Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » İyun » 27 » Peyğəmbərin (s) həyatında sual doğuran məqamlar (1)
Peyğəmbərin (s) həyatında sual doğuran məqamlar (1)
17:17

Xədicə xanım (ə) Həzrət Peyğəmbərin (s) ilk xanımıdır. O, 4 müqəddəs qadından biridir. Bu möhtərəm xanım İslamı ilk qəbul edən qadın olmaq fəxarətinə sahib olmuş, həmişə Peyğəmbər (s) tərəfində məhəbbətlə anılmışdır.

Bəzi tarixçilər Peyğəmbərin  (s) Aişə xanımdan başqa  digər xanımlarının dul olduğunu qeyd ediblər. İnşallah bu məqalədə bunun belə olmadığı, Xədicə xanımın (ə) da başqasına ərə getmədiyini isbat edəcəyik.

İddia olunur ki, guya Xədicə xanım Həzrət Peyğəmbərdən (s) əvvəl Ətiq ibn əbidil-Məhzumi və Əbu Hələ ət-Təmimi adlı 2 şəxsdə ərdə olub, hətta onlardan övladı olub. Amma biz bu rəvayətlərin doğruluğuna şübhə ilə yanaşır, bunların uydurulmasının əsasında daha çox siyasi məqsədlərin durduğunu düşünürük:

1.  Hər şeydən əvvəl bu rəvayətləri yoxlayan şəxs onların arasında bir çox ixtilafların olduğunu görə bilər. Məsələn, bəzi rəvayətlərdə Əbu Hələ künyəsi daşıyan şəxsin adının "Nəbbəş ibn Zürarə”, digərlərində isə "Zürarə ibn Nəbbəş” olduğu göstərilir. Həmin şəxsin adının "Hind” və  yaxud da "Malik” olduğunu deyən rəvayətlər də var. Bəzi rəvayətlərdə onun səhabə olduğu, bəzilərində isə olmadığı göstərilir. Bəzi tarixçilər onun Ətiqdən əvvəl, bəziləri isə sonra Xədicə ilə evləndiyini qeyd ediblər.

Bəzi rəvayətlərdə göstərilir ki, Xədicə xanımın (ə) bu şəxslərdən Hind adlı uşağı olub, amma bir qism rəvayətlərdə onun qız uşağı olmağı və Ətiqdən olduğu, digər qism rəvayətlərdə isə oğlan olduğu və digər ərinə aid olduğu göstərilir. Eyni zamanda oğlan olduğu deyilən rəvayətlərdə onun sonradan taun xəstəliyindən ölməsi və ya digər sənədlərdə Cəməl müharibəsində İmam Əlinin (ə) cəbhəsində şəhid olduğu qeyd olunur. (Qeyd etdiyimiz rəvayətlər və onların arasındakı ixtilaflar üçün bax: "əl-Əvail”, c.1, s. 159; "əl-İsabə”, c.3, s.611-612; "Üsdül-qabə”, s.12-13-17; "əs-Siratul-Hələbiyyə”, c.1, s.140;"Nisabu-qüreyş”, s.22;  "Qamusur-rical”, c.10, s.431) .

2. Bu iddiaların əksini rəvayət edən alimlər də vardır. İbn Şəhrəşub "Mənaqibi Əli ibn Əbi Talib” kitabında yazır: "...Əhməd Bələzuri "Ənsəbul əşraf” kitabında, Əbül Qasim Kufi "əl-İstiğasə” kitabında, böyük şiə alimi Seyid Mürtəza "əş-Şafi” kitabında, digər böyük şiə alimi Əbu Cəfər Tusi "Təlhisüş-şafi” kitabında Həzrət Peyğəmbərin (s) Xədicə xanımla (ə) bakirə olduğu halda evləndiyini rəvayət ediblər. Həmçinin "əl-Ənvəru vəl-Bidə” kitabında Rüqəyyə və Zeynəbin Xədicənin bacısı Hələnin qızları olması nəzəri də bu nəql etdiyimiz rəvayəti gücləndirir ("Mənaqibi Əli ibn Əbi Talib”, c.1, s.159; "Biharul-ənvar”, "Ricalul-Məməqani”, Qamusur-rical” kitablarında da eynən rəvayət edilmişdir).

3. Əbül Qasım Kufi yazır: "Əsər sahibləri və tarixçilər ümum, xüsus hamısı icmai şəkildə rəvayətlər ediblər ki, Qüreyş əşrəfi, böyükləri və varlılarından Xədicəyə evlənmək üçün elçilik etməyən qalmadı. Amma o, onların hamısında imtina etdi. Sonradan o, Peyğəmbərlə (s) izdivac edəndə Qüreyş qadınları ondan incidilər və dedilər: "Qüreyşin şərəfli və böyük şəxsləri sənə elçi düşdülər. Amma sən onların hamısını rədd edib, Əbi Talibin pulsuz, malsız, yetim və fəqir qardaşı oğluna ərə getdin?!”

Belə olan halda, Xədicənin (ə) Qüreyşin adlı-sanlı kişilərini qoyub Təmimli bir bədəviyə ərə getməsini hansı əql sahibi qəbul edər?! ("əl-İstiğasə”, c.1, s.70).

4. Maddi, mənəvi heç bir dəyərə, şan-şöhrətə sahib olmayan bədəvi ilə izdivac etmək Xədicənin (ə) rədd etdiklərinin onu xar etmələri üçün əlinə tutarlı bir bəhanə vermək deyildimi?!

Bəziləri Haris ibn Əbi Hələ adlı şəxs barəsində danışarkən onun Xədicənin (ə) oğlu olduğunu və Məkkədə Həzrət Peyğəmbər (s) dəvətini açıq şəkildə bəyan edəndə müsəlmanların verdiyi ilk şəhid olduğunu iddia etmiş və bunu Xədicənin əvvəlcədən ərə getdiyinə dəlil göstərməyə çalışmışlar. Həmin şəxsin Xədicə xanımın (ə) oğlu olmasına dəlil ancaq  Xədicənin əri olan Əbi  Hələnin adını daşımasıdır (Biz də bunun əksini sübut etməyə çalışırıq).

Həmçinin Haris adlı şəxsin İslamiyyətin ilk şəhidi olması fikri də doğru deyildir. Bu bir çox məşhur rəvayətlərin ziddinədir. İbn Abbas deyir ki, Əmmarın (r.ə.) atası və anası müsəlmanların verdikləri ilk şəhidlərdir ("Siffin”, s.325).

"İslamda ilk şəhid Süməyyədir” ("ət-Təbəqat”, c.8, s.193; "əl-İsabə”,c.4,s.335).
ARDI VAR...
  [Təhlil] | Oxunub: 1070 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyun 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz