Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » Aprel » 3 » Namazın qılanın önündən keçmək
Namazın qılanın önündən keçmək
23:24

Neçə illər idi İmamın (ə) dərslərində iştirak edirdi və onun tələbələrindən sayılırdı. Amma necə deyərlər, qədirbilməz bir tələbə idi.

Bir gün tələsik özünü İmamın (ə) mənzilinə çatdırmağa çalışırdı. Hiyləgərcəsinə gülümsəməsindən məlum idi ki, nəsə şeytani bir planı var. İstəyirdi ki, İmama (ə) səhv tutsun və onun camaat arasındakı nüfuzunu zəiflətsin.

O, dəfələrlə belə yaramaz işlərə əl atmış, lakin hiyləsi baş tutmamışdı. O, yalnız öz elminə arxalanır, amma nəfsinin saflaşdırılması yolunda heç bir səy göstərməmirdi. Buna görə də azğınlıq girdabına daha da qərq olurdu.

O, bir dəfə İmam Sadiqin (ə) övladı İmam Museyi-Kazıma səhv tutmaqla bu ailənin hörmətini aşağı salmaq istəyirdi.

Qapını döydü. İmam Sadiq (ə) qapını açdı. O, hövsələsizcəsinə səsləndİ:

-Sualım var. İstəyirsiniz özünüz cavab verin, ya da oğlunuz cavab versin. Mən sizin övladınız Musanın (ə) camaatın get-gəli çox olan bir məkanda namaz qılan halda görmüşəm. Camaat onun qabağından keçirdi, amma o, mane olmurdu. Siz bu işin doğru olmadığını qəbul etmirsinizmi?!

İmam sükut etdi. Bir müddət sonra oğlunu yanına çağırdı. Həmin sualı oğluna verdi və cavab istədi. İmam Kazım buyurdu:

"Ey ata! Mən Allah üçün namaz qılıram və O, mənə camaatdan daha yaxındır. Necə Allah-Təala insana şah damarından da yaxın olduğunu buyurur”.

İmam Sadiq (ə) çox sevindi və onu qucaqlayaraq buyurdu: "Atam-anam sənə fəda olsun, ey ilahi sirlər qəlbinə əmanət olmuş şəxs! Mənim istədiyim kimi cavab verdin və məni xoşhal etdin”.

Naşükür şagird İmamın (ə) cavabını eşitdikdə utanaraq başını aşağı saldı və sürətlə oranı tərk etdi ("Nurus-səqəleyn” təfsiri 5/108).

  [Təhlil] | Oxunub: 1289 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Aprel 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz