Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » Fevral » 8 » İraq Respublikası
İraq Respublikası
20:52
 Ümumi məlumat
Rəsmi dili: Ərəb dili, Kürd dili
Paytaxtı: Bağdad şəhəri.
Prezidenti: Cəlal Tələbani
Ərazi üzrə dünyada 58-ci yerdədir
-Ümumi:  434,128 km²
- % Su hövzəsi: 1.1%
Əhali üzrə dünyada 45-ci yerdədir
- Ümumi: 31,234,000 (2009)[1]
- Əhali sıxlığı: 59/km²
Pul vahidi: İraq dinarı

Dini vəziyyət
İraqda əhalinin 95 faizini müsəlmanlar (55 % şiələr, 40 % sünnülər) təşkil edir. Sünnülüyün hənəfi və az sayda şafii məzhəbinə ölkənin müxtəlif rayonlarında yaşayan bədəvi ərəblər, şəhər əhalisinin bir hissəsi (ilk növbədə Bağdad və Bəsrə şəhərinin əhalisi), Yuxarı Mesopotamiyanın ərəbləri , eləcə də kürdlər, türklər, çərkəzlər, türkmələrin böyük hissəsi tabedir. İraqın mərkəzi və cənub hissəsində yaşayan əkinçi ərəblər, farslar, lurlar və türkmənlərin üçdə ikisi şiələrdir. Eyni zamanda az sayda əli-ilahi (kürdlər, türkmənlərin bir hissəsi), ismaililər, bəhailər də vardır. İraq əhalisinin 3 faizini xristianlar təşkil edir. Onlar ölkəinin iri şəhərləridə, eləcə də Mosulun kənd yerləridə məskunlaşıblar. Onlar əsasən assuriyalılar, ermənilər və ərəblərin bir hissəsidir. Xristianların böyük qrupunu əsasən müxtəlif uniat kilsələrinin ardıcılları olan katoliklər təşkil edir. Onların əksəriyyəti xaldo-katoliklərdir. Bununla yanaşı siro-katoliklər (35min nəfər) və erməni –qriqoryanlardır. Latın ənənəvi katoliklər azlıq (3,5 min nəfər)təşkil edir ki, bunlar da əsasən İraqda yaşayan əcnəbilərdir. Digər xristian təmsilçiləri nestorianlar (65 min nəfər), erməni-qriqoryanlar (23 min nəfər), yakobitlər (12 min nəfər), pravoslavlar, protestalardır. İudaistlər (yəhudilər) müəyyən bir dövrdə əhəmiyyətli sayda olsalar da, ötən əsrin 50-ci illərində İsrailə köçmüşlər və bu gün onların İraqdakı sayı yalnız 450 nəfərdir. Ölkədə bir sıra qədim din və sektaların da ardıcılları vardır: yezidlər (70 min nəfər, Mosul, Kərkük və Sincar rayonunda yaşayan kürdlərin bir hissəsi), mandeylər (14 min nəfər, Ən-Nəsiriyyə rayonunda məskunlaşmışlar).

                                                    Coğrafiya

İran körfəzi ölkələri arasında İraq Səudiyyə Ərəbistanı və İrandan sonra
434,128 km² ilə   ən böyük ərazisi olan ölkədir. Şimalda Türkiyə, qərbdə Suriya və İordaniya, şərqdə İran, cənubda Səudiyyə Ərəbistanı və Küveyt ilə həmsərhəddir. İraqın İran körfəzi ilə əlaqəsi dənizə olan qısa sahili vasitəsilədir: ölkə 924 km²-lik quru sularına malikdir. Beləliklə tipik bir quru dövləti olan İraqın, şimaldakı dağlıq ərazi xaricində hər tərəfdən təbii müdafiəsiz sərhədlərə malik olmasından əlavə dənizə çıxışı da qeyri-kafidir. İraqın qonşuları İran (1.458 km), Səudiyyə ərəbistanı (814 km), Suriya (605 km), Türkiyə (331 km), Küveyt (242 km) və İordaniya (181 km) ilə olan cəmi sərhəd uzunluğu 3631 km-dir.


İqlim
   Qışlar soyuq və quraq, yaylar isə isti və buludsuz keçir. Ərazisinin çox hissəsinin səhra olması bu tip iqlim şəraitinin ortaya çıxmasına səbəb olur. İran və Türkiyə sərhədi boyunca uzanan şimaldakı dağlıq bölgələrə, qışda tez-tez qar yağır. Bəzən mərkəzi və cənubi İraqda sel baş verir. Ölkədə digər təbii fəlakətlərlə yanaşı toz və qum fırtınalarına da tez-tez rast gəlinir. İraqın əksərən geniş düzlüklərdən ibarət olan ərazi quruluşu var. İran sərhədində geniş bataqlıqlar da mövcuddur.
Əhalisinin üçüncü ən böyük etnik qrupunu Azərbaycan türkləri təşkil edir. Rəsmi olaraq türkmən adlanırlar. İraqdakı Azərbaycan türklərinin başlıca birləşdirici təşkilatları "İraq Türkmən Cəbhəsidir", qısa adı İTC-dir. 20-ci əsr boyunca bir çox soyqırımlara, etnik ayrı-seçkiliyə məruz qalmışlar. Soydaşlarımızın şəhər, qəsəbə, kənd adları həmçinin torpaqlarımızdakı başqa toponimlər ərəbləşdirilmiş, o cümlədən Kərkük vilayətinin adı Əl-Təmim olaraq dəyişdirilmişdir.
   İraqın cəmi əhalisinin təxminən 55 %-ni şiə, 40 %-ni isə sünni müsəlmanlar , 3 %-ni xristianlar , 2 %-ni digər dinlərə etiqad edənlər təşkil edir .
   Şiə ərəblər ölkənin cənubunda və Bağdad ətrafında, sünni ərəblər isə Bağdadla yanaşı şimalda və qərbdə məskunlaşmışlar. İraq olduqca gənc əhaliyə sahib olub əhalinin 55 %-i 15-64 yaş qrupuna, 42 %-i 0-14 yaş qrupuna, 3 %-i isə 65 yaş və yaxarı qrupa daxildir. Orta ömrün təxminən 66,5 il olduğu İraqda körpə ölüm nisbətlərinin yüksəkliyi (6,2 %) əhəmiyyətli bir problemdir. İraq əhalisinin 58 %-i oxuyub-yaza bilmir. Bu nisbət kişilərdə 70,7 %, qadınlarda 45 %-dir. 2000-ci il üçün əhalinin artım sürəti 2,86 % olaraq təxmin edilmişdir.
Tarix
   Ən qədim şərq mədəniyyətlərinin doğulduğu Mesopotamya, 633-642-ci illər arasında ərəb xiləfəti torpaqlarına daxil edildi. Bölgə Əməvilər və Abbasilər xilafəti dövrlərində ən parlaq dövrəsini yaşamışdır. O zamanlar Bağdad dünyanın ən əhəmiyyətli mədəniyyət və ticarət mərkəzi idi. İraq 637-ci ildə müsəlmanlar tərəfindən fəth edilməsindən sonra İmam Əli (ə) dövründə İslamın mərkəzi halına gətirilmiş və xilafətin paytaxtı Kufəyə köçürülmüşdür. İmam Əli (ə) ilə Əməvilər arasındakı Siffeyn döyüşü də İraq sərhədləri daxilində baş vermişdir. Bu döyüşün ardında bölgə günümüzə qədər sürən fərqli təriqət və etnik qrupların mübarizələrinə səhnə olmuşdur. Əməvilər dövründən sonra Abbasilər bölgəyə hakim olmuş, daha sonra 1055-ci ildən etibarən bölgə Səlcuqluların hakimiyyətinə girmişdir. İraq ərazisi1258-ci ildən etibarən isə Monqol istilasına uğramış və iki əsr monqol idarəsində qalmışdır. Tarixi qaynaqlar Dəclə çayının günlərlə mürəkkəb rəngində axdığı və minlərlə dərilik kitabı İran körfəzinə daşıdığını yazırlar. Daha sonra bölgə Ağqoyunluların (1444-1467), 1499-1508-ci illər arasında isə Səfəvilərin hakimiyyətinə girmişdir. İndiki İraq ərazisi 1534-cü ildən 1917-ci ilə qədər, qısa müddətlik ististalar xaric olmaqla Osmanlı imperiyasının tərkibində qalmışdır.
   Birinci Dünya Müharibəsi vaxtı Osmanlı imperiyasının Yaxın Şərqdən çəkilməsinə səbəb olan bəzi yerli üsyanlar olmuşdur. Bu üsyanlarda ingilislərin təşviqi ilə Məkkə əmiri Şərif Hüseyindən də istifadə edilmişdir. Şərif Hüseyin və oğullarına Osmanlının yıxılmasından sonra qurulacaq olan Böyük Ərəb Dövlətinin krallığı vəd edilmişdi. Lakin bunun əvəzində 1916-cı ildə Böyük Britanya və Fransa arasında əldə edilən Sayks-Pikot müqaviləsinə əsasən bölgə hegemon Avropa dövlətləri tərəfindən zəbt edildi. Bu razılaşmaya görə yeni- "süni" dövlətlər quruldu. Sayks-Pikot xətti deyilən bu sərhədlər, o dövrün şərtlərində dünyanın iki böyük imperialist gücü olan Böyük Britanya və Fransanın Yaxın Şərqə baxışlarını əks etdirir. Fransız və ingilis zabitlər bölgənin etnik və dini şəraitini nəzərə almadan, yalnız öz mənafeləri istiqamətində, təkcə xəritə üzərində mövcud olan yeni ölkələr meydana gətirməklə bəzi etnik qrupları da parçaladılar. Bu razılaşma nəticəsində qurulan dövlətlərdən İraq, İordaniya və Fələstin Böyük Britanya bölgəsini, Suriya və Livan isə Fransa bölgəsini təşkil etmişdir.
   Yekun olaraq İraq, sahib olduğu coğrafi xüsusiyyətləri etibarilə müdaxiləyə açıq olması səbəbilə müxtəlif güclərin hakimiyyətinə girmiş, zəbtlərə uğramışdır. 1918-ci ildə İraq, Osmanlı dövlətindən tamamilə ayrılmış və 1920-ci ildə təşkil edilən San Remo konfransı ilə İngilis mandatına verilmişdir. 

Müasir İraq
  Müasir İraq 1920-ci ildə Osmanlı İmperiyasının I Dünya Müharibəsində məğlub olması ilə ingilislərin keçmiş Osmanlı əyalətləri olan Mosul, Bağdad və Bəsrəni yeni bir siyasi vahid olaraq birləşdirməsinin nəticəsində Dəclə-Fərat hövzəsinində qurulmuşdur.
   İngilislər əvvəllər ölkəni birbaşa idarə etmək fikrində olsalar da xalqın sərt müxalifətilə qarşı-qarşıya qalmışlar. Ortaya çıxan etirazlarda xüsusilə şiə əhali əsas rol almışdır. Şiələrin əksəriyyətdə olduğu Nəcəf, bu dövrdə üsyanın mərkəzinə çevrilmişdir. Nəticədə ingilislər tərəfindən Məhəmməd Peyğəmbərin (s) nəslindən olan Kral Faysal İraqın başına keçirilmişdir. Bu üsulla ingilislər həm İraqa tamamilə hakim olmaq, həm də Osmanlının ardından orytaya çıxan xəlifə boşluğunu bu şəkildə dolduraraq digər İslam ölkələrinə də təsir etməyi planlamışdır.
Kral Faysal başa keçməsiylə birlikdə yaşanan ən əhəmiyyətli inkişaf Ərəb xalqçılığının teorisyeni Sati əl Hüsrinin İraqa gətirilməsidir. Onun qurduğu ərəb birliyinə istiqamətli təhsil sistemi xüsusilə şiə qrupların reaksiyasını yığmışdır. Kral Faysal güclü və müstəqil bir İraq qura bilmənin yolunun güclü bir ordudan keçdiyini bilirdi. Bu səbəblə bu tip bir ordunun meydana gəlməsi üçün çalışsa da iraqlı kürdlər və şiələrin mənfi rəftarıyla qarşılaşmış və hərbi xidmətə götürmələrdə daim problemlər çıxartmışlar. Hər iki birlik də sünni ərəblərə əsgər olaraq xidmət etməyi rədd etmişlər.
   İrəliləyən illərdə sünnilərlə şiələr arasındakı inteqrasiya müddəti yaşanmış qarşılıqlı evliliklər və ticarət əlaqələri olmuşdur. 1928-ci ildə  88 nəfərlik İraq parlamentində 26 şiə üzv vardı. 1930-cu ildə İraq hökuməti müstəqil bir dövlət olmaq uğrunda İngiltərə ilə 25 illik bir razılaşma imzalayarkən, 1932-ci ildə BMT-yə müstəqil bir dövlət olaraq qatıldı. 1933 Kral Farukun ölümünün ardından ölkədə dini və etnik qarşıdurmalar artdı.
   1935-ci ildə italyanların HəbəşistanI (Efiopiya) işğalı Orta şərq ölkələri arasında xüsusilə təhlükəsizlik narahatlığının meydana gəlməsinə səbəb olmuşdur. İtalyanların şimal Afrikada qurduğu bu hakimiyyəti Yəmənlə etdiyi razılaşmaqla Qırmızı dənizin çıxışına nəzarət edəcək hala gəlməsiylə Orta şərqə daşımağı planlayırdı. Bu səbəblə Orta şərq ölkələri arasında Sadabat pak idi quruldu.
   İkinci Dünya müharibəsi illərində hakim güclər arasında yaşanan mübarizə İraq üzərində də olmuşdur. Almanlar İraqa zərbə vuraraq özlərinə yaxın bir rəhbərliyi hakimiyyətə gətirə bilsələr də, vurulan ikinci zərbə ilə ingilislər yenidən hakimiyyəti qurmuşlar. İkinci Dünya döyüşü illərində Türkiyə sərhədlərinə qədər gələn Almanların məqsədlərindən biri də Türkiyəni keçərək İraqdakı yandaşlarına yardım edib, buradakı İngilis hakimiyyətini aradan qaldırmaq idi. Lakin daha sonra Alman ordularının Rusiyaya yönəlməsi, Türkiyənin işğalı və İraqa çatma planlarından imtina etməsinə səbəb oldu. İngilislər İraqı da Almaniyaya qarşı döyüşə girməyə təşviq etsə də İraq rəhbərliyi Türkiyəni nümunə götürərək eyni siyasətləri izləmiş və döyüşə girməmişdir.
   1936-cı ildə Kürd mənşəli bir polkovnik olan Bəkir Sıtkının başçılığı ilə bir döyüş reallaşdı. 1941-ci ildə isə May hərəkatı kimi tanınan ikinci bir döyüş oldu. 1945-ci ildə Ərəb ölkələri bir araya gələrək, bir Ərəb Liqası təşkilatı qurdular. Ərəb Liqası hərəkatı Ərəb Ölkələri arasında milliyyətçilik duyğularının da artmasına səbəb oldu. Bunu nəticəsi olaraq da İraq, Suriya, İordaniya və Livanın vahid bir ölkə olaraq birləşmə düşüncəsi ortaya atıldı. Ərəblərin birləşmə düşüncəsini xüsusilə İngiltərə dəstəkləyirdi. Bu birləşmə ilə İngilislər, Suriya və Livandakı Fransız hakimiyyətini qaldıraraq bu bölgələri də öz hakimiyyəti altına alma məqsədini güdürdülər. Digər güclü bir Ərəb ölkəsi olan Misir də bu birləşməyə qarşı çıxırdı. Onun narahatlığı isə Ərəb dünyasının ən böyük ölkəsi olma xüsusiyyətini itirəcək olması idi. Orta şərqdə İngilislərin təsirinin zəifləməsi, İsrail dövlətini qurulması, Misirin müxalifəti kimi səbəblərlə bu birlik fikiri həyata keçirilmədi. 1960-cı illərdə Misir və Suriyanın birləşmələri istisna edilməklə Ərəb Ölkələri arasında bir birləşmə baş vermədi.
   İsrailin qurulması ilə Ərəb Türkiyə əlaqələri yeni bir dövrə girdi. ABŞ-ın təsiri ilə Türkiyənin İsrail dövlətini tanıması Ərəb ölkələrində reaksiya ilə qarşılandı. Türkiyə bu reaksiyaları azaltmaq və yeni müttəfiqlər tapa bilmək üçün İraqla yaxınlaşmağa çalışdı və ABŞ və İngiltərənin aktiv iştiraklarıyla Bağdad Müqaviləsini imzalandı.
   İkinci Dünya müharibəsindən sonra dünya üzərindəki güc tarazlıqlarında böyük dəyişikliklər yaşandı. İngiltərə hakimiyyətini itirərkən ortaya çıxan boşluğu ABŞ və SSRİ doldurmağa başladı. İraq isə bu dövrdə SSRİ-yə yaxın olmağa üstünlük verdi.
                                                                                              Vikipediya
  [İslam dünyası] | Oxunub: 1577 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Fevral 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz