Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » İyul » 1 » Peyğəmbərin (s) həyatında sual doğuran məqamlar (2)
Peyğəmbərin (s) həyatında sual doğuran məqamlar (2)
22:40
(   

Bəzi rəvayətlərdə Peyğəmbərin (s) Xədicədən Zeynəb, Rüqəyyə, Ümmü Gülsüm adlı qızlarının olduğu və onların Əbül As ibn Rabi və 3-cü xəlifə Osmanla ailə qurduqları qeyd olunur. Əslində isə bu rəvayətlər doğru deyildir.

Əbül Qasım Kufi yazır: "Xədicənin Hələ adında bacısı vardı. Bəni-Məhzum qəbiləsində bir kişi ilə evlənəndən sonra ondan Halə adında qızı oldu. Daha sonra Bəni-Təmim qəbiləsindən biri ilə ailə quranda ondan Hind adında uşağı oldu. Həmin o kişi Hələdən başqa arvadı vardı və ondan da Rüqəyyə və Zeynəb adlı 2 qızı vardı. Bundan sonra Hələ, ardından da əri vəfat etdi. Hind öz ata qəbiləsinin yanına getdi. Ortada qalan Hələ, Zeynəb və Rüqəyyəyə isə Həzrət Xədicə baxmağa başladı. Sonra Hələnin vəfatı və Peyğəmbərlə (s) izdivacdan sonra Zeynəb və Rüqəyyə Peyğəmbərin (s) himayəsinə alındılar. Bundan sonra ərəblər arasında Peyğəmbərin (s) qızları kimi çağırılmağa başladılar” ("əl-İstiğasə”,s.68-69).

Bu qızların Peyğəmbərin (s) doğma qızları olduğunu deyənlərin rəvayətləri arasında bir çox ziddiyətlər mövcuddur.

 

"Rüqəyyə və Ümmü Gülsüm cahiliyyə dövründə "Əbu Ləhəbin iki əli qurusun; qurudu da” ayəsi nazil olanda Əbu Ləhəb və arvadı atalarının dininə girdiklərini əsas göstərərək Peyğəmbərin (s) qızlarını boşamalarını tələb etdilər. Onlar da hələ cinsi əlaqəyə girməmiş arvadlarını boşadılar. Sonra Osman ibn Əffan Rüqəyyə ilə evlənib onunla birlikdə Hicrətin 5-ci ilində Həbəşistana hicrət etdi. Bu əsnada Rüqəyyə hamilə idi və gəmidə uşağı düşü. Həbəşdən Mədinəyə gələndən sonra isə vəfat etdi” ("əl-İsabə”, c.4, s.304; "əl-Vədu vət-Tarix”, c.5, s.17; "Təhzibu tarixi-Dəməşq”, c.1, s.298; "Nihayətul-İrb”, c.212-214).

 

Məqdisi yazır: "Xədicə cahiliyyə dövründə Əbdü Manaf adında oğlu, sonradan isə 2 oğlan və 4 qız övladı olmuşdur...” ("əl-Bədu vət-Tarix”, c.5, s.16).

 

"Peyğəmbərin (s) besətdən əvvəl Əbdü Manaf adında oğlu oldu. Bununla Peyğəmbərin (s) bütün övladlarının sayı 12-dir. Digər övladlarının hamısı İslamiyyətdən sonra doğulmuşlar” ("əl-Məvahibül Lədüniyyə”, c.1, s.196; "Tarixul-xamis”, c.1, s.272).

 

"Abdullah, Ümmü Gülsüm, Fatimə və Rüqəyyə-hamısı növbə ilə besətdən sonra dünyaya gəliblər” ("əl-Bidayətu vən-nihayə”, c.2, s.294; "Məcməüz-zəvaid”, c.9, s.217).

 

Həmçinin bəziləri də Rüqəyyənin bütün uşaqlardan, hətta Fatimədən (ə) də kiçik olduğunu qeyd ediblər (bax: "əl-İsabə”, c.4, s.304; "Nəsəbu-qüreyş”, s.21).

 

Əgər onlar besətdən sonra dünyaya gəliblərsə, cahiliyyə dövründə Əbu Ləhəbin oğlanları ilə izdivac etmələrini necə iddia etmək olar?! Bu açıq-aşkar bir ziddiyət deyilmi?!

 

Deyirlər ki, guya Rüqəyyə Osmanla ailə qurub. Bütün tarixçilərə görə Həbəşə ilk hicrət besətin 5-ci ilində baş verib. Rüqəyyənin (besətdən sonra dünyaya gəldiyini bilərək) lap İslamın 1-ci ilində dünyaya gəldiyini təsəvvür etsək belə ağlasığmazdır: 5 yaşındakı qız Osmana necə ərə verilir və hamilə qalaraq uşağını itirir?!

 

Həmçinin deyilir ki, "Məsəd” surəsi nazil olandan sonra  Əbu Ləhəbin oğlanları Peyğəmbərin (s) qızlarını boşadılar. Bundan sonra Osman Rüqəyyə ilə evləndi. Bu da öz növbəsində növbəti ziddiyətdir:

 

Bir çox rəvayətlərə görə bu surə müsəlmanlar "Şibi-Əbu Talib”də mühasirə altında saxlandıqlarında nazil olmuşdur ("əd-Durrul-Mənsur”, c.6, s.408).

Bu mühasirə isə besətin 6-cı ilində, yəni Həbəşə hicrətdən 1 il sonra baş vermişdir (!).

Digər tərəfdən: Peyğəmbərin (s) qızlarının müşriklərin əziyyətlərindən və "Məsəd” surəsinin nazil olmasından sonra boşandığını fərz etmək mümkün deyil. Bu vaxta qədər onların ərləri ilə cinsi yaxınlıq etməməsini nə ilə izah etmək olar?!

 

Bu məsələdə başqa bir böyük ziddiyət də var. Zübeyr ibn Bəkər Cəfər ibn Məhəmməddən o da atasından rəvayət edir ki, Peyğəmbərin (s) oğlu Qasım Məkkədə vəfat etdi. Peyğəmbər (s) onun dəfn mərasimindən qayıdanda As ibn Vail və oğlu Əmr ibn Asın yanından keçəndə As Peyğəmbərə (s):  "Bu kişinin nəsli kəsik və ocağı sönük vəziyyətə düşdü”. Bundan sonra "Sənə sonsuz deyənin özü sonsuzdur” ayəsi nazil oldu ("əd-Durrul-mənsur”, c.6, s.404).

 

Başqa bir rəvayətdə isə deyilir: "Əvvəlcə Peyğəmbərin (s) oğlu Qasım dünyaya gəldi, sonra Ümmi Gülsüm, Fatimə və Rüqəyyə. Sonra Qasım, ardından da Abdullah vəfat edəndə As bin Vail: "Onun nəsli kəsildi, o sonsuzdur” dedi və bu ayə nazil oldu ("Təbəqət”, c.1, s.133; "Nihayətul-irb”, c.18, s.208; "Müxtəsəru-tarixi-Dəməşq”, c.2, s.262).

Bu ayənin atasının yox, elə Əmr bin As haqqında nazil olduğu da deyilib. Bu şəxsin Əbu Ləhəb və ya Əbu Cəhl olması  haqqında da rəvayətlər var (bax: "Dəliliün-nübüvvə (Beyhəqi) c.2, s.69-70;  "Təfsirul-kəbir”, c.32, s.133; "əd-Durrul-Mənsur”, c.6, s.403-404 və s.).

 

Bütün bunları ümumiləşdirsək, "Kövsər” surəsinin Qasımın vəfatından sonra nazil olmasını və onun da besətdən sonra doğulmasını, Rüqəyyə və Ümmü Gülsümün Abdullah və Qasımdan sonra dünyaya gəldiklərini nəzərə alsaq, onların cahiliyyə dövründə Əbu Ləhəbin oğlanlarına ərə getmələrinin və sonra Rüqəyyənin Osman ibn Əffanla izdivacının mif olduğunu görərik.

  [Təhlil] | Oxunub: 698 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz