Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » İyul » 21 » Fatimənin (ə) mushəfi
Fatimənin (ə) mushəfi
15:19

 

  Bəzən şiələrə iftira atıb deyirlər ki, onların ikinci quranları vardır. Bu iftira düşmənlərin məqsədyönlü təbliğidir. Bununla bu düşmənlər müsəlmanları nəyin bahasına olursa olsun ləkələmək istəyirlər. Amma şiələr Allahın Peyğəmbərə göndərdiyi Quranı vahid və təhrif olunmaz bilirlər. Hər kəs bundan ayrı bir əqidəyə qail olsa kafirdir və müsəlmanların zümrəsindən xaric olmuş hesab olur. 

   Amma «Kafi» və «Biharul-ənvar» kitablarındakı rəvayətlərdə Fatimənim mushəfi haqqında varid olan rəvayətlər Rəsulullahın vəfatından sonra Allah-təalanın əmri ilə Fatimə (s.ə)-ya təsəlli verib sakitləşdirmək üçün vəkil etdiyi mələyin o həzrətə söylədiyi xəbərlər toplusudur. Həzrət Zəhra (s) Əmirul-möminin (ə) bu haqda xəbər verdi və Əli (ə) həmin mələk hazır olanda müxtəlif məsələlər haqqında söylədiyi xəbərləri yazırdı. Nəticədə həmin məsələlər bir kitabda cəm olunub «Mushəfe Fatimə» adlanmağa başlandı. Hədislərdən məlum olduğu kimi «Mushəfe Fatimə»-də keçmiş və gələcək haqqında Allahın ilham etdiyi qeybi xəbərlər dərc olunub. Rəsulullahın cənnətdəki haləti və zürriyəsinin gələcəkdəki əhvalatından xəbər verilir. Bu kitabda Qurandan və şəri hökümdən heç bir sohbət yoxdur. Bunu məsum imamlar buyurublar ki, «Mushəfe Fatimə»-də Qurandan bir şey yoxdur». Bəs məlum olur ki, şiələrin ikinci qurana inandıqlarını əks etdirən rəvayətlər düşmənlərin uydurmaları və fitnələridir. Bununla onlar şiələri ləkələməklə məqsədlərinə çatmaq kimi daxili xəbisliklərini izhar ediblər. 

  Burada Fatimənin mələk tərəfindən muxatəb olunması və ona hədis söyləməsi heç bir təəccübə səbəb ola bilməz. Çünki Səhih Buxaridə Rəsulullahdan nəql olunmuş rəvayətdə deyilir ki, qabaqkı ümmətlərin arasında elə insanlar var idi ki, peyğəmbər deyildilər, amma mələklər onlarla danışırdılar. Qurani-kərim də aşikar şəkildə mələklərin Həzrət Məryəm və İbrahim peyğəmbərin xanımı ilə söhbət etdiyini bəyan edir (Ali İmran və Hud surələrinə müraciət edin). Qurani-kərim Allahın Musa (ə)-n anasına mələyin vasitəsilə vəhy çatdırdığını bildirir. Əlbəttə bu vəhy nübuvvət vəhyi deyildi. Burada istəyimiz mələyin nazil olub peyğəmbər olmayan şəxslə söhbət etməyinin mümkünlüyünü isbat etməkdir. Qurani-kərim də müddəamızı təsdiq edir. Yeri gəlmişkən qeyd edək ki, Fatimənin (s.ə) daha iki mushəfi olubdur. Biri Rəsulullahn Fatiməyə diktə etdiyi və Əli (ə)-n öz əli ilə qələmə aldığı məsələlərdir. Orada qadınlara çatdırmaq məqsədilə müxtəlif məsələlərlə əlaqədar şəri hökülər bəyan olunub. İkinci mushəfdə Həzrət Fatimə özündən sonara Əli (ə)-a və övladlarına qarşı həyata keçirəcəyi işlərə dair vəsiyyətlərini cəmləyibdir. Məsum imamlar qeybi işlərə və şəri hökümlərə dair xəbərləri verəndə Fatmənin bu iki mushəfindən istifadə edirdilər. Amma birinci mushəfdə heç bir şəri hokum yoxdur.

  NƏTİCƏ:- Şiənin heç bir ikinci quranı yoxdur. Əksinə Qurana minlərlə təfsirlər yazılaraq bütün əxlaqi və fiqhi məsələlər əlimizdə olan Qurani kərimdən əxz olunur. Deməli hər kəs şiəyə başqa bir qurana inanmaq kimi iftira atırsa bir belə müsəlmanları kafir adlandırdığı üçün gərək imanında təzədən təhqiq etsin. Biz axır sözümüzdə onların hesabını Adil və Qadir olan Allahın öhdəsinə qoyuruq. 


      ELMAN İBADOV                               kerrar@mail.ru                                           



  [Təhlil] | Oxunub: 1008 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz