Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2011 » İyul » 6 » İmam Əli (ə) və İbn Mülcəm (l)
İmam Əli (ə) və İbn Mülcəm (l)
18:30

İbni Mülcəm Məkkəyə gedib məşhur əhd-peymanı bağlayan doqquz nəfər zahid və «müqəddəsməslək möminlər»dən biridir. Onlar deyirlər: İslam aləmində bütün fitnə-fəsadlar üç nəfərdən törənmişdir – Əli, Müaviyə, Əmr As. İbni Mülcəm Əli (ə)-ı öldürməyə namizəd olur. Təyin etdikləri bir vaxta baxın, Ramazan ayının on doqquzuncu gecəsi! Görəsən niyə bu gecəni təyin etmişdilər? İbni Əbdil-hədid deyir: «Ağılsızlığa bir bax! Onlar deyirdilər ki, biz bu işi Ramazan ayının on doqquzuncu gecəsində görsək, savabı daha çox olar, çünki bu gecə qədr gecəsidir!»

İbni Mülcəm gəlib Kufədə vəd olunmuş gecəni gözlədi. Bu günlər ərzində özü ilə həmməslək olan Qüttamə adlı xəvaric əqidəli bir qızla tanış olub, ona vuruldu. Ola bilər ki, o, bununla da bir qədər bu fikirdən uzaq gəzmək istəyirmiş. Elçilik etdikdə qız deyir: Mən sənə gəlməyə hazıram, lakin mənim kəbinimin qiyməti çox ağırdır. Bu da ona son dərəcə vurulduğundan qızın hər bir şərti ilə razı olduğunu bildirir. Qız deyir: Üç min dirhəm. Deyir: Olsun, razıyam. Qız yenə deyir: Bir qul da istəyirəm. Razı olur. Qız bir kəniz də tələb edir. Bu yenə razı olur. Qız nəhayət deyir: Mənim son tələbim budur ki, Əlini öldürəsən. İbni Mülcəm bir az mütəəssir olub sarsılır və deyir: "Biz evlənib xoş və dinc yaşamaq istəyirik. Əlinin öldürülməsi bizə evlənib yaşamaq fürsəti verməz”. Qız israr edərək deyir: "Bu mənim son sözümdür, mənə qovuşmaq istəyirsənsə, Əlini öldür! Diri qalsan mənə qovuşacaqsan, ölsən heç”. İbni Mülcəm bir müddət bu təklifin üzərində fikirləşir. O, yazdığı bir-iki beyt şeirində deyir:

Məzmunu:

«Kəbin üçün bu neçə şeyi məndən istədi. Dünyada bu ağırlıqda kəbin tapılmaz. Dünyada hər hansı bir kəbin nə qədər çox olsa da, Əliyə çata bilməz. Mənim arvadımın kəbini Əlinin qanıdır. Dünyada qiyamətə kimi heç bir sui-qəsd İbni Mülcəmin etdiyi qədər böyük və əhəmiyyətli olmayacaqdır».

İndi görək Əli (ə) nə vəsiyyət edir? Əli (ə) ölüm halında olarkən iki cərəyanı düşünür. Biri Müaviyə başda olmaqla qasitilər hərəkatı və münafiqlər cərəyanı, ikinicisi isə təəssübkeş «müqəddəsməsləklər» cərəyanıdır. Bu iki cərəyanın arasında da ziddiyyət var. Əli (ə) fikirləşir ki, onun səhabələri ondan sonra nə edəcəklər?! Buyurur: «Məndən sonra xəvarici öldürməyin. Baxmayaraq ki, onlar məni öldürdülər. Lakin siz onları öldürməyin, çünki məndən sonra siz nə qədər onları qırsanız, Müaviyənin xeyrinə olacaq. Müaviyə təhlükəsi başqa bir təhlükədir”.

Sonra buyurur:

«Məndən sonra xəvarici öldürməyin, çünki haqqı tələb etməkdə səhv edənlərlə, əvvəldən batili istəyən və ona çatanlar arasında fərq vardır. Bunlar axmaqdırlar, o biriləri isə batil işlərin ardıncadırlar; ona çatıblar da».

Əli (ə) heç kimə kin bəsləmir və həmişə ədalət və məntiqlə danışır. Məsələn, həmin İbni Mülcəmi tutub Əli (ə)-ın hüzuruna gətirdilər. Həzrət Əli (ə) ağır yaralandığı və yaxşı danışa bilmədiyi üçün zəif bir səslə İbni Mülcəmlə bir qədər söhbət edir. Ondan soruşur: «Nə üçün bu işi gördün? Mən sənin üçün yaxşı bir İmam deyildimmi?». Əli (ə)-ın yüksək mənəviyyatı sanki ona təsir edir və o deyir:

«Sən mənim kimi qəddar, günahkar və cəhənnəm əhli olan bir şəxsi qurtara bilərsənmi? Görəsən mən bu işi bədbəxtlikdən və talehsiz bir insan olduğum üçün etmişəm? Başqa bir rəvayətdə deyilir: Əli (ə) onunla danışanda o, qəzəblə Əli (ə)-a cavab verdi və dedi: Əli! Mən aldığım qılıncla Allaha and içmişdim ki, onunla Allahın ən pis və nasaleh bəndələrini öldürəm. Həmişə də Allahdan istəmişəm ki, bu qılıncla öz pis əməl edən bəndələrini öldürsün. Əli (ə) buyurdu: «Təsadüfən sənin bu duan və tələbin müstəcab olub, çünki sənin özünü elə bu qılıncla öldürəcəklər.

Əli (ə) Kufədə dünyadan gedir. Nəhrəvan xəvaricindən başqa bütün əhali onun dəfn mərasimində iştirak edib ona ağlamaq arzusundadır. Ramazanın iyirmi birnci gecəsində xalq hələ Əli (ə)-ın gecə yarısında dünyaya göz yumduğunu bilmir. Əli (ə) vəfat edən gecə dərhal o həzrətin övladları İmam Həsən, İmam Hüseyn, Məhəmməd ibni Hənəfiyyə, cənab Əbülfəzlül Əbbas və bir neçə başqa şəxs gizlicə Əli (ə)-a qüsl verib, kəfənə bükürlər və həmin gecə Əli (ə)-ın özünün qabaqcadan təyin etdiyi naməlum bir yerdə onu torpağa tapşırırlar. Qəbrin harada olduğunu da kimsəyə demirlər.

Ertəsi gün səhər camaat eşidir ki, ötən gecə Əli (ə) dünyadan gedib, naməlum yerdə dəfn olunubdur. Əli (ə)-ın dəfn olunduğu yer haradadır? Heç kimə demədilər. Hətta bəzi rəvayətlərə görə İmam Həsən (ə) onların fikrini yayındırmaq üçün Mədinəyə bir cənazə göndərir və iddia edir ki, Əli (ə) orada dəfn edilibdir. Bütün bu işləri də yalnız xəvaricin təhlükəsini dəf etmək üçün edirlər. Çünki onlar Əli (ə)-ın harada dəfn olunduğunu öyrənsəydilər, şübhəsiz ki, qəbri açıb o həzrətin cənazəsinə hörmətsizlik edəcəkdilər. Xəvaricin hakimiyyəti dövründə Əli (ə)-ın övladlarından başqa, onun harada dəfn olunduğunu bir kimsə bilmirdi. Bu vəziyyət yüz il çəkdi. Bu hadisədən yüz il sonra xəvaric aradan getdi. Bəni-üməyyə dövrü də başa çatdı. Abbasilərin hakimiyət dövrü başlandı. Onlar bu mövzuya toxunmurdular. Belə olduqda ilk dəfə İmam Cəfər Sadiq (ə) Əli (ə)-ın qəbrinin harada olduğunu aydınlaşdırdı. Sizin tanıdığınız Səfvan deyir: «Kufədə İmam Cəfər Sadiq (ə)-ın hüzuruna getmişdim. O həzrət bizi Əli (ə)-ın məzarına aparıb dedi: «Əli (ə)-ın qəbri buradır». O həzrət Əli (ə)-ın qəbrinin üstünü düzəltməyi əmr etdi. Bununla da Əli (ə)-ın qəbri hamıya aşkar oldu».

Deməli, Əli (ə) qarşısına çıxan bu böyük çətinlik onun öz dövründə başa çatmamışdı və o həzrətin ölümündən yüz il sonra da davam etmişdi.

«Sən və sənin övladların nə qədər məzlum idi, ya Əli! Mən bilmirəm, Əmirəl-möminin çox məzlumdur, yoxsa onun övladı Əba-Əbdullahil-Hüseyn?! Əli (ə) heç bir zaman düşmənin şərindən rahat olmadığı kimi, onun əziz balası İmam Hüseyn (ə)-ın vücudu da daim düşmənlərdən əzab çəkmişdir. Bəlkə elə buna görədir ki, buyurur:

«Heç bir gün sənin günün kimi deyil, ya Əba Əbdillah!»

İmam Həsən (ə) Əli (ə)-ın cənazəsini gizlətdi. Nə üçün? Çünki istəmirdi Əli (ə)-ın müqəddəs bədəninə ehtiramsızlıq olunsun, lakin Kərbəlada vəziyyət tam başqa idi. İmam Zeynəlabidin (ə) atası İmam Hüseyn (ə) şəhid olduqdan sonra onun cənazəsini gizlətməyə fürsət tapmadı. Nəticəsi də hamıya mə’lumdur... Mən burada danışmaq istəmirəm. O şəxs yaxşı deyib:

«Köhnə paltar nəyə lazımdır? Bir halda ki, atların dırnaqları altında, tikə-tikə olunmuş bədəndə bir şey qalmayıbdır?!».

                                                "Məsum imamların həyatına bir baxış” Mürtəza Mütəhhiri

  [Məqalələr] | Oxunub: 2134 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz