Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Noyabr » 8 » Gözdəymə və ondan qorunmaq
Gözdəymə və ondan qorunmaq
15:22

Qurani-kərim bir çox etiqad məsələlərini xürafat adlandırmaqla yanaşı təəccüb doğuran məsələlərdən bəzilərinin həqiqət olduğunu təsdiqləmişdir. Belə məsələlərdən biri də, gözdəymə - nəzərdir. Bu mövzuya aydınlıq gətirmək üçün, onunla bağlı mübahisələrin həlli yollarını birlikdə nəzərdən keçirək!
    Gözdəymə - nəzəri çoxları xürafat sayır, ona heç bir etiqad, inam bəsləmir. Quranı-kərim isə onu xürafi məsələlər sırasına salmır, hətta onun bəzi nümunələrinə işarə edir. Quran və tarixdə hələ keçmişdən bəri reallığı təsdiqləyən məlumatlar vardır.
    Elmi araşdırmalar insanda müsbət və mənfi enerjinin olduğunu sübuta yetirmşdir. Alimlər bu qənaətə gəlmişlər ki, bəzi fərdlər ruhuna nəzarəti ələ almaqla əşyaları təkcə yerindən tərpədməklə kifayətlənməyib hətta lazer şüası kimi partlatmaq, dağıtmaq qabiliyyətinə malikdirlər. Bu enerji bəzən nəzarətdən çıxır. Ayrı-ayrı fərdlərin daxili enerjisi kəmiyyətcə fərqli olduğu üçün onların gözündə olan dağıdıcılıq qüdrəti də müxtəlifdir. Təbii olaraq bütün insanlar bu enerjiyə malikdir. Ələbəttə, bəzi şəxslərdə təbii səbələr, xüsusi çalışmalar, daxili dəyişikliylər nəticəsində bu enerji güclənir və öz təsirini göstərir. Bu enerji bəzi şəxslərin fərdi keyfiyyəti və digərlərinin isə ondan məhrum olması kimi qəbul olunmamaldır. Hamıda bu enerji vardır.
    "Təfisiri-nümunə" təfsirçilərinin etiqadına əsasən bu enerjininin güclü formasına malik şəxslər xüsusi dalğalar vasitəsi ilə digərlərinə təsir edə bilər. Gözlə heyvan öldürən, əşyanı yerindən tərpədən və ya xarab edənlərin oluğunu çoxları deyir. Onların nəzərincə "gözü" inkar etmək olmaz, hətta onun reallığı ağıl və elmə əsaslanır.
    Həzrət Əlidən (ələyhis-salam) nəql olan bir hədis: "Gözdəymə - nəzər haqdır, (onu dəf etmək üçün) dua da haqdır. ("Nəhcül-bəlağə", qısa kəlamlar bölümü, 400-cü hədis).
    "Təfisiri-nümunə" təfsirçilərinin etiqadına əsasən, dua və təvəssül gözdəymə - nəzərin zərərli təsirini aradan qaldırır, onun dağıdıcı qüvvəsini zərərsizləşdirir və ya azaldır. ("Təfisiri-nümunə", 24-cü cild, səh.428). Allahın əziz peyğəmbəri həzrət Məhəmmədə (s) istinad edilən bir hədis: " Gözdəymə - nəzər həqiqətdir. O, İnsanı qəbirə, dəvəni (küpə) qazana salar." (Biharül-ənvar, 63-cü cild.) O həzrət (s), bir gün Bəqi məzarlığı kənarından keçən zaman yanındakılara buyurdu: "And olsun Allaha! Bu məzarlıq əhlinin çoxu, göz-nəzər nəticəsində buraya düşmüş." (Təfsiri-minhəcül-sadiqin, 9-cu cild, səh.391)
    Gözdəymə - nəzərin dağıdıcılıq qüvvəsi daxili enrjiyə bağlıdır və hər şəxsdə müxtəlifdir.
    Qurani-kərimdə gözdəymə - nəzəri təsdiqləyən ayələr vardır. Onlardan ən məşhuru "Qələm" surəsinin 51-ci ayəsidir. Ayə: "Kafirlər ilahi ayələri eşidərkən az qalır gözləriylə səni aradan götürsünlər və deyirlər ki, o divanədir". Əllamə Təbatəbai deyir: "Bütün təfsirçilər bu ayədə "gözdəymə - nəzər"-dən söz açılması və onun nəfsani təsirlərdən biri olması fikrində həmrəydirlər. Onu inkar etmək üçün isə heç bir əqli (məntiqi) və nəqli (rəvayətə əsaslanan) dəlilimiz yoxdur. Əksinə, gözdəymə-nəzəri təsdiqləyən hədislər və rəvayətlər var. "Bu barədə olan digər ayələrdən biri də "Yusif" surəsinin 67-ci ayəsidir. Həzrət Yaqub (ə) öz övladlarına buyurur ki, Misirə daxil olarkən hamılıqla bir deyil, müxtəlif darvazalardan şəhərə daxil olsunlar.
    Təfsirçilər bu ayə barəsində belə qənaətə gəlirlər ki, həzrət Yusifin (ə) qardaşları onun kimi misilsiz yaraşıqlı, kamallı, qəd-qamətli igidlər idi. Bir qapıdan daxil olsaydılar, bəzilərinin diqqətini çəkib gözdəymə - nəzərlə üzləşə bilərdilər. ("Təfsiri-nümunə", 6-cı cild, səh. 29-30).
    Ümumiyyətlə, elm və təcrübədə sübut olunub ki, göz heyrətamiz nəfsani-ruhi gücə sahibdir. Onun vasitəsilə xeyr və şər əməllər edib, ətrafa mənfi və müsbət təsirlər qoya bilər.
    Ustad Əllamə Həsənzadə Amuli, din elmi, ümumiyyətlə elm öyrənən tələbələrdən vaxtında dərsdə hazır olmalarını istəyirdi. Dərsdə hazır olmaq müəllimin heyrətamiz ruhi enerjisinin təsirindən yararlanmağa imkan yaradır. Birbaşa müəllimin ruhi təsiri vasitəsi ilə dərsi daha yaxşı başa düşmək olar. Onun fikrincə əsasən lent yazısı və bu sayaq vasitələrlə dərs oxumaq müəllimin hüzurundan alınan təsiri bağışlamır.
    Bəzi şəxslər sahib olduqları daxili enerjə nəzarəti ələ alır, onu şər işlərə yönəldir, onun vasitəsilə bir şeyi və ya şəxsi təsirəndirib məhv edə bilirlər. Hər halda gözdəymə - nəzər inkarolunmazdır. Qərb və şərq aləmində bu enerjidən istifadə edənlər var.
    İmam Sadiq (ələyhis-salam) buyurur ki, hər kim bir şəxsin gözündən qorxsa, ona zərər yetirməməsi üçün üç dəfə: "Maşaəllah, la hövlə və la quvvətə illa billahil əliyyil-əzim" desin, "Fələq" və "Nas" surələrini oxusun. Gözdən qorunmaq istəyən şəxs üçün "Və in yəkadul..." ayəsini yazıb özündə saxlamaq da deyilib.
    Başqa bir hədisdə rəsuli-əkrəm (səlləllahu ələyhi və alih) imam Həsən və imam Hüseyni (ələyhiməs-salam) gözdəymə - nəzərdən qorumaq üçün bir dua oxuyub. Duanın məzmunu belədir: "Əizukuma bikəlimatillahil-tamməti və əsmaillahil-hüsna kulliha ammə min şərril-sammə vəl-hammə min şərri kulli əynin lammə min şərri hasidin iza həsəd". Tərcüməsi: "Sizi ölümün, təhlükəli heyvanaların, həsəd apardığı zaman həsəd aparanların (bədxah gözündən) şərrindən Allahın bütün ən gözəl adlarına tapşırıram." Sonra həzrət (s) buyurdu: "İbrahim, övladları İshaq və İsmayılı bununla qoruyardı."
    ("Biharül-ənvar", 60-ci cild, səh. 60)
    İmam Sadiq (ə) buyurub: "Qəbirləri açsanız, oradakıların gözdəymə - nəzərdən öldüklərini görəcəksizin. Göz-nəzər həqiqətdir." ("Biharül-ənvar", 60-ci cild, səh. 250).
    Əlbəttə, gözdəymə - nəzərdən qorunmaq adı altında savadsızcasına xürafata əl atmaq olmaz.
    İslam dinində gözdəymə - nəzərdən qorunmaq üçün Allaha pənah aparmaqla yanaşı sədəqə vermək də tövsiyə olunur.
    İmam Sadiq (ələyhis-salam) buyurub: "Bəzənmiş və gözəgəlimli bir qrupla evdən çölə çıxmaq istəsəniz gözdən qorunmaq üçün müvəzziteyni ("Fələq" və "Nas" surələrini) oxuyun." ("Biharül-ənvar", 60-ci cild, səh. 1330). Digər bir hədisdə o həzrət (ələyhis-salam) buyurur: "Hər zaman göz-nəzərdən qorxsan, de; maşaəllah la hövlə və la quvvətə illa billahil-əliyyil-əzim". /haqqyolu/

  [Məqalələr] | Oxunub: 1480 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Noyabr 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz