Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

Namaz dinin dirəyi, möminin meracıdır. Namaz həqiqətən çox böyük ibadətdir. Əgər Həzrət Peyğəmbərin (səllallahu aleyhi və Alihi salləm), onun Əhli-beytinin (əleyhimüssalam), təqvalı səhabələrinin (radiyallahu anhum) həyatına nəzər yetirsək, görərik ki, həqiqətən onlar namaza çox böyük əhəmiyyət vermişlər. Allahu-Təala da namaz qılanları təqdir etmiş, onlar haqqında ayələr nazil etmişdir.

İslamda namaz vacibiyyatlardandır. Belə ki, Quranın hökmünə əsasən hər bir müsəlman gündə beş dəfə mütləq namaz qılmalıdır: "Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir” ("ən-Nisa”, 103) .  Namaz qılmaqla yanaşı onun qayda qanunlarına da riayət etmək lazımdır. Həzrət Peyğəmbərdən (s) nəql olunan hədislərdə o Həzrət müsəlmanlara özü kimi namaz qılmağı əmr etmişdir. Biz də buna itaət etməliyik və namaza özümüzdən əlavələr etməməliyik.

Namaz  qədər böyük ibadətdir ki, onun fəzilətlərini saymaqla bitirmək olmaz. Həzrət Peyğəmbər (s) bir hədisdə buyurur: "Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerinə yetirmiş olarsa (bağışlanmış insanlardan olar), əks halda Cəhənnəmə atılar " ("Biharul-ənvar”/82/202). Bu hədis namazın əhəmiyyətini əks etdirən rəvayətlərdəndir.

Bildiyimiz ki, namazdan başqa İslamın digər dayaqları şəhadəteyn, oruc, zəkat və həccdir. Amma namaz o qədər böyük ibadətdir ki, onları da özündə birləşdirib. Belə ki, biz namaz "kəlmeyi  şəhadət gətiririk”- qiraətdə həm oxuyub Rəbbimizin təkliyinə şəhadət verir, təşəhhüddə isə Həzrət Məhəmmədin (s) onun bəndəsi və elçisi olduğunu bildiririk. Biz namazda "Oruc tuturuq”- namaz vaxtı heç nə yemir, Allah rzası üçün pəhriz edirik. Biz namazda "Zəkat veririk”- bəli öz vaxtımızdan Allah yolunda xərcləyirik. Biz namazda həm də "Həcc edirik”- Üzümüzü Allahın evinə, Kəbəyə çeviririk.

Namazda bu qədər incə elementlərin olması onun böyük fəzilətindən xəbər verir. Lakin namaza barmaqarası baxmaq olmaz. Allah elçisi (s) buyurmuşdur: "Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz” ("Mən layəhzuruhul-fəqih”, cild 1, səhifə 206).

Namaz qılmanın, namaza riayət etmənin öz ədəbi var, məsələn çalışıb namazı vaxtı girən kimi qılmaq lazımdır. Hətta namazı gecikdirməyin cəzası böyük əzabıdır. Quranda həmin şəxslər üçün "Vay” kəlməsi işlədilmişdir ("əl-Maun” surəsi).  Abdullah ibn Məsud rəvayət edir ki, mən Peyğəmbərdən (s) soruşdum: "Qüdrətli və əzəmətli Allahın ən çox xoşuna gələn ən yaxşı əməl hansıdır?”. O buyurdu: "Vaxtlı-vaxtında qılınan namaz” ("Buxari”, 7524; "Muslim”,85).

Namazın savabını kamil şəkildə almaq üçün, onu kamil şəkildə qılmaq lazımdır. Ona görə də namazı bacardıqca müstəhibbiyatı ilə qılmaq lazımdır.
İstifadəçi girişi
Təqvim
«  Noyabr 2017  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz