən ravi bir nəfərdir və o da məhz Zöhrinin özüdür. Bu minvalla hədis öz gerçək dəyərini göstərir və aydın olur ki, bu hədis bütün ravi və alimlər tərəfindən qəbul olunmamışdır. Əks halda onlar da bu hədisi nəql edərdilər. Bu “Dirayətul-hədis” elmində danışılan ravinin “təfərrüdü”dür(bir fərd olaraq qalmasıdır).
2) İbn Şahab Zöhrinin özü də müvəssəq və etibar olunmuş bir fərd deyildir. Bundan əlavə o Əhli-beytə qarşı yaxşı münasibət bəsləməmiş əksinə Əhli-beyt düşmənləri ilə xüsusilə də Bəni Üməyyə ilə sıx əlaqə saxlamış və onların xidmətçilərindən biri olmuşdur. İbn Xilkan bu haqda yazır:
İbn Şahab Zöhri, Əbdül-məlik, Hüşam, Yəzid ibn Əbdül-Məliyin xilafət dövrlərində saray alimlərindən olmuşdur. Sonradan Hüşam onu öz övladlarına müəllim təyin etdi və o, həccdə də onların mürşidi və hidayətçiləri olmuşdur. Zöhri yazır:
“Əbdül-məlik dünyadan getdi və mən onun oğlu Vəlidə itaət etdim. Ondan sonra Süleyman Əbdül-Əzizi və sonra oğlu Yəzidi seçdim. O da qəzavət mənsəbini mənə layiq bildi. Ondan sonra da Hüşam ibn Əbdül-Məliyə xidmət etdim və övladlarının müəllimi oldum. Həccdə də bələdçilikləri mənim öhdəmə idi.
Malik (malikilərin imamı) demişdir: “Zöhri Əməvilərin Şam şəhərindəki qazısı və böyük müftisi idi.”Ona görə də əhli-sünnənin görkəmli alımləri daim onu danlamışlar.
Məkhul demişdir: O, məliklərlə yaxın münasibətlərinə görə özünü fasid və xarab etdi. Ona görə də Zeməxşəri öz təfsir kitabında Hud surəsinin 113-cü ayəsinin təfsirində Zöhrini Əməvi rəhbər və xəlifələrinə çox etimad etdiyinə və onlarla hökümət işlərində yaxından iştirak etdiyinə görə pisləmişdir.
Zəhəbi bu haqda yazır:
Zöhrinin Bəni-Üməyyə hökümətinin möhkəm və güclü qalmasında böyük və mühüm rolu var idi.
Xaricə ibn Məsəb və Məhəmməd ibn Əşkan demişlər:
Zöhri Əməvilərin jandarmı və onların əsgərlərindən biri idi.
Əmr ibn Übeyd isə demişdir:
Zöhri padşahların əl dəsmalı idi. Onlar öz eyblərini və pisliklərini onun vasitəsi ilə silirdilər.
Ona görə də alimlərdən bəziləri öz Zöhriyə qarşı nifrətlərini gizlətməmiş və onun barəsində həqiqətləri söyləməkdən vaz keçməmişlər. Hakim Nişaburi bu haqda belə yazır:
“Əhli-sünnənin rical alimi Yəhya ibn Müindən Zöhri barəsində “Əməş yaxşıdır yoxsa Zöhəri” - deyə soruşdular. O,:
- Əməş də Zöhri kimi olsaydı ona nifrətim olardı. Çünki Zöhri Əməvilər üçün işləyirdi(İslam üçün deyil),- deyə cavab verdi.
Bundan əlavə o, Əhli-beytə qarşı da yaxşı münasibət bəsləmirdi. Xüsusilədə həzrət Əliyə qarşı öz kinini və düşmənliyini daha aşkar şəkildə göstərirdi. İbn Əbil-Hədid bu haqda yazır:
Zöhri həzrət Əlidən münhərif və azmış olan ən məşhur şəxslərdən idi.
Demək lazımdır ki, İmam Səccadın (əleyhis-səlam) Zöhriyə yazdığı məktub da onun bu çirkin işlərinə görə qələmə alınmışdı.
Məhəmməd ibn Şeybə rəvayət edir: “Mədinə məscidində Zöhrinin Ürvə ibn Zubeyrlə birgə əyləşib Həzrəti-Əlinin (əleyhis-səlam) əleyhinə təbliğat apardıqlarını gördüm. Bu xəbər imam Səccada (əleyhis-səlam) çatdı. İmam bu işlərinə görə onları çox danladı.” Zöhri bunun müqabilində hər yerdə fürsət tapsaydı Müaviyəni tərifləyərdi.
Bir gün Zöhri imam Səccadın (əleyhis-səlam) hüzurunda belə dedi:
كذبت يا زهري بل كان«كان معاوية يسكته الحلم و ينطقه العلم. فقال يسكته الحصر و ينطقه البطر»
(“Mən la yəhzuruh fəqih”, c 4, səh 432).
Dəlillər və sübutlar bunu göstərir ki, Zöhri Əhli-beytə qarşı düşmənçiliyi ilə yanaşı onların fəzilət və mənaqibini xüsusilə də Həzrət Əlinin (əleyhis-səlam) fəzilətlərini gizlədərdi.
Əhli-sünnə alimlərindən olan İbn Həbban bu barədə yazır:
«لستُ احفظ لمالك و لا للزهري فيما رويا من الحديث شيئاً من مناقب علي »
Malik və Zöhridən nəql olunan hədislər içində Həzrət Əlinin (əleyhis-səlam) fəzilətində bir hədis tapmadım.
İbn Əsakir yazır:
«عن جعفر بن ابراهيم الجعفري قال: كنت عند الزهري اسمع منه فاذا عجوز قد وقفت عليه فقالت يا جعفري لاتكتب عنه فانه مال الي بنياميه و اخذ جوائزهم، فقلت »من هذه؟ قال اختي رقيه خرفت، قال خرفت انت كتمت فضائل آل محمد
Cəfər ibn İbrahim Cəfəri nəql edir ki, Zöhridən bir hədis öyrənirdim, qəflətən qoca bir qadın irəli gəlib dedi:
- Ey Cəfəri, Zöhridən hədis nəql etmə. Cünki onun Bəni-Üməyyəyə meyli var və onların hədiyyəsini alır.
Mən:
- Bu qadın kimdir?- deyə soruşdum.
- Mənim bacım dəli olub,- deyə Zöhri cavab verdi.
Bacısı:
- Sən dəli olmusan, Əhli-beytin fəzilətlərini və mənəvi keyfiyyətlərini gizlədirsən?- deyə ona cavab verdi. (“Lavameul-ənvar”, c. 1, səh. 178).
Kəbi öz kitabında yazır:
“Zöhri Bəni-Mərvanın havadarlarından olmuş və heç vaxt Əlinin (əleyhis-səlam) fəzilətlərini zikr etməmişdir.” (“əl-Məcruhin”, c 1, səh. 258).
O, hədis nəqlində də diqqətli olmamışdır və ondan nəql olunan hədislərin əksəriyyəti mürsəldir. Belə ki, əhli-sünnənin görkəmli alimləri bu həqiqətə etiraf etmişlər.
Yəhya ibn Səd Əl-Qəttan bu xüsusda yazır:
Zöhrinin mürsəl hədisləri mürsəl hədislərin ən pisi və şiddətlisidir. O, adını çəkmək istəmədiyi hər kəsin adını silmişdir.(“Tarixi Mədinətu Dəməşq”, c.42 s.227).
Zəhəbi bu barədə yazır:
Zöhrinn mürsəl hədisləri böyük bir problemdir. Çünki o hədisin ravisini hətta iki-iki pozmuşdur. Bəzilər onu yalnız səhabələrin adlarını hədis sənədlərindən sildiyini söyləmişlərsədə bu doğru deyil. Belə ki, o, digərlərinin adlarını da hədis əsnadından pozmuşdur. (“Qəbulul-əxbar”, c 1, s. 266).
Onun nəql etdiyi hədislərdə “təqdim” və “təxir” də müşahidə olunmaqdadır. O, bu işi də adi bir iş sayırdı. Əbu-Yunis bu barədə yazır:
Zöhridən təqdim və təxir barəsində soruşduqda o:
- Təqdim və təxir Quranda caiz ola-ola hədislərdə niyə caiz olmasın?-deyə cavab verdi. (“Siyəri əlamun nübəra”, c. 5, s. 339).
Sualımız budur ki, Əməvilərə bu qədər bağlı olan və saray ruhanisi olan bir şəxsdən hədis nəql etmək doqrudurmu? Allahın rəsulu buyurmadımı:
«سيكون بعدي امراء يكذبون و يظلمون فمن صدقهم بكذبهم و اعانهم علي ظلمهم فليس مني و لست منه و لم يرد عل الحوض»
“Məndən sonra əmirlər gələcəklər ki, yalan deyər və zülm edərlər. Hər kimsə onların yalanına haqq verərsə və zülmlərinə yardım edərsə məndən deyil. Mən də ondan deyiləm. Beləsi hovuz kənarında yanıma gələ bilməz.”
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur:
«العلماء امناء الرسل علي عبادالله ما لم يخالطوا السلطان»
“Alimlər peyğəmbərlərin Allah bəndələri arasında əmanətçiləridirlər, sultanlara arxalanana qədər.”
Əhli-beytə xüsusilədə həzrət Əliyə (əleyhis-səlam) qarşı düşmənçılik edən, onların fəzilətlərini gizlədən və düşmənləri ilə dostluq edən bir insandan hədis nəql etmək doğrudurmu?
Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) Həzrət Əliyə (əleyhis-səlam) buyurmadımı:
«لا يحبك الا مؤمن و لايبغضك الا منافق»
“Səni mömindən başqa bir kəs sevməz və münafiqdən savayı bir kəs sənə ədavət bəsləməz.” (Müsnədi Əhməd c 5, s 384).
Allah-taala Qurani-kərimdə buyurmadımı:
«ان المنافقون هم الفاسقون»
Hücürat surəsinin altıncı ayəsində buyurmadımı:
« ان جاءَكم فاسق بنبإٍ فتبينوا»
Həztəti-Əlinin (əleyhis-səlam) fəzilətləri haqqında sadir olmuş külli miqdarda hədislərdən birini belə nəql etməkdən boyun qaçıran bir şəxs, onun məzəmməti barədə habelə Əlinin (əleyhis-səlam) öz dilindən mütə nikahının təhrimi haqqında hədis nəql edirsə xeyirxahlıq niyyəti varmı? Həqiqəti aydınlaşdırmaq istəyirmi? Hədəfi İslam ümmətinə səhih hədisləri çatdırmaqmıdır?
Bütün ömrünü Əməvi xəlifələrinin xidmətində keçirmiş bir kəs Əhli-beyt (əleyhis-səlam) barəsində həqiqətləri söyləyə bilərmi? Zöhri özu bunu edə bilmədiyini etiraf edir.
3) Nə üçün Həzrət Əli bu sözləri imam Həsənə (əleyhis-səlam) və imam Hüseynə deyil məhz Məhəmməd Hənəfiyyəyə açıqladı? Və ya nə üçün Zöhri bu hədisi yalnız Məhəmməd Hənəfiyyənin iki övladından nəql edir? Zöhrinin bu hədis barəsində imam Səccaddan (əleyhis-səlam) da soruşması yaxşı olmazdımı? Belə ki, əgər Həzrət Əli (əleyhis-səlam) bu hədisi buyursaydı yalnız Məhəmməd ibn Hənəfiyyə və onun iki oğlu deyil imam Həsən (əleyhis-səlam), imam Hüseyn (əleyhis-səlam), imam Səccad (əleyhis-səlam) və başqaları da bu hədisi nəql edərdilər. Bu Məhəmməd ibn Hənəfiyyəyə isnad edilən yalandan başqa bir şey deyil.
Bu hədisin mətn baxımından da qusurları vardır:
1) Bu hədisin mətnini Zöhri bir neçə şəkildə nəql etmişdir. O, hədislərin birində deyir: Həzrət Əli (əleyhis-səlam) dedi ki, peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Xeybər döyüşündə mütə nikahını və əhliləşmiş ulaqların ətini haram etdi.
Digər rəvayətdə vardır ki, bunu ibn Abbasa dedi.
Başqa bir hədisdə isə İbn Abbasa :
- Sən nə dediyini bilmirsən çünki mütə nikahına fitva verirsən-dedi.
Digər bir rəvayətdə Həzrət Əli (əleyhis-səlam) buyurdu:
- Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Xeybərdə mütə nikahını qadağan etdi (“əl-Möcamul əvsət”, c. 5, s 345).
Bu hədisdə əhliləşmiş uzunqulaqdan bir xəbər yoxdur. Bunun əksi də hədisdə vardır.
2) Başqa hədislərdə Zöhri mütənin təhrim olunmasını da bir neçə məkan da qeyd etmişdir. Bir hədisdə təhrimin Məkkə fəthində baş verdiyi yazılmışdır. Başqasında Təbuk döyüşü qeyd olunmuşdur. Digərində isə vida həcci göstərilmişdir. İbn Məsna isə mütə nikahının Hüneyn müharibəsində haram elan olunduğunu deyir (“əl-Möcamul əvsət”, c. 5, s 345). Yuxarıdaki hədis də gördüyünüz kimi təhrim məkanını Xeybər bilmişdir.
3) Hədisdə əhliləşmiş eşşək ətinin yeyilməsi qadağan olunmuşdur. Hədisin səhih olduğunu fərz etsək də bu qadağanın müvəqqəti olduğunu anlamaq çətin deyil. Belə ki, Həzrəti peyğəmbərdən bizə çatmış hədislərdə nəql olunur ki, müharibə zamanı peyğəmbərin səhabəsi açlıq içində idilər. Onlar açlığı aradan aparmaq üçün bəzi uzunqulaqların başını kəsib bişirmək üçün qazanlara tökürdülər. Bu xəbər peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) çatdı. O, minikləri itirmək qorxusundan əhliləşmiş ulaqların ətini yeməyi qadağan etdi. Bu qadağanın necə şəriət kimi qəbul olunması imam Baqirdən (əleyhis-səlam) olan bir hədisdə də özünü göstərir. İmam Baqirdən (əleyhis-salam) uzunqulaq ətinin nə üçün haram olunduğunu soruşdular. İmam buyurdu:
«و انما نهي اكلها في ذلك الوقت لانها كانت حمولة الناس»
“Allahın rəsulu o vaxt bunu qadağan etdi. Çünki uzunqulaqlar camaat üçün minik və nəqliyyat vasitəsi sayılırdı.”
Əgər “əhliləşmiş” sözünün də “ehtirazi” bir qeyd olduğunu nəzərə alarıqsa yuxarıdakı hədisi təyid etmək üçün bu hədisdən istifadə etmək olar. Çünki adətən əhliləşmiş uzunqulaqlardan minik üçün istifadə olunur. Ona görə də hədisdə məhz əhliləşmiş uzunqulaqlara qadağa qoyulmuşdur. Bu səbəbədə İbn Abbas və Malik uzunqulaq ətinin yeyilməsini haram deyil məkruh bilmişlər.(“Sünəni Kübra” c 7, s.328). Bu halda mütə nikahının qadağan olunmasını da (hədis səhih olarsa) müvəqqəti saymaq olar.
4) Əhli-sünnə alimlərinin əksəriyyəti mütə nikahının Xeybərdə haram olunduğunu rədd etmişlər.
Bu barədə Suheyli və Beyhəqi yazırlar:
«و هذا شي لايعرفه احد من اهل السير و رواة الاثر»
“Bu, hədis ravilərinin və tarixçilərin məlumatları olmayan bir məsələdir.” ( “Şərhi Səhih Müslim”, c. 12, s. 91).
İbn Qəyyim yazır:
«قصة خيبر لم يكن فيها الصحابة يتمتعون باليهوديات و لااستأذنوا في ذلك و لا نقله احد قط في هذه الغزوة و لا كان للمتعة فيها ذكر البتة لافعلارسول الله و لاتحريما»
“Xeybər döyüşündə səhabələr yəhudi qadınlarla siğə etmədilər. Və Allahın rəsulundan da bu barədə icazə istəmədilər. Heç kəs bunu Xeybər döyüşündən nəql etməmişdir. Xeybərdən mütə nikahının icra və təhrimi haqqında heç bir xəbər bizə çatmamışdır.” (“Fəthul bari”, c 9, s. 210).
Beyhəqi yazır:
« قال سفیان بن عیینه یعنی نهی عن لحوم الحُمر الاهلیة زمن خیبر لا یعنی نکاح المتعة»
“Sufyan demişdirki, bu hədisdə mütə nikahının haram olunması deyil uzunqulaq ətinin haramlıqı nəzərdə tutulmuşdur.” Himyəvinin hədisində də bu mətləb özünü göstərir. (“Sünəni Kübra”, c 7, s 201).
Gətirdiyimiz bütün dəlillərdən məlum olur ki, bu hədis uydurma hədislərdən biridir ki, Ömərin təhrimi üçün bəhanə gətirmək, müsəlmanların zehnini korlamaq və şiələri məğlub etmək üçün onunla həzrət Əliyə (əleyhis-salam) isnad etmişlər. Bundan əlavə digər hədislərdə də həzrət Əliyə isnad edilmişdir ki, onlarda mütə nikahının peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən yasaq olunması göstərilir. Biz bu kimi hədisləri nəql etməklə onların nə dərəcədə səhih olduğunu aydınlaşdırmaq üçün təhlil və tədqiq edəcəyik.
« عن ابن بكير ثنا عبدالله لهيعة عن موسي بن ايوب عن اياس بن عامر عن علي بن ابيطالب رضي الله عنه قال: نهي رسول الله… عن المتعة قال: و انما كانت لمن لم يجد فلما انزل النكاح و الطلاق و العدة و الميراث بين الزوج و المرأه نسخت»
İbn Bukeyr Abdullah ibn Ləhiədən o da Musa ibn Əyyubdan o da Əyas ibn Amirdən və o da nəql edir ki, həzrət Əli (əleyhis-salam) belə dedi:
“Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütəni qadağan etdi. Mütə caiz olan gündə də yalnız evlənmək imkanları olmayan şəxslər üçün idi. Lakin ər və arvad arasında nikah, talaq, iddə və miras ayələri nazil olan kimi mütənin hökmü nəsx oldu.” (“Sünəni Kübra”, c 7, s 207).
Başqa bir hədisdə deyilir:
«عن عبدالرزاق سمعت رجلاً يحدث معمراً قال اخبرني الاشعث و الحجاج بن قال: نسخ رمضان كل صوم و نسختارطاة انهما سمعا ابااسحاق يحدث عن الحارث عن علي الزكاة كل صدقة و نسخ المتعة الطلاق و العدة و الميراث و نسخت الضحیة كل ذبيحة»
Əbdürrəzzaq nəql edir, mən birisindən eşitdim ki, Məmər belə nəql etdi:
Əşəs və Həccac ibn Ərtah İshaqdan və o Harisdən və o da Əlidən (əleyhis-salam) nəql edirki, Əli (əleyhis-salam) dedi:
Ramazan orucunun hökmü digər orucların hökümlərini nəsx etdi. Zəkat ayəsi hər başqa sədəqəni nəsx etdi. Mütə ayəsini isə talaq, iddə və miras ayəsi nəsx etdi. Qurbanlıq hökmü də digər zəbihələri(qurbanlıqları) nəsx etdi (“əl-Müsənnəf”, c 7, s. 505).
Hər kəsin müqəddəs İslam dinindən və hətta cahiliyyət dövrü haqqında azacıq məlumatı olsa bu mətləbi əsla qəbul etməz. Ona görəki, hətta cahiliyyət dövrlərində də daimi nikah və bir neçə qadınla evlənmək mövcud olmuşdur. İslam dini gələndən sonra ailə qurmaq üçün qadınların sayı dördə endi. Habelə yuxarıdakı hədis doğri olarsa biz peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) və səhabələrinin nikahlarını da müvəqqəti hesab etməliyik ki, bu da heç kəsin qəbul etmədiyi bir sözdür.
Bundan əlavə mütə nikahının talaq, iddə və miras ayəsi vasitəsilə nəsx olunması da nöqsanlı bir mətləbdir. Biz inşaallah sonrakı hissələrdə bu barədə söhbət açacaq və ətraflı danışacağıq. Hazırda bi hədis haqqında bu miqdarla kifayətlənir və ikinci hədisi izah edirik.
İkinci hədisin bir neçə nöqsanı vardır:
1) Əbdurrəzzaqın hədis nəql etdiyi şəxsin kim olduğu məlum deyil. Nə üçün adını çəkmədiyi də bilinmir. Bu hesabla bu hədis an azı bir ravi cəhətindən qaranlıq və naqisdir.
2) Həccac ibn Ərtah olduqca zəif və müdəllis bir şəxsdir
3) Bu hədisi başqaları da həzrət Əlidən (əleyhis-salam) nəql etmişdir. Lakin mütə nikahının nəsx olunması bu hədislərdə gözə dəymir (“Sünəni Kübra”, c 7, s. 262).
Bu göstərdiklərimiz həzrəti Əliyə (əleyhis-salam) isnad edilmiş uydurma hədislər idi ki, cavab verdik.
Bu iki hədisə həm sənəd həmdə mətn cəhətindən irad tutmaq mümkündür. Birinci hədisin sənədində mövcud olan birinci ravi Abdullah ibn Ləhiədir ki, rical elminin görkəmli şəxsiyyətləri onu “zəif” elan etmişlər. Onun barəsində əhli-sünnənin tanınmış alimləri o cümlədən Əhməd ibn Hənbəl, Yəhya ibn Muin, Əbu Zuryə Əmr ibn Əli, Əbu Əbdürrəhman Əl-bəsri, İbn Məhdi demişlər:
“Abdullah ibn Ləhiə zəif bir şəxsdir. Onun hədisinə istinad və etimad etmək olmaz. Əbu Hatəm bu fikirdədir ki, ibn Ləhiənin hədislərinin içində xoşa gəlməz hədislərə və habelə “zəif” və “mətruk” adamlardan nəql olunanlara çox rast gəlmək olar. Onun özü də müdəllis bir şəxsdir. İbn Ləhiənin hədislərinin nöqsanlarını həll etmək üçün demişlər ki, İbn Ləhiənin kitablarının içində yanmamışdan öncə bizə çatanlar səhihdirlər. Lakin yanğından sonra onun hədislərinin içində zəifləri də tapılmışdır. Amma rical alimləri bu sözü rədd edərək demişlər:
“İbn Ləhiənin hədislərinin yanğından öncə və yanğından sonra hec bir fərqləri yoxdur.” (“Kitab əl-Məcruhin”, c2 , s13).
Bu haqda Yəhya ibn Muin belə demişdir:
كتب ابن لهيعه فقال ضعيف قبل آن تحترق و بعد ما احترقت
(“əl-Kamil”, ibn Udey)
Söz açdığımız hədisin sənədində Abdullah ibn Ləhiədən savayı Musa ibn Əyyub adında bir şəxs də vardır və zəif sayılır. O, Misirdə şəriət hökmlərində “qiyas”ı yaradan ilk şəxsdir.
Hədisin mətnində də müsəlmanların cümlə qəbul etdikləri qəti fikirlərə uyğun olmayan mətləblər vardır. Çünki hədisin isbat etmək istədiyi məsələ budur ki, İslamda ilk öncə mütə nikahı mövcud olmuş və bütün müsəlmanlar mütə nikahından istifadə edmişdir. Daha sonra daimi nikah yaranmış və müvəqqəti nikah nəsx olmuşdur. Bu isə qeyri-məqbuldur.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Cümə, 20.03.2009, 15:11 | İsmarıc # 58
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Sizin hədislərə əsasən Hicrətin 7-ci ilində Xeybərdə Peyğəmbər mutanı və eşşək ətini Qiyamət Gününə qədər haram etdi. Bir il sonra Məkkəni fəth edərkən (Səhih Buxariyə əsasən) biz görürük ki, o 3 günlük mutanı halal bilir və yenə də onu Qiyamət gününə qədər haram edir. Ondan bir az müddət keçdikdən sonra Hünaynda o yenidən mutaya icazə verir və ardıyca onu Qiyamət gününə qədər haram edir. Bunlar necə mümkündür? Necə ola bilər ki, peyğəmbər bir şeyi bir neçə dəfə Qiyamət gününə qədər haram etsin?

Bilirik ki,bu nigah cahiliyyə dövründən qalma bir adət idi və bu adət də digər zərərli adət və əməllər kimi tədricən aradan götürülməyə başladı.Rasulullah (s.a.s) bilindiyi kimi buna səfər,döyüş zamanları icazə vermiş sonra bundan çəkindirmişdir.
Bunu bəyan edən hədislər çox və dəlillər sağlamdır.Bu nigah bir müddət icazəli olmuşdur.Bunlar daha ətraflı yuxarıda qeyd olunub,təkrara ehtiyac yoxdur.
http://www.boxca.com/vsost9f13xfl/Namus_fitnesi_muta.mht.html
Quote (Adminstrator)
Həmçinin siz bu hədislərə niyə baxmaq istəmirsiniz? Digər bir rəvayətdə Məhəmməd ibni Əsvəd ibni Xələf deyir: “Əmr ibni Hovşəb Bəhi Amir ibni Liva qəbiləsindən olan bir qızla müvəqqəti olaraq evləndi və o qız hamilə oldu. Bunu Ömərə xəbər verdilər. Ömər ondan izahat verməsini istədi və dedi: “Əmr ibni Hovşəb məninmlə müvəqqəti olaraq evlənmişdir” Ömər hadisəni Əmrdən soruşdu və o da təsdiqlədi. Ömər dedi: “Kimi bu işə şahid tutçuşdunuz?” Ravi deyir: Mənim dəqiq yadımda deyil, deyəsən belə dedi: “Ya anamı, ya bacımı, yaxud qardaşımı.” Ömər yerindən qalxıb minbərə çıxdı və dedi: “Nə olub ki, kişilər müvəqqəti izdivac edir, amma ona adil şahid tutmur və onu aşkar etmirlər?” Ravi deyir: Ömərin bu sözünü onun minbərindəki çıxışına qulaq asan bir şəxs öz qulağı ilə eşidib nəql etmişdi. O deyir: “Camaat bunu ondan qəbul etdilər.”” (“Müsənnəf” Əbdür-Rəzzaq, cild 7 səh 500-501; “mutə” babı).

Lap yaxşı,bu hədis nə dərəcə mötəbərdir.Bu baradə olan rəvayətlər yüzlərlədir.İndi əgər siz özünüzə sərf edən bir cümləni götürüb yerdə qalanını tərk etsəniz necə islah ola bilərsiz?Bu yanaşma kökündən yanlış olan bir yanaşmadır.Bu üslub ilə unutma ki,müxaliflər Qurana da hücum edirlər.Məsələ isə yanaşma tərzindədir.
Quote (Adminstrator)
əl-Cövzi digər alimlərdən üstün sayıla bilməz, Süyuti, Fəxri Razi, Məhəmməd ibn Cərir Təbəri bu ayənin mütə haqqında nazil olduğunu deyiblər. İbn Cüreys adlı sünni alimi 90 dəfə siğə edib.

Yaxşı belə əminsiz onda onların kitablarından sitatlar gətirin.Çox şükür Əhli Sünnə kitabları sizin kitablardan fərqli olaraq müzakirəyə açıqdır.
Yuxarıda yazdığınız təfsir kitablarından sitatlara gəldikdə isə bu sözü demək kifayətdir.İbn əl Cauzi yazır: “İki fikir mövcuddur. Birincisi odur ki, söhbət daimi nigah zamanı verilən mehrdən gedir. İbn Abbas, əl-Həsən əl-Basri, Mücahid -radıyallahu anhum- və bir çox başqa təfsirçilərin fikri belədir. İkincisi odur ki, burada söhbət müvəqqəti nigahdan gedir. Mə'lumdur ki, İbn Abbas -radıyallahu anhu- bir vaxt buna icazə vermişdi, amma sonra o öz baxışlarından imtina etdi” (İbn əl Cauzi, “Zad əl-Masir”, 2/52).
Bu fikir yuxarıda yazdığınız sözləri də cəm edir və Əhli Sünnə mutanın caiz olmadığı baradə icma edibdir.
Quote (Adminstrator)
Əbu Həyyan öz təfsirində yazır: «قال عمران بن حصين امرنا رسول الله بالمتعه و مات بعد ما امرنا بها و لم ينهنا عنه قال رجل بعده برأيه ماشاء علي هذا جماعة من اهل بيت و التابعين» İmran ibn Həsin demişdir: “Peyğəmbər bizə mütə etməyə əmr etmişdi və bu əmrdən sonra dünyasını dəyişdi. O, bunu qadağan etməmişdi. Ondan sonra bir kişi öz istəklərinə tabe olaraq istədiyini dedi. Əhli-beytdən və tabeindən ibarət olan bir qrup da bu əqidədədirlər” ("əl-Cəmiül əhkamul Quran", c. 5, s. 333).

Bu fikir isə kökündən öncə göstərilən dəlillərə əsasən yanlışdır.
Bu ayələri necə başa düşürsüz?
«O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə gördükləri bu işdən ötrü) qınanmazlar» (əl-Muminun, 5-6).
Burada iki yol:Zövcə və cariyə.
«Sizdən azad mö'min qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən (kənizlərdən) alsınlar…» (ən-Nisa, 25).
Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar. (Nur 33)
Son olaraq,əgər bu yasaq Ömər (r.a)-ə aiddirsə buna qarşı çıxan bir səhabəni sözünü gətirin.

Добавлено (20.03.2009, 15:11)
---------------------------------------------
Təsəvvür edin ki,sizin yerinizdə biz olaydıq.Yəni,siz siğənin caiz olmadığına israr edərdiz,Əhli Sünnə isə əksinə caiz olduğuna etiqad edərdi.Bu fasiq əmri verdiyinə görə siz Ömər (r.a)-ə nələr deməzdiz.Onu əxlaqsızlıqla,namussuzluqda,zinakarlıqla günahlandırardız.Halbuki,O özündən əvvəl yasaq olunan və bir çox Səhabənin eşitmədiyi,bilmədiyi bir xüsusu bəyan etmişdi.
Bu cür namus fitnəsini müdafiə etdiyinizə görə gərək utanasız.
Əgər kişi yalnız öz cinsi istəyini ödəmək naminə qadınla əlaqə yaradırsa, o öz mə'nəvi simasını itirir. Qadın isə bu zaman onun üzərinə qoyulmuş ən böyük vəzifəni yerinə yetirə bilməyib, öz ailəsinin qayğısına qala bilmir. O, yalnız əldən-ələ ötürülərək, pulla alınıb-satılan bir alətə çevrilir. Belə əlaqələr nəticəsində doğulan uşaqlar normal ailədən, valideyn məhəbbətindən və düzgün tərbiyədən məhrum olurlar.

Tanrı istəyir ki, ailə ər-arvad üçün sülh və əmin-amanlıq məkanı olmaqla, uşaqların ruhunu özünə cəlb edən bir yer olsun. Hörümçəyin yuvası kimi müvəqqəti olan nigahda birləşən insanlar isə bundan məhrumdurlar. Axı yalnız bir cinsi akt na'minə «öz bədənlərini birləşdirib», sonra ola bilər ki, pulu çatmadığına görə üzünü qadından çevirməli olan kişidən və qadından nə gözləmək olar?
Əgər belə bir «nigah» zinakarlıq deyilsə bəs nədir? Məgər kişi qadına onunla cinsi əlaqəyə girməyi təklif edərkən ona pul təklif etmir? Məgər bu cür nikah zinakarlıq qədər ziyan gətirmir? İnsanlar öz atalarını və uşaqlarını görəsən necə tanımalıdırlar?

İranın “əş-Şira” jurnalında (N 684, səh. 4) deyilirdi: «Rəfsancani qeyd etmişdir ki, müvəqqəti nigahlar ucbatından bu gün İranda 1/4 milyon atılmış uşaq var».

Görəsən uşaq, özünün belə biabırçı şəkildə doğulmasına icazə verən dinə qarşı hansı hisslər keçirə bilər?
Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh.159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.
“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Adbullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yə'ni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o sevinirdi? Məgər mö'min imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki, onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula satsınlar? Məgər mö'min, özünə qıymadığını qardaşına arzu edə bilərmi? Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- deyib: “Özünə istədiyini qardaşına arzu etməyincə heç kəsin imanı kamil olmayacaq” (Əhməd, ən-Nəsai, İbn Macə, ət-Tirmizi, əl-Albani, “Muxtasar Muslim”, 24; “Silsilə əl-əhadis əs-Səhihə”, 73).
Məhəmməd Həsən ən-Nəcəfi izah edir ki, müvəqqəti nigah bağlanılan qadın -icarəyə götürülən qadındır, ona görə ki, kişi öz ehtirasını ödəmək üçün onun bədənini icarəyə götürür. O deyir: “Şübhəsiz ki bu cür icarəyə icazə verilir” (“Cəvahir əl-Kəlam”, 30/192 və 202-203).
Əl-Qasım bin Məhəmməd deyir ki, kimsə (!) ona imam Cəfərdən bir cinsi akt müddətinə nigah bağlamağın mümkünlüyü barədə soruşduqda onun belə cavab verdiyini rəvayət edib: “Olar. Amma kişi, cinsi əlaqədən sonra üzünü qadından çevirməlidir ki, onu görməsin” (“Vəsail əş-Şiə”, 14/479-480, fəsil 25).
Əbu Basır rəvayət edir ki, imam Cəfərdən dörd qadınla kifayətlənməyin vacibliyi bərədə soruşublar. O deyib: “Nə dörd, hətta yetmişlə” (“Vəsail əş-Şiə”, fəsil 4).
Məysar rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Əgər mən kimsəsiz bir səhrada qadın görüb ondan ərdə olub-olmadığını soruşsam və o mənə “yox” cavabını versə, mən onunla evlənə bilərəm? (Mətndən hiss olunur ki, söhbət müvəqqəti nigahdan gedir). O, cavab verir: “Bəli. Belə ki, sən ona inanmalısan” (“Vəsail əş-Şiə”, 14/456-457).
Mehran bin Məhəmməd rəvayət edir ki, kimlərsə (!) ona imam Cəfərə- “Bir kişi müvəqqəti nigah bağlayarkən qadından ərinin olub-olmadığını soruşur”- deyəndə, onun belə dediyini çatdırıblar: “O, bunu niyə soruşurdu ki?” (“Vəsail əş-Şiə”, 14/456-457; əl-Məclisi, “Bihar əl-Ənvar”, 100 və ya 103/10).
İshaq rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Bizim Kufədə bir əxlaqsız qadın yaşayır. Mən onunla evlənə bilərəmmi?”. O soruşur: “O, bayraq asıb (özünün zina ilə məşğul olduğunu bəyan etmək üçün)?”. Mən dedim: “Yox. Əgər o bayraq assaydı sultan onu həbs edərdi”. Bu zaman imam dedi: “Onda onunla müvəqqəti evlən”. Sonra o nökərinə tərəf əyilib ona nə isə dedi. Sonralar mən o nökəri görüb ondan soruşdum: “O sənə nə demişdi?”. Nökər dedi: “O, mənə dedi ki, əgər qadın bayraq assa da, onunla evlənməkdə günah yoxdur. Axı sən bununla onu haramdan qurtarıb halala təhrik edirsən” (“Vəsail əş-Şiə”, 14/454-455, fəsil 9).
Bu fətvanı təsdiq edən cəfəri alimlər çoxdur (“Hədaiq ən-Nadıra”, 24/133; “Cəvahir əl-Kəlam”, 30/159-160; əl-Məclisi, “Mulaz əl-Əhyar”, 20/35; əl-Xomeyni, “Təhrir əl-Vəsilə”, 2/261; İbn İdris əl-Hulyi, “əs-Sərir əl-Hava li təhrir əl-Fətava”, 2/621).
Bunlar sizin kitablardan misallar idi.Arada öz kitablarınıza nəzər yetirin.
Əl-Xəttabi “Məalim əs-Sünən” kitabında yazır: “Müvəqqəti nigahın qadağan olunmasıyla bə'zi şiələrdən başqa bütün müsəlman alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların imam Əliyə -radıyAllahu anhu- və Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq olmaz. Belə ki, imam Əli bin Əbu Talibin -radıyAllahu anhu- müvəqqəti nigahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq mə'lumdur. Bundan əlavə, əl-Beyhəqi imam Cəfərin müvəqqəti nigahı əsil zinakarlıq adlandırdığı sözləri rəvayət edib”.

 
AdministratorTarix: Cümə, 20.03.2009, 16:44 | İsmarıc # 59
ALLAH BƏNDƏSİ
Qrup: Adminstrator
İsmarıclar: 416
Reytinq: 0
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote
Bilirik ki,bu nigah cahiliyyə dövründən qalma bir adət idi və bu adət də digər zərərli adət və əməllər kimi tədricən aradan götürülməyə başladı.Rasulullah (s.a.s) bilindiyi kimi buna səfər,döyüş zamanları icazə vermiş sonra bundan çəkindirmişdir.
Bunu bəyan edən hədislər çox və dəlillər sağlamdır.Bu nigah bir müddət icazəli olmuşdur.Bunlar daha ətraflı yuxarıda qeyd olunub,təkrara ehtiyac yoxdur.

Qardaş, axı niyə inadkarlıq edirsiniz? Mən yuxarıda bu rəvayətlərin batil olduğunu sübut etmişəm, siz yenə də israr edirsiniz!

Quote
Bu fikir isə kökündən öncə göstərilən dəlillərə əsasən yanlışdır.
Bu ayələri necə başa düşürsüz?
«O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə gördükləri bu işdən ötrü) qınanmazlar» (əl-Muminun, 5-6).
Burada iki yol:Zövcə və cariyə.
«Sizdən azad mö'min qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən (kənizlərdən) alsınlar…» (ən-Nisa, 25).
Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar. (Nur 33)

Bu ayələrin siğə əleyhinə dəlil olmadığını göstərmişəm! İstəyənlər əvvəlki ismarıcları oxuya bilər!

Quote
Son olaraq,əgər bu yasaq Ömər (r.a)-ə aiddirsə buna qarşı çıxan bir səhabəni sözünü gətirin.

Məgər Müslimdən gətirdiyim rəvayətlər buna misal deyilmi?
İbn Həzm demişdir:
«و قد ثبت علي تحليها بعد رسول الله جماعة من السلف رضي الله عنهم منهم من الصحابه رضي الله عنهم اسمآء بنت ابي‌ بكر الصديق و جابر بن عبدالله و ابن مسعود و ابن عباس و معاوية بن ابي‌سفيان و عمر بن حريث و ابوسعيد الخدري و سلمة و معبد ابناء امية بن خلف و رواه جابر بن عبدالله عن جميع الصحابة مدة رسول الله و مدة ابي ‌بكر و عمر الي قرب آخر خلافة عمر و من التابعين طاوس و عطاء و سعيد بن جبير و سائر فقهاء مكه اعزها الله»

Sabit olunmuşdur ki, peyğəmbərdən sonra sələf insanların bir hissəsi mütə nikahının halal olduğuna etiqad bəsləmişlrər. Bunlardan Əbubəkrin qızı Əsma, Cabir ibn Abdullah, İbn Məsud, İbn Abbas, Müaviyə ibn Əbu Sufyan, Əmr ibn Hüreys, Əbu Səid Xudri, Üməyyə ibn Xələfin iki övladı Sələmə və Mebəd kimi tanınmış sahabələrin adlarını sadalamaq olar. Cabir bunu həzrət Məhəmmədin dövründə, Əbubəkrin xilafəti zamanı və Ömərin xilafətinin sonlarına qədər bütün səhabələrdən habelə tabeindən Tavus, Səid ibn Cübeyr, Əta və sair Məkkə fəqihlərindən rəvayət etmişdir.[Cəvahurul-kəlam3\145]
İbn Həbib yazır:
«من كان يري المتعة من اصحاب النبيّ : خالد بن عبدالله الانصاري، زيد بن ثابت الانصاري، سلمة بن الاكوع الاسلمي، عمران بن حصين الخزاعي و عبدالله بن عباس بن عبدالمطلب رضي الله عنه...»

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əshabından olan Xalid ibn Abdullah Ənsari, Zeyd ibn Sabit Ənsari, Sələmə ibn Əkvə Əsləmi, İmran ibn Həsin Xüzai, Abdullah ibn Abbas ibn Əbdul-Muttəlib mütə nikahının halal olmasına etiqad bəsləmişlər.[126]
Abdullah ibn Quddamə “Əl-Muğni” kitabında yazır:
«حكي عن ابن عباس انها جائزة و عليه اكثر اصحابه عطاء و طاوس و به قال ابن جريج و حكي ذلك عن ابي سعيد الخدري و جابر و اليه ذهب الشيعه لانه قد ثبت ان النبي اذن فيها»

İbn Abbasdan mütə nikahının caiz olduğu nəql olunmuşdur. Onun şagirdləri olan Əta, Tavus da bu əqidədə idilər. İbn Cureyc də bunu təsdiqləmiş və Əbu Səid Xudridən və Cabir ibn Abdullahdan bunu nəql etmişdir. Şiə məzhəbinin də məsləki budur. Çünki peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahına izn verdiyi sabit olunmuşdur.[Əl-Muhəlla 9\520]
Qurtubi öz təfsirində yazır:
«قال ابوبكر الطرطوسي: و لم يرخص في نكاح المتعه الا عمران بن حصين و ابن عباس و بعض الصحابة و طائفة من اهل بيت»

Əbubəkr Tərtusi yazır ki, mütə nikahını İmran ibn Həsin, İbn Abbas, sahabələrdən bəziləri və Əhli-beytdən (əlehyimus-səlam) olan bir qrup insanlardan başqa bir kəs rüxsətli bilməmişdir.[Əl-muhbər 289 ]
Əbu Həyyan öz təfsirində yazır:
«قال عمران بن حصين امرنا رسول الله بالمتعه و مات بعد ما امرنا بها و لم ينهنا عنه قال رجل بعده برأيه ماشاء علي هذا جماعة من اهل بيت و التابعين»

İmran ibn Həsin demişdir: “Peyğəmbər bizə mütə etməyə əmr etmişdi və bu əmrdən sonra dünyasını dəyişdi. O, bunu qadağan etməmişdi. Ondan sonra bir kişi öz istəklərinə tabe olaraq istədiyini dedi. Əhli-beytdən və tabeindən ibarət olan bir qrup da bu əqidədədirlər.”[Əl-Muğni 7\572-572]
Gördüyünüz kimi alim və dinşünasların sözləri bu təsəvvürü yaradır ki, əshabdan, tabeindən və Əhli-beytdən (əlehyimus-səlam) olan görkəmli şəxsiyyətlər mütə nikahını halal bilmişlər və hətta ona əməl etmişlər.

Quote

Təsəvvür edin ki,sizin yerinizdə biz olaydıq.Yəni,siz siğənin caiz olmadığına israr edərdiz,Əhli Sünnə isə əksinə caiz olduğuna etiqad edərdi.Bu fasiq əmri verdiyinə görə siz Ömər (r.a)-ə nələr deməzdiz.Onu əxlaqsızlıqla,namussuzluqda,zinakarlıqla günahlandırardız.Halbuki,O özündən əvvəl yasaq olunan və bir çox Səhabənin eşitmədiyi,bilmədiyi bir xüsusu bəyan etmişdi.
Bu cür namus fitnəsini müdafiə etdiyinizə görə gərək utanasız.
Əgər kişi yalnız öz cinsi istəyini ödəmək naminə qadınla əlaqə yaradırsa, o öz mə'nəvi simasını itirir. Qadın isə bu zaman onun üzərinə qoyulmuş ən böyük vəzifəni yerinə yetirə bilməyib, öz ailəsinin qayğısına qala bilmir. O, yalnız əldən-ələ ötürülərək, pulla alınıb-satılan bir alətə çevrilir. Belə əlaqələr nəticəsində doğulan uşaqlar normal ailədən, valideyn məhəbbətindən və düzgün tərbiyədən məhrum olurlar.

Tanrı istəyir ki, ailə ər-arvad üçün sülh və əmin-amanlıq məkanı olmaqla, uşaqların ruhunu özünə cəlb edən bir yer olsun. Hörümçəyin yuvası kimi müvəqqəti olan nigahda birləşən insanlar isə bundan məhrumdurlar. Axı yalnız bir cinsi akt na'minə «öz bədənlərini birləşdirib», sonra ola bilər ki, pulu çatmadığına görə üzünü qadından çevirməli olan kişidən və qadından nə gözləmək olar?
Əgər belə bir «nigah» zinakarlıq deyilsə bəs nədir? Məgər kişi qadına onunla cinsi əlaqəyə girməyi təklif edərkən ona pul təklif etmir? Məgər bu cür nikah zinakarlıq qədər ziyan gətirmir? İnsanlar öz atalarını və uşaqlarını görəsən necə tanımalıdırlar?

İranın “əş-Şira” jurnalında (N 684, səh. 4) deyilirdi: «Rəfsancani qeyd etmişdir ki, müvəqqəti nigahlar ucbatından bu gün İranda 1/4 milyon atılmış uşaq var».

Görəsən uşaq, özünün belə biabırçı şəkildə doğulmasına icazə verən dinə qarşı hansı hisslər keçirə bilər?
Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh.159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.
“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Adbullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yə'ni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o sevinirdi? Məgər mö'min imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki, onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula satsınlar? Məgər mö'min, özünə qıymadığını qardaşına arzu edə bilərmi? Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- deyib: “Özünə istədiyini qardaşına arzu etməyincə heç kəsin imanı kamil olmayacaq” (Əhməd, ən-Nəsai, İbn Macə, ət-Tirmizi, əl-Albani, “Muxtasar Muslim”, 24; “Silsilə əl-əhadis əs-Səhihə”, 73).
Məhəmməd Həsən ən-Nəcəfi izah edir ki, müvəqqəti nigah bağlanılan qadın -icarəyə götürülən qadındır, ona görə ki, kişi öz ehtirasını ödəmək üçün onun bədənini icarəyə götürür. O deyir: “Şübhəsiz ki bu cür icarəyə icazə verilir” (“Cəvahir əl-Kəlam”, 30/192 və 202-203).
Əl-Qasım bin Məhəmməd deyir ki, kimsə (!) ona imam Cəfərdən bir cinsi akt müddətinə nigah bağlamağın mümkünlüyü barədə soruşduqda onun belə cavab verdiyini rəvayət edib: “Olar. Amma kişi, cinsi əlaqədən sonra üzünü qadından çevirməlidir ki, onu görməsin” (“Vəsail əş-Şiə”, 14/479-480, fəsil 25).
Əbu Basır rəvayət edir ki, imam Cəfərdən dörd qadınla kifayətlənməyin vacibliyi bərədə soruşublar. O deyib: “Nə dörd, hətta yetmişlə” (“Vəsail əş-Şiə”, fəsil 4).
Məysar rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Əgər mən kimsəsiz bir səhrada qadın görüb ondan ərdə olub-olmadığını soruşsam və o mənə “yox” cavabını versə, mən onunla evlənə bilərəm? (Mətndən hiss olunur ki, söhbət müvəqqəti nigahdan gedir). O, cavab verir: “Bəli. Belə ki, sən ona inanmalısan” (“Vəsail əş-Şiə”, 14/456-457).
Mehran bin Məhəmməd rəvayət edir ki, kimlərsə (!) ona imam Cəfərə- “Bir kişi müvəqqəti nigah bağlayarkən qadından ərinin olub-olmadığını soruşur”- deyəndə, onun belə dediyini çatdırıblar: “O, bunu niyə soruşurdu ki?” (“Vəsail əş-Şiə”, 14/456-457; əl-Məclisi, “Bihar əl-Ənvar”, 100 və ya 103/10).
İshaq rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Bizim Kufədə bir əxlaqsız qadın yaşayır. Mən onunla evlənə bilərəmmi?”. O soruşur: “O, bayraq asıb (özünün zina ilə məşğul olduğunu bəyan etmək üçün)?”. Mən dedim: “Yox. Əgər o bayraq assaydı sultan onu həbs edərdi”. Bu zaman imam dedi: “Onda onunla müvəqqəti evlən”. Sonra o nökərinə tərəf əyilib ona nə isə dedi. Sonralar mən o nökəri görüb ondan soruşdum: “O sənə nə demişdi?”. Nökər dedi: “O, mənə dedi ki, əgər qadın bayraq assa da, onunla evlənməkdə günah yoxdur. Axı sən bununla onu haramdan qurtarıb halala təhrik edirsən” (“Vəsail əş-Şiə”, 14/454-455, fəsil 9).
Bu fətvanı təsdiq edən cəfəri alimlər çoxdur (“Hədaiq ən-Nadıra”, 24/133; “Cəvahir əl-Kəlam”, 30/159-160; əl-Məclisi, “Mulaz əl-Əhyar”, 20/35; əl-Xomeyni, “Təhrir əl-Vəsilə”, 2/261; İbn İdris əl-Hulyi, “əs-Sərir əl-Hava li təhrir əl-Fətava”, 2/621).
Bunlar sizin kitablardan misallar idi.Arada öz kitablarınıza nəzər yetirin.
Əl-Xəttabi “Məalim əs-Sünən” kitabında yazır: “Müvəqqəti nigahın qadağan olunmasıyla bə'zi şiələrdən başqa bütün müsəlman alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların imam Əliyə -radıyAllahu anhu- və Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq olmaz. Belə ki, imam Əli bin Əbu Talibin -radıyAllahu anhu- müvəqqəti nigahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq mə'lumdur. Bundan əlavə, əl-Beyhəqi imam Cəfərin müvəqqəti nigahı əsil zinakarlıq adlandırdığı sözləri rəvayət edib”.

Deməli artıq dəlilləriniz batil çıxandan sonra psixoloji yollara əl atırsınız?
Deyirlər ki, Qısa və yarımçıq nikah qadınların hörmətinə ziddir. Çünki bu iş bir növ insanı kirayəyə vermək və ya insan alveridir. Öz vücudunu kişidən aldığı pul qarşılığında ona təslim etmək qadının ləyaqətinə ziddir. Bu halda müvəqqəti nikahı necə caiz bilmək olar.
Cavab:
1) Əgər bu etiraz doğrudursa, həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında bu nikahın şəriət tərəfindən qəbul olunması ona yetərli cavabdır. Çünki sadaladıqları bu bəyənilməyən sifətlər xüsusi bir zamana aid deyildir. Heç bir müsəlman mütə nikahının peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) zamanında halal olduğunu və müsəlmanların bu nikah növünə əməl etdiklərini inkar etmir. Keçən söhbətlərimizdə də aydın oldu ki, mütə nikahının halallığı həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanından sonra Ömərin xilafətinin bir hissəsinə kimi qalmışdı.
2) Öz iradə və ixtiyarı ilə hər hansı kişiylə müvəqqəti kəbin bağlayan bir qadın kirəyəyə verilən insan deyildir. O, insanın şərafətinə zidd heç bir iş görməmişdir. Əgər kirayəyə verilən insan görmək istəyirsinizsə, əgər qadın köləliyi ilə yaxından tanış olmaq fikriniz varsa, Amerika və Avropaya səfərə çıxın. Kinofilm şirkətlərinə baş çəkin. Onda görərsiniz ki, qadın kirayəsi nə deməkdir. Görərsiniz ki, sözü gedən şirkətlər qadın gözəlliklərini, qadın hərəkətlərini, qadın intim həyatını və qadın cinsi xüsusiyyətlərini necə satışa qoymuşlar. Orada tamaşada aldığınız hər bilet kirayə verilən qadın və qızların kirayə pullarını ödəmək deməkdir. Görün orada bədbəxt qadın pul almaq üçün hansı işlərə boyun əyməli olur. Onlar illərlə təcrübəli və mütəxəssis "insanların" nəzarəti altında insanları təhrik etmək yollarını öyrənir, öz bədən, ruh və şəxsiyyətlərini hansısa bizness şirkətinə satırlar ki, o şirkətin müştərilərinin sayını gündən-günə çoxaltsınlar.
Bunlar qadın zərifliyini və qadın mənliyini korlayanlardır. Lakin ictimai mühitdə əxlaqsızlığın qarşısını almaq üçün və daimi evlənmək imkanı olmayanlara, əlac kimi müvəqqəti nikahı halal bilən şəxslər belə deyildir.
3) Əgər qadının bir kişidən başqa kişiyə keçməsi çirkin və yasaq olsaydı onda talaq verilmiş qadınla evlənmək və pulla alınmış kənizlə cinsi əlaqəyə girmək də çirkin və yasaq olardı. Bir halda ki, heç bir müsəlman bu işləri qeyri-məqbul bilmir.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)
 
HuzeyfaTarix: Cümə, 20.03.2009, 23:52 | İsmarıc # 60
Çavuş
Qrup: İstifadeçi
İsmarıclar: 100
Reytinq: 0
Xəbərdarlıq: 20%
Status: Offline
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ



Quote (Adminstrator)
Qardaş, axı niyə inadkarlıq edirsiniz? Mən yuxarıda bu rəvayətlərin batil olduğunu sübut etmişəm, siz yenə də israr edirsiniz!

Demək belə.Mən sizin mühəddis olduğunuzu bilmirdim.Gərək sözlərinizi alimlərin sözü ilə isbat edəsiniz.Hansı alimlər bu səhih hədisləri qəbul etməyib?
Quote (Adminstrator)
Bu ayələrin siğə əleyhinə dəlil olmadığını göstərmişəm! İstəyənlər əvvəlki ismarıcları oxuya bilər!

Niyə,siğə olunan qadın kim sayılır.Zövcə yoxsa cariyə.Quranda zövcə və cariyələrin hüquqları və s.təsbit olunub.Siğə olunan qadınlar baradə Quranda nə deyilir?
Quote (Adminstrator)
Məgər Müslimdən gətirdiyim rəvayətlər buna misal deyilmi? İbn Həzm demişdir: «و قد ثبت علي تحليها بعد رسول الله جماعة من السلف رضي الله عنهم منهم من الصحابه رضي الله عنهم اسمآء بنت ابي‌ بكر الصديق و جابر بن عبدالله و ابن مسعود و ابن عباس و معاوية بن ابي‌سفيان و عمر بن حريث و ابوسعيد الخدري و سلمة و معبد ابناء امية بن خلف و رواه جابر بن عبدالله عن جميع الصحابة مدة رسول الله و مدة ابي ‌بكر و عمر الي قرب آخر خلافة عمر و من التابعين طاوس و عطاء و سعيد بن جبير و سائر فقهاء مكه اعزها الله» Sabit olunmuşdur ki, peyğəmbərdən sonra sələf insanların bir hissəsi mütə nikahının halal olduğuna etiqad bəsləmişlrər. Bunlardan Əbubəkrin qızı Əsma, Cabir ibn Abdullah, İbn Məsud, İbn Abbas, Müaviyə ibn Əbu Sufyan, Əmr ibn Hüreys, Əbu Səid Xudri, Üməyyə ibn Xələfin iki övladı Sələmə və Mebəd kimi tanınmış sahabələrin adlarını sadalamaq olar. Cabir bunu həzrət Məhəmmədin dövründə, Əbubəkrin xilafəti zamanı və Ömərin xilafətinin sonlarına qədər bütün səhabələrdən habelə tabeindən Tavus, Səid ibn Cübeyr, Əta və sair Məkkə fəqihlərindən rəvayət etmişdir.[Cəvahurul-kəlam3\145] İbn Həbib yazır: «من كان يري المتعة من اصحاب النبيّ : خالد بن عبدالله الانصاري، زيد بن ثابت الانصاري، سلمة بن الاكوع الاسلمي، عمران بن حصين الخزاعي و عبدالله بن عباس بن عبدالمطلب رضي الله عنه...» Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əshabından olan Xalid ibn Abdullah Ənsari, Zeyd ibn Sabit Ənsari, Sələmə ibn Əkvə Əsləmi, İmran ibn Həsin Xüzai, Abdullah ibn Abbas ibn Əbdul-Muttəlib mütə nikahının halal olmasına etiqad bəsləmişlər.[126] Abdullah ibn Quddamə “Əl-Muğni” kitabında yazır: «حكي عن ابن عباس انها جائزة و عليه اكثر اصحابه عطاء و طاوس و به قال ابن جريج و حكي ذلك عن ابي سعيد الخدري و جابر و اليه ذهب الشيعه لانه قد ثبت ان النبي اذن فيها» İbn Abbasdan mütə nikahının caiz olduğu nəql olunmuşdur. Onun şagirdləri olan Əta, Tavus da bu əqidədə idilər. İbn Cureyc də bunu təsdiqləmiş və Əbu Səid Xudridən və Cabir ibn Abdullahdan bunu nəql etmişdir. Şiə məzhəbinin də məsləki budur. Çünki peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahına izn verdiyi sabit olunmuşdur.[Əl-Muhəlla 9\520] Qurtubi öz təfsirində yazır: «قال ابوبكر الطرطوسي: و لم يرخص في نكاح المتعه الا عمران بن حصين و ابن عباس و بعض الصحابة و طائفة من اهل بيت» Əbubəkr Tərtusi yazır ki, mütə nikahını İmran ibn Həsin, İbn Abbas, sahabələrdən bəziləri və Əhli-beytdən (əlehyimus-səlam) olan bir qrup insanlardan başqa bir kəs rüxsətli bilməmişdir.[Əl-muhbər 289 ] Əbu Həyyan öz təfsirində yazır: «قال عمران بن حصين امرنا رسول الله بالمتعه و مات بعد ما امرنا بها و لم ينهنا عنه قال رجل بعده برأيه ماشاء علي هذا جماعة من اهل بيت و التابعين» İmran ibn Həsin demişdir: “Peyğəmbər bizə mütə etməyə əmr etmişdi və bu əmrdən sonra dünyasını dəyişdi. O, bunu qadağan etməmişdi. Ondan sonra bir kişi öz istəklərinə tabe olaraq istədiyini dedi. Əhli-beytdən və tabeindən ibarət olan bir qrup da bu əqidədədirlər.”[Əl-Muğni 7\572-572] Gördüyünüz kimi alim və dinşünasların sözləri bu təsəvvürü yaradır ki, əshabdan, tabeindən və Əhli-beytdən (əlehyimus-səlam) olan görkəmli şəxsiyyətlər mütə nikahını halal bilmişlər və hətta ona əməl etmişlər.

Bu uzun yazıya belə cavab verim.Yuxarıda deyildiyi kimi bu əmr bəzi səhabələrə tam çatmamışdı.Çünki,bu yasaq tam şəkildə olmamışdı.Yəni,bir dövr icazəli olub,sonra nəhy olunmuşdu.
Yuxarıda gətirdiyiniz rəvayətlər minlərlə rəvayətlərdən zahirən sizə sərf edən sözlərdir.Bunların çoxu səhih deyil.Çıxartdığınız nəticə isə yanlışdır.Çünki,hökm ümimi dəlillərə əsasən verilir.Bəzi Səhabələrin muta nigahının icazəli olduğu baradə fikirləri olub,lakin sonradan onlar bu fikirlərindən əl çəkiblər.Çünki,onlar bunu tam bilmirdilər.
Səlim bin Abdullahın rəvayətinə görə Abdullah bin Ömərə -radıyallahu anhu- deyiblər ki, İbn Abbas -radıyallahu anhu- müvəqqəti nigaha icazə verir. İbn Ömər -radıyallahu anhu- deyir: “Subhənallah! Güman etmirəm ki, İbn Abbas belə edə”. Adamlar bunu təsdiq edirlər. Onda İbn Ömər -radıyallahu anhu- deyir: “Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- sağlığında İbn Abbas hələ uşaq idi. Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdi və biz zinakar olmadıq” (Abdur-Rəzzaq, “əl-Müsənnəf”, 7/502).
Quote (Adminstrator)
Deməli artıq dəlilləriniz batil çıxandan sonra psixoloji yollara əl atırsınız?

Bu dəlilləri və alimlərin icmasını görməyən şəxsə mənim nə sözüm olsun?
Siz burda mənimlə sırf öz etiqadınızı nəfsinizə görə müdafiə edirsiz.Sizə haqqı bilmək o qədər də vacib deyil.
Quote (Adminstrator)
Deyirlər ki, Qısa və yarımçıq nikah qadınların hörmətinə ziddir. Çünki bu iş bir növ insanı kirayəyə vermək və ya insan alveridir. Öz vücudunu kişidən aldığı pul qarşılığında ona təslim etmək qadının ləyaqətinə ziddir. Bu halda müvəqqəti nikahı necə caiz bilmək olar. Cavab: 1) Əgər bu etiraz doğrudursa, həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında bu nikahın şəriət tərəfindən qəbul olunması ona yetərli cavabdır. Çünki sadaladıqları bu bəyənilməyən sifətlər xüsusi bir zamana aid deyildir. Heç bir müsəlman mütə nikahının peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) zamanında halal olduğunu və müsəlmanların bu nikah növünə əməl etdiklərini inkar etmir. Keçən söhbətlərimizdə də aydın oldu ki, mütə nikahının halallığı həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanından sonra Ömərin xilafətinin bir hissəsinə kimi qalmışdı.

Hörmətli aliminiz deyir ki,bu nigah olub və Rasulullah (s.a.s)-in zamanında caiz olub.Amma,onu demir ki,bu nigah cahiliyyə nigahlarından idi və onu Rasulullah (s.a.s) özü qadağan edib.Bunu məğər yüzlərlə hədis isbat etmir?
Quote (Adminstrator)
Öz iradə və ixtiyarı ilə hər hansı kişiylə müvəqqəti kəbin bağlayan bir qadın kirəyəyə verilən insan deyildir. O, insanın şərafətinə zidd heç bir iş görməmişdir. Əgər kirayəyə verilən insan görmək istəyirsinizsə, əgər qadın köləliyi ilə yaxından tanış olmaq fikriniz varsa, Amerika və Avropaya səfərə çıxın. Kinofilm şirkətlərinə baş çəkin. Onda görərsiniz ki, qadın kirayəsi nə deməkdir. Görərsiniz ki, sözü gedən şirkətlər qadın gözəlliklərini, qadın hərəkətlərini, qadın intim həyatını və qadın cinsi xüsusiyyətlərini necə satışa qoymuşlar. Orada tamaşada aldığınız hər bilet kirayə verilən qadın və qızların kirayə pullarını ödəmək deməkdir. Görün orada bədbəxt qadın pul almaq üçün hansı işlərə boyun əyməli olur. Onlar illərlə təcrübəli və mütəxəssis "insanların" nəzarəti altında insanları təhrik etmək yollarını öyrənir, öz bədən, ruh və şəxsiyyətlərini hansısa bizness şirkətinə satırlar ki, o şirkətin müştərilərinin sayını gündən-günə çoxaltsınlar.

Deməli sizin qadın haqqında təsəvvürünüzlə qərbin qadın təsəvvürü fərqlənmir.Siz ikiniz də Qadına şəhvət obyekti kimi baxırsız.Fərqiniz isə Qərbin açıq,sizin isə gizli şəkildə bu əməli etməyinizdir.
Uzun sözün qısası Siğə olunan qadın və hüquqları baradə bizi Quran və Sünnə ilə məlumatlandırın.
http://www.boxca.com/bqagpi9hkpy4/Müvəqqəti_nigah.doc.html
 
İslamiyyət forumu » İslam » Məzhəblər, Firqələr » Müvəqqəti nigah (Onun islama xeyri ve zereri)
  • Страница 3 из 4
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • »
Поиск:

Müstəqil İslam saytı © 2024
Конструктор сайтов - uCoz