Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » İyul » 16 » Səhabələr arasında şiələr olubmu?
Səhabələr arasında şiələr olubmu?
13:12

Bağışlayan və mehriban Allahın adı ilə

   Rəsulullahın (s) bəyanından sonra səhabələr Əmirulmumininə (ə) xüsusi diqqətilə yanaşırdılar. O zamandan bəri Əli ibn Əbi Talibin şiəsi adı ilə məşhurlaşmağa başladılar.

    Muhəmməd Kurd Əli (1293-1372 hicr ili) bu barədə yazır:“Böyük səhabələrdən çoxları Rəsulullahın zamanından Əli ibn Əbi Talibi sevdiklərinə görə tanınırdılar. Necə ki, Salman Farsi bu haqda deyir:“Rəsulullah (s) ilə müsəlmanları nəsihət etmək və Əli ibn Əbi Talibin imamətini qəbul edib onu sevməyimiz haqda beyət etdik.

   Əbu Səid Xudri deyir: Camaata beş şeyə əməl etmək əmr olundu, amma onlar dördünə əməl etdib birini tərk etdilər. Əbu Səid Xudridən dörd şey haqqında sual olunanda dedi: Namaz, zəkat Rəməzan ayının orucu və həcc. Tərk etdikləri şeyin nə olduğunu soruşanda dedi:-Əli ibn Əbi Talibin vilayəıtinə tabe olmaq.

Dedilər: Əlini vilayəti o dörd əməl kimi vacibdirmi?

Dedi: Bəli Əli ibn Əbi Talibin vilayəıtinə tabe olmaq o dörd əməl kimi vacibdir.

Əbu Zərr Ğifari, Əmmar Yasir, Huzeyfə ibn Yəmani Zuş-Şəhadətəyn, Xuzeymə ibn Sabit, Əbu Əyyub Ənsari, Xalid ibni Səid ibn Ass, Qeys ibn Sə`d ibn Ubbadə və s..... onların sayı çox-çoxdur ki, hər kəs bu haqda daha artıq məlumat əldə etmək istəsə İbn Məsumun “əd-Dərəcatur-rəfiə” kitabına müraciət etsin.

   Bu səhabələr Əli şiəsi kimi tanınırdılar, sonralar “Şiə” kəlməsi onlara ad oldu və o cür də çağırılmağa başladılar. Əbu Hatim Razi “Elm sahibləri arasında işlənən zinətli kəlimələr” kitabında yazır. Rəsulullahınm zamanında birinci meydana gələn ad “Şiə” adı olub. Bu kəlimə dörd nəfərin “Əbu Zərr, Salman, Əmmar və Miqdad” ləqəbi olub. Suffeyn müharibəsində bu ad Əlinin tərəfdarları üstündə məşhurlaşıb”.(Ədyan və məzahibuş-şiə 6/245)

   Əbduləziz Dəhləvinin kitablarında şiələrə qarşı çoxlu nalayiq nisbətlər mövcuddur. Lakin bu şərəfsiz yazıçı Rəsulullahın (s) səhabələri arasında şiə təfəkkürünü başlanma tarixini aradşdıraraq belə yazır: “Birinci fayda: Öncə mühacirlərdən, ənsardan və onlara tabe olanlardan bir dəstə şiə adı ilə Murtəzaya (Əlini ləqəbidir) tabe olduqları üçün “Şiə” ləqəbi ilə adılandılar. Əli Xəlifə olandan sonra onun düşmənlərinə qarşı vuruşub bütün əmrlərinə və qadağalarına müti olduqlarına görə onları xalis “Şiə” adlandırdılar” (Töhfə isna əşəriyyə bab əvvəl, faidə əvvəl)

   Şəmsuddin Zəhəbi “Mizanul-itidal” kitabında (ikinci tərcümeyi hal, Əban ibn Təğlib 1/118) Əban ibn Təğlibin şiə olmasına baxmayaraq niyə tövsiq (düz danışan olduğunu ) etdiyi haqda yazır:“Əgər biz şiə məzhəbindən olan hər bir ravinin hədisini rədd etsək onda Rəsulullahın çoxlu hədislərini gərək kənara qoyaq. Bu da böyük zərərə səbəb olacaq”

    Xatırladırıq ki, Şəmsuddin Zəhəbinin bu cür deməsinin səbəbini də “Rəsulullahdan hədisin yazılması və ya nəql olunması niyə qadağan olundu” məqaləsində izah edəcəyik. Əhli sünnətin rical elmi alimlərindən olan bu alimin yazdıqlarından məlum olur ki, onların hədis kitablarında çoxlu sayda şiə məzhəbindən səhabə və tabeinnin nəql etdiyi hədis mövcuddur. Rəsulullahın sünnətini hifz etmək üçün çarəsizlikdən bu şiə əqidəli səhabə və tabeinin doğruçu olduğunu təsdiq edən zaman onların “Şiə” olduqlarına göz yumulmalıdır.

    Hicrətin dördüncü əsrində yaşamış tarixçilərdən olan Muhəmməd həsən ibn Musa Novbəxti (əl-Firəqu vəl-məqalat 1/40) kitabında yazır: Bütün firqələrin əsaslarını dörd firqə təşkil edir: şiə, mötəzilə, murəcciə və xəvaric. “Şiə” onlar Əli ibn Əbi Talibin firqəsidir ki, Peyğəmbərin (s) zamanında Əlinin şiəsi adı ilə adlanıblar. Amma Rəsulullahdan (s) sonra onlar Əlinin (ə) imam olduğuna qail olduqları və onun tərəfinə getdikləri üçün “Şiə” adı ilə məşhur oldular. Miqdad ibn Əsvəd, Salman Farsi, Əbu Zərr Cundəb ibn Cənadə və Əmmar Yasir onlardandırlar. Bu ümmətdən Əlinin məhəbbətinə birinci razılaşanlar ilk dəfə olaraq Onun şiələri adlanmağa başladılar. Çünki “Şiə” adı əvvəllər İbrahimin, Musanın, İsanın və sair peyğəmbərlərin şiələrinə deyilib.

   Mərhum Seyyid Şərəfuddin “Fusulul-muhimmə” kitabnında (səh.266-308) Rəsulullahın səhabələrindən şiə təfəkkürü olan 200 nəfərin adını əlifba sırası ilə zikr edib.

   Əhməd Əmin “Fəcrul-islam” kitabında (səh.266,267) Rəsulullahın səhabələrindən 70 nəfərin adını “şiələrin birinci dəstəi” ünvanı adı altında dərc edib.

       Hacı Elman İbadov                        email: kerrar@mail.ru

Mövzunu forumda müzakirə et
  [Təhlil] | Oxunub: 923 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz