Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2011 » İyul » 4 » 11 ayın sultanı gəlir...
11 ayın sultanı gəlir...
18:21
   Həmd olsun Allaha, bütün yaradılanların Rəbbinə ki, bizə Ramazan kimi rəhmət və bərəkət dolu ayı bəxş etmişdir.  Bu ay həm fəziləti, həm əhval ruhiyyəsi ilə bütün aylardan fərqlənir...

Ramazan ayının ilk günü ilə birlikdə nur və sevinc dolu günləri yaşamağa başlayarıq.  Kainat şənlənər, dünya cənnətdən süzülən nurani bir hava ilə dolub-daşar. Rəhmət ölkəsindən müjdələr, aləmlərin Rəbbindən salam və məğfirət gətirər Ramazan ayı...

Müqəddəs kəlamın nazil olmasını (Qədr gecəsini) insanlarla birlikdə cinlər, mələklər, ağaclar, çiçəklər də qeyd edir... Görünən və görünməyən bütün aləmlərdə bayram yelləri əsir...

Bu ayın Allah qatında xüsusi bir yeri var...Ən geniş rəhmət qapıları bu ayda açılar. Başda Qurani-Kərim olmaqla! Zəbur, Tövrat, İncil kimi digər səmavi kitabların da bu ayda nazil olması, bu günlərin nə qədər dəyərli olduğunu anlamamız üçün bir sübutdur...

Bu günlər həm də möminlər üçün bir fürsətdir... Bu ay Rəbbləri tərəfindən onlara bəxş olunub ki, Ona öz qulluq dərəclərini, ilahi məhəbbəti göstərsinlər. Bütün bu ibadətlər (oruc) əlbəttə ki, nəticəsiz qalmayacaqdır.

Bu ibadətlərin qarşılığını aləmlərin Rəbbi özü verəcəkdir... Ona güvənən, Onu özünə vəkil edən aciz qalmayacaqdır!

Ramazan hər cəhəti ilə ibadət ayıdır. Sübh azanından məğribədək oruc tutan, bu vaxt ərzində isə üç namaz qılan,  dua edən bəndə bəlkə özü də bilmədən hər saniyə Allahı zikr edir. Rəhim olan Allah da bəndəsinin bu duasını qarşılıqsız qoymaz, ona cənnət qapılarından birini açar, axirətdə elçisindən şəfaət nəsib edər inşallah!

Ramazanda min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Səmavi kitabların sonuncusu və Həzrət Muhammədin (salləllahu aleyhi və alihi və salləm) möcüzəsi olan "Qurani-Kərim” bu gecədə nazil olmağa başlamışdır...

Saytımızın adminstrasiyası adından hamınızı müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edirik. Allah tutduğunuz orucları qəbul buyursun!

  [Ramazan] | Oxunub: 1909 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz