Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » İyul » 23 » Azərbaycan Respublikası
Azərbaycan Respublikası
17:17

Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda yerləşir. Öz iqtisadiyatına, hərbi gücünə, inkişaf tempinə görə regionda lider ölkədir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Qafqazın yeganə müsəlman dövlətidir. “İslam dünyası” çərçivəsində ilk tanış olacağımız ölkə də məhz doğma Azərbaycandır.


Ərazi. Azərbaycan Respublikasının ərazisi 86,6 min kvadrat kilometrdir. Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində yerləşir. Dövlət sərhədləri Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.  Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km təşkil edir.            


Dövlət quruluşu. Azərbaycan Respublikası unitar dövlətdir. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir. Prezident hər 5 ildən bir xalq tərəfindən seçilir.


Əhali. 2008-ci il iyul аyının 1-i vəziyyətinə ölкə əhаlisinin sаyı 8676 min nəfər оlmuş və cаri ilin birinci yarısında 46,1 min nəfər və yа 0,5 fаiz аrtmışdır. Əhаlinin ümumi sаyındаn 4489 min nəfəri və ya 51,7 fаizi şəhər, 4187 min nəfəri (48,3 fаizi) кənd yerlərində yaşayır. Ölкə əhаlisinin 4281 min nəfərini, yахud 49,3 fаizini кişilər, 4395 min nəfərini və yа 50,7 fаizini isə qаdınlаr təşkil edir.

Milliyətcə azərbaycanlılar (94%) üstünlük təşkil edir. Bundan başqa ölkədə digər millətlərin nümayəndələri də (ləzgilər, ruslar, ermənilər, talışlar) yaşayır.


Din. Azərbaycanda bir çox dinlərin nümayəndələri yaşayır. Bununla belə Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti müsəlmandır. Müsəlmanlar arasında şiə (cəfəri) məzhəbinin nümayəndələri üstünlüyə malikdir. Ölkənin ən böyük məscidləri “Təzə Pir”, “Bibi Heybət”, “Göy məscid”, “Cümə məscidi”, “Şəhidlik” məscidləridir.

Bundan başqa ölkədə provaslav və katolik kilsələri, yəhudi sinaqoqları da mövcuddur.


Paytaxt. Azərbaycanın paytaxtı Bakı şəhəridir. Bakı böyük tarixə malik olan qədim şəhərdir. Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır. Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyondan çoxdur (qeyri-rəsmi rəqəmlərdə bunun 4 milyona yaxın olması göstərilir). Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır. Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.


  [İslam dünyası] | Oxunub: 1185 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz