Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » Dekabr » 7 » Aşura orucu
Aşura orucu
21:13

Artıq Məhərrəm ayı daxil olub və İslam dünyasında ayrı bir abu-hava hökm sürür. Müsəlmanların bir hissəsi bu ayı matəm kimi qeyd edir, digər bir hissəsi də Məhərrəm ayına digər aylar kimi baxır.

Mübahisəli məsələlərdən biri də bu ayın 10-cu günündə tutulan orucdur. Belə ki, müsəlmanların bir hissəsi bu gün oruc tutur, digərləri isə orucu tərk edir.

Məlum olduğu kimi Aşura günündə İmam Hüseyn (ə) şəhid edilmişdir. Bəzi mənbələrdə bu hadisədən əvvəl Peyğəmbərin (s) həmin gündə oruc tutduğu qeyd edilmişdir. Bəs bu rəvayətlər həqiqətə nə dərəcədə uyğundur? Bunu cavablandırmaq üçün həmin mənbələrə müraciət edək:

Rəvayət edilir ki, Həzrət Peyğəmbər (s) Mədinəyə gələndə Ramazan orucunun vacib edilmədiyi vaxtlarda yəhudilərin Məhərrəm ayının 10-cu günü oruc tutduqlarını gördü. Bunun səbəbini soruşduqda yəhudilər belə cavab verdilər: "Bu böyük bir gündür. Bu gündə Allah Musa və qövmünü qurtarmış və Firon qövmünü suda boğaraq həlak etmişdir”. Bundan sonra Həzrət Peyğəmbər (s) "Mən Musaya sizdən daha yaxınam və onun orucunu tutmağa sizdən daha layiqəm” deyərək həm özü Aşura günü oruc tutmağa başladı, həm də müsəlmanlara bu gün oruc tutmalarını əmr etdi” ("Səhih Buxari”, cild 1, səh. 244; "Səhih Müslim”, cild 3, səhifə 150). Həmçinin başqa bir yerdə Ümmul möminin Aişədən gələn rəvayətdə qeyd olunur ki, Ramazan orucundan sonra bu oruc müstəhəb yerinə keçib. Müslimdə göstərilir ki, Allahın elçisi (s) vəfatından bir əvvəl də Aşura orucunu tutmuşdur.

 

Lakin qeyd etmək yerinə düşər ki, bu rəvayətlər o qədər də mötəbər deyildir.

1. Hər şeydən əvvəl rəvayətin sənədində ixtilaf var. Rical kitablarına müraciət edən şəxs asanlıqla ravi zəncirinin ittihamlara məruz qalan insanlardan ibarət olduğunu bilər. Ravilərdən bəzisi isə hicrətdən illər sonra Mədinəyə gəlmişdir  (Əbu Musa Əşari kimi), İbn Zübeyr –hicrət vaxtı çox balaca idi. Müaviyyə-hicrətdən illər sonra müsəlman olmuşdur. Belə olan halda bu ravilərin Rəsullahla (s) bağlı hicrətdən əvvəl baş verən hadisələri rəvayət etməsi mümkündürmi?!

 

2. Bu rəvayətlər arasında kifayət qədər ixtilaflı məqamlar var. Məsələn, hədislərdən birində qeyd edilir ki, Peyğəmbər (s) yəhudilərdən götürüb oruc tutub. Digər rəvayətdə Həzrətin cahiliyyə vaxtından müşriklər kimi Aşura günü oruc tutduğu deyilir. Başqasında Ramazan orucundan sonra Aşura orucunu tərk etdiyi göstərilir. "Səhih Müslim”də (cild 3, səh. 151) qeyd edilir ki, Həzrət Peyğəmbər (s) Aşura günü oruc tutanda ona dedilər ki, bu yəhudilərin dəyər verdiyi bir gündür. Bundan sonra o, yəhudilərə müxalif olmaq üçün doqquzuncu gün oruc tutacağına söz verir. Lakin gələn il gəlin çatmamış o vəfat edir. Göründüyü kimi bir rəvayətdə qeyd edilir ki, Peyğəmbər (s) bu adəti yəhudilərdən götürür, digərində deyilir ki, o, yəhudilərin əksinə bu orucu 9-cu günə keçirir.

 

3. Yuxarıda göstərilən rəvayətə baxsaq görərik ki, guya Həzrət Məhəmməd (s) qardaşı Musanın (ə) sünnətini bilmirdi və bunu yəhudilərdən öyrəndi və onlara təqlid etdi! Lakin Peyğəmbər (s) əvvəlki elçilərin təlim və sünnətlərini hamıdan yaxşı bilirdi. Əgər belə olmasaydı son və ən üstün peyğəmbər olmağının nə mənası qalardı?! Bu rəvayətləri müdaifə edənlər hətta "Peyğəmbər (s) əmr almadığı məsələlərdə əhli-kitaba uymağı sevirdi” kimi əsassız bəhanələr göstərirlər. Lakin elə həmin mənbələrdə İslam peyğəmbərinin xüsusilə yəhudilərə təqlidə qarşı çox həssas olmasını qeyd olunur. Məsələn, (guya) müsəlmanların namaza çağırılması üçün yəhudilərə və xristianlara məxsus adətlərin təklif olunmasına qarşılıq bunları rədd etməsi və s. hədislər məhz həmin qaynaqlardadır. Doğru olan da budur. Hətta yəhudilərin "Bu şəxs bizə hər şeydə müxalifdir” deməsi kimi rəvayətlər də məlumdur. "Nihayətu-ibn Əsir”də "Kim özünü bir qövmə bənzədərsə o da onlardan sayılar” deyən hədis də var. Lüğətçi İbn Düreyd isə qeyd edir: "Aşura İslami bir addır və cahiliyyə vaxtında mövcud olmayıb”.

 

4. "Aşura” kəliməsinin Məhərrəm ayının 10-cu gününə deyilməsi Həzrət Hüseynin (ə) şəhadətindən sonra onu ardıcılları tərəfindən yas kimi qeyd olunmasından başlayaraq məşhurlaşdı. İbn Əsir yazır: "Aşura İslami bir ifadədir (yəni, İslamdan sonra işlədilmişdir)” ("Nihayətu-İbn Əsir”, cild 3, səh. 240).

 

5. Yəhudi şəriətindən məlumatı olan şəxs də bilir ki, yəhudilərdə "Aşura orucu” deyilən oruc yoxdur, həmçinin yəhudilərin nə əvvəllər, nə də indi belə bir oruc tutmayıblar. Bu barədə heç bir sənəd yoxdur.

 

6. Bu gün haqqında məlumat verən mənbələrdən bəziləri hətta o qədər irəliyə gediblər ki, az qala bütün əlamətdar günləri Aşuraya salıblar. Aydındır ki, bu rəvayətlərin uydurulması Əməvi tayfasına xüsusən sərfəli idi. Hər şeydən əvvəl məşhür sünni lüğətçiləri bu terminin İslamın zühurundan sonra işlədildiyini bildirmələrini qeyd etdik. İkincisi bir qism sünni rical alimləri bu hədislərin uydurma olduğunu qeyd edib ("əl-Lial Məsnua fil-əhadis Məvdua”, c. 1, s. 108; "əs-Sirətül Hələbiyyə”, c 2, səh. 134).

 

Məşhur filisof və tarixçi Əbu Reyhan Beyruni "əl-Əsər əl-Baqiyə” adlı kitabında yazır: "Ümeyoğulları (İmam Hüseyn (ə) öldürüldükdən sonra) Aşura günlərində təzə paltarlar geyinir, bəzənir, sürmələnir və bayram edirdilər. Onların bu səltənətləri dəb halına düşdü və sünnə əhli arasında yayıldı. Amma şiələr bu gündə matəmə qərq olub ağlayırdılar”.

 

Sonda isə Şeyx Səduqun öz sənədi ilə "İləlüş-şərayi” və "Əmali” kitablarında Cibilli Məkkiyədən nəql etidiyi rəvayəti nəzərinizə çatdırırıq. Meysəm Temmardan (r.ə.) gələn hədisdə Həzrət Əli (ə) buyurur: "Allaha and olsun ki, bu ümmət öz peyğəmbərlərinin nəvəsini Məhərrəm ayının 10-cu günündə qətlə yetirəcəklər və Allah düşmənləri o günü bərəkət günü edəcəklər”. Temmar deyir ki, o Həzrət mənə bildirdi ki, "Bütün yaradılanlar, hətta səhranın yırtıcı heyvanları, dənizdəki balıqlar və göydə uçan quşlar da Peyğəmbərin nəvəsinə ağlayacaqlar...”. Meysəm Temmar (r.ə.) deyir ki, "Allaha şərik qoşanlara, xristianlara, yəhudilərə və məcusilərə Allahın lənəti zəruri olduğu kimi Hüseyni öldürənlərə də bu lənət zəruri olmuşdur”. Bundan sonra Meysəmdən soruşulur ki, bu günü necə bərəkət günü qılacaqlar, o isə ağlayaraq deyir: "Özlərindən uydurduqları hədislə Həzrət Adəmin (ə) tövbəsinin bu gün qəbul olunduğu deyəcəklər, halbuki onun tövbəsi Zil-həccə ayında qəbul olunmuşdur; Davudun (ə) tövbəsinin bu gün qəbul olunduğunu deyəcəklər, onun tövbəsi də Zil-həccədə qəbul olunub; Onlar Yunusun (ə) balığın qarnından bu gün xilas olduğunu deyəcəklər, halbuki bu Zil-qəədə ayında olub; Onlar Nuhun (ə) gəmisinin bu gün sahilə yanaşdığını deyəcəklər, bu hadisə Zil-həccənin 18-i olub; Onlar dənizin Musa (ə) qarşısında bu gün yarıldığını deyəcəklər, bu hadisə isə Rəbbiul-əvvəldə baş verib”.

 

Bu günün orucu haqqında isə deyə bilərik ki, bugünki gün oruc tutmaq məkruhdur (bəyənilmir). Aşura günündə əsrə qədər yeyib-içməkdən çəkinmək, sonra isə az miqdarla kifayətlənmək daha yaxşıdır.

 

                                                                          Elmi dəstək: kevsernet.com

  [Təhlil] | Oxunub: 1697 | Müəllif: Administrator |
Şərh sayı: 5
13.02.2010
5. Şair [Material]
Əllərinə sağlıq hər şey gözəldir! Görünür ki, kim zəlalət əhlidir. Bir şəxs ki, iddia edirsə ki, peyğəmbər (saas) sünnəsini öyrənib yahudilərdən, day ondan nə gözləmək olar?!

02.01.2010
4. Adminstrator (Administrator) [Material]
anektod AQA, muzakire aparilmir, muzakire aparmaq isteyirsinizse forumda movzu achin. Ya da "Sual-cavab" bolmesine muraciet edin.

01.01.2010
3. anektod AQA [Material]
yaxshi ay zelalet ehli zize 1 sual ,, kiminse ezizi dunyasini deyishende ona 3-7-40 ve 1 il saxlayir sonra toy filan edir,, niye gore HUSEYN (e) 1 il saxlamirsiniz sadece 40 la kifayetlenirsiz ????

01.01.2010
2. anektod AQA [Material]
GOZEL ANEKTOTLAR YAZIRSIZ,,

01.01.2009
1. İravani (Pünhan) [Material]
Məşəallah.


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Dekabr 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz