Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » Dekabr » 7 » Aşura və İmam Hüseyn (ə)
Aşura və İmam Hüseyn (ə)
21:15

Bilmilləhir-Rahmənir-Rahim. Allahın salam və salavatı olsun elçisi Muhammədə, onun pak Əhli-beytinə, sadiq səhabələrinə və yolunu izləyənlərə. Bu gün İslam dünyasında çox böyük bir kədər günüdür. Bu gün Peyğəmbərimizin (s) nəvəsi, cənnət cavanlarının əhli, möminlərin əmirinin oğlu, Fatimə xanımın (s.ə.) balası, müsəlman ümmətinin imamı, Allah-Təalanın xəlifəsi Həzrəti İmam Hüseyn ibni Əlinin (əleyhissalam) şəhadəti günüdür. 14 əsr əvvəl bu gün Yezid ibn Müaviyyənin (l) mənfur qoşununu Həzrəti Hüseyni (ə) vəhşicəsinə qətlə yetirmişdir. Bununla İmam Hüseyn (ə) şəhidliyin ən uca zirvəsinə yüksəlmiş və "Seyiddüşühəda” adını qazanmışdır. O, İslam uğrunda, Həzrəti Muhammədin (s) dini uğrunda, imamət dünyası uğrunda şəhid oldu. O mənfur Yezidə məğlub olmadı, əksinə qələbə çaldı, 72 nəfərlə 30 minin qabağında boyun əymədi, o sübut etdi ki, Əhli-beyt Peyğəmbər (s) yolunda hər şey etməyə qadirdir, hətta bu Kərbəlaya gəlib qanına qəltan olmaq olsa belə... İmam Seyiddüşşühəda (ə) özündə Peyğəmbərin (s) qorxmazlığını, Əlinin (ə) igidliyini birləşdirdi...

Hələ bu böyük qəhrəman doğulduğu gün Həzrəti Cəbrail (ə) Peyğəmbərə (s) bu şəhadət xəbərini gətirmiş, bu xəbər qarşısında özünü saxlaya bilməyən Allah elçisi gözyaşlarına qərq olmuşdu...

Bu gün də İslam gözyaşları içindədir. Hüseynə mələklər, dağlar, daşlar, çaylar ağlayır, bu gün Rəsulullah (s) ağlayır... Bu gün Əhli-beyt aşiqləri ağlayır...

"Ağlayır” dediysək bu mənəvi məna ifadə edir. Həzrəti Əli (ə), "Möminin sevinci üzündə, qüdrəti dinində, kədəri qəlbindədir” deyə buyurmuşdur. Bu gün Allaha çoxlu ibadət etməli, dualar oxumalı, Həzrət Hüseyni (ə) yad etməli, səbr etməliyik.  Allah bizi Hüseyndən ayrı salmasın, Axirətdə bizə onun şəfaətini bəxş etsin! Allah-Təala Hüseynin qatillərinə, düşmənlərinə lənət etsin! Bütün müsəlmanlara başsağlığı veririk! İmam Sahib əz-Zamana başsağlığı veririk!

  [Məqalələr] | Oxunub: 2783 | Müəllif: Administrator |
Şərh sayı: 3
15.05.2012 Спам
3. niqus
Imam Hüseyini bize bir daha yad etdirdiyinize göre minnetdaram.İman Hüseyin qatillerine lenet olsun Lenet olsun lenet olsun.

03.06.2008 Спам
2. sevinc
burada maraqli hicab madelleri dini sekiller olsa ela olar ele bir sayit tapa bilmirem ki hicab sekileri olsun mumkunduse siz qoyun insalla olar gozleyecem sagolun allah amaninda allah haminizdan razi olsun

03.06.2008 Спам
1. sevinc
cool eladi cox gozel yaradici heyyete tezekur ugurlar


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Dekabr 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz