Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

Oruc hər bir müsəlmanın həyatından önəmli yer tutur. Oruc hər bir müsəlmana vacibdir və Füruiddinə (əməllərə) aiddir. Oruc tutmaq, hər il Ramazan ayında sübh azanından məğrib azanına qədər yemək, içmək, ümumiyyətlə mədəyə hər hansı bir qidan, mayenin daxil olmasının qarşısını almaq, yəni pəhriz etməkdir. Orucun və oruc tutanın fəziləti, onun vacibliyi haqqında Quranda və sünnədə kifayət qədər dəlillər vardır. Əvvəlcə Qurani-Kərimə müraciət edək: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”("əl-Bəqərə” surəsi, ayə 183). Bu ayədən göründüyü kimi oruc insanı pis əməllərdən çəkindirir. Yəni insan oruc tutan zaman o hər cür çirkinlikdən çəkinməli, bütün vücudu, bütün ruhu ilə pəhriz saxlamalıdır. İmam Rza (ə) bu haqqda buyurmuşdur: "Oruc tutduğunuz zaman qulağınız, gözünüz, dəriniz və tükləriniz də oruc tutmalıdır” ("Biharul-ənvar”, cild 96, bab 36). İmam Cəfər Sadiq (ə) isə buyurmuşdur: "Oruc tutmaq tək yemək yeməməkdən və su içməməkdən ibarət deyildir, insan gözü, qulağı, övrəti, ümumiyyətlə gördüyü bütün işlərlə oruc tutmalı və özünün şəhvət və nəfsani istəklərinə qalib gəlməyi bacarmalıdır. Bacardıqca az danışmalı və öz xidmətçilərinə qarşı olduqca mülayim olmalıdır” ("Vəsailüş-şiə”, cild 7).  

Qeyd etdiyimiz kimi oruc hər bir müsəlmana vacibdir. Lakin xəstə, səfərdə olanlar üçün müəyyən güzəştlər var. Bu haqqda Quranda buyurulur: "(Oruc tutmaq) sayıəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” ("əl-Bəqərə” surəsi, ayə 184).

Oruc tutmaq ən fəzilətli işlərdəndir. Həzrəti Peyğəmbər (s) demişdir ki, Allah-Taala buyurur: "Adəm övladlarının orucdan başqa gördükləri hər bir əməl onların özlərinə aiddir. Oruc isə Mənə aiddir və onun mükafatını da Mən Özüm verəcəyəm. Dünyada silahla özünüzü qoruduğunuz kimi, oruc da qiyamət günü möminlərin (axirətin əzabından) hifz edib qoruyar. Bu bir həqiqətdir ki, oruc tutan şəxsin ağzından gələn iy Allah üçün müşk iyindən daha gözəldir. Oruc tutan şəxslər iki dəfə sevinərlər: İftar etdikləri və məhşərdə Allahla görüşüb onları cənnətə daxil etdiyi zaman” ("Biharul-ənvar”, cild 96,bab 30).
İstifadəçi girişi
Təqvim
«  Sentyabr 2017  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
252627282930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz