Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » Dekabr » 7 » XANIM ZEYNƏB, QEYRƏT RƏMZI
XANIM ZEYNƏB, QEYRƏT RƏMZI
21:14

 Bağışlayan və mehriban Allahın adı ilə

    Hicrətin 61-ci ili, Məhərrəm ayının onunda İmam Hüseyn və Onun sadiq yavərləri Kərbəla çölündə şəhid edildi. Rəsulullahın Əhli-beytini, xanımlari və xırda qızlar xarici əsir (Yəni, İslam dinindən çıxıb murtəd olmuşlar) adı altında Kərbəladan Kufəyə yolladılar. Qabaqcadan Kufə əhlinə xarici əsirlər gətiriləcəyi haqda xəbər verilmişdi. Kufə şəhərinin küçələri əsirlərə tamaşaya gələnlərlə dolu idi. Tarixdə Kufə camaatı vəfasızlıqda məhşur olmuşdu. Əhli beyt şairi Fərəzdəq, imam Hüseynə (ə) Kufə camaatının vəziyyəti bu beyti ilə çatdırmışdı: "Kufə camaatının ürəkləri sizinlə, qılıncları isə sizin əleyhinizədir” Onlar Hüseyn ibni Əlinin nümayəndəsini Musılim ibn Əqili çox canfəşanlıqla qarşıladılar və tez bir zamanda namərdliklə İbni Ziyada təhvil verdilər.

   Kufənin mərkəzi meydanında qadınların şivəni uşaqları ağlatdı və uşaqların ağlamağı qocaların ürəklərini təlatumə gətirdi. Bir dəfəyə hər tərəfdən fəryad və fəqan qalxdı. Bu cəmiyyətin içində öz sözləri ilə həyacanı zirvələrə yetirə biləcək şəxs Əlinin qızı Zeynəb idi. Kufəlilər Əhli-beytin haqqında çox böyük cinayət işlətdiklərini və heç bir yolla aradan getməyəcək böyük bir rüsvayçılıq törətdiklərini gördülər. Zeynəb (s) elə bəlağətlə danışırdı ki, elə bil Əli (ə) nitq söyləyirdi. Allaha həmd və səna edib Peyğəmbərə, onun pak Əhli-beytinə salavat və salamdan sonra belə buyurdu:

    Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar camaat! İndi ağlayırsınız? Gözlərinizin yaşı qurumasın! Siz öz əlləri ilə əyirdiyi ipləri bir dəfəyə zay edən qadına bənzəyirsiniz. Nə peymanınızın dəyəri var, nə də sizin andınızın e`tibarı. Faydasız sözdən, özünə pərəstişdən və üzdə yaltaq kənizlər kimi yaltaqlanıb, arxada düşmənlə saziş etməkdən başqa nə varınızdır. Siz peyinlikdə bitən yaşıl və təzə bitkiyə oxşayırsınız. Siz bəzənmiş qəbrin divarlarının suvağına oxşayırsınız. Axirətiniz üçün pis azuqə hazırlamısınız! Allah qəzəbi, Cəhənnəm əzabı! Ağlayırsınız? Bəli, ağlayın, and olsun Allaha ki, ağlamağa layiqsiniz. Çox ağlayın və az gülün. Qazandığınız çirkinliklərə niyə ağlamayasınız? Heç bir su ilə yuyulmayan çirkinlik! Peyğəmbər balasını və behişt cavanlarının ağasını öldürməkdən pis nə çirkinlik ola bilər?! Sizin yolunuzun çırağı və qara gününüzün dostu olan bir insanı! ……başınızı aşağı salın……keçmişinizi bərbad etdiniz və gələcəyiniz üçün heç bir şey əldə etmədiniz. Bundan sonra siz gərək xar və məğlub yaşayasınız, çünki siz özünüzə Allah qəzəbi qazandınız. Elə bir iş gördünüz ki, az qalıb göy yerə düşə və yer parçalana, dağlar bir-birinə dəyə. Bilirsiniz ki, necə bir qan axıdıbsız? Bilirsiz, hicabsız halda küçə və bazarlara gətirilmiş qadın və qızlar kimlərdir? Bilirsiz ki, Peyğəmbər ciyərini parçalamısınız? Nə qədər çirkin və ağılsız iş görmüsünüz. Elə bir iş ki, onun çirkinliyi dünyanı başdan-başa doldurub. Göydən qan damlalarının yağmasına təəccüb edirsiniz?! Bilin ki, axirətin əzab və xarlığı çətin olacaq. Əgər etdiyiniz işə Allahın qəzəbi tutmursa rahatlanmayın. Allah günahın cavabını dərhal vermir, amma məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını edir”

    Sonra Zeynəbin şiddətli bir nalə çəkib başını kəcavənin dirəyinə vurdu. Alnından qan axmağa başladı. Zeynəbin sözləri Kufə camaatına od vurdu. Ravi belə nəql edir: And olsun Allaha, o gün elə bil yenə də Əli ibn Əbi Tali Kufənin küçələrində xütbə deyirdi. Camaatı pərişan gördüm. Onlar narahatlıqdan əllərini ağızlarına qoyub təəssüf edir və ağlayırdılar. Yanımda bir kişini gördüm ki, ağlamaqdan üzünün tükləri göz yaşı ilə islanmışdı və Əhli-beytə xitab edərək belə deyirdi: Anam-atam sizə qurban olsun, sizin qocalarınız qocaların ən yaxşıları, cavanlarınız, cavanların ən yaxşıları, qadınlarınız, qadınların ən yaxşılarıdırlar……

            Elman İbadov              kerrar@mail.ru

  [Məqalələr] | Oxunub: 993 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Dekabr 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz