Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Yanvar » 17 » Rəsulullahdan (s) nəql olunmuş “Səqəleyn” hədisi
Rəsulullahdan (s) nəql olunmuş “Səqəleyn” hədisi
18:26

BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ

Uzun illərdən bəri müsəlmanlar arasında şiddətli mübahisə mövzusuna çevrilmiş mətləblərdən biri Rəsulullahdan (s) nəql olunmuş “Səqəleyn” hədisidir. Bu cəhətdən lazım bildik ki, “Səqəleyn” hədisini nəql etmiş məşhur əhli sünnət və şiə alimlərinin mötəbər sayılan mənbələrinə müraciət edək. 
11119 حدثنا عبد الله حدثني أبي حدثنا أسود بن عامر أخبرنا أبو إسرائيل يعني إسماعيل بن أبي إسحاق الملائي عن عطية عن أبي سعيد قال قال رسول الله  اني تارك فيكم الثقلين أحدهما أكبر من الآخر كتاب الله حبل ممدود من السماء إلى الأرض وعترتي أهل بيتي وانهما لن يفترقا حتى يردا على الحوض
11119. Əbu Səid Xidri Rəsulullahdan (s) nəql edib: “Mən özümdən sonra sizin aranızda iki qiymətli şey qoyub gedirəm. O iki şey biri digərindən əzəmətlidir:-Onlardan biri Allahın kitabıdır ki, asimandan yerə uzadılmış möhkəm ip kimdir, ikincisi mənim itrətim Əhli-beytimdir. Bu iki şey Kovsər hovuzunun yanında mənə yetişənə qədər biri digərindən ayrılmaz” Musnəde Əhməd (cd)11119, (kt) 10720
Biharul-ənvar, bab fəzail əhli-beyt 23/108

11147 حدثنا عبد الله حدثني أبي ثنا أبو النضر ثنا محمد يعني بن طلحة عن الأعمش عن عطية العوفي عن أبي سعيد الخدري عن النبي  قال اني أوشك ان أدعي فأجيب وأني تارك فيكم الثقلين كتاب الله عز وجل وعترتي كتاب الله حبل ممدود من السماء إلى الأرض وعترتي أهل بيتي وان اللطيف الخبير أخبرني انهما لن يفترقا حتى يردا علي الحوض فانظروني بم تخلفوني فيهما
11147. Əbu Səid Xidri: Rəsulullah (s) buyurdu: “Yaxın bir zamanda Rəbbim tərəfindən çağırılacağam (yəni Həzrət Əzrayil mənim sorağıma gələcək) və mən Rəbbimin dəvətini qəbul edərəm. Mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm: Cəlal və Cəmal sahibi olan Allahın kitabını və itrətimi. Allahın kitabı asimandan yerə uzanmış möhkəm bir ipdir və Mənim itrətim Əhli-beytimdir. Hər şeydən agah olan Lətif Allah Mənə xəbər verib ki, o iki şey biri digərindən ayrılmazlar ta ki, Kovsər hovuzunun yanında mənə varid olarlar. Agah və diqqətli olun ki, məndən sonra onlarla necə rəftaredərsiniz!” Musnəde Hənbəl (cd) 11147 (kt) 10747 
8148 أخبرنا محمد بن المثنى قال ثنا يحيى بن حماد قال ثنا أبو عوانة عن سليمان قال ثنا حبيب بن أبي ثابت عن أبي الطفيل عن زيد بن أرقم قال لما رجع رسول الله  عن حجة الوداع ونزل غدير خم أمر بدوحات فقممن ثم قال كأني قد دعيت فأجبت إني قد تركت فيكم الثقلين أحدهما أكبر من الآخر كتاب الله وعترتي أهل بيتي فانظروا كيف تخلفوني فيهما فإنهما لن يتفرقا حتى يردا علي الحوض ثم قال إن الله مولاي وأنا ولي كل مؤمن ثم أخذ بيد علي فقال من كنت وليه فهذا وليه اللهم وال من والاه وعاد من عاداه فقلت لزيد سمعته من رسول الله  قال ما كان في الدوحات رجل إلا رآه بعينه وسمع بأذنه
Zeyd ibn Ərqəm:“Həccətul-vidadan qayıdanda Qədir Xum deyilən məkana yetişdik, Rəsulullah (s) orada böyük bir kölgə qurmağı bizə əmr etdi. Sonra Rəsulullah (s) buyurdu: Yaxın bir zamanda Rəbbim Məni yanına dəvət edər və Mən də bu dəvəti qəbul edərəm. Mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm. Onların biri digərindən əzəmətlidir: Allahın kitabını və Əhli-beytimi. Diqqətli olun ki, Məndən sonra onlarla necə rəftar edərsiniz. Onlar biri digərindən ayrılmazlar ta ki, Kovsər hovuzunun yanında mənə varid olarlar. ....Həqiqətən Allah mənim mövlamdır və mən bütün möminlərin mövlasıyam. Sonra Rəsulullah (s) Əlinin əlindən tutub dedi: Hər kimin Mən mövlasıyam bu Əli də onun mövlasıdır. İlahi hər kəs əlini sevsə Sən də onu sev və hər kəs onunla düşmən olsa Sən də onunla düşmən ol!” Ravi deyir Zeydə soruşdum: Sən özün bunu Rəsulullahda eşitdin? Zeyd ibn Ərqəm dedi: Kölgəliyin altında olan bütün insanlar gözləri ilə görüb qulaqları ilə eşitdilər” Sünəne Nəsai (cd) hədis 8148, 8464
Biharul-ənvar 23/114\, 118, 35/228


93 - لا يؤمن أحدكم حتى أكون أحب إليه من نفسه وأهلي أحب إليه من أهله وعترتي أحب إليه من عترته وذريتي أحب إليه من ذريته
93. “Sizlərdən heç biriniz nə qədər ki, Mən onun öz canından ona daha əziz, itrətim onun itrətindən daha əziz və övladlarım onun övladlarından onun üçün daha əziz deyilsə Allaha iman gətirməyib” Kənzul-ummal (cd) hədis 93
870 - يا أيها الناس إني تركت فيكم ما إن أخذتم به لن تضلوا كتاب الله وعترتي أهل بيتي
870. “Camaat! Mən sizin aranızda özümdən somdən sonra elə bir şey qoyub gedirəm əgər ondan yapışsanız heç vaxt yolunuzu azmayacaqsınız:-Allahın kitabını və itrətimi Əhli-beytimi.” Kənzul-ummal (cd) hədis 870-3
Diqqət: Səqəleyn hədisi Mutəvatir hədislərdən olduğu üçün bu kiçik məqalədə yalnız bir neçəsini sitat gətirməyə imkanımız olub. Aparılan təhqiqat nəticəsində məlum oldu ki, bu hədis əhli sünnət kitablarında daha çox nəql olunub. Təhqiqatçılara məsləhət bilirik ki, daha geniş məlumat əldə etmək istədikləri təqdirdə əgər bizə muraciət etsələr ən qısa zamanda lazımı kömək göstərməyə hazırıq.

         Elman İbadov                      kerrar@mail.ru

  [Hədislər] | Oxunub: 1303 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Yanvar 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz