Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Noyabr » 25 » Qurban bayramının əməlləri
Qurban bayramının əməlləri
22:11

Qurban bayramının gecəsi, əhya saxlanması müstəhəb olan dörd gecədən biridir. Bu gecədə göylərin qapıları bəndələrin üzünə açıqdır. Bu gecədə sünnədir ki, İmam Hüseynin (ə) ziyarətnaməsi və "Ya daimul fəzli ələl bəriyyəh” duası oxunsun. Bu fəzilətli günün bir neçə əməli vardır. O əməllər bunlardır:
1. Qüsl etmək. Bu gündə qüsl etmək təkid olunmuş əməllərdəndir. Bəzi alimlər bunu vacib biliblər.
2. Qurban bayramı namazı. Qurban bayramı namazı iki rəkətdir. Birinci rəkətdə Həmd və surədən sonra beş təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salam deyilir. Bu namazın qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: "Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun".
3. Dua oxumaq. Namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun. Bu gündə oxunan ən gözəl dua, "Səhifeyi-Səccadiyyə” kitabının 48-ci duası: "Allahummə haza yovmun mubarəkun...” və 46-cı duasıdır, "Ya mən yərhəmu mən la yərhəmuhul ibad...”
4. Nüdbə duasını oxumaq.
5. Qurban kəsmək. Təkid olunmuş sünnədəndir.
6. Təkbir demək. Qurban bayramı namazından sonra on namazı (onların birincisi bayram gününün günorta və ikindi namazları, sonuncusu on ikinci günün sübh namazı) başa vurub, bu təkbirlər deyilir: "Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla ma hədana" və əlavə olunur: "Əllahu əkbəru əla ma rəzəqna min bəhimətil-ənami vəl-həmdu lillahi əla ma əblana".
Əgər Qurban bayramı günü Minada olarsa, bu təkbirləri on beş namazdan sonra desin. Bu namazların birincisi bayram gününün günorta namazı, sonuncusu Zil-hiccənin on üçüncü gününün sübh namazıdır.

                 Səhifeyi-Səccadiyyənin 48-ci duası:

 O Həzrətin Qurban bayramı və Cümə günündə etdiyi duası.

İlahi, bu bərəkətli və gözəl bir gündür, Sənin yer üzündəki bütün müsəlmanlar bir yerə yığılmışlar, istəyən, diləyi olan, ümidvar və qorxan, Sən onların istəklərini görürsən. Səndən səxavət və kərəmindən istəyirəm ki, Məhəmməd və onun soyuna salam yetirəsən. İlahi, ey bizim Rəbbimiz, mülk və həmd Sənə məxsusdur, Səndən başqa bir Allah yoxdur, həlim, kərim, çoxlu bəxşiş edən, mehriban, Cəlal və kəramət sahibisən, yeri göyü yaradansan, sahmana salmaq, hidayət etmək yaxud məqamlarını artırmaq üçün onlara bəxş etdiyin xeyir bərəkətdən, mənim də bəhrəmin artırmağını istəyirəm. Ey mənim Rəbbim, padşahlıq, həmd Sənə məxsusdur, Səndən başqa məbud yoxdur,

Səndən bəndən, xalq içindən seçdiyin, dostun Məhəmməd və onun paklardan olan soyuna salam yetirməni istəyirəm, elə bir salam ki, Səndən başqa kimsə onu hesaba ala bilməsin, Səni gündə çağıran layiqli bəndələrinin duasına bizi də şərik et, ey aləmlərin Rəbbi, bizi də onları da əfv et, Sən hər şeyə qadirsən.
Ey mənim Rəbbim, ehtiyacımı sənin dərgahına gətirdim, bu günkü gündə miskinlik, yoxsulluq yükünü Sənin qanına qoydum, mən öz əməlimdən çox Sənin əfvinə və rəhmətinə daha çox etimad bəsləyirəm, Sənin əfvin və məğfirətin mənim günahımdan daha genişdir, belə isə Məhəmməd və onun soyuna salam yetir, ehtiyacım olan şeyləri özün öhdəsinə al, bu işə olan qüdrətin, Sənin üçün asan olması xatirinə, mənim Sənə qarşı yoxsulluğum xatirinə, məndən ehtiyacsızlığın xatirinə, çünki mən heç bir xeyirə yetmədim, məgər Sənin tərəfindən idi, Səndən başqa heç kəs məndən bir şəri qaytarmamışdır, dünya və axirət işlərimdə Səndən başqasına ümidimin olmadığı xatirinə.

Ey mənim Rəbbim, hər kəs bu gündə məxluqun ümüdü ilə, ondan bir bəxşiş almaq üçün hazırlaşıb səfər yükü bağladısa, ey mənim ixtiyar sahibim mənim ümidüm, mükafat alıb bəxşi görməyim, tədarük görüb, hazırlaşmağım Sənə sarıdır, İlahi, Muhəmməd və onun soyuna salam yetir, və bu günkü gündə bu ümidi məndən alma, ey istəyənlərin xahişindən əziyyətə düşməyən, heç bir bəxşişi azaltmırsan, çünki mən etdiyim əmələ, yaxud kiminsə şəfaətinə ümid bəsləyirəm, yalnız Məhəmməd və onun əhli-beytinən şəfaətinə güvənərək Sənin dərgahına gəlmişəm, günahıma iqrar edib xətakarlara şamil olan böyük əvfinə göz dikərək hüzurana gəlmişəm, günahlarımı davam etdirmək rəhmətinin davamı kəsmədi ey rəhməti geniş və əfvi əzəmətli olan, ey əzəmət sahibi, ey kərim, ey kərim, Məhəmməd və onun soyuna salam yetir və öz rəhmətinlə ehsanla şəfqət göstər, mənə olan əfvini genişləndir. Ey mənim Rəbbim, cümə namazının bu məqamı Sənin xəlifələrinə seçdiyin bəndələrinə məxsusdur,

yüksək dərəcələrdə yerləşdirdiyin şəxslərə aiddir, qəsbkarlar onu qarət etmiş, təqdiri Sənin əlindədir, əmrin məğlub edilməz, qəti tədbirindən hər zaman və hər cür istəyirsənsə kənara çıxa bilməz, daha yaxşı bildiyim, yatardığında və iradəndə müttəhim olmadığın üçün belə etdin hətta Sənin seçdiyin kəslər, xəlifələrin məğlub olub öz haqlarından uzaq düşdülər, hökmünü dəyişdirib kitabını azağa atmış, şəriət yolundan vacibatını azdırmış, peyğəmbərinin sünnətlərini dəyərsiz bilirlər. İlahi, Məhəmməd ilk və son düşmənlərinə, onlara itaət edib əməllərinə razı olanlara lə’nət et. İlahi, Məhəmməd və onun soyuna salam yetir, ki, Sən hər cür tərifə layiq, uca şən sahibisən, bəndələr içrə seçdiyin İbrahim və soyuna yetirdiyin salamların ən bərəkətlisini, onlara təsdiq edib möhkəmləndirməkdə, yardım etməkdə tələs. İlahi, Məni özünə qarşı tohid və iman əhlindən, peyğəmbərini təsdiqləyənlərdən, itaətini vacib etdiyin imamlardan qərar ver, o kəslərdən ki, tohid və iman onların səbəbinə, onların əli ilə icra edilir,

amin, ey aləmlərin Rəbbi!
İlahi, Sənən qəzəbinin həlimliyindən savayı bir şey gizli qaytarmaz, şiddətini əfvindən başqa bir şey rədd etməz, əzabından yalnız rəhmətini aman verər, Sənin qarşında ahu-nalədən savayı heç bir şey mənə nicat verməz, belə isə Məhəmməd və onun soyuna salam yetir və (ey mənim Rəbbim) bizə ölüləri diriltdiyin ölü məmləkətləri abad etdiyin qüdrətinlə nicat ver, və mənim (ey mənim Rəbbim) duamı qəbul etməməklə qəm-qüssədən həlak etmə, məni duamın qəbul edilməsindən agah et, ömrümün sonunadək əmələ əmin-amanlığın şirinliyini daddır, düşmənimi sevindirmə, onu başıma bəla mənə qalib etmə.
Ey mənim Rəbbim, əgər məni ucaltsan kim məni xar edə bilər? əgər əziz etsən kim məni rüsvay edə bilər?
Və əgər xar etsən kim məni ucalda bilər? Və əgər həlak etsən bəndənə görə kim Sənin qarşına çıxa bilər? Yaxud kimsə kimsə Səndən onun barəsində xahiş edə bilərmi?

Mən bu həqiqətə yetişdim ki, hökmündə zülm, əzabında tələsməklik yoxdur, çünki işinin pozulmasından qorxan tələsir, zülmə aciz olan əl atır, Sən (ey mənim Rəbbim) bundan daha ucasan.
İlahi, Məhəmməd və onun soyuna salam yetir və məni bəlanın hədəfi, cəzanın nişanı etmə, mənə möhlət ver, qəm-qüssəmə son qoy, xətamı əfv et, müsibət ardınca müsibətə düçar etmə, çünki dərgahına ahu-nalə etməyimi, çarəsizlik və acizliyimi görürsən. İlahi, bu gündə qəzəbindən Sənə pənah gətirirəm, belə isə Məhəmməd və onun soyuna salam yetir və mənə pənah ver, bu gündə qəzəbindən aman diləyirəm, belə isə Məhəmməd və onun soyuna salam yetir və mənə aman ver, əzabından salamatlıq diləyirəm, belə isə məni salamat saxla, Səndən hidayət istəyirəm, belə isə Məhəmməd və onun soyuna salam yetir və məni hidayət et, Səndən yardım istəyirəm, belə isə mənə yardım et, Səndən rəhmət istəyirəm, belə isə mənə rəhm et, Səndən ehtiyacsızlıq diləyirəm, belə isə mənə ruzi inayət et, Səndən kömək istəyirəm, belə isə mənə kömək göstər,

keçmiş günahlarımdan bağışlanma diləyirəm, belə isə məni bağışla, Səndən ismət istəyirəm, belə isə mənə ismət ver, çünki iradə etsən, heç vaxt bəyənmədiyin işə dönmərəm, ey mənim Rəbbim, ey mənim Rəbbim, ey mehriban olan, ey nemətləri əta edən, ey cəlal və kəramət sahibi, Məhəmməd və onun soyuna salam yetir və Səndən istədiyim və onun üçün Sənə üz gətirdiklərimin hamısını icabət et və onu istə, müqərrər et, ona hökm edib imza et, mənə hökm etdiyində xeyrimi nəzərə al, o işdə mənə bərəkət ver, onda mənə lütf göstər, mənə əta etdiyinlə məni xoşbəxt et, öz yanında olanlarla öz fəzlindən onun genişləndir, mənim üçün daha da artır çünki, Sən çox kəramətlisən, və onu axirət nemətinə, xeyrinə birləşdir, ey rəhm edənlərin rəhm edəni!
«Sonra nəzərinə gələn şeyləri hər bir eybdən pak olan Allahdan dilə, sonra Məhəmməd və ali Muhəmmədə min dəfə səlavat göndər, çünki imam Zeynəl Abidin ələyhissalamın özü də bu cür edərdi».

Səhifeyi-Səccadiyyənin 46-cı duası:
O Həzrətin Fitr bayramında və Cümə günü namazdan qayıdarkən qiblə səmtinə durub oxuduğu duası:

Ey bəndələrin rəhm etmədiyinə rəhm edən, ey şəhərlərin qəbul etmədiyini qəbul edən, ey istəkləri ilə yanına gələnləri xar etməyən, ey israr edənləri ümidsiz etməyən, ey təvəqqö edənlərin sinəsinə rədd əlini vurmayan, ey dəyərsiz töhfələri qəbul edən, ey ən az işlərə minnətdar olan, ey kiçik əmələ dəyər verən, onlara böyük muzd verən, ey ona yaxınlaşana yaxınlaşan,

əgər ondan uzaqlaşsalar özünə də’vət edən, ey nemətini dəyişməyən, intiqama tələsməyən, ey yaxşılığı artırasan deyə o işi qarşıya çıxaran, pisliyi aradan qaldırasan deyə ondan keçirsən, arzular kərəminin sonuna yetməzdən öncə yerinə yetib geri döndülər, vəsflər sənin sonuna yetməzdən öncə yerinə yetib geri döndülər, tələb qabları bəxşişinin feyzi ilə dolduran, vəsflər sənin vəsfinin sonuna yetməzdən öncə dayandılar, şübhəsiz ki, hər bir üstünlükdən daha üstün ucalıq Sənə məxsusdur, hər bir cəlal üzərindəki təqdis sənə məxsusdur. Böyüklüyün önündə hər bir şərəf rəzildir, Səndən başaqlarına üz gətirənlər ümidsiz oldular, Sənin vücudundan savayı başqa bir şey istəyənlə zərərə düşdülər, dərgahından başqa yerə pənah aparanlar həlak oldular, fəzilətdən savayı ayrı şeyi istəyənlər yoxsullaşdır. Rəhmətinin qapıları bütün istəyənlərin üzünə açıqdır, gədalara edilən bəxşişin əvəzidir, dad edənlərin fəryadına yetməyin yaxındır, arzusu olanlar Səndən ümidlərini üzmürlər, hacətləri olanlar bəxşişindən məhrum olmurlar,
   
istiğfar edənlər əfvindən qara bəxt olmurlar, ruzi süfrən günahkarlara da açılmışdır, həlimliyin düşmənlərinə də şamil olur, pislərə yaxşılıq etmək Sənin üçün bir adətdir, təcavüzkarlara rəhm etmək sünnətindir, hətta həlimliyin onları tövbədən qafil etdi, möhlət verməyin günahlarından çəkinməyindən saxladı, halbuki geri dönsünlər deyə onlarla yalnız Sən həlim olmusan, onlara yalnız səltənətinin davamına yəqinin olduğun üçün möhlət vermisən, səadət əhli olanın işini sonda səadətə yetirdin, bədbəxt olanı da öz qara bəxtinin öhdəsinə qoydun, hamı sənin hökmünə boyun əyəcək, işlərinin qayıdışı sənin əmrinə sarı olacaqdır, onlara verdiyin möhlətlə şahlığın süstləşmir, mühakimə olunmaqlarını təxirə salmaqla dəlil aradan getmir. Höccətin möhkəm və yerində durmaqdadır, batil olmur, səltənətin sabitdir, fəna qəbul etmir, belə olduqda Səndən üz döndərənə vay olsun, zillət səndən ümidini üzənə məxsusdur, bədbəxtçiliyin ən böyüyü Sənə qarşı məğrur olmaqdır, necə də ağır əzablar dadacaqdır!

əzabındakı sərgərdanlıq nə qədər də uzun olacaqdır, açılan arzular belə bir insandan nə qədər uzaqdır! Əzabından çıxmağının asan olmasına ümidsizlüyü çoxdur! Bütün bunlar Sənin cövr etmədiyin cəzan, zülmə bulaşmayan insaflı hökmün əsasındadır. Çünki ardıcıl olaraq höccətini sona yetirdin, hidayət ola biləcəyi şeyləri ona bəyan etdin, lütf göstərək həqiqətə sarı rəğbətləndirdin, insanların özlərinə gəlib ayılmaları üçün məsəllər çəkdin, onlara uzun möhlət verdin, əzab etməkdə qüdrətin var ikən cəzanı təxirə saldın, tələsə bildiyin halda həlimlik göstərdin, həlimliyin acizlik, möhlət verməyin süstlük, çəkinməyin xəbərsizliyin, təxirə salmağın mülayimlik və saziş üzündən deyildi, bəlkə buna görədir ki, hacətin daha düzgün, böyüklüyün daha kamil, ehsanın daha geniş, və nemətin daha da təkmilləşsin, bütün bunlar olmuş, indi də var və bundan sonra da olacaq, sənin haccətin vəsf edildiyindən daha kamildir, ucalığın daha ucadır, nemətlərin saya gəlməkdən daha çoxdur, nemətin kiminsə onun ən azına belə şükr etməkdən daha artıqdır,

artıq dilin söz çatdırmasında çarəsiz qalması məni Sənin tərifini davam etdirməkdən aciz etmiş, həmd-sənaya açılan dilim işdən düşmüş, son gücüm çarəsizliyə etiraf edim, sitayişinə rəğbətimdə səhlənkarlığa görə deyil  mənəm ki, dərgahına üz gətirmişəm, və Səndən mənə yaxşı ziyafət verməyinin fikrindəyəm, belə isə Məhəmməd və onun soyuna salam yetir və dərdimi eşit, duamı qəbul et, gündüzümü yoxsuluq içrə gecəyə çatdırma, istədiyim şeydə rədd əlimi sinəmə vurma, Sənin hüzurundan gedib dərgahına qayıtmağımı əziz tut, çünki, Sən istənilən şeydə çətinliyə düçar olmursan, hacətlər önündə acizlənmirsən və hər şeyə qadirsən, ulu və əzəmətli Allahdan savayı kimsədə bir qüvvət və qüdrət yoxdur!

Qeydlər:
1. "Məfatih əl-Cinan”
2. "Səhifeyi-Səccadiyyə”
3.  Şəri suallara cavablar

Hazırladı: Xəyal Tofiqoğlu /islammektebi/

  [Fiqh və Fətvalar] | Oxunub: 1587 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Noyabr 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz