Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » Yanvar » 30 » Ərbəin ziyarətnaməsi
Ərbəin ziyarətnaməsi
22:11

Şeyx Tusi (rə) özünün Təhzib və Misbah adlı kitablarında rəvayət edir ki, İmam Həsən Əsgəri (ə) buyurur:
    "Möminin əlaməti beş şeydir:
    1- 51 rəkət namaz qılmaq (17 rəkət günün vacib namazları, 34 rəkət nafilə namazları).
    2- Hər gecə və gündüz "Ərbəin” ziyarətini oxumaq
    3- Sağ ələ üzük taxmaq
    4- Səcdəyə gedərkən alnını torpağa qoymaq
    5- "Bismillahir-rəhmanir-rəhim”i (namazda və qeyri-namazda ucadan demək.
    Ərbəin günü (İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü və səfər ayının 20-ci günü) "Ərbəin” ziyarətini oxumaq məsum İmamlarımız (ə) tərəfindən təkidlə sifariş olunmuşdur. Şeyx Tusi (rə) yuxarıda adı gedən kitablarda "Səffan Cəmmal”dan rəvayət edir ki, o deyir:
    "Ağam və mövlam İmam Sadiq (ə) mənə buyurdu ki, "Ərbəin” ziyarətnaməsini "Ərbəin” günü gün qalxandan sonra (gün çıxıb ətrafı işiqlandırdığı zaman) bu qayda ilə oxu:
    " - Əssəlamu əla vəliyyillahi və həbibihi (Salam olsun Allahın vəlisi və dostuna)
    - Əssəlamu əla xəlilillahi və nəcibihi (Salam olsun Allahın dotu və bəyəndiyinə) Əssəlamu əla səfiyyillah vəbnə səfiyyihi
    (Salam olsun Allahın imamətə seçdiyi və imamətə seçdiyinin oğluna)
    - Əssəlamu ələl Huseynil məzlumiş-şəhid (Salam olsun məzlum və şəhid Hüseynə -ə-)
    - Əssəlamu əla əsiril kurubat (qəmlər və qüssələr əsiri)
    - və qətilil əbərat (göz yaşlarının öldürdüyü)
    - Əllahummə inni əşhədu ənnəhu vəliyyukə vəbnu vəliyyik və səfiyyukə vəbnu səfiyyik, əl - faizu bikəramətikə, (ey mənim Allahım mən şəhadət verirəm ki, həqiqətən o sənin vəliyyin və vəliyyinin oğludur və o sənin imamətə seçdiyin və imamətə seçdiyinin oğludur, o sənin kərəminə nail olmuşdur).
    - əkrəmtəhu biş - şəhadəti (onu şəhidliklə əziz tutdun)
    - və həbəvtəhu bis - səadəti (və onu məxsus xoşbəxtliyə qovuşdurdun)
    - vəctəbəytəhu bitiybil viladəti (onun nəslini pak qərar verdin)
    - və cəəltəhu səyyidən minəs-sadati (onu aləmlərin ağası qərar verdin)
    - və qaidən minəl qadati (onu dünyanın ilahi rəhbərlərindən biri etdin)
    - və zaidən minəz-zadati (onu İslamın müdafiəçisi etdin)
    - və ə`təytəhu məvarisəl ənbiya (bütün peyğəmbərlərin irsini onda qərar verdin),
    - və cəəltəhu huccətən əla xəlqikə minəl əvsiyai (onu peyğmbərin canişini və insanlara höccət qərar verdin),
    - fə`zərə fidduai (o höccəti ümmətə tamam edib, hər bəhanəni onların əlindən aldı)
    - və mənəhən-nüshə (ümməti mehribanlıq və məhbbətlə nəsihət etdi)
    - və bəzələ muhcətəhu fikə liyəstənqizə ibadəkə minəl cəhaləti və həyrətiz-zəlaləti
    - (sənin bəndələrini həsrət, heyrət, azğınlıq və cəhalətdən qurtamaq üçün, öz pak qanını sənin yolunda torpağa tökdü)
    - və qəd təvazərə ələyhi mən ğərrəthud-dunya (dünyaya məğrur olanlar ona zülm etdilər)
    - və baə həzzəhu bi ərzəlil ədna və şəra axirətəhu bis-səmənil əvkəs (axirətlərini alçaq dünyaya və onun dəyərsiz nemətlərinə satdılar)
    - və təğətrəsə və tərədda fi həvahu (nəfsin istəklərinə tabe olub həlak oldular)
    - və əsxətəkə və ədxətə nəbiyyəkə (səni və peyğəmbərini (s) qəzəbləndirdilər)
    - və ətaə min ibadikə əhləş-şiqaq vən-nifaq (sənin dümənlərindən olan münafiq və bədbəxtlərdən itaət etdilər)
    - və həmələtəl əvzaril mustəvcibinə lin-nar (bir halda ki, onlar ağır günah daşıyıcıları və cəhənnəm oduna layiq olanlar idilər)
    - fəcahədəhum fikə sabirən muhtəsibən hətta sufikə fi taətikə dəmuhu vəstubihə hərimuhu (elə isə bu əziz imam (ə) sənin yolunda o zalimlərlə cihad etdi və kamil ixlasla səbr edib, dözdü və çoxlu çətinliklər və əziyyət çəkdi, sonda isə sənin yolunda pak qanı torpağa töküldü və ailəsinin hörmtəi sındırıldı).
    - Əllahummə fəl`ənhum lə`nən vəbilən və əzibbhum əzabən əlimən (İlahi o zülmkar tayfaya şiddətli lənət et və çətin və dərdli əzablarla cəzalandır).
    - Əssəlamu ələykə yəbnə rəsulullah (salam olsun sənə ey Rəsulullahın oğlu)
    - Əssəlamu ələykə yəbnə səyyidil əvsiya (salam olsun sənə ey övsiyanın ağasının oğlu)
    - Əşhədu ənnəkə əminullahi vəbnu əminihi (Şəhadət verirəm ki, sən ilahi vəhyin əmanətdarı və həqq əmanətdarının oğlusan)
    - İştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida (dünyada xoşbəxt yaşadın, Haqqa səna etdiyin halda dünyanı dəyişdin, məzlum şəhid edildin).
    - Və əşhədu ənnəllahə muncizun ma vəədkə və muhlikun mən xəzələkə və muəzzibun mən qətələkə (və şəhadət verirəm ki, Allah – taala sənə verdiyi vədəyə vəfa edəcəkdir və sənə zülm edənləri həlak edəcək və səni öldürənləri əzablandıracaqdır).
    - Və əşhədu ənnəkə vəfəytə biəhdillahi və cahətdə fi səbilihi, hətta ətakəl yəqin (və şəhadət verirəm ki, sən Allah – taala ilə bağladığın əhdə vəfa etdin və ölüm səni dərk edincəyə qədər Allah yolunda cihad etdin).
    - Fələənəllahu mən qətələkə və ləənəllahu mən zələməkə və ləənəllahu ummətən səmiət bizalikə fərəziyət bihi (Allah lənət etsin səni öldürənlərə, Allah lənət etsin sənə zülm edənlərə və Allah lənət etsin o kəslərə ki, bunu eşitdilər və buna razı oldular).
    - Əllahummə inni əşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adahu (İlahi mən səni şahid tuturam ki, həqiqətən də mən onu (Hüseyni -ə-) sevənləri sevir və onun düşmənləri ilə düşmənəm).
    - Biəbi əntə və ummi yəbnə rəsulillah (Atam və anam sənə qurban ey Rəsulullahın oğlu -ə-).
    - Əşhədu ənnəkə kuntə nurən fil əslabiş - şamixə vəl ərhamil mutəhhərə (şəhadət verirəm ki, sən aliməqam ataların sülbündə və pak zatlı anaların rəhmlərində (qarınlarında) bir nur idin).
    - Ləm tunəccisukəl cahiliyyətu bi əncasiha və ləm tulbiskəl mudhəlimmatu min siyabiha (cahiliyyət pislikləri səni aludə edə bilmədilər və cahiliyyətin qaranlıları səni bürüyə və öz libası ilə örtə bilmədi).
    - Və əşhədu ənnəkə min dəaimid – din və ərkanil muslimin və mə`qəlil mominin (və şəhadət verirəm ki, sən həqiqətən dinin sütunularından biri və müsəlmanların dininin kökü və iman əhlinin sığınacaq və pənah yeri və onların mühafizisən).
    - Və əşhədu ənnəkəl imamul bərrut – təqiyyur rəziyyuz zəkiyyul hadiyul məhdiyyu (və şəhadət verirəm ki, həqiqətən sən yaxşı, saleh əməlli, təqvalı, bəyəniımiş, özü və zatı pak, xalqı hidayət edən və özü haqqa hidayət olmuş imam və rəhbərsən).
    - Və əşhədu ənnəl əimmətə min vuldikə kəlimətut təqva və ə`lamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dünya ( və şəhadət verirəm ki, ümmətin imamlarından doqquz nəfəri ki, sənin övladlarından və nəslindəndirlər, onların hamısı təqva ruhu, haqq yolunun bələdçiləri və məxluqatı yaradana bağlıyan və onların Allaha olan imanının qırılmaz ipi və dünya əhlinin hamsına Allahın höccətidirlər).
    - Və əşhədu ənni bikum momin və bi iyabikum muqin, bi şərai`i dini və xəvatimi əməli (və şəhadət verirəm ki, həqiqətən də mən sizin imamlığ və həqqaniyyətinizə inanır və sizin rəc`ətinizə (axirəz-zamanda qaydışınıza) yəqinim var, dinimə başlayarkən və işlərimin axırında (sizin davamçınızam və sizə inanıram).
    - Və qəlbi liqəlbikum silmun və əmri liəmrikum muttəbiun və nusrəti ləkum muəddətun hətta yə`zənəllahu ləkum (qəlbim və ruhum sizin pak qəlb və ruhunuza təslimdir və bütün işlərimdə sizin əmrinizin icraçısı və sizin davamçınızam və Allahın ızni verdiyi zaman öz köməyimlə sizin köməyinizə hazıram).
    - Fə məəkum məəkum la məə əduvvukum (Əlbəttə mən sizinləyəm sizinləyəm, düşmənlərinizlə deyiləm).
    - Sələvatullahi ələykum və əla ərvahikum və əcsadikum (Allahın salavatı və salamı olsun sizin pak ruhunuza və cisminizə).
    - Və şahidikum və ğaibikum və zahirikum və batinikum, amin rəbbəl aləmin! (və Allahın salamı sizə olsun, hazırınıza və ğaibinizə və zahirinizə və batinizə, amin ya rəbbil aələmin).
    - Ziyarətnaməni oxuduqdan sonra iki rəkət hacət namazı qılırsan və istədiklərini ilahidən diləyirsən, (İnşaəllah ki, Allah – taala bu duanın və İmam Hüseynin (ə) hörmətinə hacətlərini rəva edəcəkdir).
   
- Mömin və müsəlmanları dua etməyi unutmayın!
   

Hazırladı: Mirməhəmməd Bəşirov.

islammektebi.org

  [Dua və zikrlər] | Oxunub: 1860 | Müəllif: Administrator |
Şərh sayı: 2
17.02.2009
2. xeyale (xeyale) [Material]
mene cox maraqlidir bu 7- cume axshami 40 hardan gelib quranda nese buna aid bir yazi var ?

16.02.2009
1. BaNu (ummul_banu) [Material]
ALLAH razi olsun smile


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Yanvar 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz