Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2011 » İyul » 9 » Ramazan ayının ibadət təqvimi
Ramazan ayının ibadət təqvimi
18:26

Ramazan ayının ümumi əməlləri

   1. Oruc tutmaq; Əgər təklifə çatmış şəxslərin şəri üzrü olmasa bu ayın günlərini oruc tutmaq onlara vacibdir.

   2. Sədəqə vermək. [1]

   3. Günahları tərk etmək; Bu ayın ən gözəl əməllərindən biri də günahları tərk etməkdir. [2]

   4. Quran oxumaq; Ramazan ayı Quranın baharıdır. İmam Sadiqdən (ə) belə nəql olunub: "Bu ayın pişvazına Quran qiraətilə gedin!” [3]

   5. Xüsusi namaz təqibatları; Namazdan sonra bu təqibatlar oxunsun:

   "Əllahummərzuqni həccə bəytikəl-həram ...”

   "Ya əliyyu, ya əzim ...”

   "Əllahummə ədxil əla əhlil-quburis-surur ...”

   Bunlar kamil şəkildə "Məfatih əl-cinan” kitabında gəlmişdir.

   6. Çox yeməkdən çəkinmək; Bu ayda səfərdə olan şəxslər kimi, oruc tutmaqdan azad olan şəxslərin çox yeməsi məkruhdur. [4]

   7. Bu ayın hər gününə məxsus olan və "Məfatih əl-cinan” kitabının ramazan ayının günlərinin əməlləri bölməsində gəlmiş duaları oxumaq. [5]

   8. Ramazan ayından 23 gün keçməzdən öncə qeyri-zəruri səfərlər məkruhdur. [6]

   9. Böyük və kiçiklərə hörmət etmək;

   Həzrət Məhəmməd (s) peyğəmbər bu ayın girişi zamanı, xütbələrindən birində belə buyurmuşdur:

   -"Böyüklərə hörmət edin, kiçiklərlə mehriban olun. Yaxınlarınızla gediş-gəlişiniz olsun. Bu ayda əxlaqını gözəlləşdirən şəxs, sirat körpüsündən keçmə icazəsi alacaqdır.” [7]

   10. Oruc tutanları iftar süfrəsinə qonaq etmək. [8]

   11. Hər gecə "iftitah” duasını oxumaq. [9]

   12. Qüsl etmək.Ayın sayca tək gecələrində və sonuncu onluqda (20-30-cu gecələrdə) qüsl almaq müstəhəbdir. [10]

   13. İftarın ədəblərini riayət etmək:

   a. İftar vaxtı "Qədr” surəsi oxunduqdan sonra, aşağıdakı dua oxunsun:"Əllahummə ləkə sumtu, və əla rizqikə əftərtu, və ələykə təvəkkəltu”"İlahi Sənin üçün oruc tutdum, Sənin ruzinlə iftar etdim və Sənə təvəkkül etdim”.

   b. Orucunu halal qida ilə açsın və daha yaxşı olar ki, xurma ilə iftar etsin.

   c. Yaxşı olar ki, iftarı şam və işa namazından sonra açsın. Əlbəttə əgər taqətdən düşməyibsə və ya bir dəstə iftar üçün onu gözləmirsə. [11]

   14. Mübarək ramazan ayının hər gecəsində xüsusi nafilə namazlarını qılmaq: [12]

   Birinci gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra on beş dəfə "İxlas” surəsi oxunur.

   İkinci gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra iyirmi dəfə "Qədr” surəsi oxunur.

   Üçüncü gecə: On rəkət (beş dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra əlli dəfə "İxlas” surəsi oxunur.

   Dördüncü gecə: Səkkiz rəkət (dörd dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra iyirmi dəfə "Qədr” surəsi oxunur.

   Beşinci gecə: İki rəkət namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra əlli dəfə "İxlas” surəsi oxunur. Namazın salamından sonra isə yüz dəfə salavat deyilir.

   Altıncı gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra bir dəfə "Mulk” surəsi oxunur.

   Yeddinci gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra on üç dəfə "Qədr” surəsi oxunur.

   Səkkizinci gecə: İki rəkət namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra on dəfə "İxlas” surəsi oxunur. Namazın salamından sonra isə min dəfə "Subhanəllah” zikri deyilir.

   Doqquzuncu gecə: Şam və işa namazları arasında altı rəkət (üç dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra yeddi dəfə "Ayətəl-kürsi” oxunur. Qurtardıqdan sonra isə əlli dəfə salavat.

   Onuncu gecə: İyirmi rəkət (on dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra otuz dəfə "İxlas” surəsi oxunur.

   On birinci gecə: İki rəkət namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra iyirmi dəfə "Kövsər” surəsi oxunur.

   On ikinci gecə: Səkkiz rəkət (dörd dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra otuz dəfə "Qədr” surəsi oxunur.

   On üçüncü gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra otuz dəfə "Qədr” surəsi oxunur.

   On dördüncü gecə: Altı rəkət (üç dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra otuz dəfə "Zəlzələ” surəsi oxunur.

   On beşinci gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Birinci iki rəkətdə "Fatihə” surəsindən sonra yüz dəfə "İxlas” surəsi oxunur. İkinci iki rəkətdə isə "Fatihə” surəsindən sonra əlli dəfə "İxlas” surəsi oxunur.

   On altıncı gecə: On iki rəkət (altı dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra on iki dəfə "Təkasur” surəsi oxunur.

   On yeddinci gecə: İki rəkət namaz. Birinci rəkətdə "Fatihə” surəsindən sonra istədiyi surəni oxusun, ikinci rəkətdə isə yüz dəfə "İxlas” surəsi oxunur. Namazdan sonra isə yüz dəfə "La ilahə illəllah” zikri deyilir.

   On səkkizinci gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra iyirmi beş dəfə "Kövsər” surəsi oxunur.

   On doqquzuncu gecə: Əlli rəkət (iyirmi beş dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra bir dəfə "Zəlzələ” surəsi oxunur.

   İyirminci gecədən iyirmi dördüncü gecəyə qədər: Hər gecədə səkkiz rəkət (dörd dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra istədiyi surəni oxuya bilər.

   İyirmi beşinci gecə: Səkkiz rəkət (dörd dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra on dəfə "İxlas” surəsi oxunur.

   İyirmi altıncı gecə: Səkkiz rəkət (dörd dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra yüz dəfə "İxlas” surəsi oxunur.

   İyirmi yeddinci gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra iyirmi beş dəfə "İxlas” surəsi oxunur.

   İyirmi səkkizinci gecə: Altı rəkət (üç dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra yüz dəfə "Ayətəl-kürsi”, yüz dəfə "İxlas” surəsi və yüz dəfə "Kövsər” surəsi oxunur. Namazdan sonra isə yüz dəfə salavat.

   İyirmi doqquzuncu gecə: İki rəkət namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra iyirmi dəfə "İxlas” surəsi oxunur.

   Otuzuncu gecə: On iki rəkət (altı dənə iki rəkətli) namaz. Hər rəkətdə "Fatihə” surəsindən sonra iyirmi dəfə "İxlas” surəsi oxunur. Namazdan sonra isə yüz dəfə salavat deyilir.

Ramazan ayının gecə və gündüzlərinin xüsusi əməlləri

   Birinci gecə:

   1. İmam Hüseyni (ə) ziyarət etmək və ya ziyarətnaməsini oxumaq. [13]

   2. Ramazan ayının birinci gecəsinə məxsus olan duanı oxumaq. Bu dua "Məfatih əl-cinan” kitabını ramazan ayının birinci gecəsinin əməlləri bölməsində gəlmişdir. [14]

   Birinci gün:

   1. Qüsl almaq. [15]

   2. Bu günün namazını qılmaq. Bu namaz iki rəkətdir. Birinci rəkətdə "Fatihə” surəsindən sonra "Fəth” surəsi oxunur. İkinci rəkətdə isə "Fatihə” surəsindən sonra istədiyi surəni oxuya bilər. [16]

   3. Ətir vurmaq.

   4. Ramazan ayının birinci gününün duası oxunsun. [17]

   Altıncı gün:

   1. Bu günün namazını qılmaq. Bu namaz iki rəkətdir. Hər rəkətdə "Fatihə” surəsindən sonra iyirmi beş dəfə "İxlas” surəsi oxunur.

   2. Altıncı günün duasını oxumaq.

   On üçüncü gecə:

   1. Bu günün namazını qılmaq. Bu namaz iki rəkətdir. Namazın hər rəkətində "Fatihə” surəsindən sonra "Yasin”, "Mülk” və "İxlas” surələri oxunur. [18]

   2. "Mücir” duasını oxumaq. [19]

   On dördüncü gecə:

   1. On üçüncü gecədə deyilən iki rəkətli namazı iki dəfə qılmaq.

   2. "Mücir” duasını oxumaq.

   On beşinci gecə:

   1. On üçüncü gecədə deyilən iki rəkətli namazı üç dəfə qılmaq.

   2. "Mücir” duasını oxumaq.

   3. İmam Hüseyni (ə) ziyarət etmək və ya ziyarətnaməsini oxumaq. [20]

   On doqquzuncu, iyirmi birinci və iyirmi üçüncü gecələr:

   Rəvayətlərdə bu gecələr "Qədr” gecələri kimi qeyd olunub. Bu gecələr olduqca fəzilətli gecələrdirlər və bu gecələrin müştərək və məxsus əməlləri var ki, aşağıda izah edilir:

   a. Qədr gecələrinin müştərək əməlləri:

   1. Qüsl almaq. Yaxşı olar ki, gün batan vaxtı bu qüsl alınsın və şam və işa namazları bu qüsüllə qılınsın. [21]

   2. Bu gecələrin namazını qılmaq. Bu namaz iki rəkətdir və hər rəkətdə "Fatihə” surəsindən sonra yeddi dəfə "İxlas” surəsi oxunur. Namazın salamından sonra isə yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” deyilir.

   3. Əhya saxlamaq (gecəni sübhə qədər oyaq qalmaq).

   4. Baş üzərinə Qur`an tutmaq.

   5. Yüz rəkət (əlli dənə iki rəkətli) namaz qılmaq.

   6. Bu gecələrə məxsus olan duanı oxumaq: "Əllahummə inni əmsəytu ləkə əbdən daxira ...” [22]

   7. Sədəqə vermək.

   8. "Cövşən kəbir” duasını oxumaq.

   b. Qədr gecələrinin xüsusi əməlləri:

   On doqquzuncu gecə:

   1. Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək.

   2. Yüz dəfə "Əllahuməl`ən qətələtə əmiril-mu`minin” demək.

   İyirmi birinci gecə:

   Gecə: Bu gecənin müştərək əməlləri on doqquzuncu gecədə qeyd edildi.

   Gündüz: Etikafa [23] başlamaq. Mübarək ramazan ayının axırıncı on günündə etikaf etməyin savabı çoxdur.

   İyirmi üçüncü gecə:

   1. On doqquzuncu gecədə deyilən müştərək əməlləri etmək.

   2. Fərəc duasını "Əllahummə kun livəliyyikəl-höccət ibnil-həsən ...” oxumaq.

   3. "Ənkəbut”, "Rum” və "Duxan” surələrini oxumaq.

   4. Min dəfə "Qədr” surəsini oxumaq.

   5. Bu gecənin xüsusi duasını "Əllahumməm-dud li fi `umri ...” oxumaq. [24]

   İyirmi yeddinci gecə:

   1. Qüsl almaq.

   2. Rəvayətdə qeyd olunub ki, İmam Zeynəl-abidin (ə) bu gecədə bu duanı təkrarla oxuyardı:"Əllahummər-zuqnit-təcafiyə `ən daril-ğurur, vəl-inabətə ila daril-xulud, vəl-isti`dadə lil-məvti qəblə hululil-fəvt.” [25]

   Tərcüməsi:

   "İlahi, bu dünyadan ayrılmağı mənə ruzi et, əbədi məkana yetişməyi mənə nəsib et və ölüm anı çatmamış mənə ölümə hazır olmağı nəsib et.”

   Otuzuncu gecə:

1. Ramazan ayı ilə vidalaşma duasını ("Səhifeyi-səccadiyyə”nin 45-ci duasını) oxumaq. [26]

2. İmam Hüseyni (ə) ziyarət etmək və ya ziyarətnaməsini oxumaq. [27]

3. Bir ayın əməllərini hesablamaq. [28]

4. "Kəhf”, "Ən`am” və "Yasin” surələrini oxumaq. [29]

 5. Qüsl almaq. [30]

 6. Yüz dəfə "Əstəğfirullahə və ətubu iləyh” demək. [31]

 7. Aşağıdakı duanı oxumaq:"Əllahummə la təc`əlhu axirəl əhdi min siyami lişəhri rəməzan, və ə`uzu bikə ən yətlu`ə fəcru hazihil-ləyləti illa fəqəd ğəfərtə li.”

   Tərcüməsi:

   "İlahi bu ramazan ayını mənim ömrümün axırıncı ramazan ayı etmə! İlahi bu gecənin səhərinin açılmasına qədər məni bağışlamayacağından sənə sığınıram.”

   Otuzuncu gün:

   1. İmam Əlidən (ə) nəql edilən bu duanı oxumaq:"Əllahummə inni əs`əlukə ixbatəl-muxbitin, və ixlasəl-muqinin, və muvafəqətəl-əbrar, vəs-tihqaqə həqaiqil-iman, vəl-ğənimətə min kulli birr, vəs-səlamətə min kulli ism, və vucubə rəhmətikə və əzaimə məğfirətik, vəl-fəvzə bil cənnəti vən-nəcatə minən-nar.” [32]

   Tərcüməsi:

   "İlahi Səndən xüşukarların xüşusunu, yəqin əhlinin ixlasını, yaxşılarla yoldaşlıq, imanın həqiqətinə çatmağı, bütün yaxşılıqlardan bəhrələnmək, bütün günahlardan amanda qalmaq, Sənin rəhmətinə qovuşmaq, günahlarımın bağışlanmasını, cənnətə yetişmək və oddan (cəhənnəm odundan) xilas olmağı istəyirəm”.

   2. Məsum imamlara (ə) təvəssül etmək. Mərhum Mirzə Cavad Məliki Təbrizi bu barədə "əl-Muraqibat” kitabında yazıb: "Bu gün (mübarək ramazan ayının otuzuncu günü) əməllərin təqdim olunma günü olduğu üçün, bu günün axırında məsum imamlara (ə) üz tutaraq, təvazö və iltimasla onlardan öz əməllərinin islah edilməsini istəmək lazımdır. [33]

Qeydlər:

   1. "Bihar əl-ənvar”, c. 97, s. 82.

   2. Yenə orda, c. 96, s. 356, hədis 25.

   3. Yenə orda, c. 1 və 3, s. 386, hədis 1 və 3.

   4. "Ürvətül-vüsqa”, c. 2, s. 221.

   5. "Məfatih əl-cinan”, s. 202.

   6. "Ürvətül-vüsqa”, c. 2, s. 221.

   7. "Bihar əl-ənvar”, c. 96, s. 356, hədis 25.

   8. "Misbahu Kəf`əmi”, s. 632.

   9. "Misbah əl-mütəhəccid”, s. 520.

   10. "Ürvətül-vüsqa”, c. 1, s. 459.

   11. "Məfatih əl-cinan”, s. 178.

   12. "Bihar əl-ənvar”, c. 97, s. 358, hədis 25. "Məfatih əl-cinan”, s. 238.

   13. "Bihar əl-ənvar”, c. 101, s.99, hədis 29.

   14. "Məfatih əl-cinan”, s. 171.

   15. "Ürvətül-vüsqa”, c. 1, s. 459.

   16. "Məfatih əl-cinan”, s. 220.

   17. Yenə orda, s. 239, "Misbahu Kəf`əmi”, s. 612.

   18. "Məfatih əl-cinan”, s. 142.

   19. Yenə orda, s. 223, "Misbahu Kəf`əmi”, s. 268.

   20. "Bihar əl-ənvar”, c. 101, s.99, hədis 29.

   21. "Məfatih əl-cinan”, s. 142.

   22. Yenə orda.

   23. Etikaf müstəhəb bir əməldir ki, ən azı üç gün olmaqla oruc tutaraq məsciddə qalırlar. Bu müddət ərzində zəruri işləri çıxmaq şərtilə məsciddən və ibadətdən ayrılmaq olmaz.

   24. Yenə orda.

   25. Yenə orda.

   26. "Misbahu Kəf`əmi”, s. 634.

   27. "Bihar əl-ənvar”, c. 101, s.99, hədis 29, "Vəsail əş-şi`ə”, c. 10, s. 369.

   28. "Əl-muraqibat”, s. 161.

   29. "Məfatih əl-cinan”, s. 236.

   30. "Vəsail əş-şi`ə”, c. 2, s. 952.

   31. "Məfatih əl-cinan”, s. 236.

   32. Yenə orda.

   33. "Əl-muraqibat”, s. 166.

Tərcümə etdi: M. Əhmədov

Islammektebi.org

  [Dua və zikrlər] | Oxunub: 2144 | Müəllif: Administrator |
Şərh sayı: 1
31.07.2011 Спам
1. scarley
biggrin


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz